Sevinmək üçün hansı səbəbin var?
1. Hər ayın sonunda bizim sevinmək üçün hansı səbəbimiz var?
1 Ayın sonunda təbliğ hesabatını verməyin vaxtı gələndə sənin sevinmək üçün hansı səbəbin var? (Qalat. 6:4). İstər ayda 130 saat təbliğ edən xüsusi pioner, istərsə də 15 dəqiqəlik intervalda hesabat verməyi icazə verilən təbliğçi olaq, hamımız Yehovaya səmimi-qəlbdən xidmət edə bildiyimiz üçün sevinc duymalıyıq (Məz. 100:2).
2. Nəyə görə biz Yehovaya xidmətdə səy göstərməliyik?
2 Kainatın Ali Hökmdarı kimi, Yehova bizim Ona verməli olduğumuzun ən yaxşısına layiqdir (Mal. 1:6). Məhəbbətdən irəli gələrək biz Onun iradəsini yerinə yetirmək üçün həyatımızı Ona həsr etdik. Buna görə də əgər biz günün və ya ayın sonunda vaxtımızın, bacarığımızın, eləcə də gücümüzün «nübarı»nı Yehovaya xidmətə sərf etdiyimizi təmiz vicdanla deyə biliriksə, onda sevinmək üçün bizim səbəbimiz var (Sül. məs. 3:9). Lakin əgər vicdanımız bizi narahat edirsə, onda vəziyyəti yaxşılaşdırmaq üçün üsullar axtarmalıyıq (Rom. 2:15).
3. Nəyə görə özümüzü başqaları ilə müqayisə etmək müdrik hərəkət deyil?
3 «Özünü başqaları ilə müqayisə etmədən». Özümüzü başqaları ilə və ya özümüzün daha güclü olduğumuz vaxtlarımızla müqayisə etmək müdrik olmazdı. Şəraitlər dəyişir. Qabiliyyətlər müxtəlifdir. Müqayisə çox vaxt rəqabətə gətirib çıxardır və ya insanda lazımsızlıq hissi yaradır (Qalat. 5:26; 6:4). İsa heç vaxt insanları bir-biri ilə müqayisə etmirdi. Əksinə, o, insanın nəyə bacarığı çatırdısa, həmin işə görə də onu tərifləyirdi (Mark 14:6—9).
4. İsanın talant məsəlindən biz hansı ibrət dərsi götürə bilərik?
4 İsanın talant məsəlində hər nökər öz bacarığına görə talant almışdı (Mat. 25:15). Onların ağası qayıdıb gördükləri işlər barədə hesabat verməyi tələb etdi. Ağa qabiliyyətlərinə və şəraitlərinə uyğun çalışqanlıqla işləyən nökərlərini təriflədi və onlar onun sevincinə şərik oldular (Mat. 25:21, 23). Əgər biz də Padşahlıq haqqında canla-başla təbliğ ediriksə, əmin ola bilərik ki, Allah bizdən razıdır və bizim sevinməyimiz üçün səbəbimiz var!