-
Dirilmə — gerçək ümid!Gözətçi qülləsi—Təlim nəşri—2020 | dekabr
-
-
12. 1 Butrus 3:18, 22 ayələrinə əsasən, İsanın dirilməsi o vaxta qədər olan dirilmələrdən nə ilə fərqlənirdi?
12 Bulus şəxsən bilirdi ki, «Məsih dirilib». Bu dirilmə o vaxta qədər olan dirilmələrdən üstün idi. Çünki həmin insanlar yenidən ölmüşdülər. Həvari Bulus İsa haqda demişdi ki, o, «ölüm yuxusundan qalxan ilk nübardır». Hansı mənada? O, ruhani varlıq kimi dirilən ilk insan idi, həmçinin insanlar arasından göyə qaldırılan ilk varlıq da o idi (1 Kor. 15:20; Həv. 26:23; 1 Butrus 3:18, 22 ayələrini oxuyun).
-
-
Dirilmə — gerçək ümid!Gözətçi qülləsi—Təlim nəşri—2020 | dekabr
-
-
16. Bulus İsanı «ilk nübar» adlandırmaqla nəyi nəzərdə tuturdu?
16 Bulus yazmışdı ki, Məsih «ölüm yuxusundan qalxan ilk nübardır». Unutmayaq ki, İlazər də daxil olmaqla, İsaya qədər dirilənlərin hamısı yer üzündə yaşamaq üçün dirilmişdi. Lakin İsa ruhani varlıq kimi dirilən və əbədi həyat alan ilk şəxs idi. Onu israillilərin məhsul biçini zamanı Allaha təqdim etdikləri ilk nübara bənzətmək olar. Həmçinin Bulus İsanı «ilk nübar» adlandırmaqla demək istəyirdi ki, İsadan sonra da göylər həyatına dirilənlər olacaq. Həvarilər və «İsa ilə vəhdətdə» olan digər məsh olunmuşlar vaxtı çatanda İsa kimi göylər həyatına dirildilər.
-