-
Yehova sizə dayaq olarGözətçi qülləsi 2015 | 15 dekabr
-
-
13. Müalicə ilə bağlı tövsiyələrə necə yanaşmalıyıq?
13 Bizim zəmanədə heç bir məsihiyə şəfa vermək ənamı verilməyib. Heç kəs bizi möcüzəvi şəkildə sağalda bilməz. Ancaq bəzi qardaşlar yaxşı niyyətdən irəli gələrək başqalarına səhhətlə bağlı tövsiyələr verirlər. Digərləri isə ümumi, praktiki məsləhətlər verirlər. Bulus da Timutiyə bu cür məsləhət vermişdi. Görünür, Timutinin yaşadığı yerdə içməli su çirkli olduğuna görə onun mədəsində problem var idia. (1 Timutiyə 5:23 ayəsini oxuyun.) Ancaq bir var belə məsləhət verəsən, bir də var ki, həmimanlını hansısa bir bitkini, dərmanı qəbul etməyə, müəyyən bir pəhrizi saxlamağa inandırasan. Bu, çox təhlükəlidir. Bunun xeyri qalsın bir tərəfə, hətta səhhətə zərəri dəyə bilər. Bəzən nəyisə tövsiyə edəndə adamı belə sözlərlə inandırmağa çalışırlar: «Mənim qohumumun da belə xəstəliyi var idi. O, filan şeyi etdi, sağaldı». Təklif təmiz niyyətdən irəli gələrək edilsə də, unutmamalıyıq ki, hətta geniş yayılmış dərmanların da, müalicələrin də fəsadları olur. (Məsəllər 27:12 ayəsini oxuyun.)
-
-
Yehova sizə dayaq olarGözətçi qülləsi 2015 | 15 dekabr
-
-
a «Şərabın mənşəyi və tarixi» kitabında deyilir: «Təcrübədə sınaqdan keçirilmişdir ki, qarın yatalağı törədən bakteriyalar və digər təhlükəli mikroblar şərabın təsirindən dərhal məhv olurlar».
-