Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Qoy güvəndiyin Yehova olsun
    Gözətçi qülləsi 2003 | 1 noyabr
    • Yehova iztirablara nə üçün yol verir?

      10, 11. a) Romalılara 8:19-22 ayələrinə əsasən “bütün xilqət”in başına nə gəlmişdir? b) Xilqəti vurnuxmaya tabe etdirən kəsi necə müəyyən edə bilərik?

      10 Həvari Pavelin romalılara məktubunun bir parçası, bu vacib suala aydınlıq gətirir. Pavel yazırdı: “Xilqət Allahın oğullarının zühurunu böyük həsrətlə gözləyir. Ona görə ki, xilqət öz iradəsi ilə deyil, tabe Etdirənin iradəsi ilə vurnuxmaya tabe etdirildi, bu ümidlə ki, xilqət özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır. Çünki bilirik ki, bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir” (Romalılara 8:19-22).

      11 Bu ayələrdəki fikri başa düşmək üçün, biz əvvəlcə bə’zi əsas məsələləri aydınlaşdırmalıyıq. Məsələn, xilqəti vurnuxmaya tabe etdirən kimdir? Bə’ziləri deyir ki, bu Şeytandır, digərləri isə — Adəm. Lakin bunu onların heç biri edə bilməzdi. Nəyə görə? Ona görə ki, xilqəti vurnuxmaya tabe etdirən, bunu “ümidlə” — sadiq insanların nəhayətdə ‘çürüklüyə olan köləlikdən azad olunacaqları’ ümidi ilə etmişdir. Bu cür ümidi nə Adəm, nə də Şeytan verə bilərdi. Bunu yalnız Yehova edə bilərdi. Aydındır ki, xilqəti vurnuxmaya yalnız O, tabe etdirmişdir.

      12. “Bütün xilqət” ifadəsi ilə əlaqədar hansı dolaşıqlıq mövcuddur və bunun nə mə’na daşıdığını necə müəyyən etmək olar?

      12 Bu parçada haqqında bəhs edilən “bütün xilqət” nədir? Bə’ziləri sübut etməyə çalışır ki, “bütün xilqət” ifadəsi altında bütün təbiət, o cümlədən heyvanat və bitki aləmi nəzərdə tutulur. Lakin heyvanlar və bitkilər “Allahın övladlarının izzətli azadlığına” qovuşmağa ümid edirlərmi? Yox (2 Peter 2:12). Deməli, “bütün xilqət” ifadəsi yalnız insanlara aid edilə bilər. Bu o xilqətdir ki, Eden bağındakı qiyamın nəticəsində günah və ölümdən əziyyət çəkir və ümidə çox böyük ehtiyac duyur (Romalılara 5:12).

      13. Edendəki qiyam insanlara nə gətirdi?

      13 Həmin qiyam insanlara nə gətirdi? Pavel bunu bir sözlə ifadə edir: vurnuxmaa. Bir arayış kitabçasına əsasən, bu söz “öz tə’yinatına görə tətbiq edilə bilməyən əşyanın faydasızlığını” təsvir edir. İnsanların tə’yinatı — əbədi yaşamaq, yer üzündə Cənnətin qayğısına qalmaqda mehriban, kamil bir ailə kimi çalışmaqdır. Bunun əvəzinə onlar qısa, iztirablı, çox vaxt da mə’nasız həyat sürürlər. Eyubun dediyi kimi, “insan ki, qadından doğulub, günləri qısadır və sıxıntıya doyar” (Eyub 14:1). Həqiqətən də vurnuxmadır!

      14, 15. a) Yehovanın bəşəriyyətə kəsdiyi hökm nəyə görə ədalətli idi? b) Pavel nəyə görə xilqətin vurnuxmaya “öz iradəsi ilə” tabe etdirilmədiyini söylədi?

      14 İndi isə əsas suala çatdıq: Nəyə görə “bütün dünyanın Hakimi” insanları bu cür iztirablı və mə’nasız həyata tabe etdirib? (Yaradılış 18:25, MKŞ). Onun davranışı ədalətlidirmi? Bunu müəyyən etmək üçün ulu valideynlərimizin nə etdiklərini yada salaq. Onlar Allaha qarşı qiyam qaldıraraq, Yehovanın hökmranlığının ədalətli olduğunu açıq surətdə şübhə altına alan Şeytanın tərəfini tutdular. Onlar öz əməlləri ilə, əgər insanlar özlərini qiyamçı ruhani varlığın rəhbərliyi altında idarə edərlərsə, guya Yehovasız da keçinə bilərlər fikrini dəstəklədilər. Qiyamçılara hökm çıxarmaqla Yehova əslində onlara, onların istədiklərini verdi. Yehova onlara, Şeytanın rəhbərliyi altında olaraq özlərini idarə etməyə imkan verdi. Bu cür şəraitlərdə bəşəriyyəti vurnuxmaya tabe etdirməkdən, lakin bunu ümidlə etməkdən daha ədalətli qərar ola bilərdimi?

      15 Sübhəsiz ki, xilqət vurnuxmaya “öz iradəsi ilə” tabe etdirilməmişdi. Biz günah və çürüklüyün kölələri olaraq doğuluruq, bu cəhətdən bizim heç bir əlacımız yoxdur. Lakin Yehova Öz mərhəməti ilə Adəm və Həvvaya yaşayıb, nəsil törətmək imkanı verdi. Onların nəsli olan bizlər günah və ölümün vurnuxmasına tabe etdirilsək də, bizim Adəm və Həvvanın etmədiklərini etmək imkanımız var. Biz Yehovaya itaət göstərə və Onun hökmranlığının ədalətli və mükəmməl olduğunu anladığımız halda, Onsuz insan hökmranlığının yalnız iztirab, mə’nasızlıq və vurnuxma gətirdiyini dərk edirik (Yeremya 10:23; Vəhy 4:11). Şeytanın tə’siri isə vəziyyəti ancaq gərginləşdirir. Tarix bu həqiqətləri təsdiq edir (Vaiz 8:9).

      16. a) Bu gün dünyada gördüyümüz iztirablara Yehovanın cavabdeh olmadığına nəyə görə əmin ola bilərik? b) Yehova sadiq insanlara hansı ümidi məhəbbətlə verib?

      16 Gördüyümüz kimi, bəşəriyyəti vurnuxmaya tabe etdirmək üçün Yehovanın tutarlı səbəbləri vardı. Bu o deməkdirmi ki, bu gün bizim hər birimizi yaxalayan vurnuxma və iztirabın səbəbkarı Yehovadır? Hakimin cinayətkara ədalətlə hökm kəsdiyi bir vəziyyəti təsəvvür edək. Dustaq cəzasını çəkdiyi müddətdə çox iztirab çəkə bilər, lakin hakimi öz bəlalarının səbəbkarı saymağa onun haqqı varmı? Əlbət ki, yox! Bundan savayı, Yehova heç zaman pislik mənbəyi ola bilməz. Yaqub 1:13 ayəsində deyilir: “Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir”. Həm də unutmayaq ki, Yehova bu hökmü “ümidlə” kəsib. O, məhəbbətlə ölçü götürdü ki, Adəmlə Həvvanın sadiq övladları vurnuxmanın sonunu görsünlər və “Allahın övladlarının izzətli azadlığına” qovuşa bilsinlər. Sadiq insanlar bir daha, bütün xilqətin iztirablı vurnuxmaya tabe etdiriləcəyindən əbədiyyət boyu ehtiyat etməyəcəklər. Mübahisəli sualı ədalətli tərzdə həll edərək, Yehova hökmranlığının qanuni olduğunu həmişəlik sübut edəcəkdir (İşaya 25:8).

  • Qoy güvəndiyin Yehova olsun
    Gözətçi qülləsi 2003 | 1 noyabr
    • a Pavelin “vurnuxma” mə’nasında istifadə etdiyi yunan sözü yunanca Septuaqintada dəfələrlə oxşar ifadə ilə tətbiq olunur, məsələn, Vaiz kitabında “hər şey boşdur” ifadəsi ilə (Vaiz 1:2, 14; 2:11, 17; 3:19; 12:8).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş