Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/4 s. 18—21
  • Yalan dindən kənar durun!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yalan dindən kənar durun!
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • «Böyük Babildən» çıxın
  • Yalan dindən necə kənar durmalı?
  • «Hikmətli davranın»
  • ‘Səhih sözləri hifz edin’
  • Yalan dinlər Allahın adına kölgə salır
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Yalan dinin sonu yaxındır!
    Yalan dinin sonu yaxındır!
  • Dinlərin aqibəti
    İlahi müjdə
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/4 s. 18—21

Yalan dindən kənar durun!

«Rəbb deyir: “İmansızların arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın”» (2 KORİNFLİLƏRƏ 6:17).

1. Bir çox səmimi insanların ruhani vəziyyəti nə yerdədir?

BİR çox səmimi insanlar Allah haqqında həqiqəti və bəşəriyyəti gələcəkdə nə gözlədiyini bilmirlər. Bu insanlar onları narahat edən dərin ruhani suallara cavab tapmayaraq, çaşqınlıq və qeyri-müəyyənlik içində yaşayırlar. Milyonlarla insan Yaradanımızı təhqir edən mövhumatların, mərasim və bayramların əsarəti altındadır. Çox ehtimal ki, qonşuların və qohumların arasında odlu cəhənnəm, üç üqnum, canın ölməzliyi və bu kimi digər yalan tə’limlərə inanan insanlar var.

2. Dini rəhbərlər nə etmişlər və bu nəyə gətirib çıxardı?

2 Belə geniş yayılmış ruhani zülmətə görə kim məs’uliyyət daşıyır? Təəccüblü olsa da, bu dindir, yə’ni Allahın həqiqətinə zidd tə’limləri yayan dini təşkilatlar və onların ruhaniləridir (Mark 7:7, 8). Nəticədə, bir çox insanlar həqiqi Allaha ibadət etdiklərini fikirləşdiyi halda, əslində Onu təhqir edirlər. Bəli, yaranan acınacaqlı vəziyyətə görə məhz yalan din məs’uliyyət daşıyır.

3. Yalan dinin əsas himayədarı kimdir və Müqəddəs Kitabda o necə təsvir edilir?

3 Yalan dinin arxasında gözəgörünməz bir məxluq durur. Onun haqqında həvari Pavel deyirdi: «Bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir ki, görünməz Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın» (2 Korinflilərə 4:4). Bəli, «bu əsrin tanrısı» məhz Şeytan İblisdir. O, yalan dinin əsas himayədarıdır. Pavel yazırdı: «İblis də nur mələyi cildinə girər. Buna görə də iblisin xidmətkarları salehlik xidmətkarları cildinə girərlərsə, bu qeyri-adi bir şey deyil» (2 Korinflilərə 11:14, 15). Şeytan şəri xeyir kimi qələmə verir və insanları yalana inandırmaq üçün, hər cür kələyə əl atır.

4. Allahın qədim israillilərə verdiyi Qanununda yalançı peyğəmbərlər haqqında nə deyilirdi?

4 Təəccüblü deyil ki, yalan din Müqəddəs Kitabda ciddi surətdə mühakimə edilir. Məsələn, Allah Musaya verdiyi qanunun vasitəsilə seçilmiş xalqına yalançı peyğəmbərlərə qarşı açıq xəbərdarlıq edirdi. Yalan tə’limləri və yalançı allahlara ibadəti yayan hər bir kəs ‘öldürülməli idi, çünki [israilliləri] Allaha qarşı getməyə sövq edirdi’. İsraillilərə ‘pisliyi aralarından yox etmək’ tapşırılmışdı (Qanunun təkrarı 13:1-5). Bəli, Yehova Allahın nöqteyi-nəzərincə yalan din şərdir (Yezekel 13:3).

5. Biz bu gün hansı xəbərdarlıqlara qulaq asmalıyıq?

5 İsa Məsih və onun həvariləri də yalan dinə eyni münasibəti bəsləyirdilər. İsa şagirdlərinə xəbərdarlıq etmişdi: «Yalançı peyğəmbərlərdən qorunun; onlar yanınıza qoyun cildində gələrlər, amma daxildə vəhşi qurddurlar» (Matta 7:15; Mark 13:22, 23). Pavel yazırdı: «Həqiqəti haqsızlığa əsir edən insanların hər cür allahsızlıq və haqsızlığına qarşı Allahın qəzəbi göydən kəşf olunur» (Romalılara 1:18). Həqiqi məsihçilərin bu xəbərdarlıqlara riayət etmələri və yalan tə’limləri yaymaqla Allahın Kəlamındakı həqiqətləri «əsir edən», yə’ni onları boğan hər bir insandan kənar durmaları necə də vacibdir! (1 Yəhya 4:1).

«Böyük Babildən» çıxın

6. «Böyük Babil» Müqəddəs Kitabda necə təsvir edilir?

6 Gəlin Müqəddəs Yazıların «Vəhy» kitabında yalan dinin necə təsvir edildiyini nəzərdən keçirək. O, padşahlıqlar və onların xalqları üzərində hakimiyyəti olan sərxoş fahişə kimi təsvir edilir. Bu simvolik qadın bir çox padşahlarla zina edir. O, Allahın həqiqi xidmətçilərinin qanından sərxoş olub (Vəhy 17:1, 2, 6, 18). Qadının alnında onun çirkin mə’nəviyyatını və pozğunluğunu əks etdirən adı yazılıb — «Böyük Babil, dünyanın fahişələrinin və iyrəncliklərinin anası» (Vəhy 17:5).

7, 8. Yalan din hansı mə’nada fahişəlik edib və bu nəyə gətirib çıxarıb?

7 Mövcud olan bütün yalan dinlər münasib olaraq Müqəddəs Kitabda Böyük Babil kimi təsvir edilir. Minlərlə yalan dinlər rəsmi surətdə bir ümumdünya təşkilatda birləşməsələr də, onların məqsəd və fəaliyyəti eynidir. «Vəhy» kitabında fahişə kimi təsvir edilən yalan din dövlətlər üzərində çox böyük tə’sirə malikdir. O, evlilik andına sadiq qalmayan qadın kimi, bu və ya digər dövlətlərlə sazişlər bağlayaraq fahişəlik edir. Şagird Yaqub yazırdı: «Ey vəfasızlar, məgər bilmirsiniz ki, dünya ilə dostluq Allaha qarşı düşmənçilikdir? Deməli, kim dünyaya dost olmaq istəyirsə, özünü Allahın düşməni edir» (Yaqub 4:4).

8 Yalan dinin siyasətə qarışması insanlara çox əzab-əziyyət gətirib. Afrikalı siyasi analitik Onena Manqu qeyd edir ki, «dünya tarixi, dinin siyasətə qarışması nəticəsində baş vermiş kütləvi qırğın nümunələri ilə doludur». Bu yaxınlarda bir qəzetdə qeyd edilmişdir: «Ən qanlı və gərgin toqquşmalar dinlə bağlıdır». Milyonlarla insanlar dinin dəstəklədiyi müharibələrdə həyatlarını itirmişlər. Böyük Babil hətta Allahın həqiqi xidmətçilərini belə tə’qib edir və onları öldürürdü, bununla da, sanki onların qanından sərxoş olub (Vəhy 18:24).

9. Yehovanın yalan dinə nifrət etməsi «Vəhy» kitabından necə görünür?

9 Yehovanın yalan dinə nifrət bəsləməsi, Böyük Babili gözləyən aqibətdən bəllidir. Vəhy 17:16 ayəsində deyilir: «Canavarda gördüyün o on buynuz isə fahişəyə nifrət edib, onu pərişan edib, çılpaq qoyacaqlar, ətini yeyəcəklər və onu odla yandıracaqlar». İlk növbədə nəhəng canavar onu parça-parça edib öldürəcək, ətini isə yeyəcək. Sonra onun qalan hissələri tamamilə yandırılacaq. Dünya dövlətləri tezliklə yalan dinlə məhz bu cür davranacaq. Belə etməyə onları Allah sövq edəcək (Vəhy 17:17). Yalan dinin dünya imperiyası olan Böyük Babil məhvə məhkum olunub. O, «artıq tapılmayacaqdır» (Vəhy 18:21).

10. Böyük Babilə qarşı biz hansı mövqeni tutmalıyıq?

10 Allahın həqiqi xidmətçiləri Böyük Babilə qarşı hansı mövqeni tutmalıdırlar? Müqəddəs Kitabda açıq-aydın deyilir: «Ey xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız» (Vəhy 18:4). Xilas olunmaq istəyənlər, hələ ki gec deyil yalan dini tərk etməlidirlər. İsa Məsih yerdə olanda peyğəmbərlik etmişdir ki, bir çoxları onun davamçısı olduğunu yalnız sözdə iddia edəcəklər (Matta 24:3-5). Belələrinə İsa deyir: «Mən sizi heç vaxt tanımamışam, yanımdan çəkilin, haqsızlıq edənlər!» (Matta 7:23). Hal-hazırda taxtda oturan Padşah İsa Məsihin yalan dinlə heç bir əlaqəsi yoxdur.

Yalan dindən necə kənar durmalı?

11. Yalan ibadətdən necə kənar dura bilərik?

11 Yalan dini tə’limləri rədd etməklə həqiqi məsihçilər yalan ibadətdən kənar dururlar. Bu o deməkdir ki, biz Allah və Onun Kəlamı haqqında yalanı yayan dini proqramlara nə radioda qulaq asır, nə də televizorda baxırıq, hətta belə mə’lumat olan dini ədəbiyyatları da oxumuruq (Məzmur 119:37). Bu, həmçinin onu da nəzərdə tutur ki, biz, yalan dinlə bağlı hər hansı bir təşkilatın sponsorluq etdiyi ictimai mərasim və əyləncələrdə iştirak etmirik. Biz heç bir yolla yalan dini dəstəkləmirik (1 Korinflilərə 10:21). Belə etməklə ‘Məsihə deyil, insan ən’ənəsinə, dünyanın ibtidai qüvvətlərinə əsaslanaraq, fəlsəfə və boş hiylə ilə kiminsə bizi əsir almasına’ yol vermirik (Koloslulara 2:8).

12. İnsan yalan dinlə əlaqəni necə kəsə bilər?

12 Bəs əgər Yehovanın Şahidi olmaq istəyən bir kəs yalan dini təşkilatın rəsmi üzvüdürsə, onda necə? Çox vaxt, insanın məxsus olduğu dini təşkilatdan çıxması barədə ərizəsi göstərir ki, o, yalan dinin üzvü olmaq istəmir. Lakin yalan dinin çirkabından tam azad olmaq üçün ona qəti addımlar atmaq xüsusilə vacibdir. Şahid olmaq istəyən adamın hərəkətlərindən onun keçmiş həmimanlılarına və digər insanlara aydın olmalıdır ki, o, təşkilatın üzvlüyündən çıxıb.

13. Müqəddəs Kitab bizi yalan ibadətdən kənar durmağa necə təşviq edir?

13 Həvari Pavel yazırdı: «İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehlik ilə qanunsuzluq arasında nə ortaqlıq ola bilər? İşıqla qaranlıq arasında nə şəriklik ola bilər? Məsih ilə Belial arasında nə uyğunluq ola bilər? Yaxud imanlı ilə imansız arasında nə müştərək şey ola bilər? Allahın mə’bədinin bütlərlə nə razılığı ola bilər?.. Buna görə, Rəbb deyir ki, “İmansızların arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın”» (2 Korinflilərə 6:14-17). Biz bu sözlərə riayət etməklə yalan ibadətdən kənar dururuq. Bəs Pavelin bu sözləri yalan dinin nümayəndələrindən də kənar durmağı tələb edirmi?

«Hikmətli davranın»

14. Yalan ibadətə mənsub olan insanlardan özümüzü tamamilə təcrid etməliyikmi? İzah edin.

14 Allahın həqiqi xidmətçiləri yalan dinə mənsub olan insanlarla hər bir əlaqədən qaçınmalıdılarmı? İmanımıza şərik olmayan insanlardan özümüzü tamamilə təcrid etməliyikmi? Yox. Ən böyük əmrlərdən birində «qonşunu özün kimi sev» deyilir (Matta 22:39). Qonşularımızla Padşahlıq haqqında xoş xəbərlə bölüşəndə, Müqəddəs Kitabı öyrənəndə və onlara yalan ibadətdən kənar durmağın vacibliyini izah edəndə, məhəbbət təzahür etdirmiş oluruq.

15. ‘Dünyadan olmamaq’ nə deməkdir?

15 Qonşularımıza xoş xəbəri təbliğ etməyimizə baxmayaraq, İsanın davamçıları olan bizlər ‘bu dünyadan deyilik’ (Yəhya 15:19). Burada işlənilən «dünya» sözü Allahdan uzaqlaşmış insan cəmiyyətini nəzərdə tutur (Efeslilərə 4:17-19; 1 Yəhya 5:19). Biz Yehovanı təhqir edən əhval-ruhiyyə, nitq və davranış tərzindən uzaq durmaqla dünyadan ayrılmışıq (1 Yəhya 2:15-17). Bundan əlavə, «pis dostluq yaxşı əxlaqı pozar» prinsipinə müvafiq olaraq, biz məsihçi normalarına uyğun yaşamayan insanlarla dostluq etmirik (1 Korinflilərə 15:33). Dünyadan olmamaq özümüzü ondan ‘ləkəsiz saxlamaq’ deməkdir (Yaqub 1:27). Deməli, dünyadan ayrı durmaq özümüzü, sözün hərfi mə’nasında insanlardan təcrid etmək demək deyil (Yəhya 17:15, 16; 1 Korinflilərə 5:9, 10).

16, 17. Məsihçilər Müqəddəs Kitab həqiqətlərini bilməyən insanlara necə münasibət bəsləməlidirlər?

16 Belə halda, Müqəddəs Kitab həqiqətlərini bilməyən insanlara qarşı münasibətimiz necə olmalıdır? Pavel Kolos şəhərindəki yığıncağa yazmışdı: «Hər fürsətdən istifadə edərək, xaricdəkilərlə hikmətli davranın. Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Koloslulara 4:5, 6). Həvari Peter isə demişdi: «Rəbb Allahı ürəklərinizdə təqdis edin. Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun» (1 Peter 3:15). Pavel məsihçilərə ‘heç kimə iftira atmamağı, qeyri-davakar, mülayim olub, bütün insanlara tam həlimlik göstərməyi’ məsləhət görürdü (Titusa 3:2).

17 Yehovanın Şahidləri olduğumuz üçün, biz insanlarla kobud davranmır və özümüzü təkəbbürlü aparmırıq. Biz, həmçinin digər dinlərə mənsub olan insanlar haqqında təhqiramiz danışmırıq. Əksinə, təbliğ etdiyimiz insan, qonşu və ya iş yoldaşımız bizə xoş münasibət bəsləməsə və ya təhqir etsə belə, özümüzü nəzakətli aparırıq (Koloslulara 4:6; 2 Timoteyə 2:24).

‘Səhih sözləri hifz edin’

18. Yalan dinə qayıdanların ruhani vəziyyəti nə yerdədir?

18 Həqiqəti bilə-bilə kiminsə yalan dinə qayıtması necə də kədərlidir! Müqəddəs Kitabda bu hərəkətin nə dərəcədə acınacaqlı olduğu belə təsvir edilir: «Çünki əgər onlar, Rəbb və Xilaskarımız İsa Məsihi tanımaq vasitəsilə dünyanın murdarlıqlarından qaçıb qurtardıqdan sonra, həmin murdarlıqlara yenidən qapılıb məğlub olurlarsa, onların son halı ilkindən daha pis olar... Onların başına bu doğru məsəldə deyilənlər gəldi: “İt öz qusuntusunun üstünə qayıdar” və: “Çimdirilmiş donuz, palçıqda ağnamağa qayıdar”» (2 Peter 2:20-22).

19. Ruhani sağlamlığımız üçün təhlükə törədən hər bir şeyə qarşı nəyə görə ayıq olmalıyıq?

19 Ruhani sağlamlığımız üçün təhlükə törədən hər bir şeyə qarşı ayıq olmalıyıq. Belə təhlükə isə həmişə mövcuddur. Həvari Pavel xəbərdarlıq etmişdi: «Ruh isə aydın şəkildə deyir ki, axır zamanlarda bə’ziləri imandan dönəcək, yoldan çıxaran ruhlara və cinlərin tə’limlərinə qulaq asacaqlar» (1 Timoteyə 4:1). Biz ‘axır zamanların’ sonunda yaşayırıq. Yalan ibadətdən kənar durmayanlar ‘yoldan çıxarmaq üçün hazırlanan hiylələrlə, hər cür tə’limin küləyi ilə çalxalana və ora-bura sürüklənə’ bilərlər (Efeslilərə 4:13, 14).

20. Yalan dinin zərərli tə’sirindən özümüzü necə qoruya bilərik?

20 Yalan dinin zərərli tə’sirindən özümüzü necə qoruya bilərik? Yehova bizim qayğımıza qalmaq üçün Öz Kəlamı olan Müqəddəs Kitabı verib (2 Timoteyə 3:16, 17). O, həmçinin «sadiq və ağıllı qul» vasitəsilə bizi zəngin ruhani qida ilə tə’min edir (Matta 24:45). Həqiqət bizə aydın olduqca, ‘yetkin insanlar üçün’ nəzərdə tutulan ‘bərk yeməyə’ iştahamızı artırmalı və həqiqət haqqında biliyimizi dərinləşdirən yığıncaq görüşlərinə gəlməliyik (İbranilərə 5:13, 14, YD; Məzmur 26:8). Gəlin, öyrəndiyimiz ‘səhih sözləri hifz etmək’ üçün Yehovanın təqdim etdiyi hər bir şeydən tam istifadə edək (2 Timoteyə 1:13). Məhz belə etməklə yalan ibadətdən kənar dura bilərik.

Siz nə öyrəndiniz?

• «Böyük Babil» nədir?

• Yalan dindən necə kənar dura bilərik?

• Ruhani sağlamlığımıza zərər gətirə biləcək hansı şeylərdən qaçınmalıyıq?

[18-ci səhifədəki şəkil]

«Böyük Babilin» nə üçün əxlaqsız qadın kimi təsvir edildiyini bilirsənmi?

[19-cu səhifədəki şəkil]

«Böyük Babil» məhvə məhkum edilib.

[21-ci səhifədəki şəkil]

İmanımıza şərik olmayanlarla biz ‘mülayimlik və ehtiramla’ davranırıq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş