-
İsa Məsihin kiçik qardaşından örnək alaqGözətçi qülləsi—Təlim nəşri 2022 | yanvar
-
-
YAQUB KİMİ TƏVAZÖKAR OLUN
İsa Yaquba görünəndə Yaqub təvazökarlıqla onun Məsih olduğunu qəbul etdi və bundan sonra onun sadiq şagirdi oldu (5—7 abzaslara baxın)
5. Yaquba İsanın diriləndən sonra ona görünməsi necə təsir etmişdi?
5 Yaqub İsanın sadiq davamçısı nə vaxt oldu? İsa diriləndə «Yaquba, sonra isə həvarilərin hamısına göründü» (1 Kor. 15:7). Bu görüş Yaqubun həyatında dönüş nöqtəsi oldu. Həvarilər Yerusəlimdə yuxarı otaqda yığışdıqları gün müqəddəs ruh alanda Yaqub da orada idi (Həv. 1:13, 14). Daha sonra Yaqub birinci əsrdəki rəhbərlik şurasında xidmət etmişdi (Həv. 15:6, 13—22; Qal. 2:9). Həmçinin eramızın 62-ci ilindən əvvəl Yaqub Allahın ilhamı ilə məsh olunmuş məsihilərə məktub yazmışdı. Göydə və ya yerdə yaşamağa ümid etməyimizdən asılı olmayaraq, bu məktub bizim üçün də faydalıdır (Yaq. 1:1). Birinci əsr tarixçisi İosifin yazdıqlarına görə, Yaqub yəhudi baş kahininin, Hənna oğlu Hənənyanın əmri ilə edam edildi. O, sona qədər sadiq qalaraq yerüzü həyatını başa vurdu.
-