Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
    • 6 Bulus Titusa belə yazmışdı: «Mən səni Kritdə ona görə qoydum ki, yarımçıq işləri qaydaya salasan və göstəriş verdiyim kimi, şəhərlərdə ağsaqqallar təyin edəsən. Ağsaqqal qüsursuz və tək bir qadınla evli olmalıdır. Onun uşaqları pozğun həyat sürməkdə və itaətsizlikdə ittiham olunmamalı, imanlı olmalıdırlar. Bəli, nəzarətçi Allahın nökərbaşısı kimi qüsursuz olmalıdır. O, inadkar, tez özündən çıxan, sərxoşluq edən, zorakı, haram qazanc hərisi olmamalıdır. Əksinə, yaxşılığı sevməli, qonaqpərvər, sağlamdüşüncəli, saleh, sədaqətli olmalı və özünə hakim olmağı bacarmalıdır. O, təlim verərkən Allahın etibara layiq sözünə bağlı qalmalıdır ki, sağlam təlimin sayəsində həm qardaşları ürəkləndirsin, həm də bu təlimə zidd gedənləri tənbeh edə bilsin» (Tit. 1:5—9).

  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
    • 9 Nəzarətçilər üçün tələblərə cavab verən qardaşın həyat tərzindən hikmətli olduğu görünməlidir. Evlidirsə, Müqəddəs Kitabın nikaha dair tələblərinə müvafiq gəlməli, yəni tək bir qadınla evli olmalı və ailəsini yaxşı idarə etməlidir. Nəzarətçinin imanda olan uşaqları itaətkar və tərbiyəli olmalı, pozğun həyat sürməkdə və itaətsizlikdə ittiham olunmamalıdır; onda yığıncaq həmin qardaşa ailə məsələləri və məsihi həyatı ilə bağlı məsləhət üçün ürəklə yaxınlaşacaq. Nəzarətçi qüsursuz olmalıdır, bundan əlavə, kənar adamlar da onun haqqında yaxşı fikirdə olmalıdır. O, heç bir nalayiq hərəkətdə ittiham edilməməlidir ki, yığıncağın adına ləkə gəlməsin. Ciddi günah işlətdiyi üçün təzəlikcə töhmət almış adam nəzarətçi təyin oluna bilməz. Nəzarətçi yuxarıdakı tələblərə cavab verirsə, yığıncaqdakılar həvəslə onun nümunəsini izləyəcək və öz ruhani rifahını ona etibar edə biləcəklər (1 Kor. 11:1; 16:15, 16).

      10 Bu gün tələblərə cavab verən qardaşlar qədimdə Allahın xalqına xidmət etmiş «müdrik, bəsirətli, dünyagörmüş» İsrail ağsaqqallarının işinə bənzər işi həyata keçirirlər (Qan. 1:13). Ağsaqqallar da hamı kimi günahlıdır, lakin onları yığıncaqda və cəmiyyət arasında əməlisaleh və Allahdan qorxan, uzun müddət ərzində Allahın prinsiplərinə uyğun yaşayan bir insan kimi tanıyırlar. Onlar nöqsansız olduqları üçün yığıncaqda alnıaçıq, üzüağdırlar (Rom. 3:23).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş