Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Vicdanınızın səsinə hay verin
    Gözətçi qülləsi 2007 | 1 noyabr
    • Vicdanınızın səsinə hay verin

      «Qəlbi təmiz olanlar üçün hər şey təmizdir, murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur» (TİTUS 1:15).

      1. Paveli Krit yığıncağı ilə nə bağlayırdı?

      HƏVARİ PAVEL üçüncü missioner səyahətini bitirdikdən sonra həbs olundu və Romaya göndərildi. Orada iki il həbsdə oldu. Azadlığa çıxdıqdan sonra o nə etdi? Bir qədər keçəndən sonra Titusla birlikdə Krit adasındakı məsihçilərə baş çəkdi. Sonralar o, Titusa yazırdı: «Mən səni ona görə Kritdə qoydum ki, natamam işləri ə’la görüb qurtarasan və... bütün şəhərlərdə cəmiyyət ağsaqqalları tə’yin edəsən» (Titusa 1:5). Titus ona tapşırılan işi yerinə yetirərkən müxtəlif vicdanlı insanlarla qarşılaşırdı.

      2. Titus Krit adasında hansı problemlə qarşılaşdı?

      2 Pavel Titusa yığıncaq ağsaqqallarının hansı tələblərə cavab verməli olduqları barədə deyir və sonra orada «çoxlu intizamsız, boşboğaz və saxtakar» adamların olduğunu qeyd edir. Onlar «münasib olmayan şeyləri öyrədərək, bə’zi ailələri bütövlükdə alt-üst edirlər». Titus ‘onları məzəmmət etməli’ idi (Titusa 1:10-14; 1 Timoteyə 4:7). Gözəl paltar boya ilə ləkələnə bildiyi kimi, Pavel onların ağıllarının və vicdanlarının ‘ləkələndiyini’ deyir (Titusa 1:15). Yəqin onlardan bə’ziləri yəhudi idi, çünki «sünnət tərəfdarları» idilər. Müasir yığıncaqlar sünnətlə bağlı belə pis tə’sirə mə’ruz qalmasalar da, Pavelin Titusa verdiyi məsləhətdən vicdan barədə çox şey öyrənə bilərik.

      Vicdanı ləkəli olanlar

      3. Pavel vicdan barədə Titusa nə yazmışdı?

      3 Pavelin vicdanı xatırlatdığı kontekstə nəzər salaq. «Qəlbi təmiz olanlar üçün hər şey təmizdir, murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur; amma onların həm ağlı, həm də vicdanı ləkələnmişdir. Onlar iddia edirlər ki, Allahı tanıyırlar, amma öz əməlləri ilə bunu inkar edirlər». Görünür, ‘imanda sağlam olmaq’ üçün bə’zilərinin dəyişikliklər etməyə ehtiyacı var idi (Titusa 1:13, 15, 16). Onlara təmiz ilə natəmizi ayırd etmək çətin idi, bu da onların vicdanı ilə bağlı idi.

      4, 5. Yığıncaqlarda bə’zilərinin hansı problemi var idi və bu onlara necə tə’sir göstərirdi?

      4 Təxminən on il əvvəl məsihçilərin rəhbərlik şurası qərara gəlmişdi ki, Allaha düzgün ibadət etmək üçün sünnət vacib deyil və müvafiq olaraq, yığıncaqlar bu barədə agah olunmuşdular (Həvarilərin işləri 15:1, 2, 19-29). Amma hələ də Kritdə bə’ziləri «sünnət tərəfdarları» idilər. Onlar rəhbərlik şurası ilə razı olmadıqlarını açıqcasına bildirərək, ‘münasib olmayan şeyləri öyrədirdilər’ (Titusa 1:10, 11). Yanlış düşüncə tərzinə malik olan bu insanlar, ola bilsin, Qanundakı yemək və təmizlik barədə qaydalara əməl etməyin tərəfdarı idilər. Bəlkə də, onlar İsanın günlərindəki ata-babaları kimi, Qanunun üzərinə əlavələr edir, yəhudi əfsanələrini və insan əmrlərini müdafiə edirdilər (Mark 7:2, 3, 5, 15; 1 Timoteyə 4:3).

      5 Belə düşüncə tərzi onların baxışlarına və əxlaqi hisslərinə, vicdanlarına pis tə’sir göstərirdi. Pavel yazırdı: «Murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur». Onların vicdanları o qədər korlanmışdı ki, artıq davranış və baxışları üçün e’tibarlı rəhbərlik ola bilməzdi. Üstəlik, onlar şəxsi məsələlərə, məsələn, məsihçilərin fərqli qərarlar qəbul edə biləcəyi məsələlərə görə həmimanlılarını mühakimə edirdilər. Beləliklə, bu kritlilər əslində natəmiz olmayan şeyləri natəmiz sayırdılar (Romalılara 14:17; Koloslulara 2:16). Allahı tanıdıqlarını iddia etmələrinə baxmayaraq, onlar əməlləri ilə bunu inkar edirdilər (Titusa 1:16).

      «Təmiz olanlar üçün hər şey təmizdir»

      6. Pavel hansı iki qrup insanlardan danışırdı?

      6 Pavelin Titusa yazdıqlarından nə öyrənə bilərik? Gəlin ayədəki müqayisəni nəzərdən keçirək: «Qəlbi təmiz olanlar üçün hər şey təmizdir, murdarlar və imansızlar üçün isə təmiz bir şey yoxdur; amma onların həm ağlı, həm də vicdanı ləkələnmişdir» (Titusa 1:15). Əlbəttə, Pavel əxlaqi cəhətdən təmiz olan məsihçilər üçün hər şeyin təmiz və münasib olduğunu nəzərdə tutmurdu. Biz buna əmin ola bilərik, çünki Pavel başqa məktubunda aydın yazmışdı ki, cinsi əxlaqsızlıq, bütpərəstlik, spiritizm və bu kimi başqa işlərlə məşğul olanlar «Allahın Səltənətini miras almayacaqlar» (Qalatiyalılara 5:19-21). Deməli, bu nəticəyə gəlirik ki, Pavel burada iki qrup insanlardan danışır: əxlaqi və ruhani cəhətdən təmiz olanlar və olmayanlar.

  • Vicdanınızın səsinə hay verin
    Gözətçi qülləsi 2007 | 1 noyabr
    • Fərqli vicdanlar, fərqli qərarlar

      9. Əgər ‘hər şey təmizdirsə’, onda vicdanın rolu nədən ibarətdir?

      9 Bəs Pavel «qəlbi təmiz olanlar üçün hər şey təmizdir» deməklə nəyi nəzərdə tuturdu? Pavel düşüncələrini və əxlaqi hisslərini Allahın ilhamlanmış Kəlamında yazılan tələblərinə uyğunlaşdıran məsihçilərdən danışırdı. Onlar anlayırlar ki, Allahın konkret olaraq mühakimə etmədiyi şeylərdə məsihçilər azad seçimə malikdirlər. Tənqidi yanaşmaq əvəzinə, onlar Allahın mühakimə etmədiyi şeyləri «təmiz» bir şey kimi qəbul edirlər. Bu məsihçilər gözləmirlər ki, Müqəddəs Kitabın konkret göstəriş vermədiyi şeylərə dair hamı onlarla eyni fikirdə olacaq. Gəlin bə’zi nümunələri nəzərdən keçirək.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş