Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 166
  • Pul hər cür pisliyin köküdür?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pul hər cür pisliyin köküdür?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Pulla bağlı Müqəddəs Kitabda nə deyilir?
  • Nəyə görə Müqəddəs Kitabda pulpərəstliyin təhlükəli olduğu yazılıb?
  • Müqəddəs Kitabda pulla bağlı verilən məsləhət bizə hansı faydanı gətirə bilər?
  • Pul məsələsini necə həll etməli?
    Xoşbəxt ailəm
  • Pulu necə xərcləməli?
    Gözətçi qülləsi 2009
  • Həyatdan məmnunluq duymağın sirləri
    Oyanın! 2021
  • İşə və pula düzgün münasibət
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 166
Çoxlu pulu mənimsəmək istəyən kişi.

Pul hər cür pisliyin köküdür?

Müqəddəs Kitabın cavabı

Xeyr. Müqəddəs Kitabda deyilmir ki, pul pislikdir, yaxud bütün pisliklərin kökündə duran səbəbdir. Pulun hər cür pisliyin kökü olduğunu düşünməyə Müqəddəs Kitab əsas vermir. Əslində, orada deyilir ki, «hər cür pisliyin kökü pulpərəstlikdir», yəni pula sevgidir (1 Timutiyə 6:10).

  • Pulla bağlı Müqəddəs Kitabda nə deyilir?

  • Nəyə görə Müqəddəs Kitabda pulpərəstliyin təhlükəli olduğu yazılıb?

  • Müqəddəs Kitabda pulla bağlı verilən məsləhət bizə hansı faydanı gətirə bilər?

  • Pul barədə Müqəddəs Kitabdakı ayələr

Pulla bağlı Müqəddəs Kitabda nə deyilir?

Müqəddəs Kitabda deyilir ki, ağılla istifadə edildikdə pul insanın sipəri olur (Vaiz 7:12). Bundan başqa, Müqəddəs Kitab başqalarına səxavət göstərən, o cümlədən maddi cəhətdən kömək edən insanları tərifləyir (Məsəllər 11:25).

Eyni zamanda, Müqəddəs Kitabda pula həyatın mənası kimi baxmağın təhlükəli olduğu yazılıb. Orada deyilir: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İbranilərə 13:5). Yəni pula düzgün yanaşın, var-dövlət dalınca qaçmayın. İnsanın zəruri tələbatına yemək, paltar və qalmağa yer daxildir. Əgər bunlar varımızdırsa, buna qane olmalıyıq (1 Timutiyə 6:8).

Nəyə görə Müqəddəs Kitabda pulpərəstliyin təhlükəli olduğu yazılıb?

Acgöz insanlar əbədi yaşamayacaqlar (Efeslilərə 5:5). Bunun bir səbəbi odur ki, acgözlük bütpərəstliyin, yəni yalan ibadətin bir növüdür (Koloslulara 3:5). Digər səbəbi isə odur ki, belələri istədiklərini əldə etmək üçün çox vaxt bütün prinsipləri tapdalayırlar. Məsəllər 28:20 ayəsində deyilir: «Tez varlanmaq istəyən təmiz qalmaz». Belə insanlar hətta cinayətə də — şantaja, qəsbkarlığa, fırıldağa, insan oğurluğuna və qətlə əl ata bilərlər.

Hətta pis hərəkətlərə aparıb çıxarmasa da, pulpərəstliyin başqa mənfi nəticələri olur. Müqəddəs Kitabda deyilir ki, «varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Timutiyə 6:9).

Müqəddəs Kitabda pulla bağlı verilən məsləhət bizə hansı faydanı gətirə bilər?

Əgər biz pul xatirinə əxlaqi və ruhani dəyərləri tapdalamasaq, özümüzə hörmət edəcəyik, üstəlik, Allahdan lütf və kömək alacağıq. Allah sidq-ürəkdən onu razı salmağa çalışan insanlara vəd edir: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbranilərə 13:5, 6). O həm də bizi əmin edir ki, «sadiq insanın xeyir-bərəkəti olar» (Məsəllər 28:20).

Pul barədə Müqəddəs Kitabdakı ayələr

Vaiz 7:12: «Pul... insanın sipəridir».

Mənası: Ağılla istifadə edildikdə pul insana fayda gətirir, çünki onu müəyyən qədər qoruyur.

Luka 12:15: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil».

Mənası: Pul həyatda ən vacib şey deyil və insanı pul xilas etməyəcək.

1 Timutiyə 6:10: «Hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək iman yolundan çıxmış, özlərinə çoxlu əzab çəkdirmişlər».

Mənası: Pul öz-özlüyündə pis deyil. Amma pulu sevən insanlar, onu həyatının mənası edənlər öz başlarına bəla açırlar, belələrinin ailəsi dağılır, həddən artıq çox işlədiklərindən səhhətlərinə zərər dəyir.

İbranilərə 13:5: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun».

Mənası: Nəyin bahasına olursa-olsun varlanmağa can atmaqdansa, yaxşı olar ki, zəruri tələbatlarımızı ödəməklə kifayətlənək.

Mətta 19:24: «Bunu bilin ki, dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».

Mənası: İsa Məsih bir dövlətli kişiyə ardınca gəlməyi buyurdu. Kişi mal-mülkünə həddən artıq bağlandığından bu dəvəti qəbul etmədi. Onda İsa Məsih xəbərdarlıq etdi ki, var-dövləti Allahdan üstün tutan insan əbədi həyatı itirə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş