Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/2 s. 19—21
  • Şəxsən üstünlük verdiyimiz şeylərdə təkid etməliyikmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şəxsən üstünlük verdiyimiz şeylərdə təkid etməliyikmi?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • İş seçimində
  • Dost seçimində
  • Geyim və xarici görünüş
  • İşgüzar məsələlərdə
  • Hətta kiçik məsələlərdə belə
  • Geyiminiz Allaha şərəf gətirir?
    Gözətçi qülləsi 2016
  • Geyim və xarici görünüş
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Geyimdə və xarici görünüşdə ləyaqət
    Müqəddəs ibadətimiz 2002
  • Ədəbli geyim Allaha ehtiram bəslədiyimizə şəhadət edir
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/2 s. 19—21

Şəxsən üstünlük verdiyimiz şeylərdə təkid etməliyikmi?

İKİ balaca uşaq birlikdə oynayır. Onlardan biri sevimli oyuncağını digərinin əlindən qapıb qışqırır: «Mənimdir!» Qeyri-kamil insanlar körpəlikdən az və ya çox xudbinlik təzahür etdirirlər (Yar. 8:21; Rom. 3:23). Üstəlik, dünya insanları ilk növbədə özlərini fikirləşməyə təşviq edir. Bu ruha yoluxmamaq üçün xudbin meyllərə qarşı var qüvvəmizlə mübarizə aparmalıyıq. Belə etməsək, asanlıqla başqalarını büdrədər və Yehova ilə münasibətlərimiz zəifləyə bilər (Rom. 7:21-23).

Həvari Pavel hərəkətlərimizin başqalarına necə təsir etdiyi haqda düşünməyə təşviq edərək yazmışdı: «Mənə hər şey caizdir, lakin hər şey faydalı deyil; mənə hər şey caizdir, lakin hər şey ruhən inkişaf etdirməz». O, həmçinin demişdi ki, heç kimin ‘büdrəməsinə səbəb olmamalıyıq’ (1 Kor. 10:23, 32). Buna görə də, şəxsi seçimlə bağlı məsələlərdə özümüzdən soruşmağımız müdriklik olardı: «Yığıncağın sülhü təhlükə altında olanda haqqım çatan müəyyən şeylərdən imtina etməyə hazırammı? Çətin olsa belə, Müqəddəs Kitab prinsiplərinə riayət etməyə hazırammı?»

İş seçimində

İnsanların əksəriyyəti iş seçiminin başqalarına çox az, yaxud heç bir aidiyyəti olmadığını düşünürlər. Amma gəlin Cənubi Amerikanın kiçik bir şəhərində yaşayan iş adamının nümunəsinə nəzər yetirək. O, qumarbaz və içki düşkünü kimi tanınırdı. Ancaq Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyin sayəsində ruhən inkişaf etdi və həyat tərzini dəyişdi (2 Kor. 7:1). O, yığıncaqla birlikdə təbliğ etmək arzusunu bildirdikdə ağsaqqal nəzakətlə onu öz işi barəsində düşünməyə təşviq etdi. Bu kişi bir müddət idi ki, xalis qamış spirtinin şəhər üzrə əsas tədarükçüsü idi. Adətən bu məhsul bir çox sahələrdə istifadə olunsa da, həmin ərazidə çox vaxt spirtsiz içkilərə qatılır və yalnız sərxoş olmaq məqsədilə istifadə edilirdi.

O başa düşdü ki, həm təbliğ etsə, həm də bu məhsulu satmaqla məşğul olsa, yığıncağın adına ləkə gətirər və Allahla münasibətlərini korlaya bilər. Böyük külfət sahibi olmasına baxmayaraq, bu işdən imtina etdi. İndi isə o, ailəsini saxlamaq üçün kağız məmulatları satır. Bu kişi, onun arvadı və beş uşağından ikisi artıq vəftiz olunub. Onlar xoş xəbəri səylə və sərbəst təbliğ edirlər.

Dost seçimində

İnsanın imanına şərik olmayanlarla ünsiyyətdə olması şəxsi işidir, yoxsa burada Müqəddəs Kitab prinsipləri nəzərə alınmalıdır? Bir bacı məsihçi olmayan gənc oğlanla əyləncə gecəsinə getmək istəyirdi. Bacıya xəbərdarlıq olunsa da, o bunun öz şəxsi işi olduğunu hesab etdiyi üçün həmin gecəyə getdi. Təzəcə gəlmişdi ki, ona güclü yuxu dərmanı qatılmış içki verdilər. Bir neçə saatdan sonra yuxudan ayılanda «dostu» tərəfindən zorlandığını anladı. (Yaradılış 34:2 ayəsi ilə müqayisə et.)

Dünyəvi insanlarla ünsiyyətin nəticələri həmişə belə acı olmasa da, Müqəddəs Kitab bizi xəbərdarlıq edir: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Sül. məs. 13:20). Şübhə yoxdur ki, pis dostluğu seçməklə özümüzü təhlükəyə məruz qoyuruq! Süleymanın məsəlləri 22:3 ayəsində deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar». Ünsiyyət etdiyimiz insanlar bizə və Allahla münasibətlərimizə pis təsir edə bilər (1 Kor. 15:33; Yaq. 4:4).

Geyim və xarici görünüş

Stil və dəb mövsümdən-mövsümə dəyişir. Amma Müqəddəs Kitabın geyimə və xarici görünüşə dair prinsipləri dəyişilməz olaraq qalır. Pavel məsihçi qadınları ‘utancaqlıq və mötədilliklə, ədəbli qiyafətlə özlərini bəzəməyə’ təşviq edirdi. Bu prinsip eynilə kişilərə də aiddir (1 Tim. 2:9). Pavel bu sözlərlə həddən artıq sadə, saya, bər-bəzəksiz geyməyi məsləhət görmürdü, həmçinin bütün məsihçilərin eyni zövqə malik olmalı olduğunu da demirdi. Bəs onda ‘utancaqlıq’ xüsusiyyəti altında nə nəzərdə tutulur? Bir lüğətdə utancaqlıq sözü «ismət, həyalılıq, abırlılıq» kimi müəyyən edilir.

Biz özümüzdən soruşmalıyıq: «Əgər mən özümə diqqət cəlb edəcək tərzdə geyinmək haqqım olduğunu düşünürəmsə, həqiqətən də Pavelin məsləhətinə əməl etdiyimi deyə bilərəmmi? Geyim tərzim insanlarda kim olduğuma və yaşadığım əxlaq normalarına dair yanlış təsəvvürlər yaradırmı?» Biz ‘yalnız öz mənfəətimizi deyil, başqalarının da mənfəətini güdsək’, geyimimizlə və xarici görünüşümüzlə ‘kimsənin büdrəməsinə səbəb olmarıq’ (2 Kor. 6:3; Filip. 2:4).

İşgüzar məsələlərdə

Korinf yığıncağında haqsızlıqla bağlı ciddi məsələ baş qaldıranda Pavel yazmışdı: «Haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi?» (1 Kor. 6:1-7). Pavel məsihçilərə qardaşı məhkəməyə verməkdənsə, nəyi isə qurban verməyə hazır olmağı məsləhət görürdü (1 Kor. 6:1-7). Birləşmiş Ştatlarda yaşayan bir qardaş bu məsləhətə ciddi yanaşdı. Onunla məsihçi müdiri arasında məvacibə dair ciddi fikir ayrılığı yaranmışdı. Müqəddəs Kitab rəhbərliyinə riayət edərək onlar dəfələrlə görüşüb məsələni öz yoluna qoymağa çalışsalar da, heç bir razılığa gələ bilmirdilər. Nəhayət, onlar bu məsələni «cəmiyyətə», yəni məsihçi ağsaqqallara danışdılar (Mat. 18:15-17).

Əfsuslar olsun ki, problem hələ də həll olunmamış qalırdı. Çoxlu dua etdikdən sonra həmin qardaş məvacibinin əksər hissəsindən imtina etmək qərarına gəldi. Nəyə görə? Bir qədər sonra o bunun səbəbini belə izah etdi: «Bu fikir ayrılığı məni sevincdən məhrum edir və ruhani işlərə sərf edə biləcəyim qiymətli vaxtımı alırdı». Qardaş bu qərarı verdikdən sonra yenidən sevinc duyduğunu və Yehovanın onun xidmətini xeyir-dualandırdığını hiss etdi.

Hətta kiçik məsələlərdə belə

Üstünlük verdiyimiz şeylərdə təkid etməməyimiz hətta kiçik məsələlərdə belə xeyir-dualar gətirir. Vilayət konqresinin birinci günündə pioner ər-arvad vaxtından tez gəlib istədikləri yeri tutdu. Proqram başlayanda bir neçə uşaqdan ibarət böyük bir ailə ağzınacan dolu olan zala daxil oldu. Onların münasib yer axtardığını görən bu ər-arvad öz yerlərini onlara verdi. Bunun sayəsində bütün ailə birgə otura bildi. Konqresdən bir neçə gün sonra onlar həmin ailədən minnətdarlıq məktubu aldılar. Onlar konqresə gecikdiklərinə görə necə dilxor olduqlarını yazmışdılar. Amma bu ər-arvadın xeyirxahlığı sayəsində onların ürəyi sevinc və minnətdarlıqla doldu.

Əlimizə fürsət düşəndə gəlin başqalarının rifahı naminə şəxsi maraqlarımızdan imtina etməyə hazır olaq. ‘Öz mənfəətimizi axtarmadan’ məhəbbət təzahür etdirməklə biz yığıncaqda və yaxınlarımızla aramızdakı sülhü qoruyuruq (1 Kor. 13:5). Ən vacibi isə, biz Yehova ilə dostluğumuzu qoruyuruq.

[20-ci səhifədəki şəkil]

Paltar seçərkən öz istəyindən imtina etməyə hazırsanmı?

[21-ci səhifədəki şəkil]

Qardaşlarına yer verməyə hazırsanmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş