Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Saleh adamla şər adam arasındakı fərq
    Gözətçi qülləsi 2018 | yanvar
    • 3. 2 Timutiyə 3:2—5 ayələrində sadalanan xüsusiyyətlər kimlərə aiddir?

      3 Həvari Bulus axırzamanın «son dərəcə çətin bir vaxt» olacağını yazmış, həmin dövrdə yaşayan insanları fərqləndirən 19 xüsusiyyətin adını çəkmişdi. Romalılara 1:29—31 ayələrində həvari oxşar xüsusiyyətlərdən ibarət siyahı gətirmişdi. Lakin həvarinin Timutiyə məktubda işlətdiyi bəzi terminlərə İncilin başqa heç bir ayəsində rast gəlinmir. Bəs Bulus bu xüsusiyyətlərin kimlər tərəfindən nümayiş etdiriləcəyini demişdi? O, «insanlar» sözünü işlətsə də, dünyadakı bütün insanları nəzərdə tutmurdu. Çünki məsihilər ümumi cəmiyyətdən fərqli olaraq, tamam başqa xüsusiyyətlərlə tanınırlar. (Məlaki 3:18 ayəsini oxuyun.)

  • Saleh adamla şər adam arasındakı fərq
    Gözətçi qülləsi 2018 | yanvar
    • 4. Təkəbbürlü insan necə olur?

      4 Həvari Bulus insanların xudbin, pulpərəst olacağını deyəndən sonra əlavə edir ki, insanlar həm də lovğa, özündən razı, təkəbbürlü olacaqlar. Bu xüsusiyyətlərə sahib olan insanlar, bir qayda olaraq, öz bacarığına, görünüşünə, varına, mənsəbinə görə özlərini digərlərindən üstün sayır, alqış, rəğbət «xəstəsi» olurlar. Bir mütəxəssisin təbiri ilə desək, təkəbbürlü insan ürəyində özünə səcdə edir. Təkəbbür o qədər çirkin bir xüsusiyyətdir ki, hətta təkəbbürlü insanlar da başqalarında bu xüsusiyyəti görəndə ikrah duyurlar.

  • Saleh adamla şər adam arasındakı fərq
    Gözətçi qülləsi 2018 | yanvar
    • 8. a) Müasir dünyada itaətsizliyə necə baxılır? b) Müqəddəs Yazılar övladları nəyə çağırır?

      8 Həvari Bulus yazmışdı ki, axırzamanda insanlar «valideynlərinə itaət etmə»yəcəklər. İtaətsizlik bugünkü dünyada normal qarşılansa da, kitab, film, televiziya verilişlərində tərənnüm edilsə də, cəmiyyətin özəyini təşkil edən ailə təsisatının sarsılmasına səbəb olur. Bu həqiqəti insanlar ta qədimdən dərk ediblər. Məsələn, qədim Yunanıstanda valideyninə əl qaldıran övlad bütün vətəndaşlıq hüquqlarından məhrum olurdu. Roma qanununda atanı vurmaq qətlə bərabər cinayət sayılırdı. Eynilə, Allahın qanunu da övladlardan öz valideynləri ilə hörmətlə rəftar etməyi tələb edir (Çıx. 20:12; Efes. 6:1—3).

  • Saleh adamla şər adam arasındakı fərq
    Gözətçi qülləsi 2018 | yanvar
    • 10, 11. a) Hansı geniş yayılmış keyfiyyətlər insanlar arasında xətir-hörmətin azaldığından xəbər verir? b) Məsihilər başqaları ilə rəftarda hansı ali qaydanı rəhbər tuturlar?

      10 Həvari Bulus insanlar arasında xətir-hörmətin azalacağını göstərən bir sıra əlavə mənfi xüsusiyyətlərin adını çəkir. Valideynə itaətsizlik xüsusiyyətindən sonra Bulus insanların nankor olacağını deyir. Burada məntiqli bağlılıq var, çünki itaətsizliyin özü çox vaxt qədirbilməzlikdən irəli gəlir. Siyahı vəfasız, sonra barışmaz sözləri ilə davam edir. Həvari həmçinin deyir ki, cəmiyyət küfr danışan («söyüşkən», haş.) və xain olacaq. Yəni insanlar bir-birini, Allahı təhqir edəcək, xəyanətkar olacaqlar. Bulus həm də deyir ki, axırzaman insanları böhtançı olacaq, bu isə o deməkdir ki, insanlar bir-birinə şər atacaq, qara yaxacaqlara.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş