Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  1 s. 14—15
  • Stressiz həyat mümkündür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Stressiz həyat mümkündür
  • Oyanın! 2020
  • Oxşar material
  • Mündəricat
    Oyanın! 2020
  • Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq
    Oyanın! 2019
  • Stresi dəf etməyin yolları
    Oyanın! 2020
  • Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?
    Gözətçi qülləsi 2014
Əlavə
Oyanın! 2020
g20 №  1 s. 14—15
Ata ilə kiçik oğlu okeanın dalğalarında oynayır, ana ilə qızı isə sahildən onlara baxır.

STRESİ DƏF ETMƏK MÜMKÜNDÜR

Stressiz həyat mümkündür

Müqəddəs Kitabdakı hikmət insana lazımsız stresdən qaçmağa kömək edə bilər. Biz özümüz stres yaradan hər şeyi aradan qaldıra bilmərik. Amma Yaradanımız bunu etməyə qadirdir. O hətta bir kəsi bizə kömək etmək üçün təyin edib. Bu, İsa Məsihdir. İsa Məsih yer üzündə olanda möhtəşəm işlər görmüşdü. Tezliklə, onlardan da artığını dünya miqyasında icra edəcək. Məsələn:

İSA MƏSİH XƏSTƏLƏRƏ ŞƏFA VERƏCƏK.

«Müxtəlif xəstəliklərdən və ağrılardan əzab çəkən bütün xəstələri... İsanın yanına gətirdilər və o, bu adamları sağaltdı» (MƏTTA 4:24).

İSA MƏSİH HƏR KƏSİ EVLƏ, QİDA İLƏ TƏMİN EDƏCƏK.

«Onlar [Məsihin təbəələri] evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək» (ƏŞİYA 65:21, 22).

İSA MƏSİHİN HAKİMİYYƏTİ BÜTÜN DÜNYADA SÜLHÜ VƏ ƏMİN-AMANLIĞI BƏRQƏRAR EDƏCƏK.

«Onun dövründə saleh adam çiçəklənəcək, ay durduqca hər yanda sülh olacaq. Səltənəti dənizdən-dənizə, çaydan tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq... Düşmənləri torpağı yalayacaq» (ZƏBUR 72:7—9).

İSA MƏSİH ƏDALƏTSİZLİYƏ SON QOYACAQ.

«O, fağır-füqəranın halına acıyacaq, fəqirlərin canını xilas edəcək. Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (ZƏBUR 72:13, 14).

İSA MƏSİH ƏZAB-ƏZİYYƏTİ, ÖLÜMÜ YOX EDƏCƏK.

«Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (VƏHY 21:4).

«SON DƏRƏCƏ ÇƏTİN BİR VAXT»

«Dünya hələ heç vaxt bu qədər stresli, qayğılı, kədərli və iztirablı olmayıb» (Məhəmməd Yunis, «Qellap»ın (Gallup) baş redaktoru.)

Nə üçün bu gün stres artıb? Bu sualın ən düzgün cavabı Müqəddəs Kitabda yazılıb. 2 Timutiyə 3:1 ayəsində deyilir: «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək». Bunun səbəbini isə Müqəddəs Kitab insanların xasiyyətindəki pis cəhətlərlə əlaqələndirir. Bu cəhətlərə acgözlük, təkəbbür, dini riyakarlıq, zorakılıq, doğmaları sevməmək, özünə hakim olmamaq daxildir (2 Timutiyə 3:2—5). İsa Məsih Allahın səmavi hökumətə təyin etdiyi Padşah kimi bütün yer üzünü idarə edəndə axırzaman sona yetəcək (Dənyal 2:44).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş