-
«Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
10. Pergiyadan Pisidiya Antakyasına gedən yolu təsvir et.
10 Pergiyaya çatanda Mark ləqəbli Yəhya Bulusla Barnəbanı qoyub Yerusəlimə qayıtdı. Müqəddəs Kitabda onun qəfildən çıxıb getməsinin səbəbi izah edilmir. Bulusla Barnəba yollarına davam edərək Pergiyadan Pisidiyadakı Antakyaya, Qalatiya vilayətində yerləşən şəhərə gəldilər. Bu yolu aşmaq asan iş deyildi, çünki Pisidiya Antakyası dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşirdi. Həmçinin təhlükəli dağ yolları, adətən, quldurlarla dolu olurdu. Bu azmış kimi, ehtimal ki, həmin vaxt Bulusun səhhəti də yaxşı deyildih.
-