Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri aradan qaldırın!
    Gözətçi qülləsi—Təlim nəşri—2019 | iyun
    • 1. Həvari Bulus məsh olunmuş məsihilərə hansı xəbərdarlığı vermişdi?

      «BUNDAN SONRA bu zəmanəyə uyğunlaşmayın», — deyə həvari Bulus yazmışdı (Rom. 12:2). O, bu sözləri birinci əsrdə yaşamış məsihilərə ünvanlamışdı. Bulus nəyə görə özünü Allaha həsr etmiş və müqəddəs ruhla məsh olunmuş kişi və qadınlara bu cür ciddi xəbərdarlıq vermişdi? (Rom. 1:7).

      2, 3. Yehovadan üz döndərməyimiz üçün Şeytan hansı üsullara əl atır və zehnimizdəki «güclü istehkamları» necə yıxa bilərik?

      2 Görünür, Bulusun narahatlığına səbəb bəzi məsihilərin Şeytan dünyasının təlqin etdiyi zərərli düşüncə və fəlsəfəyə yoluxması idi (Efes. 4:17—19). Hər birimizin bu tələyə düşmək təhlükəsi var. Bu dünyanın Allahı olan Şeytan bizi Yehovadan döndərmək istəyilə alışıb yanır və bunun üçün müxtəlif fəndlərə əl atır. Məsələn, o, bizdə xudbinliyə və şöhrətpərəstliyə meyil görəndə bundan istifadə edərək bizi Yehovadan döndərməyə çalışır. Şeytan hətta ailə üzvlərimizdən, həmçinin məktəbdəki və ətrafımızdakı insanlardan öyrəndiyimiz müəyyən şeylər vasitəsilə bizi onun kimi düşünməyə sövq edə bilər.

  • Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri aradan qaldırın!
    Gözətçi qülləsi—Təlim nəşri—2019 | iyun
  • Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri aradan qaldırın!
    Gözətçi qülləsi—Təlim nəşri—2019 | iyun
    • «BÜSBÜTÜN DƏYİŞİN»

      4. Həqiqəti öyrənəndə çoxlarımız hansı dəyişiklikləri etmişik?

      4 Allahın Kəlamındakı həqiqəti ilk dəfə öyrənəndə və Yehovaya ibadət etməyə qərar verəndə hansı dəyişiklikləri etmişdiniz? Bir çoxumuz Allahın bəyənmədiyi əməllərə son qoymuşuq (1 Kor. 6:9—11). Yehovaya şükürlər olsun ki, bizə günahlı əməllərdən yaxa qurtarmağa kömək edib!

      5. Romalılara 12:2 ayəsində hansı iki addımdan bəhs olunur?

      5 Lakin düşünməməliyik ki, daha dəyişməyə ehtiyac yoxdur. Vəftizdən öncə işlədiyimiz ciddi günahları daha etməsək də, var gücümüzlə çalışmalıyıq ki, köhnə əməllərə sövq edə biləcək hər şeydən uzaq duraq. Bunu necə edə bilərik? Həvari Bulus demişdi: «Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin» (Rom. 12:2). Deməli, iki addım atmalıyıq. Birincisi, bu dünyaya uyğunlaşmamalıyıq, yəni onun bizi formalaşdırmasına yol verməməliyik. İkincisi, düşüncəmizi yeniləşdirərək dəyişməliyik.

      Dəyişmisiniz, yoxsa cildə girmisiniz?

      Üzü tüklü və səliqəsiz görünüşlü bir oğlan əlində özünün təraş olunmuş, köynək və qalstuk geyindiyi real ölçülü şəklini tutub

      Romalılara 12:2 ayəsində «dəyişin» kimi tərcümə olunan yunan sözü tamamilə dəyişərək yeni bir şəkil almaq mənasını verir, eynilə tırtılın kəpənəyə çevrilməsi kimi. Dəyişmək deyiləndə daxili varlığımızı, yəni xarakterimizi, xasiyyətimizi dəyişmək nəzərdə tutulur. Lakin 2 Korinflilərə 11:13—15 ayələrində «cildə girmək» kimi tərcümə olunan yunan sözü yalnız zahirən, görünüşcə dəyişilməyə aid istifadə olunur.

      6. İsa Məsihin Mətta 12:43—45 ayələrində yazılmış sözlərindən nə öyrənirik?

      6 Bulus «dəyişin» deyəndə sadəcə zahirən dəyişməyi nəzərdə tutmurdu. Bu dəyişiklik varlığımızın hər bir zərrəsinə nüfuz etməlidir. («Dəyişmisiniz, yoxsa cildə girmisiniz?» adlı çərçivəyə baxın.) Biz ürəyimizin dərinliyindəki fikirləri, hissləri, arzuları, bir sözlə, bütün düşüncəmizi dəyişməliyik. Odur ki, hər birimiz özümüzdən soruşmalıyıq: «Məsihi olmaq üçün etdiyim dəyişikliklər sadəcə üzdəndir, yoxsa mən daxilən dəyişməyə çalışıram?» Bunların arasında böyük fərq var. İsa Məsih Mətta 12:43—45 ayələrində nə etməli olduğumuzu demişdi. (Ayələri oxuyun.) Bu sözlərin məğzi vacib bir həqiqəti vurğulayır: yanlış fikirlərdən azad olmaq kifayət deyil, yaranan boşluğu Allahın bəyəndiyi fikirlərlə doldurmaq lazımdır.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş