-
«Ümid edirəm»Gözətçi qülləsi 2017 | dekabr
-
-
15. İsa Məsih hansı mənada «ilk nübar»dır?
15 İsa Məsih ruhani varlıq kimi dirilən ilk şəxsdir və bu dirilmə ən böyük əhəmiyyət daşıyır (Həv. 26:23). Lakin, göylər həyatına dirilmə vədi alan digər insanlar da var. Məsələn, İsa həvarilərinə söz vermişdi ki, onlar göydə onunla birlikdə hakimiyyət sürəcəklər (Luka 22:28—30). Amma bu mükafatı almaq üçün onlar ölməli və Məsih kimi, ruhani varlıq olaraq dirilməlidirlər. Həvari Bulus bunu belə izah etmişdi: «Məsih dirilib, o, ölüm yuxusundan qalxan ilk nübardır... Hər kəs öz növbəsində diriləcək: ilk nübar Məsih, sonra Məsihin hüzuru zamanı ona məxsus olanlar» (1 Kor. 15:20, 23).
16. Göylər həyatına dirilmənin vaxtı ilə bağlı hansı məlumatımız var?
16 Həvari Bulusun sözləri göylər həyatına dirilmənin hansı dövrdə baş verəcəyini göstərir. Bu, «Məsihin hüzuru zamanı» baş verməlidir. Müqəddəs Kitabdakı məlumatlara əsasən, belə nəticəyə gəlirik ki, «Məsihin hüzuru» 1914-cü ildə başlayıb və Şeytan dünyasının sonuna az qalıb. Hal-hazırda biz Məsihin hüzuru dövründə yaşayırıq.
17, 18. Məsihin hüzuru zamanı məsh olunmuş məsihilərin bəziləri ilə nə baş verəcək?
17 Müqəddəs Kitabda göylər həyatına dirilmə ilə bağlı əlavə məlumatlar da yer alır. Orada deyilir: «Ölüm yuxusuna gedənlər barədə sizi bixəbər qoymaq istəmirik. Əgər biz İsanın öldüyünə və sonra dirildiyinə inanırıqsa, onda buna da inanırıq ki,.. ölüm yuxusuna gedənləri Allah dirildib ona qovuşduracaq... Ağanın hüzuru zamanı bizlərdən sağ olanlar ölüm yuxusuna gedənləri heç bir vəchlə qabaqlamayacaq. Çünki Ağa amiranə bir çağırışla... göydən enəcək və ilk növbədə Məsihlə vəhdətdə olaraq ölənlər diriləcəklər. Sonra sağ qalıb yaşayan bizlər onlarla birlikdə olmaq və havada Ağa ilə görüşmək üçün buludda aparılacağıq və həmişə Ağa ilə birlikdə olacağıq» (1 Salon. 4:13—17).
18 Beləcə, ilk dirilmə «Məsihin hüzuru» başlayandan sonra baş verməlidir; böyük müsibət zamanı «sağ qalıb yaşayan» məsh olunmuş məsihilər «buludda aparılacaq» (Mət. 24:31). «Buludda aparılacaq» kəslər «ölüm yuxusuna» getməyəcək, yəni ölüm yuxusunda uzun müddət qalmayacaqlar. Onlar «bir an içində, bir göz qırpımında, axırıncı kərənay çalınanda» dəyişəcək (1 Kor. 15:51, 52).
-
-
«Ümid edirəm»Gözətçi qülləsi 2017 | dekabr
-
-
20. Dirilmənin nizamlı şəkildə baş verəcəyi nəyə görə məntiqəuyğundur?
20 Göylər həyatına dirilmə ilə bağlı Müqəddəs Kitabda deyilir ki, «hər kəs öz növbəsində diriləcək» (1 Kor. 15:23). Bu, bizə düşünməyə əsas verir ki, yer üzündə də dirilmə nizamlı şəkildə baş verəcək. Bu fikir kimdəsə maraq doğura bilər, görəsən, birinci kimlər diriləcək? Bəlkə, Armageddona yaxın ölənlər birinci diriləcək ki, onları tanıyan qohumları onları qarşılaya bilsin? Bəlkə, qədimdə Allahın xalqına başçılıq etmiş adamlar da ilk dirilənlərin sırasında olacaq ki, yeni dünyada təşkilatçılıq işinə baxsınlar? Bəs Yehovanı tanımayan insanlar? Onlar nə vaxt diriləcək, harada diriləcək? Bu mövzuda çox suallar vermək olar. Amma əslinə qalsa, indi bu sualların üzərində baş sındırmağa ehtiyac yoxdur. Ən yaxşısı, gəlin səbir edib gözləyək və onda hər şeyi olduğu kimi görəcəyik. Əmin ola bilərik ki, Yehova Allah hər şeyi ən mükəmməl şəkildə edəcək.
-