Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/12 s. 30—32
  • Allahsız dünyada yaşayaraq, Xənok Allahın yolu ilə gedirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahsız dünyada yaşayaraq, Xənok Allahın yolu ilə gedirdi
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • “Xənok həqiqi Allahın yolu ilə gedirdi”
  • Allahsız insanlara qarşı peyğəmbərlik
  • “Allah onu götürdü”
  • Xənokun imanını təqlid edin
  • O, Allahın razılığını qazandı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Bu sıxıntılı vaxtlarda Allahla yeriyin
    Gözətçi qülləsi 2005
  • Cəsarətli insan
    Müqəddəs Kitab hekayələri
  • İman və Allah qorxusu bizi cəsarətləndirir
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/12 s. 30—32

Allahsız dünyada yaşayaraq, Xənok Allahın yolu ilə gedirdi

İBLİS iddia edir ki, bütün insanları həqiqi Allahdan uzaqlaşdıra bilər. Bə’zən elə gəlirdi ki, onun bu sözləri doğrudur. Məsələn, Habilin ölümündən sonrakı təxminən beş yüzillik vaxt ərzində heç kəs özünü Yeqovanın sadiq xidmətçisi kimi göstərə bilməmişdi. Əksinə, o allahsız dünyada, çirkin hərəkətlərin normal bir iş kimi qəbul edilməsi adi hala çevrilmişdi.

Xənok isə, məhz ruhani dəyərlərə tamamilə qiymət verilmədiyi həmin vaxtda dünyaya gəldi. O, Müqəddəs Kitab xronologiyasına əsasən b. e. ə. 3404–cü ildə anadan olmuşdur. O, öz müasirlərindən fərqli olaraq, Allaha məqbul insan idi. Həvari Pavel, imanı ilə məsihçilərə nümunə olan xidmətçilər sırasında Xənokun da adını çəkmişdir. Bəs Xənok kim olmuşdur? O, hansı çətinliklərlə qarşılaşmış və onların öhdəsindən gəlməyə necə müvəffəq olmuşdur? Onun nöqsansızlığa dair nümunəsindən biz nəyə öyrənə bilərik?

Xənokun anadan olmasından təqribən dörd əsr əvvəl, Enoşun günlərində insanlar “Rəbbin [“Yeqovanın”, YD] ismini çağırmağa başladılar” (Təkvin 4:26). Rəbbin ismi artıq bəşər tarixinin lap əvvəllərindən istifadə edilməyə başlasa da, Enoşun günlərində insanların Yeqovanı çağırmaları, həqiqi Allaha izzət gətirmək istəklərindən irəli gəlmirdi. Bə’zi gebraistika mütəxəssislərinin fikrincə Təkvin 4:26–cı ayəsini “küfr danışmağa başladılar” yaxud da “küfr danışmağa o zaman başlanıldı” kimi tərcümə etmək olar. Ehtimal ki, insanlar özlərinə və başqalarına Yeqova ismini verir və onların vasitəsilə Allaha ibadət etdiklərini düşünürdülər. Ola bilsin ki, onlar bu adı öz bütlərinə də verirdilər.

“Xənok həqiqi Allahın yolu ilə gedirdi”

Allahsız dünyada yaşamasına baxmayaraq, “Xənok [həqiqi, YD] Allahın” — Yeqovanın yolu ilə gedirdi. Ancaq onun əcdadları olan Şet, Enoş, Məhələlel və Yaredin haqqında deyilmir ki, onlar Rəbbin yolu ilə gedirdilər. Başqa sözlərlə, onlar bunu Xənok kimi edə bilmirdilər. Xənokun sürdüyü həyat tərzi onlarınkından nəzərə çarpacaq dərəcədə fərqlənirdi (Yaradılış 5:3—27, MKŞ).

Xənok Yeqovanın yolu ilə getdiyi üçün, Allahla onun arasında sıx dostluq münasibətləri yaranmışdı. Buna isə yalnız Allahın iradəsinə uyğun şəkildə yaşayan insanlar nail ola bilər. Xənokun sədaqətlə yerinə yetirdiyi xidmət Yeqovaya məqbul idi. Misal üçün, yunan Septuaqintasında “Xənok Allaha xoş olanı görürdü” sözləri yazılıb, həmin fikri həvari Pavel də qeyd edirdi (Təkvin 5:22; İbranilərə 11:5).

Xənokun Yeqova ilə sıx münasibətinin əsasını iman təşkil edirdi. Xənok, şübhəsiz ki, “qadın”ın “züriyyəti” haqqındakı Allahın verdiyi və’də inanırdı. Əgər Xənok Adəmlə şəxsən tanış idisə, onda Allahın Eden bağında ilk insan cütü ilə necə rəftar etdiyini bilməli idi. Yeqova haqqında bilik Xənoka, Allahı “tə’kidlə axtaran” insan olmaqda kömək etdi (Təkvin 3:15; İbranilərə 11:6 YD, 13).

Necə Xənokun, eləcə də bizim şəxsi nümunəmiz göstərir ki, Yeqova ilə sıx münasibəti qorumaq üçün Allah haqqında yalnız bilik toplamaq kifayət deyil. Əgər biz kiminləsə münasibətimizi qiymətləndiririksə, onun düşüncə və hərəkəkət tərzi mütləq bizim də nöqteyi–nəzərimizə öz tə’sirini göstərəcəkdir. Biz, dostluğumuza son qoyacaq sözlərdən və hərəkətlərdən boyun qaçıracağıq. Bəs əgər həyatımızda hansısa dəyişikliklər etmək niyyətindəyiksə, bunun dostumuzla olan münasibətimizə necə tə’sir edəcəyi barədə düşünəcəyikmi?

Allahla sıx münasibət yaratmaq istəyimiz, şübhəsiz ki, bizim davranışımıza tə’sir göstərəcəkdir. Ancaq əvvəlcə Ona nəyin məqbul olub–olmadığını öyrənmək lazımdır ki, verdiyi tələbləri əldə rəhbər tutaraq, düşüncə və hərəkətlərimizlə Onu razı sala bilək.

Bəli, Allahın yolu ilə getmək üçün, biz Onun bəyəndiyi işləri görməliyik. Yüz illər ərzində Xənok məhz bu cür davrandı. Hərəkətin uzunmüddətliliyinə işarə edən “gedirdi” sözündəki yunan fe’linin forması, onun bütün həyatı boyu Rəbbin yolu ilə getdiyini göstərir. “Allahın yolu ilə” gedən imanlı insanlardan biri də Nuh olmuşdur (Yaradılış 6:9, MKŞ).

Xənok evli idi, o, “oğullar və qızlar atası oldu”. Oğullarından birinin adı Mətuşeləx idi (Təkvin 5:21, 22). Biz, Xənokun yaxşı ailə başçısı olmaq üçün əlindən gələni əsirgəmədiyinə şübhə etməyə bilərik. Sözsüz ki, allahsız dünyada yaşayaraq, Allaha xidmət etmək asan deyildi. Göründüyü kimi, Xənokun müasirlərindən Yeqovaya iman gətirən, yalnız Nuhun atası — Lemek olmuşdur (Təkvin 5:28, 29). Buna baxmayaraq, Xənok cəsarət göstərir və həqiqi ibadətin tərəfdarı olmağa davam edirdi.

Allaha sadiq qalmaqda Xənoka nə kömək etdi? Şübhəsiz ki, o, Yeqovanın isminə küfr edən, yaxud da hansısa başqa cəhətlərinə görə Allahın xidmətçisinə yaraşmayan insanlarla dostluq etmirdi. Və əlbəttə ki, kömək üçün Yeqovaya müraciət edirdi. Belə dualar onu, Yaradanı kədərləndirə biləcək bütün işlərdən qaçınmaq qətiyyətini möhkəmləndirirdi.

Allahsız insanlara qarşı peyğəmbərlik

Allahsız insanların əhatəsində yaşayaraq, yüksək normalara riayət etməyin özü az iş deyil. Xənok isə, hətta Allahın pis insanlara qarşı çıxardığı hökmünü də bəyan edirdi. Allahın ruhu vasitəsilə hərəkətə gətirilərək Xənok mərdliklə peyğəmbərlik edirdi: “Budur, Rəbb on minlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və aralarındakı allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarların ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin” (Yəhuda 14, 15).

Bu cür xəbər tövbə etməyən və pislik işlətməkdə davam edən insanlara necə tə’sir göstərə bilərdi? Çox ehtimal ki, Xənokun ifşaedici sözləri ona şöhrət gətirmədi, əksinə, ona ünvanlanan istehza və təhdidlərin yaranmasına səbəb oldu. Hətta bə’ziləri, yəqin ki, onu həmişəlik susdurmaq niyyətində idilər. Ancaq onlar, Xənoku qorxuda bilmədilər. Çünki o, sadiq Habilin başına gələnləri bilirdi. Və qarşılaşdığı çətinliklərə baxmayaraq Yeqovaya, Habil kimi xidmət etməyə qətiyyətli idi.

“Allah onu götürdü”

Ehtimal ki, Xənokun üzərində ölüm təhlükəsi yaranan zaman “Allah onu... götürdü” (Yaradılış 5:24, MKŞ). Yeqova sadiq xidmətçisinin azğın insanların əlindən əzab çəkməsinə yol vermədi. Həvari Pavelin yazdığı kimi: “Xənok dünyadan köçürüldü ki, ölümü görməsin” (İbranilərə 11:5). Çoxları Xənokun ölmədiyini və bu günə kimi də göylərdə olduğunu söyləyirlər. Ancaq İsa Məsih aydın şəkildə dedi: “Göydən enmiş İnsan Oğlundan başqa heç kim göyə qalxmamışdır”. “Sələfimiz” olan İsa, göylərə qalxan birinci şəxs olmuşdur (Yəhya 3:13; İbranilərə 6:19, 20).

Bəs Xənokla nə baş verdi? “Xənok dünyadan köçürüldü ki, ölümü görməsin” ifadəsi o mə’nanı daşıyır ki, Allah onu, peyğəmbərlik rö’yaları görərkən düşdüyü xüsusi bir vəziyyətə salaraq həyatını dayandırdı. Xənok ölüm işkəncəsindən bu minvalla yaxa qurtara bildi. “Bu günə qədər kimsə onun qəbrini bilməz” sözləri isə, görünür onu bildirir ki, Musanın bədəni kimi, Yeqova Xənokun da bədənini yoxluğa çıxartdı (Təsniyə 34:5, 6).

Xənok öz müasirlərindən fərqli olaraq çox az, cəmi 365 il ömür sürdü. Ancaq Yeqovanı sevənlər üçün ən vacibi sona qədər Ona xidmət etməkdir. Xənok bunu bacardı, biz oxuyuruq: “Köçürülməzdən qabaq, o Allaha məqbul olduğuna dair şəhadət aldı” (İbranilərə 11:5). Müqəddəs Yazılarda Allahın ona bu sözləri necə söylədiyi barədə mə’lumat yoxdur. Hər halda Xənok ölüm qabağı, Allahın ondan razı qaldığına dair zəmanət aldı və tam əminliklə demək olar ki, dirilmə zamanı Yeqova onu da yada salacaq.

Xənokun imanını təqlid edin

Biz, Allaha sadiq olan insanların nümunəsini təqlid edə bilərik (İbranilərə 13:7). Xənok öz imanı sayəsində peyğəmbər kimi xidmət edirdi. O, həyatının sonuna qədər Allaha sadiqliyini qoruyan ilk peyğəmbər oldu. Xənok allahsızlığın, küfr və qəddarlığın hökmranlıq etməsi ilə bizim dünyaya bənzəyən bir dünyada yaşayırdı. Buna baxmayaraq, öz davranış tərzi ilə onlardan fərqlənirdi. O, möhkəm imana sahib idi, Allaha sadiqliyi isə təqlid edilməyə layiqdir. Yeqova Xənoka çox ciddi bir hökmü bəyan etməyi həvalə etmişdi və bu işdə onu möhkəmləndirirdi. Bu tapşırığın öhdəsindən Xənok cəsarətlə gəlirdi, Allah isə onun qayğısına qalır və düşmənlərdən müdafiə edirdi.

Əgər Xənokun imanına bənzər iman təzahür etdirsək, bu son günlərdə Yeqova öz xəbərini e’lan etməkdə bizə də dayaq olacaq. Müqavimətləri cəsarətlə qarşılamaqda Allah bizə kömək edəcək və Ona sadiqliyimizi qorumağımız sayəsində allahsızlarla heç bir şərikliyimiz olmayacaq. Möhkəm imana malik olaraq, biz Rəbbin yolu ilə gedər və öz hərəkət tərzimizlə Onun ürəyini sevindirərik (Süleymanın məsəlləri 27:11). Xənok allahsız dünyada yaşayaraq imanı sayəsində Yeqovanın yolu ilə gedirdi. Şübhəsiz ki, bu bizə də müyəssər olacaq!

[31-ci səhifədəki çərçivə]

Müqəddəs Yazılarda Xənokun kitabından sitat gətirilirmi?

Xənokun kitabı apokrifik, yə’ni qeyri–qanuni kitabdır. Onun müəlliflik hüququnu yalan şəkildə Xənoka aid edirlər. Göründüyü kimi, bu kitab eramızdan əvvəl II və ya I əsrdə yazılmışdır və özlüyündə Təkvin kitabında Xənok haqda oxuduğumuz qısa mə’lumata verilən müxtəlif şərhlər nəticəsində meydana gələrək, tamamilə mə’nasız və yəqin olmayan ibrani rəvayətlərinin məcmuəsini təqdim edir. Allahın Kəlamını sevən insanlar, Xənoka aid edilən kitabı məhz buna görə diqqətə layiq hesab etmirlər.

Xənokun peyğəmbərlik sözləri Müqəddəs Kitabın yalnız bir yerində sitat gətirilir. Məsələn, Yəhudanın məktubunda oxuyuruq: “Budur, Rəbb onminlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və aralarındakı allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarların Ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin” (Yəhuda 14, 15). Alimlərin çoxu elə hesab edir ki, Xənokun allahsızlara — müasirlərinə qarşı söylədiyi peyğəmbərlik onun öz kitabından götürülüb. Məgər Yəhuda e’tibara layiq olmayan apokrifik bir mənbəyə əsaslanardımı?

Müqəddəs Yazılarda Xənokun nə haqda təbliğ etdiyinə dair Yəhudanın haradan mə’lumat topladığı bildirilmir. Ola bilsin ki, onun vaxtında hamıya mə’lum olan mənbəni, misal üçün, uzaq keçmişdə yazılmış e’tibarlı rəvayəti sitat gətirirdi. Yəqin ki, Fir’onun sarayında Musaya “zidd gedən” sehrbazların adlarını çəkərkən həvari Pavel də belə davranmışdı. (Onların adlarının Yanis və Yambris olduğunu biz yalnız həvari Pavelin məktubundan bilirik.) İndi isə gəlin düşünək: əgər Xənokun kitabını yazan şəxs qədimi mənbələrdən istifadə etmişdisə, bəs onda nəyə görə Yəhuda bunu edə bilməzdi?a (Çıxış 7:11, 22; 2 Timoteyə 3:8).

Xənokun allahsızlara bəyan etdiyi xəbərin məzmunu haqda Yəhudanın hansı yol ilə mə’lumat topladığını bilməyimiz bir o qədər də vacib deyil. Yəhuda, Allahın ruhunun tə’siri altında yazırdı, buna görə də onun sözləri tamamilə e’tibara layiqdir (2 Timoteyə 3:16). Allahın müqəddəs ruhu səhv fikirlərin yazılmasına yol verməzdi.

[Haşiyə]

a Stefan adlı şagirdin söylədiyi sözlər də İbranicə Müqəddəs Yazıların başqa heç bir yerində sitat gətirilmir. O, Musanın Misirdə aldığı təhsili, oradan qaçarkən 40 yaşı olduğunu və 40 il Midyan torpağında yaşadığı haqda mə’lumat vermişdir; bundan əlavə o, mələklərin Musaya qanun verilməsində hansı vacib rol oynadıqlarını da qeyd etmişdir (Həvarilərin işləri 7:22, 23, 30, 38).

[32-ci səhifədəki şəkil]

Yeqovanın xəbərini Xənok cəsarətlə təbliğ edirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş