Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w20 mart s. 31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2020
Gözətçi qülləsi 2020
w20 mart s. 31
Yəhudi məbəd keşikçiləri əleyhdarların ittiham etdiyi iki nəfəri tutub aparır.

Oxucuların Sualları

Yəhudi məbəd keşikçiləri kimlər idi? Onlar hansı işi görürdülər?

Lavi qəbiləsinin kahin olmayan üzvlərinin icra etdiyi işlərdən biri bir növ polis işinə bənzəyirdi. Onlar bu işi məbəd rəislərinin nəzarəti altında icra edirdilər. Yəhudi yazıçısı Filon bu keşikçilərin işlərini belə təsvir etmişdi: «Onlardan [lavililərdən] bəziləri məbəd ərazisinin girişində, bəziləri isə [məbəd ərazisində], müqəddəs məskənin qarşısında keşik çəkirdilər. Onlar nəzarət edirdilər ki, icazəsi olmayan kəs, hətta səhvən belə ora girməsin. Bəzi keşikçilər məbəd ərazisinin ətrafında dövrə vuraraq, növbə ilə gecə-gündüz keşik çəkirdi».

Keşikçilər Sinedrionun tabeliyində idi. Roma hökuməti yəhudilər arasından yalnız onlara silah daşımağa izin vermişdi.

Yoakim Yeremias adlı alimin sözlərinə əsasən, «İsanı həbs etməyə gələnlər çox ehtimal ki, məbəd keşikçiləri idi, əks halda, İsa onlara “hər gün məbəddə oturub vəz edəndə məni həbs etmirdiniz” deməzdi (Mət. 26.55)». Bu alimin fikrincə, bundan bir müddət öncə İsanı həbs etmək istəyənlər də məbəd keşikçiləri idi (Yəh. 7:32, 45, 46). Başqa bir vaxt keşikçilərə və onların rəislərinə əmr olunmuşdu ki, İsanın şagirdlərini tutub Sinedrionun önünə gətirsinlər. Ehtimal ki, həvari Bulusu da sürüyüb məbəddən çölə çıxaran məbəd keşikçiləri olmuşdu (Həv. 4:1—3; 5:17—27; 21:27—30).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş