-
Yeganə Allah olan Yehova ailəsini bir yerə yığırGözətçi qülləsi 2012 | 15 iyul
-
-
7. Ruhun birliyini qorumaq nə deməkdir?
7 Düzdür, Yehova Məsihin fidyə qurbanlığı sayəsində məsh olunmuş məsihçiləri oğulları kimi, başqa qoyunları isə dostları kimi saleh elan edib. Lakin nə qədər ki biz bu sistemdə yaşayırıq, aramızda fikir ayrılığı qaçılmazdır (Rom. 5:9; Yaq. 2:23). Əks halda, Yehovanın: «Bir-birinizə qarşı dözümlü olun», — məsləhətinə ehtiyac olmazdı. Aramızda birlik necə yaranır? Bunun üçün biz «tam təvazökarlıq, həlimlik» inkişaf etdirməliyik. Bundan əlavə, Pavel bizi təşviq edir ki, «sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa ürəkdən [çalışaq]». (Efeslilərə 4:1—3 ayələrini oxu.) Bu məsləhəti tətbiq etmək Allahın ruhunun təsirinə boyun əymək və ona daxilimizdə səmərə yetişdirməyə imkan vermək deməkdir. İnsanlar arasında həmişə ayrılıq salan günahlı bədənin əməllərindən fərqli olaraq, ruhun səmərəsi aralarında uçurum olanları birləşdirir.
-
-
Yeganə Allah olan Yehova ailəsini bir yerə yığırGözətçi qülləsi 2012 | 15 iyul
-
-
9. «Sülhün birləşdirici telləri içində ruhun birliyini» qorumağa çalışıb-çalışmadığımızı müəyyən etmək üçün özümüzü necə yoxlaya bilərik?
9 Buna görə də hər birimiz özümüzdən soruşmalıyıq: «“Sülhün birləşdirici telləri içində ruhun birliyini” qorumaq üçün mən nə dərəcədə ürəkdən çalışıram? Kiminləsə aram dəyəndə özümü necə aparıram? Dostlarımın məni dəstəkləyəcəyinə ümid edərək narazılığımı çoxlu sayda insanların qarşısında bildirirəmmi? Həmimanlımla sülhü bərpa etməyə çalışmaq əvəzinə, ağsaqqalların işə müdaxilə edərək mənim tərəfimi tutacaqlarını gözləyirəmmi? Xətrinə dəydiyim bacı və ya qardaşa problem barədə xatırlatmamaq üçün ondan qaçırammı?» Bu kimi hərəkətlər Yehovanın göydə və yerdə olanların hamısını Məsihdə birləşdirmək niyyətinə töhfə verdiyimizi göstərəcəkmi?
10, 11. a) Həmimanlılarımızla sülhdə olmaq nə dərəcədə vacibdir? b) Sülh və ruhani firavanlıq üçün vacib olan əməllər hansılardır?
10 İsa demişdi: «Əgər bəxşiş götürüb qurbangaha gəlsən və orada yadına düşsə ki, qardaşın səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get qardaşınla barış, sonra gəlib bəxşişini təqdim edərsən. Rəqibinlə məhkəməyə gedərkən, hələ yolda ikən çalış onun könlünü al» (Mat. 5:23—25). Yaqub yazmışdı ki, «salehlik bəhrəsinin toxumu... sülhpərvərlər üçün əmin-amanlıq şəraitində əkilir» (Yaq. 3:17, 18). Deməli, sülh olmasa, biz saleh davrana bilmərik.
11 Bir nümunəyə baxaq. Hesablamalara görə, vaxtilə müharibələrin tüğyan etdiyi bəzi ölkələrdə 35 faizdən çox torpaq sahəsi əkin-biçin üçün yararsızdır, çünki sakinlər həmin ərazilərin minalandığından ehtiyat edirlər. Minalar partlayanda fermerlər torpaqlarını atıb gedirlər. Kəndlilər iş tapmaqda çətinlik çəkirlər, şəhərlər qida çatışmazlığı ilə üzləşir. Eynilə, əgər qardaşlarla sülhü poza biləcək hər hansı bir xüsusiyyətimiz varsa, ruhani inkişafdan dala qalacağıq. Lakin əgər tez insanları bağışlayır və başqalarının rifahı üçün çalışırıqsa, əsil firavanlıq üçün gözəl şərait yaranır.
-