Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/6 s. 24—28
  • Aranızda zəhmət çəkənlərə hörmət göstərin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Aranızda zəhmət çəkənlərə hörmət göstərin
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • «Zəhmət çəkən»
  • «Sizə rəhbərlik edən»
  • «Sizə... nəsihət verənlərə»
  • Ağsaqqalları qiymətləndir
  • Yığıncaq necə təşkil olunub?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • «Allahın sizə əmanət etdiyi sürünü otarın»
    Gözətçi qülləsi 2011
  • Əziz ağsaqqallar, Bulusdan örnək götürün
    Gözətçi qülləsi 2022
  • Yığıncaq ağsaqqalları
    Yehova Allahın müasir xalqı
Gözətçi qülləsi 2011
w11 15/6 s. 24—28

Aranızda zəhmət çəkənlərə hörmət göstərin

«Qardaşlar, sizdən rica edirik ki, Ağamızın işində zəhmət çəkən, sizə rəhbərlik edən və nəsihət verənlərə hörmət göstərəsiniz» (1 SALON. 5:12).

1, 2. a) Pavel «Salonikililərə birinci məktub»unu yazanda oradakı yığıncaqda vəziyyət nə yerdə idi? b) Pavel salonikililəri nəyə təşviq etdi?

TƏSƏVVÜR ET Kİ, sən eramızın birinci əsrində yaşayırsan və Avropada ilk yaranan yığıncaqlardan biri olan Saloniki yığıncağının üzvüsən. Həvari Pavel buradakı qardaşları möhkəmləndirmək üçün xeyli vaxt sərf etmişdi. Ola bilsin, o, başqa yığıncaqlardakı kimi, burada da yığıncağa rəhbərlik etmək üçün ağsaqqallar təyin etmişdi (Həv. iş. 14:23). Lakin yığıncaq yaranandan sonra yəhudilər Pavellə Silanı şəhərdən qovmaq məqsədilə izdiham təşkil etdilər. Şəhərdə qalan məsihçilər, yəqin ki, özlərini atılmış hiss edirdilər, hətta bəlkə də, qorxu içində idilər.

2 Pavelin təməli yenicə qoyulmuş yığıncağa görə nə üçün narahat olduğunu başa düşmək çətin deyil. O, geri qayıtmaq istəsə də, Şeytan hər dəfə onun yolunu kəsirdi. Buna görə də o, yığıncağı ruhlandırmaq üçün Timoteyi göndərdi (1 Salon. 2:18; 3:2). Timotey yaxşı xəbərlərlə qayıdanda Pavel salonikililərə məktub yazmaq qərarına gəldi və bu məktubda həm də onları üzərlərində rəhbərlik edənlərə hörmət göstərməyə təşviq etdi. (1 Salonikililərə 5:12, 13 ayələrini oxu.)

3. Salonikidəki məsihçilərin ağsaqqallara böyük hörmət göstərməyə hansı səbəbləri var idi?

3 Saloniki yığıncağında rəhbərlik edən qardaşlar Pavel, onun əməkdaşları və Yerusəlimdə olan ağsaqqallar qədər təcrübəli deyildilər. Axı bu yığıncaq heç bir il yox idi ki mövcud idi! Buna baxmayaraq, yığıncaq üzvlərinin onlar üçün «zəhmət çəkən», «rəhbərlik edən» və «nəsihət verənlərə» görə minnətdar olmağa, eləcə də onlara «böyük ehtiram və məhəbbət» göstərməyə səbəbləri var idi. Sonra Pavel: «Bir-birinizlə mehriban olun», — deyərək onlara məsləhət vermişdi. Əgər sən Salonikidəki yığıncağın üzvü olsaydın, ağsaqqalların ağır zəhmətini qiymətləndirməzdin? Allahın Məsih vasitəsilə verdiyi «insanlar timsalında hədiyyələr»ə necə yanaşırsan? (Efes. 4:8).

«Zəhmət çəkən»

4, 5. Pavelin günlərində yığıncağa təlim vermək nəyə görə zəhmət tələb edirdi və nəyə görə eyni şeyi bizim günlər haqda da demək olar?

4 Paveli və Silanı Veriyaya yolladıqdan sonra Salonikidəki ağsaqqallar hansı mənada zəhmət çəkirdilər? Şübhəsiz, onlar Paveldən nümunə götürərək Müqəddəs Kitabın köməyilə yığıncağa təlim verirdilər. Ola bilsin, sən Salonikidəki məsihçilərin Allahın Kəlamını qiymətləndirdiyinə şübhə edirsən. Axı Müqəddəs Kitabda deyilir ki, veriyalılar «Saloniki yəhudilərinə nisbətən daha alicənab idilər və... Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar» (Həv. iş. 17:11). Amma bu ayədə söhbət məsihçilərdən yox, ümumilikdə yəhudilərdən gedir. Məsihçi olanlar isə «Allahın sözünü insan sözü kimi deyil,.. Allahın sözü kimi» qəbul etdilər (1 Salon. 2:13). Ağsaqqallar da bu insanları ruhani qida ilə təmin etmək üçün çox zəhmət çəkirdilər.

5 Bu gün sadiq və ağıllı nökər Allahın sürüsünə «vaxtlı-vaxtında yemək paylarını» verir (Mat. 24:45). Bu nökərin rəhbərliyi altında ağsaqqallar bacı-qardaşları ruhani qida ilə təmin etmək üçün çox zəhmət çəkirlər. Yığıncaqdakı bacı-qardaşların kifayət qədər Müqəddəs Kitaba əsaslanan ədəbiyyatı var. Bəzi dillərdə isə «Gözətçi Qülləsi nəşrlərinin indeksi», «Gözətçi Qülləsinin kitabxanası» (CD-ROM) və hər dekabr sayında çap olunan «Gözətçi Qülləsi»nin tematik indeksi kimi vəsaitləri əldə etmək mümkündür. Yığıncağın ruhani tələbatlarının qayğısına qalan ağsaqqallar görüşlərə hazırlaşmaq üçün çoxlu vaxt sərf edirlər ki, təyin olunmuş materialı effektiv surətdə yığıncağa təqdim etsinlər. Ağsaqqalların yığıncaqda və konqreslərdə etdikləri çıxışlara hazırlaşmaq üçün nə qədər vaxt sərf etdiklərini heç bilirsən?

6, 7. a) Pavel Salonikidəki ağsaqqallara hansı nümunəni qoymuşdu? b) Nəyə görə bu gün ağsaqqallara Pavelin nümunəsini izləmək çətin ola bilər?

6 Salonikidəki ağsaqqallar Pavelin sürünü otarmaqda qoyduğu gözəl nümunəni həmişə yadda saxlayırdılar. O, bunu sadəcə borc hissindən irəli gələrək etmirdi. Əvvəlki məqalədə deyildiyi kimi, Pavel onlarla «körpəsini əmizdirib əzizləyən bir ana kimi» nəvazişlə davranırdı. (1 Salonikililərə 2:7, 8 ayələrini oxu.) O, onların uğrunda öz canını belə verməyə hazır idi! Ağsaqqallar da sürünü onun kimi otarmalı idilər.

7 Məsihçi ağsaqqallar nəvazişlə sürünün qayğısına qalmaqla Pavelin nümunəsini izləyirlər. Bəzi bacı-qardaşlar təbiətcə istiqanlı və ünsiyyətcil deyil. Bununla belə, ağsaqqallar onları başa düşməyə və gözəl xüsusiyyətlərini görməyə çalışırlar. Düzdür, qeyri-kamil olduqlarından ağsaqqallar üçün hər kəsə müsbət nöqteyi-nəzərlə baxmaq əsil mübarizə ola bilər. Amma onlar hamı ilə mülayim davranmaq və Məsih kimi yaxşı çoban olmaq üçün əllərindən gələni edirlər. Məgər buna görə onlar tərifə layiq deyillər?

8, 9. Ağsaqqallar gecə-gündüz bizim rifahımızı necə düşünürlər?

8 Biz ağsaqqallara tabe olmalıyıq. Nəyə görə? Pavelin yazdığı kimi, onlar «gecə-gündüz» bizim rifahımızı düşünürlər (İbr. 13:17). Bu, bizə sürünü qorumaq üçün yuxularından vaz keçməli olan çobanları xatırlada bilər. Bu gün ruhani çobanlar, yəni ağsaqqallar zəif səhhəti olan, yaxud ruhani və ya emosional cəhətdən əziyyət çəkən bacı-qardaşlara kömək etmək üçün bəzən öz yuxularını qurban verməli olurlar. Məsələn, Xəstəxanalarla əlaqə komitələrində çalışan qardaşlar təcili vəziyyət yarananda gecə yarısı durmaq lazım gəlsə belə, bunu etməyə hazırdırlar. Biz belə vəziyyətlərlə üzləşəndə onların göstərdikləri köməyə görə ürəkdən minnətdarıq!

9 Regional tikinti və yardım komitələrində xidmət edən qardaşlar həmimanlılarına kömək etmək üçün var gücləri ilə çalışırlar. Onlar bizim dəstəyimizə layiqdir! 2008-ci ildə Myanmada Nərgiz qasırğasından sonra onların yerli bacı-qardaşlara necə yardım etdiklərinə nəzər salaq. Böyük ziyan dəymiş İravadi çayının deltasında yerləşən Botinqon yığıncağına çatmaq üçün könüllülər cəsədlərlə dolu olan ərazidən keçməli olmuşdular. Yerli qardaşlar ilk könüllüləri və aralarında keçmiş rayon nəzarətçilərini görəndə ucadan qışqırdılar: «Baxın, bu ki bizim rayon nəzarətçimizdir! Yehova bizi xilas etdi!» Gecə-gündüz çalışan ağsaqqalların ağır zəhmətini qiymətləndirirsən? Bəzən yığıncaqda mürəkkəb problemlər yaranır və onları həll etmək məqsədilə ağsaqqallardan ibarət xüsusi komitə təşkil edilir. Bu ağsaqqallar öz nailiyyətləri ilə öyünmürlər; onların köməyindən yararlananlar bu qardaşlara ürəkdən minnətdardırlar (Mat. 6:2—4).

10. Ağsaqqalların gördüyü hansı iş pərdə arxasında qalır?

10 Bir çox ağsaqqalların kağız işləri də az deyil. Məsələn, ağsaqqallar şurasının koordinatoru həftəlik görüşlərin cədvəlini hazırlayır. Yığıncağın katibi təbliğ xidməti haqda aylıq və illik hesabatı tərtib edir. Teokratik Xidmət Məktəbinin nəzarətçisi məktəbdə çıxış edəcək şagirdləri təyin edir. Hər üç aydan bir yığıncağın maliyyə hesabatları yoxlanılır. Ağsaqqallar filialdan gələn məktubları oxuyur və imanda birliyi qorumağa kömək edən rəhbərliyi tətbiq edirlər (Efes. 4:3, 13). Bu zəhmətkeş ağsaqqalların sayəsində «hər şey ədəb-ərkanla və nizamla» yerinə yetirilir (1 Kor. 14:40).

«Sizə rəhbərlik edən»

11, 12. Yığıncağa kimlər rəhbərlik edir və bu, özünə nəyi daxil edir?

11 Pavel Salonikidəki zəhmətkeş ağsaqqallar barədə həmçinin yazmışdı ki, onlar yığıncağa «rəhbərlik [edirlər]» (1 Salon. 5:12). Orijinal mətndə bu ayədə istifadə olunan söz «qarşıda durmaq» mənasını verir və onu «istiqamətləndirmək, başçılıq etmək» kimi də tərcümə etmək olar. Pavel bu ifadə altında yığıncağın bütün ağsaqqallarını nəzərdə tuturdu. Bu gün ağsaqqalların əksəriyyəti hərfi mənada yığıncaq qarşısında durub görüşləri keçirirlər. Sədrlik edən qardaşların indi ağsaqqallar şurasının koordinatoru adlanması bizə onlara bir bədənin üzvü kimi baxmağa kömək edir.

12 Yığıncağa «rəhbərlik etmək» yalnız ona təlim verməkdən ibarət deyil. 1 Timoteyə 3:4 ayəsində istifadə olunan «idarə etmək» ifadəsi eyni mənanı daşıyır. Pavel yazır ki, nəzarətçi «ailəsini yaxşı idarə etməli, uşaqları itaətkar və tərbiyəli olmalıdır». «İdarə etmək» ifadəsi özünə yalnız uşaqlara təlim-tərbiyə verməyi yox, həmçinin ailəyə başçılıq etməyi və uşaqları öz itaətində saxlamağı da daxil edir. Bəli, ağsaqqallar yığıncağa başçılıq edir və hamıya Yehovanın itaətində qalmağa kömək edirlər (1 Tim. 3:5).

13. Nəyə görə ağsaqqalların yekdil qərara gəlmələri üçün vaxt tələb oluna bilər?

13 Yığıncağa yaxşı rəhbərlik etmək üçün ağsaqqallar yığıncağın tələbatlarını müəyyənləşdirir və ona kömək etməyin üsullarını birlikdə müzakirə edirlər. Kimsə düşünə bilər ki, bütün qərarları bir ağsaqqal versə, daha yaxşı olar. Lakin birinci əsrdəki rəhbərlik şurasından nümunə götürərək müasir ağsaqqallar şurası bütün məsələləri öz aralarında açıq şəkildə müzakirə edir və rəhbərliyi Müqəddəs Kitabda axtarırlar. Onların məqsədi Allahın Kəlamındakı prinsipləri öz yığıncaqlarının tələbatlarına tətbiq etməkdir. Bunu daha yaxşı etmələri üçün ağsaqqallar bu görüşə hazırlaşmalı, yəni Müqəddəs Yazıları, eləcə də sadiq və ağıllı nökərin təqdim etdiyi rəhbərliyi araşdırmalıdırlar. Əlbəttə, bunun üçün çox vaxt tələb olunur. Birinci əsrdə rəhbərlik şurası sünnət məsələsini müzakirə edəndə aralarında fikir ayrılığı yaranmışdı. Bu gün də ağsaqqallar arasında fikir ayrılığı yaranarsa, Müqəddəs Kitaba əsaslanan yekdil qərara gəlmələri üçün onlara əlavə vaxt ayırmaq və tədqiqat aparmaq lazım gələ bilər (Həv. iş. 15:2, 6, 7, 12—14, 28).

14. Ağsaqqalların bir bədən kimi, birlik içində əməkdaşlıq etdiyini qiymətləndirirsənmi? Nəyə görə?

14 Bəs əgər bir ağsaqqal dediyinin üstündə durursa, öz fikirlərini yeritməyə çalışırsa, yaxud da birinci əsrdəki Diotref kimi, nifaq salırsa, nə baş verə bilər? (3 Yəh. 9, 10). Əlbəttə, bütün yığıncaq bundan əziyyət çəkəcək. Şeytan birinci əsrdə yığıncaqlarda sülhü pozmağa çalışırdı və əmin ola bilərik ki, o, bu gün də bunu etmək istəyir. Şeytan insanı günahlı arzularının dalınca düşməyə təhrik edə bilər, məsələn, bu, yüksək mövqe tutmaq istəyi ola bilər. Buna görə də ağsaqqallar təvazökar olmalı və bədən kimi, birgə fəaliyyət göstərməlidirlər. Bir-birləri ilə bədən kimi əməkdaşlıq edən ağsaqqalların təvazökarlığını biz yüksək qiymətləndiririk, elə deyilmi?

«Sizə... nəsihət verənlərə»

15. Ağsaqqallar hansısa bacıya və ya qardaşa nəsihət verəndə bunu hansı niyyətdən irəli gələrək edirlər?

15 Sonra Pavel ağsaqqalların üzərinə düşən çətin, eyni zamanda, vacib vəzifəni vurğulayır; o, sürüyə nəsihət vermək məsuliyyətindən danışır. Yunanca Müqəddəs Yazılarda «nəsihət vermək» kimi tərcümə olunan yunan sözünü yalnız həvari Pavel istifadə edir. Bu ifadə altında ciddi, lakin heç bir ədavət çaları olmayan məsləhət nəzərdə tutulur (Həv. iş. 20:31; 2 Salon. 3:15). Məsələn, Pavel korinflilərə yazmışdı: «Elə bilməyin ki, bunları, sizi xəcalətli etmək üçün yazıram, xeyr, mən sizi öz sevimli balalarım bilib sizə öyüd-nəsihət verirəm» (1 Kor. 4:14). Pavel başqalarına görə səmimi-qəlbdən narahat olduğu üçün nəsihət verirdi.

16. Ağsaqqallar başqalarına nəsihət verərkən nəyi yadda saxlamalıdırlar?

16 Ağsaqqallar başa düşürlər ki, başqalarına nəsihət verərkən bunu hansı tərzdə etdiklərinə diqqət yetirməlidirlər. Bu çox vacibdir. Onlar Paveldən nümunə götürərək mülayim, məhəbbətli və qayğıkeş olmağa çalışırlar. (1 Salonikililərə 2:11, 12 ayələrini oxu.) Əlbəttə, ağsaqqal «təlim verərkən Allahın etimada layiq sözünə bağlı qalmalıdır ki, sağlam təlimin sayəsində... qardaşları ürəkləndirsin» (Tit. 1:5—9).

17, 18. Ağsaqqal sənə nəsihət verəndə nəyi yadda saxlamalısan?

17 Ağsaqqallar qeyri-kamil olduqları üçün hərdən dedikləri sözə görə sonradan peşman olurlar (1 Pad. 8:46; Yaq. 3:8). Həmçinin onlar bilirlər ki, bacı-qardaşlar məsləhət alanda bu, onlara, adətən, «sevinc yox, qəm gətirir» (İbr. 12:11). Buna görə də ağsaqqal kiməsə nəsihət verməzdən öncə bu haqda çoxlu düşünür və Yehovaya dua edir. Əgər ağsaqqal sənə məsləhət veribsə, onun sənə görə səmimi-qəlbdən narahat olduğunu qiymətləndirirsənmi?

18 Təsəvvür et ki, xəstələnmisən, amma bunun səbəbini bilmirsən. Sonra həkim sənə dəqiq diaqnoz qoyur, ancaq bunu qəbul etmək sənin üçün çətindir. Məgər buna görə həkimə qəzəblənəcəksən? Əlbəttə ki, yox. Hətta o, sənə əməliyyat olunmağı təklif etsə belə, bunun sənə kömək edəcəyinə ümid edərək razılaşacaqsan. Həkimin xəstəliyin barədə məlumatı sənə necə çatdırdığı hisslərinə toxuna bilər. Bəs sən yol verəcəksənmi ki, bu, verəcəyin qərara təsir etsin? Çox güman ki, yox. Bu gün Yehova və İsa sənə həqiqətdə inkişaf etməyə və ruhaniliyini möhkəmləndirməyə kömək etmək üçün insanlardan istifadə edə bilərlər. Buna görə də yol vermə ki, məsləhətin verilmə tərzi onu qəbul etməyinə mane olsun.

Ağsaqqalları qiymətləndir

19, 20. Sən «insanlar timsalında hədiyyələr» olan ağsaqqalları qiymətləndirdiyini necə göstərə bilərsən?

19 Əgər xüsusilə sənin üçün hazırlanmış hədiyyə alsaydın, nə edərdin? Yəqin, ondan istifadə edərək onu qiymətləndirdiyini göstərərdin. Ağsaqqalların çıxışlarına diqqətlə qulaq asmaqla və onların vurğuladıqları fikirləri tətbiq etməyə çalışmaqla bu hədiyyələrə görə minnətdar olduğunu göstərə bilərsən. Həmçinin bunu yığıncaqda düşünülmüş şərhlər verməklə də etmək olar. Ağsaqqalların rəhbərlik etdiyi hər işdə, o cümlədən sahə xidmətində onları dəstəklə. Əgər hansısa ağsaqqalın verdiyi məsləhət sənə kömək edibsə, nəyə görə bunu ona deməyəsən? Üstəlik, ağsaqqal yığıncaqda səylə çalışa bilsin deyə ailəsi onunla keçirməli olduğu vaxtı qurban verir.

20 Həqiqətən də, aramızda zəhmət çəkən, bizə rəhbərlik edən və nəsihət verən ağsaqqallara minnətdar olmaq üçün tutarlı səbəblərimiz var. Bu qardaşlar, həqiqətən də, Yehovanın bizə «insanlar timsalında» verdiyi hədiyyələrdir!

Yadınızdadırmı?

• Salonikidəki məsihçilərin onlara rəhbərlik edən qardaşlara görə minnətdar olmaları üçün hansı səbəbləri var idi?

• Yığıncağındakı ağsaqqallar sənin üçün necə zəhmət çəkirlər?

• Ağsaqqalların yığıncağa rəhbərlik etməsi şəxsən sənə hansı faydanı gətirir?

• Ağsaqqal bizə nəsihət verəndə nəyi yadda saxlamalıyıq?

[27 səhifədəki şəkil]

Allahın sürüsünü otaran ağsaqqalların zəhmətini qiymətləndirirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş