Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid edin
    Gözətçi qülləsi 2003 | 1 sentyabr
    • 11. İlk məsihçilərin yığıncağı ayrı-seçkilikdən necə uzaq idi?

      11 İlk məsihçi yığıncağında yəhudilərlə qeyri-yəhudilər arasında ayrı-seçkilik yox idi. Pavel izah edirdi: “Yaxşılıq edən hər adama, əvvəlcə yəhudiyə, sonra da yunana izzət, hörmət və sülh. Çünki Allah önündə ayrı-seçkilik yoxdurb” (Romalılara 2:10, 11). Mərhəmət göstərərkən Yehova insanların etnik mənşəyini deyil, onların Yehova haqqında və Onun Oğlu İsanın fidiyə qurbanlığı sayəsində mümkün olan gələcək barədə öyrənərkən reaksiyalarını nəzərə alırdı (Yəhya 3:16, 36). Pavel yazır: “Zahirən yəhudi olan yəhudi deyildir, nə də zahirən, cismən sünnətli olan sünnətli deyildir; lakin daxildən yəhudi olan yəhudidir və hərfən deyil, ruhən, ürəkdə olan sünnətlilik əsl sünnətlilikdir”. Sonra “yəhudi” sözünün (“Yəhuda”, daha doğrusu, “izzətlənmiş” və ya “tə’rif qazanmış” deməkdir) daşıdığı mə’nadan məharətlə istifadə edərək Pavel əlavə edir: “O adamın mədhi də insanlardan deyil, Allahdandır” (Romalılara 2:28, 29). Yehova insanları tə’rifləyərkən, onların mənşəyinə baxmır. Bəs biz?

  • Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid edin
    Gözətçi qülləsi 2003 | 1 sentyabr
    • b Burada “yunan” sözü altında bütün qeyri-yəhudilər nəzərdə tutulur (“Müqəddəs Yazıların dərk edilməsi”, cild I, səhifə 1004, Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur, ing.).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş