Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/3 s. 13—18
  • “Səbirliliyi geyin”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Səbirliliyi geyin”
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Məsihin verdiyi səbirlilik nümunəsi
  • Ruhun səmərəsi
  • “Məhəbbət səbirlidir”
  • Səbir, sarsılmaz qalmağa kömək edir
  • Səbirliliyi geyinərək
  • “Hamıya qarşı səbirli”
  • Yehova səbirli Allahdır
    Gözətçi qülləsi 2002
  • Ruha görə hərəkət edəcəksinizmi?
    Gözətçi qülləsi 2007
  • Ruhun rəhbərliyi altında yaşayırsanmı?
    Gözətçi qülləsi 2011
  • Allahın pisliyə yol verməsindən nə öyrənirik
    Vahid həqiqi Allaha ibadət edin
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/3 s. 13—18

“Səbirliliyi geyin”

“Mərhəmət... və səbirliliyi geyin” (KOLOSLULARA 3:12, İ-93).

1. Səbirlə bağlı gözəl nümunə söyləyin.

FRANSANIN cənub-qərbində yaşayan Reji, 1952-ci ildə Yehovanın vəftiz olunmuş Şahidi oldu. Onun arvadı, ərinin Yehovaya xidmət etməsinə mane olmaq üçün, çox illər ərzində əlindən gələni edirdi. Məsihçi görüşlərinə gedə bilməsin deyə, ərinin avtomobilinin şinlərini deşməyə çalışırdı; hətta bir dəfə evdən-evə xidməti zamanı ərinin arxasınca düşüb, ev sahiblərinə Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edərkən onu lağa qoymuşdu. Aramsız müqavimətlərə baxmayaraq, Reji səbirli olmaqda davam edirdi. Buna görə də o, bütün məsihçilərə gözəl nümunədir, çünki Yehova öz xidmətçilərindən başqalarına münasibətdə səbirli olmağı tələb edir.

2. “Səbir” kimi tərcümə olunan yunan sözü hərfi mə’nada nə deməkdir və nəyi nəzərdə tutur?

2 “Səbir” kimi tərcümə edilən qədim yunan sözü Azərbaycan dilində olan “İncil” kitabında 13 dəfə “səbir”, bir dəfə isə “təhəmmül” ifadəsinə tərcümə olunub”. Həm ibrani, həm də yunan dilində səbir mə’nasını verən söz altında dözmək, tab gətirmək və kiminsə gec qəzəblənən olduğu nəzərdə tutulur.

3. Məsihçilərin səbirliliyə olan nöqteyi-nəzərləri, birinci əsrdəki yunanların nöqteyi-nəzərindən necə fərqlənirdi?

3 Birinci əsrdə Yunan xalqı səbir keyfiyyətini nəciblik hesab etmirdi. Stoik filosoflar bu sözü heç vaxt istifadə etmirdilər. Müqəddəs Kitab üzrə alim Vilyam Barklinin sözlərinə görə, səbir “yunanlıların nəciblik haqqındakı təsəvvürlərinə tamam zidd olmuşdur”. Yunanlar, “təhqirə və ya haqsızlığa dözməməyi” üstün tuturdular. Barkli yazırdı: “Nəyin bahasına olursa-olsun intiqam almağa çalışan adam yunanların idealı sayılırdı. Məsihçilər üçün isə, imkanı olsa belə, qisas almayan şəxs ideal sayılır”. Yunanlar səbirliliyi zəiflik hesab etsələr də, başqa vəziyyətlərdə olduğu kimi, bu halda da “Allahın “ağılsızlıq” deyilən şeyi insanların müdrikliyindən daha üstündür və Allahın “zəiflik” deyilən şeyi insanlardan daha güclüdür” prinsipi ədalətlidir (1 Korinflilərə 1:25).

Məsihin verdiyi səbirlilik nümunəsi

4, 5. Səbirliliyə dair İsa hansı gözəl nümunəni verdi?

4 Yehovadan sonra, səbirliliyə dair ən gözəl nümunə verən ikinci şəxs Məsih İsadır. Güclü təzyiq altında olanda belə, İsa valehedici tərzdə özünə hakim olmağı bacardı. Onun haqqında peyğəmbərcəsinə deyilmişdi: “Onunla pis davrandılar, fəqət alçaldıldığı zaman ağzını açmadı; boğazlanmağa aparılan quzu kimi və qırxıcılar önündə dilsiz duran qoyun kimi, ağzını açmadı” (İşaya 53:7).

5 Yer üzündəki xidməti ərzində İsa necə də heyrət doğuran səbir təzahür etdirirdi! O, düşmənlərinin məkrli suallarına və əleyhdarlarının təhqirinə davam gətirirdi (Matta 22:15-46; 1 Peter 2:23). Aralarında kimin böyük olduğu barədə dəfələrlə mübahisə edən şagirdləri ilə səbirlə davranırdı (Mark 9:33-37; 10:35-45; Luka 22:24-27). Ələ verildiyi gecə “oyaq durun” xahişinə baxmayaraq, Peter, Yaqub və Yəhya yatanda, İsa necə də heyranedici təmkinlilik göstərdi! (Matta 26:36-41).

6. İsanın səbirli olmasından Pavel hansı faydanı əldə etdi və bundan biz nə öyrənirik?

6 İsa, ölüb dirildikdən sonra da səbirli olmağa davam edirdi. Əvvəllər məsihçiləri tə’qib edən həvari Pavel də buna əmin oldu. O yazırdı: “Bu söz e’timada və hər vəchlə qəbul olunmağa layiqdir ki, Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi. O günahkarlardan ən yamanı mənəm. Lakin mən məhz ona görə mərhəmətə nail oldum ki, Məsih İsa Öz kamil təhəmmülünü ilk olaraq mənim üzərimdə zühur etdirsin və əbədi həyat üçün Ona iman etməli olanların nümunəsi olum” (1 Timoteyə 1:15, 16). Əgər keçmişimizdən asılı olmayaraq İsaya ürəkdən iman ediriksə, o, bizə qarşı da səbirli olacaq; bir şərtlə ki, “tövbəyə layiq işlər” görək (Həvarilərin işləri 26:20; Romalılara 2:4). Məsihin Kiçik Asiyadakı yeddi yığıncağa göndərdiyi xəbərdən görünür ki, səbirli olmasına baxmayaraq, o, bizdən irəliləyişlər də gözləyir (Vəhy, 2-ci və 3-cü fəsillər).

Ruhun səmərəsi

7. Səbir ilə ruhun səmərəsi arasında hansı bağlılıq var?

7 Qalatiyalılara yazdığı məktubun 5-ci fəslində, Pavel cismani təbiətin əməlləri ilə ruhun səmərəsini müqayisə edir (Qalatiyalılara 5:19-23). Səbir Yehovaya xas olan keyfiyyətlərdən biri olduğundan, bu keyfiyyət öz başlanğıcını Ondan alır və Onun ruhunun səmərəsidir (Çıxış 34:6, 7). Pavelin sadaladığı “məhəbbət, sevinc, sülh... lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” kimi ruhun səmərəsi arasında səbir dördüncü yerdədir (Qalatiyalılara 5:22, 23). Buna görə də Allahın xidmətçiləri, Allaha məqbul səbir təzahür etdirdikdə, bunu müqəddəs ruhun tə’siri altında edirlər.

8. Səbirliliyi özünə daxil edən ruhun səmərəsini inkişaf etdirməkdə bizə nə kömək edər?

8 Lakin bu o demək deyil ki, Yehova insanı müqəddəs ruha tabe olmağa məcbur edir. Müqəddəs ruhun tə’sirinə biz könüllü surətdə tabe olmalıyıq (2 Korinflilərə 3:17; Efeslilərə 4:30). Gördüyümüz hər bir işdən asılı olmayaraq, müqəddəs ruhun səmərəsini inkişaf etdirdikdə, onun bizə tə’sir göstərməsinə yol veririk. Cismani təbiətin əməllərini və ruhun səmərəsini sadalayarkən Pavel əlavə edir: “Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcəkdir. Öz cismani təbiəti üçün əkən, o təbiətdən ölüm biçəcəkdir; Ruh üçün əkən isə, Ruhdan əbədi həyat biçəcəkdir” (Qalatiyalılara 5:25; 6:7, 8). Səbirliliyi müvəffəqiyyətlə inkişaf etdirmək üçün, müqəddəs ruhun məsihçilərdə hasil etdiyi digər səmərələrin üzərində də işləməliyik.

“Məhəbbət səbirlidir”

9. Ehtimal olunduğu kimi, Pavelin Korinfdəki yığıncağa “məhəbbət səbirlidir” yazmasının səbəbi nə olmuşdur?

9 Pavel göstərdi ki, məhəbbətlə səbirlilik arasında sıx bağlılıq var. O yazırdı: “Məhəbbət səbirlidir” (1 Korinflilərə 13:4). Müqəddəs Kitab üzrə alim Albert Barnzın sözlərinə görə, Pavel bunu, Korinfdəki məsihçi yığıncağında münaqişə və höcətləşmə olduğu üçün qeyd etmişdi (1 Korinflilərə 1:11, 12). Barnz yazır: “Burada [“səbir” mə’nasında] istifadə edilən söz, hirslənməkdə və tez qəzəblənməkdə təzahür olunan tələsikliyə zidd qoyulub. Bu söz altında, pis davranışa və hücumlara UZUN MÜDDƏT TAB GƏTİRMƏYƏ yol verən əhval- ruhiyyə nəzərdə tutulur”. Məhəbbət və səbir, şübhəsiz ki, bu gün də məsihçi yığıncağında əmin-amanlığın olmasına çox kömək edir.

10. a) Səbirli olmaqda məhəbbət bizə necə kömək edir və bununla əlaqədar həvari Pavel bizə hansı məsləhəti verir? b) Müqəddəs Kitab üzrə bir alim Allahın səbri və xeyirxahlığı barədə nə demişdir? (Haşiyəyə baxın.)

10 “Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət... öz mənfəətini axtarmaz, hirslənməz”. Gördüyünüz kimi, səbirli olmağımız üçün məhəbbət bizə çox sahələrdə kömək edira (1 Korinflilərə 13:4, 5). Məhəbbət, bir-birimizlə səbirlə yola getməyə, həmçinin hamımızın qeyri-kamil və hər birimizin nöqsanlarımız olduğunu yadda saxlamağa imkan verir. Nəzakətli və bağışlayan olmağımıza kömək edir. Həvari Pavel bizi təşviq edir: “Tam təvazökarlıq və həlimliklə, səbirlə davranıb, bir-birinizə məhəbbətlə təhəmmül edin, Ruhun vəhdətini sülh bağı ilə saxlamağa sə’y göstərin” (Efeslilərə 4:1-3).

11. Məsihçi kollektivlərində səbir nəyə görə xüsusilə vacibdir?

11 Yığıncaqlarda, Beyt-Ellərdə, missioner evlərində, tikinti briqadalarında, hər-hansı teokratik məktəblərdə - bir sözlə, bütün məsihçi kollektivlərində hər bir kəsin səbirliliyi, ümumi əmin-amanlığa və xoşbəxtliyə kömək edir. Xasiyyətlərdə, zövqlərdə, tərbiyədə, nəzakət və gigiyena qaydalarına dair təsəvvürlərdə olan müxtəliflik üzündən bə’zən xoşagəlməz vəziyyətlər yarana bilər. Bu, ailələrə də aiddir. Belə halda səbirli olmaq çox vacibdir (Süleymanın məsəlləri 14:29; 15:18; 19:11). Səbirli olmaq - yaxşılığa ümid bəsləyərək, pisliklərə tab gətirmək hər bir kəsdən tələb olunur (Romalılara 15:1-6).

Səbir, sarsılmaz qalmağa kömək edir

12. Çətin vəziyyətlərdə səbirli olmaq nəyə görə vacibdir?

12 Səbir, sonsuz və ya tez həll edilməsi mümkün olmayan kimi görünən xoşagəlməz vəziyyətlərə tab gətirməkdə bizə kömək edir. Məqalənin əvvəlində adı çəkilən Reji ilə də belə olmuşdur. Yehovaya xidmət etməkdə uzun illər arvadı ona mane olmuşdur. Lakin bir dəfə gözü yaşlı ərinin yanına gəlib, dedi: “Bunun həqiqət olduğunu bilirəm. Mənə kömək et. Müqəddəs Kitabı öyrənmək istəyirəm”. Nəticədə o, Yehovanın Şahidi kimi vəftiz olundu. Reji deyir: “Bu sübut edir ki, Yehova mübarizə, səbir və sarsılmazlıqla keçən həmin illərə xeyir-dua verdi”. Rejinin səbri mükafatlandırıldı.

13. Sarsılmazlığı qorumaqda Pavelə nə kömək etdi və bu sahədə onun nümunəsi bizə necə kömək edə bilər?

13 Eramızın birinci yüzilliyində səbirliliyin gözəl nümunəsini həvari Pavel verdi (2 Korinflilərə 6:3-10; 1 Timoteyə 1:16). Ömrünün çox hissəsini yaşayamış olan Pavel, gənc dostu Timoteyə nəsihət verərkən, bütün məsihçilərin sınaqlarla qarşılaşacaqlarını bildirdi. Pavel diqqəti öz nümunəsinə yönəltdi və sarsılmaz qalmaq üçün lazım olan əsas məsihçi keyfiyyətlərini sadaladı. O yazırdı: “Sən isə mənim tə’lim, davranış, məqsəd, iman, səbir, məhəbbət, təhəmmül, tə’qiblər, Antakya, Konya və Listrada başıma gələn iztirabların izi ilə getdin. Nə cür tə’qiblərə təhəmmül etdim! Və hamısından məni Rəbb xilas etdi. Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır” (2 Timoteyə 3:10-12; Həvarilərin işləri 13:49-51; 14:19-22). Sarsılmaz qalmaq üçün hamımıza iman, məhəbbət və səbir lazımdır.

Səbirliliyi geyinərək

14. Pavel, Allaha məqbul olan səbir kimi keyfiyyətləri nə ilə müqayisə etdi və Kolos məsihçilərinə hansı nəsihəti verdi?

14 Həvari Pavel səbirliliyi və Allaha məqbul olan digər keyfiyyətləri paltarla müqayisə etmişdir. Məsihçi, “köhnə mənliyə” xas olan əməlləri “bir yana” qoyaraq, bu paltarı geyinməlidir (Koloslulara 3:5-10). O yazırdı: “Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [“Yehova”, YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin” (Koloslulara 3:12-14).

15. Məsihçilərin səbirliliyi və Allaha məqbul olan digər keyfiyyətləri “geyinmələri” hansı səmərələri gətirir?

15 Yığıncağın üzvləri şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik “geyinəndə”, problemləri həll etməyi və Yehovaya xidmətlərini davam etdirməyi bacarırlar. Səbirlilik, xüsusilə də məsihçi ağsaqqallarına lazımdır. Bə’zən onlar məsihçilərdən kimi isə məzəmmət etməli olurlar, amma bunu müxtəlif tərzdə etmək olar. Pavel, Timoteyə yazdığı məktubunda ən yaxşı əhval-ruhiyyəni belə təsvir etmişdir: “Tam səbirlə və tə’limlə iqna, məzəmmət, təşviq et” (2 Timoteyə 4:2). Bəli, Yehovanın qoyunları ilə rəftar edərkən həmişə səbirli olmaq, onların ləyaqətlərinə qarşı hörmət və nəciblik təzahür etdirmək lazımdır (Matta 7:12; 11:28; ­Həvarilərin işləri 20:28, 29; Romalılara 12:10).

“Hamıya qarşı səbirli”

16. Əgər “hamıya qarşı səbirlə” davranarıqsa, nəyə nail ola bilərik?

16 Yehova bütün bəşəriyyətə səbirli olduğu üçün, biz “hamıya qarşı səbirli” olmağa mə’nəviyyatca borcluyuq (1 Saloniklilərə 5:14). Bu, Şahid olmayan qohumlarımız, qonşularımız, sinif və iş yoldaşlarımızla səbirli olmaq deməkdir. Bə’zən iş yerində və ya məktəbdə illər uzunu acı sözlərə, yaxud birbaşa müqavimətlərə mə’ruz qalan Şahidlər, qabaqcadan yaranmış yanlış fikirləri aradan qaldırmışlar (Koloslulara 4:5, 6). Həvari Peter yazırdı: “İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislik edənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər” (1 Peter 2:12).

17. Məhəbbət və səbirdə Yehovanı necə təqlid edə bilərik və bu bizə nə üçün lazımdır?

17 Yehovanın səbri milyonlarla insanlar üçün xilas mə’nasını daşıyacaqdır (2 Peter 3:9, 15). Məhəbbət və səbirdə Yehovanı təqlid etsək, Allahın Padşahlığı haqqındakı xoş xəbəri səbirlə təbliğ etməyə və başqalarını Məsihin Padşahlıq hakimiyyətinə tabe olmağı öyrətməyə davam edəcəyik (Matta 28:18-20; Mark 13:10). Əgər biz təbliğ etməyi dayandırsaq, Yehovanın səbrinə sərhəd qoymaq istədiyimizi və Onun insanları tövbəyə gətirməklə əlaqədar səbir etməsinin məqsədini anlamadığımızı göstərmiş olarıq (Romalılara 2:4).

18. Pavel koloslular üçün necə dua edirdi?

18 Kiçik Asiyanın Kolos şəhərində yaşayan məsihçilərə göndərdiyi məktubunda Pavel yazırdı: “Buna görə də eşitdiyimiz gündən sizin üçün dua edib, yalvarmaqdan vaz keçmirik ki, tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavrayasınız ki, Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salasınız; hər cür xeyirli işdə səmərə verib, Allahı tanımaqda tərəqqi edəsiniz, tam təhəmmül və sevinclə səbir göstərməniz üçün Onun izzətli qüvvətinə görə hər cür qüdrətlə möhkəmlənəsiniz” (Koloslulara 1:9-11).

19, 20. a) Yehovanın davam edən səbrini sınaq saymamaq üçün bizə nə kömək edəcəkdir? b) Səbirli olmağımız hansı faydaları gətirəcək?

19 Əgər bütün insanların xilas olub, həqiqəti dərk etmələrinə dair “Allahın iradəsini bütünlüklə” qavrayırıqsa, Yehovanın indiyə kimi göstərdiyi səbir bizim üçün sınaq olmayacaq (1 Timoteyə 2:4). Biz “hər cür xeyirli işdə”, xüsusən də “Padşahlıq haqqında olan bu Müjdə”nin təbliğ işində səmərə verəcəyik (Matta 24:14, İ-93). Bu işi sədaqətlə yerinə yetirməyə davam etsək, Yehova, “tam təhəmmül və sevinclə” səbirli olmağımız üçün, bizi “hər cür qüdrətlə” möhkəmləndirəcək. Bu nəsihətə riayət edərək, Yehovaya “layiq şəkildə hərəkət” edəcəyik və “Onu hər cəhətdən” razı saldığımızı dərk etdiyimiz üçün daxili rahatlıq hissi duyacağıq.

20 Biz, Yehovanın səbir etməsində olan müdrikliyə tam əmin olmalıyıq. Belə səbir həm bizim üçün, həm də təbliğimizi və verdiyimiz tə’limi dinləyən insanlar üçün xilas deməkdir (1 Timoteyə 4:16). Əgər biz, ruhun səmərəsi olan məhəbbət, lütfkarlıq, yaxşılıq, həlimlik və özünə hakim olmaq xüsusiyyətlərini təzahür etdiririksə, sevinclə səbir edə biləcəyik. Ailə üzvlərimizlə, həmçinin yığıncaqdakı qardaş və bacılarla əmin-amanlıq içində daha yaxşı yaşayacağıq. Səbir, iş və sinif yoldaşlarımızla da hövsələli davranmağımıza kömək edəcək. Səbrimizin məqsədi isə, qanunsuzları xilas etmək və səbirli Allahımız Yehovanı izzətləndirmək olacaq.

[Haşiyə]

a Pavelin “məhəbbət səbirli, xeyirxahdır” sözlərilə əlaqədar, Müqəddəs Kitab alimi Qordon D. Fi yazır: “Həvari Pavelin məktubunda [səbir və xeyirxahlıq], Allahın bəşəriyyətə olan münasibətinin iki yönünü təqdim edir (Rom. 2:4 ilə müq. et). Bir tərəfdən, Allahın məhəbbətdən irəli gələn səbri, insanın üsyanına qarşı qəzəbini saxlamasında təzahür olunur; digər tərəfdən, Allahın xeyirxahlığı, saysız-hesabsız dərəcədə ifadə etdiyi mərhəmətində görünür. Buna görə də, Pavel məhəbbətin təsvirini, Öz hökmünə layiq olanlara Məsih vasitəsilə səbir və xeyirxahlıq göstərən Allaha xas olan iki xüsusiyyətlə başlayır”.

İzah edə bilərsinizmi?

• Məsih hansı sahələrdə səbirliliyin gözəl nümunəsini verdi?

• Səbirliliyi inkişaf etdirməkdə bizə nə kömək edəcəkdir?

• Ailələrə, məsihçi kollektivlərinə və ağsaqqallara səbir necə fayda gətirir?

• Səbirli olmağımız bizə və başqalarına hansı faydanı gətirəcək?

[15-ci səhifədəki şəkil]

Hətta ən gərgin vəziyyətlərdə belə İsa şagirdləri ilə səbirlə davranırdı.

[16-cı səhifədəki şəkil]

Məsihçi ağsaqqalları, qardaşlarla münasibətdə səbirlilik nümunəsi verməyə təşviq olunurlar.

[17-ci səhifədəki şəkil]

Məhəbbət və səbirdə Yehovanı təqlid edəriksə, xoş xəbərin təbliğini davam etdirəcəyik.

[18-ci səhifədəki şəkil]

Pavel dua edirdi ki, məsihçilər “sevinclə səbir” etsinlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş