-
Allahın bəyəndiyi ibadətƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
2. Yehovaya necə ibadət etməliyik?
Yehova Yaradanımız olduğu üçün biz Ona tam sədaqət göstərməliyik (Vəhy 4:11). Yəni Onu sevməli və yalnız Ona ibadət etməliyik. İbadətdə şəkillərdən, rəmzlərdən və bütlərdən istifadə etməməliyik. (Əşiya 42:8 ayəsini oxuyun.)
Bizim ibadətimiz Yehovanın gözündə «müqəddəs və məqbul» ibadət olmalıdır (Romalılara 12:1). Yəni bu o deməkdir ki, biz Allahın qoyduğu əxlaq qaydaları ilə yaşamalıyıq. Məsələn, Yehovanı sevənlər Onun nikahla bağlı qanunlarını sevir və onlara tabe olur. Həmçinin sağlamlığa zərər vuran vərdişlərdən uzaq dururlar. Məsələn, siqaret çəkmirlər, narkotik vasitələrdən və alkoqoldan sui-istifadə etmirləra.
-
-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
3. Sağlamlığınızın qeydinə qalın
Məsihilər Yehovaya söz veriblər ki, həmişə Onun iradəsini yerinə yetirəcəklər. Buna görə də onlar həyatlarının hər sahəsini xidmətə həsr edirlər. Onlar bədənlərini sanki qurban kimi Allaha təqdim edirlər. Romalılara 12:1, 2 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Nədən irəli gələrək səhhətinizin qeydinə qalmalısınız?
Sağlamlığınızın qeydinə necə qala bilərsiniz?
-