Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əsla tükənməyən məhəbbət yetişdirin
    Gözətçi qülləsi 2009 | 15 dekabr
    • 13. a) 2010-cu il üçün illik ayə hansıdır? b) Nəyə görə məhəbbət əsla tükənməyəcək?

      13 Sonra Pavel məhəbbətin nə olduğunu aydın şəkildə izah edir. (1 Korinflilərə 13:4-8 ayələrini oxu.) Vaxt ayırıb, məhəbbət haqqında deyilənlərə nə dərəcədə uyğun gəldiyinizi yoxlayın. Amma gəlin 7-ci ayənin sonunda və 8-ci ayənin başlanğıcında yazılan sözlərə diqqət yetirək. Orada deyilir: ‘[Məhəbbət] hər şeyə tab gətirər. Məhəbbət əsla tükənməz’. Bu, 2010-cu ilin illik ayəsi olacaq. Diqqət yetirin: 8-ci ayədə Pavel deyir ki, məsihçi yığıncağının ilk çağlarında verilən peyğəmbərlik etmək və başqa dillərdə danışmaq kimi ruhun ənamları ləğv ediləcək. Onlara son qoyulacaq. Amma məhəbbət həmişə olacaq. Yehova məhəbbətin təcəssümüdür və O əbədidir. Buna görə də məhəbbət əsla tükənməyəcək. Bu xüsusiyyət, əbədi Allahımızın xüsusiyyəti kimi, əbədi qalacaq (1 Yəh. 4:8).

  • Əsla tükənməyən məhəbbət yetişdirin
    Gözətçi qülləsi 2009 | 15 dekabr
    • Məhəbbət əsla tükənməz

      20, 21. a) Nəyə görə məhəbbət ən mükəmməl keyfiyyətdir? b) Nəyə görə siz məhəbbət yolu ilə getmək əzmindəsiniz?

      20 Yehovanın müasir xalqı arasında ən mükəmməl məhəbbət yolu ilə getməyin müdriklik olduğunu görürük. Həqiqətən də, bu, bütün hallarda özünü doğruldur. Görün, həvari Pavel bu həqiqəti necə qeyd edir. Birincisi, o deyir ki, ruhun ənamları keçib gedəcək və məsihçi yığıncağı yetkinliyə çatacaq. Sonra isə o, belə nəticə çıxarır: «İndi isə üç şey baqidir: iman, ümid, məhəbbət; amma məhəbbət bunların hamısından üstündür» (1 Kor. 13:13).

      21 İman etdiyimiz şeylər nəhayətdə gerçəkləşəcək, buna görə də onlara iman etməyə artıq ehtiyac qalmayacaq. Bütün şeylər yeniləşəndən sonra həyata keçməsini həsrətlə gözlədiyimiz vədlərə olan ümidə də artıq ehtiyac qalmayacaq. Bəs məhəbbət? Məhəbbət əsla tükənməyəcək, həmişə olacaq. Əbədi yaşayacağımızı nəzərə alsaq, Allahın məhəbbətinin digər yönlərini də görəcək və başa düşəcəyik. Əsla tükənməyən ən mükəmməl məhəbbət yolu ilə gedərək Allahın iradəsini həyata keçirsək, əbədi yaşayacağıq (1 Yəh. 2:17).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş