Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Valideynlər, övladınıza xilasa aparan hikmət verin
    Gözətçi qülləsi 2017 | dekabr
    • 3. a) Timuti nə vaxt məsihi olmuşdu və o, öyrəndiklərinə necə yanaşırdı? b) Bulus Timutiyə yazdığı məktubda onun Müqəddəs Yazılardan öyrəndiyi biliklə bağlı hansı üç məqamı vurğulamışdı?

      3 Timutinin Məsihi dini ilə tanışlığı eramızın 47-ci ilinə, həvari Bulusun Listranı ilk dəfə ziyarət etdiyi vaxtlara təsadüf edir. Görünür, həmin vaxt o, yeniyetmə olub, amma buna baxmayaraq, öyrəndiklərini tətbiq edir və artıq iki ildən sonra həvari Bulusu səyyar xidmətdə müşayiət etməyə başlayır. Üstündən təxminən on altı il keçəndən sonra Bulus Timutiyə yazmışdı: «Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal, axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən. Bundan başqa, sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları [Tövratı] körpəlikdən bilirsən. Bu hikmət Məsih İsaya gətirdiyin iman vasitəsilə səni xilasa çatdıracaq» (2 Tim. 3:14, 15). Burada həvari üç məqama toxunur: 1) Müqəddəs Yazıları bilmək, 2) öyrəndiyi şeylərin doğruluğuna əmin olmaq, 3) Məsih İsaya iman vasitəsilə xilasa aparan hikmətə yiyələnmək.

  • Valideynlər, övladınıza xilasa aparan hikmət verin
    Gözətçi qülləsi 2017 | dekabr
    • «DOĞRULUĞUNA ƏMİN» OLMAQ

      5. a) Timutinin öyrəndiyi şeyin «doğruluğuna əmin» olması nə deməkdir? b) Timutinin Məsih haqqında müjdənin doğruluğuna əmin olduğu nədən görünür?

      5 Düzdür, Müqəddəs Kitabdan bilik almaq vacibdir. Bununla belə uşağınıza təkcə Müqəddəs Kitabdakı personajlar və hekayələr haqqında öyrətməklə kifayətlənməyin. Məsələn, Timuti öyrəndiyi şeylərin doğruluğuna əmin olmuşdu. Yəni o, bu şeylərin həqiqət olduğuna şəkk-şübhəsiz inanırdı. Timuti Tövratı uşaq vaxtından bilirdi. Sonralar o, əsaslı dəlillərin sayəsində İsanın Məsih olduğuna əmin olmuşdu. Başqa sözlə, Timuti dəlilləri araşdıraraq biliyini möhkəmləndirmişdi. Nəticədə, həqiqət yoluna əminliyi o dərəcədə güclənmişdi ki, Timuti vəftiz olmuş və həvari Bulusla birgə təbliğ səyahətinə çıxmışdı.

      6. Uşağınıza Müqəddəs Kitabdan aldığı biliklərin doğruluğuna əmin olmağa necə kömək edə bilərsiniz?

      6 Siz uşağınıza Timuti kimi, öyrəndiyi şeylərin doğruluğuna əmin olmağa necə kömək edə bilərsiniz? Əvvəla, səbirli olun. Əminlik bir gecənin içində yaranmır. Bir də, gözləməyin ki, sizdəki əminlik mütləq uşağınıza da sirayət edəcək. Uşaq özü ağlını işlətməklə qəlbində Müqəddəs Kitabda yazılanların həqiqət olduğuna əminlik yetişdirməlidir. (İbranilərə 5:14 ayəsini oxuyun.) Amma bir valideyn kimi sizin bu işdə uşağa böyük köməyiniz dəyə bilər, xüsusən də o, suallar verəndə. Gəlin görək bir ata bunu necə edir.

      7, 8. a) Bir məsihi ata qızına nəyisə başa salanda necə səbir göstərir? b) Bəs sizdən hansı hallarda səbir tələb olunur?

      7 On bir yaşında qızı olan Tomas deyir: «Qızım hərdən belə suallar verir: “Yehova dünyanı təkamül vasitəsilə yarada bilməzdi ki? Biz niyə ictimai işlərdə, məsələn, seçkilərdə iştirak etmirik, bəlkə, bu yolla dünyadakı vəziyyəti düzəltmək olar?” Özümü zorla saxlayıram ki, qəti cavab verməyim. Axı faktı böyük bir daş kimi uşağın qarşısına qoymaqla onda əminlik yaratmaq mümkün deyil. Bunun üçün xırda daşlardan, yəni dəlillərdən istifadə etmək lazımdır».

      8 Tomas qardaşın da sözlərindən gördüyümüz kimi uşağı öyrətmək səbir tələb edir. Səbir təkcə valideynlər üçün yox, bütün məsihilər üçün vacib xüsusiyyətdir (Kol. 3:12). Tomas qardaş bilir ki, qızının öyrəndiyi şeylərin həqiqət olduğuna əmin olması üçün vaxt keçməlidir, onunla bu barədə hələ çoxlu söhbət etmək, ona Müqəddəs Kitabdan dəlillər gətirmək lazımdır. O deyir: «Həyat yoldaşımla mən həmişə, xüsusən də, vacib mövzularda əmin olmağa çalışırıq ki, qızımız öyrəndiklərinə ürəkdən inanır və başa düşür. O, suallar verəndə sevinirəm. Amma suallar verməsə, hər dediyimizlə razılaşsa, çox narahat olaram».

      9. Uşağınıza Müqəddəs Kitaba inanmağa necə kömək edə bilərsiniz?

      9 Valideyn uşağı səbirlə öyrədərsə, o, yavaş-yavaş «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» qavrayacaq (Efes. 3:18). O, uşağı öyrədəndə onun yaşını və götürmə qabiliyyətini nəzərə almalıdır. Öyrəndiklərinin doğruluğuna əmin olduqca uşaq sinif yoldaşlarının, eləcə də digər insanların qarşısında imanı barədə cəsarətlə danışacaq (1 But. 3:15). Məsələn, uşağınız «insan öləndə nə baş verir?» sualına Müqəddəs Kitab vasitəsilə cavab verə bilərmi? Müqəddəs Kitabın bu suala verdiyi cavab onun özünə məntiqli gəlirmia? Düzdür, uşağa Allahın Kəlamını aşılamaq səbir tələb edən işdir. Amma buna dəyər (Qan. 6:6, 7).

      10. Uşaqlara iman yolunda təlim verməyə kömək edən ən güclü vasitə hansıdır?

      10 Sözsüz, valideynin qoyduğu nümunə də uşağın iman yolundakı əminliyinə güclü təsir edir. Üç qız anası olan Stefani deyir: «Qızlarım hələ uşaq ikən özümdən soruşurdum: “Heç onlara Allaha nəyə görə inandığım, Onun bizi sevdiyinə, yollarının haqq olduğuna nəyə görə əmin olduğum barədə danışıram? Onlar mənim Yehovanı ürəkdən sevdiyimi aydın görə bilir?” Özüm öyrəndiklərimin həqiqət olduğuna əmin deyiləmsə, övladlarımdan bunu gözləyə bilmərəm».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş