Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/5 s. 2—5
  • Doğrudanmı pislik qalib gəlib?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Doğrudanmı pislik qalib gəlib?
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • İnsanlar özlərini müvəffəqiyyətlə idarə edə bilirlərmi?
  • Şeytan bütün insanları Allahdan döndərməyə qadirdirmi?
  • Gələcək nə gətirəcək?
  • Siz kimin tərəfini tutacaqsınız?
  • Allah iztirablara nə üçün yol verir?
    Əbədi həyata aparan bilik
  • Sərvaxt ol, Şeytan səni udmaq istəyir!
    Gözətçi qülləsi 2015
  • Allahın yer üçün niyyəti nədən ibarətdir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Hamıya aidiyyəti olan mübahisəli məsələ
    Vahid həqiqi Allaha ibadət edin
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/5 s. 2—5

Doğrudanmı pislik qalib gəlib?

XEYİR və şər qüvvələrin kainatdakı mübarizəsi haqqındakı ideya əsrlər boyu yazıçı və filosofların diqqətini cəlb etmiş və sonsuz fərziyyələr doğurmuşdur. Lakin Allahla İblis arasındakı mübarizə haqqında dəqiq mə’lumat verən tək bir kitab var. Bu, Müqəddəs Kitabdır. Müqəddəs Kitab bu qarşıdurma ilə əlaqədar yaranan sualları işıqlandırır və əslində kimin qələbə çaldığını müəyyən etməyə yol verir.

İlk kişi və qadın yaradıldıqdan tez sonra, gözəgörünməz ruhani varlıq Şeytan İblis, Allahın hökmranlığını rədd etdi. Necə? Şeytan kinayə ilə işarə etdi ki, Allah öz yaratdıqlarından nə isə yaxşı bir şeyi gizlədir və insanlar Allahdan asılı olmasalar, daha yaxşı yaşayarlar (Təkvin 3:1-5; Vəhy 12:9).

Daha sonra, tayfa başçısı Eyubun günlərində, Şeytan başqa bir sual qaldırdı. O, Eyubun Allaha olan sədaqətini sındırmağa çalışaraq dedi: “Dəri yerinə dəri, bəli, insan canı üçün nəyi varsa verər” (Eyub 2:4). Necə də əsassız iddiadır! Eyub adının əvəzinə ümumi “insan” sözünü işlədərək, Şeytan yer üzündə yaşayan hər bir insanın nöqsansızlığını şübhə altına aldı. Şeytan əslində demək istəyirdi ki, “insan canını qurtarmaq üçün hər şey edər. Mənə imkan versəniz, mən hər bir kəsi Allahdan döndərə bilərəm”.

Allahın, yoxsa İblisin qələbə çaldığını müəyyən etmək üçün, iki suala cavab vermək lazımdır: İnsanlar özlərini müvəffəqiyyətlə idarə edə bilirlərmi? İblis bütün insanları həqiqi Allahdan döndərməyə müvəffəq olubmu?

İnsanlar özlərini müvəffəqiyyətlə idarə edə bilirlərmi?

Minilliklər ərzində insanlar müxtəlif idarə formalarını təcrübədən keçirmişlər. Tarix monarxiya, aristokratiya, demokratiya, avtokratiya, faşizm və kommunizm kimi dövlət quruluşları görmüşdür. Bu qədər təcrübə aparmaq lazım gəlmişdirsə, yuxarıda sadalanan idarəetmə formalarının bacarıqsız olduqları aydın deyilmi?

Herbert Uells “Tarixin qısa xülasəsi” əsərində yazırdı: “Roma xalqı, demək olar ki, özü üçün tamamilə gözlənilməz yeni inzibati təcrübəyə cəlb edilmişdi. İdarəetmə üsulları, heç vaxt sabit forma almadan, həmişə dəyişirdi. Bir tərəfdən təcrübə iflasa uğramış, digər tərəfdən isə, təcrübə davam edir və bu gün Avropa və Amerika, ilk dəfə romalıların qarşılaşdığı dövləti idarə etməyin sirri üzərində baş sındırır” (“A History of the World”, 1922).

Dövləti idarə etmək üzrə keçirilən təcrübələr XX əsrdə də davam etmişdir. Əsrin sonunda demokratiya quruluşu daha çox nüfuz qazandı. Nəzəri baxımdan demokratiya dedikdə, dövlətin idarə olunmasında bütün insanların iştirakı nəzərdə tutulur. Bəs demokratiya, Allahın rəhbərliyi olmadan insanların müvəffəqiyyətlə idarə edə bildiklərini göstərdimi? Hindistanın keçmiş baş naziri Cavahirləl Nehru demokratiyanı arzu olunan bir şey adlandırmış və əlavə etmişdir: “Mən bunu ona görə deyirəm ki, digər idarə sistemləri daha pisdir”. Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Esten demişdir: “Biz nüfuzlu demokratiyanın böhranını müşahidə edirik”.

Hələ b. e. ə. V əsrdə yunan filosofu Platon, demokratik idarəetmə formasının zəif yerlərini aşkar etmişdir. Bir əsərə görə, Platon “siyasətçilərin nadanlığını və bacarıqsızlığını” tənqid etmiş və bu xüsusiyyətlərin “əsasən də demokratik ölkələrin bədbəxtliyi olduğunu” qeyd etmişdir (“A History of Political Theory”). Müasir dövlət xadimlərinin çoxu şikayətlənirlər ki, hakimiyyət dairələrində işləməyə yararlı olan qabiliyyətli insanları tapmaq çətindir. “Uoll-strit cornel”də qeyd olunduğu kimi, insanlar “yaranan nəhəng problemlərlə müqayisədə cırtdan kimi görünən rəhbərlərdən narazıdırlar”. Həmin nəşrdə daha sonra qeyd olunur: “Rəhbərlik üçün müraciət edərək, qətiyyətsizlik və korrupsiyanı görmək, onlar üçün iyrəncdir”.

İndi isə qədim İsrail padşahı Süleymanın hökmranlığını nəzərdən keçirək. Yehova Allah Süleymana fövqəl’adə müdriklik vermişdi (1 Krallar 4:29-34). Süleymanın 40 illik hakimiyyəti dövründə İsrail xalqı necə yaşayırdı? Müqəddəs Kitab cavab verir: “Yəhuda və İsrail sayca dəniz kənarında olan qum kimi çox idi, yeyib içməkdə və sevincdə idilər. Və Süleymanın bütün günlərində Dandan Beer-şebaya qədər Yəhuda və İsrail, hər kəs öz asması və əncir ağacı altında, sülh içində yaşadılar” (1 Krallar 4:20, 25). Görünməz Ali Hökmdarın, Yehova Allahın yer üzündəki nümayəndəsi olan müdrik padşahın rəhbərliyi altında xalq tərəqqi edir və sevinirdi, ölkədə isə misli görünməmiş sabitlik hökm sürürdü.

Allahın və insanın hakimiyyət sistemi arasında necə də kəskin təzad vardır! Kim isə əminliklə deyə bilərmi ki, Şeytan hakimiyyət məsələsində qalib gəlib? Xeyr. Bunu Yeremya peyğəmbər təsdiq edir: “Ya Rəbb, bilirəm ki, insanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23).

Şeytan bütün insanları Allahdan döndərməyə qadirdirmi?

Şeytan bütün insanları Allahdan döndərə biləcəyini sübut edə bildimi? “İbranilərə” kitabının 11-ci fəslində həvari Pavel Məsihdən qabaq yaşamış bə’zi sadiq kişi və qadınların adlarını çəkdikdən sonra yazır: “Gidon [Gideon], Barak, Şimşon, Yeftah, Davud və Şəmuel və başqa peyğəmbərlər haqqında nəql etmək üçün vaxtım çatmaz” (İbranilərə 11:32). Pavel Allahın bu sadiq xidmətçilərini sadəcə olaraq “şahidlər buludu” adlandırır (İbranilərə 12:1). Burada “bulud” kimi tərcümə olunan yunan sözü, müəyyən ölçüdə və formada olan tək bir buludu yox, formasız nəhəng buludlar kütləsini nəzərdə tutur. Bu çox münasib müqayisədir, çünki keçmişdə Allahın o qədər çox sadiq xidmətçisi olmuşdur ki, onlar doğrudan da nəhəng buludlar kütləsini xatırladırdılar. Əsrlər boyu saysız-hesabsız insanlar öz istəkləri ilə Yehova Allaha sədaqətli qalmaq yolunu seçmişlər (Yeşu 24:15).

Bəs vəziyyət bizim zəmanədə necədir? XX yüzillikdə Yehovanın Şahidlərinin payına düşən dəhşətli tə’qib və müqavimətlərə baxmayaraq, bütün dünyada onların sayı 6 milyondan artıqdır. Onlara rəğbət bəsləyən insanların sayı isə 9 milyona yaxındır və onlardan bir çoxları Allaha yaxınlaşmaq əzmindədirlər.

İnsanları Allahdan döndərə biləcəyinə dair Şeytanın irəli sürdüyü iddiaya ən qəti cavabı Allahın Oğlu İsa Məsih verdi. Hətta işgəncə dirəyində dəhşətli əzab çəkərkən belə, o, Allahdan üz döndərmədi. İsa, son nəfəsində nida etdi: “Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm” (Luka 23:46).

Şeytan insanları öz nəzarəti altında saxlamağa çalışaraq, sınaqlardan tutmuş açıq hücumlara qədər hər bir üsula əl atır. Şeytan insanları “cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü” ilə sınağa çəkərək, onları Yehovadan uzaqlaşdırmağa və ya onlara Allaha yaxınlaşmağa mane olmağa çalışır (1 Yəhya 2:16). O, həmçinin “imansızların zehinlərini kor etmişdir ki, görünməz Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın” (2 Korinflilərə 4:4). Şeytan öz məqsədinə nail olmaq üçün, hədə qorxu gəlməyə və insan qarşısında qorxudan istifadə etməyə hazırdır (Həvarilərin işləri 5:40).

Allahın tərəfini tutanlar isə İblisin hakimiyyəti altında deyillər. Onlar Yehovanı tanımış və ‘[Onu] bütün ürəklərilə, bütün canları ilə və bütün düşüncələri ilə sevmişlər’ (Matta 22:37). Beləliklə, İsa Məsihin və saysız-hesabsız insanların sarsılmaz sədaqəti sübut edir ki, Şeytan İblis sarsıdıcı məğlubiyyətə uğramışdır.

Gələcək nə gətirəcək?

İnsanlar idarəetmə formalarını təcrübədən keçirməyə daima davam edəcəklərmi? Daniel peyğəmbər qabaqcadan xəbər vermişdir: “O padşahların günlərində göylərin Allahı əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq və onun hakimiyyəti başqa bir xalqa verilməyəcək; ancaq bu padşahlıqların hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq” (Daniel 2:44). Göylərin Allahının qurduğu Padşahlıq, İsa Məsihin rəhbərliyi altında olan göylər hökumətidir. Bu həmin o Padşahlıqdır ki, İsa onun gəlməsi haqqında şagirdlərini dua etməyə öyrədirdi (Matta 6:9, 10). Bu Padşahlıq, yaxınlaşmaqda olan “Küll-İxtiyar Allahın böyük günündə baş verəcək” müharibədə bütün insan hakimiyyətlərini məhv edəcək və bütün yer üzünü idarə edəcəkdir (Vəhy 16:14, 16).

Bəs Şeytanla nə baş verəcək? Onun aqibəti Müqəddəs Kitabda təsvir olunur: “[Allahın mələyi]... iblis və şeytan olan əjdahanı, köhnə ilanı tutdu və min illiyə zəncirlədi. Və onu dibsiz dərinliklərə atdı, bağladı və üzərinə möhür basdı ki, min il tamam oluncaya kimi bir də xalqları azdırmasın” (Vəhy 20:1-3). Şeytan fəaliyyətsizlik quyusuna atıldıqdan sonra, İsa Məsihin Minillik hökmranlığı başlayacaqdır.

O zaman Yer kürəsi necə də gözəl yaşayış məskəninə çevriləcəkdir! Pisliklər və pisliyin səbəbkarları yox olacaqlar. Müqəddəs Kitab və’d edir: “Şərirlər kəsilib atılacaq. [...] Fəqət həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:9-11). Onların əmin-amanlığına nə insanlar, nə də heyvanlar təhlükə yaratmayacaqlar (İşaya 11:6-9). Hətta keçmişdə Yehova ilə tanış olmaq imkanı olmadığından və ya bilmədən İblisin tərəfini tutan milyonlarla insanlar da həyata qaytarılacaq və Allahdan tə’lim alacaqlar (Həvarilərin işləri 24:15).

Minillik hökmranlığın sonunda Yer üzü Cənnətə çevriləcək, insanlar isə kamilliyə çatacaqlar. Sonra Şeytan, Allahın hakimiyyətinin bütün düşmənləri ilə birlikdə həmişəlik məhv olunmaq üçün, “qısa bir müddət”ə azad olunacaq (Vəhy 20:3, 7-10).

Siz kimin tərəfini tutacaqsınız?

XX əsr, Şeytanın Yer kürəsini viran edib iflasa uğratdığı dövr olmuşdur. Bugünkü şərait Şeytanın qalib gəldiyini sübut etmir, əksinə, bu indiki natəmiz dünyanın axır günlərinin əlamətidir (Matta 24:3-14; Vəhy 6:1-8). Nə yer üzündəki pisliklərin çoxluğu, nə də ki, insanların əksəriyyətinin rə’yi, kimin qalib gəldiyini müəyyən etməkdə həlledici amil ola bilməz. Həlledici amil, kimin idarə etmək tərzinin ən yaxşı olması və kiminsə Allaha məhəbbətdən xidmət edib-etməməsidir. Hər iki sahədə qələbə qazanan Yehovadır.

Əgər verilən vaxt artıq Şeytanın səhv olduğunu göstərdisə, bəs Allah pisliklərin davam etməsinə nə üçün yol verir? Yehova “səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Allah istəyir ki, “bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər” (1 Timoteyə 2:4). Ümid etmək istəyirik ki, siz qalmış vaxtdan Müqəddəs Kitabı öyrənmək, ‘vahid həqiqi Allahı və [Onun] göndərdiyi İsa Məsihi tanımaq’ üçün istifadə edəcəksiniz (Yəhya 17:3). Yehovanın Şahidləri, sizin də milyonlarla insanlara qoşulub Qalibin tərəfində möhkəm durmanız üçün belə biliyə sahib olmanıza kömək etməyə şad olacaqlar.

[5-ci səhifədəki şəkillər]

Yehovanın Şahidləri Allaha sadiq qalmaqla Şeytanın məğlub olmasına səbəb olmuşlar.

[İcazə ilə]

COVER: Mother and daughter: J.R. Ripper/SocialPhotos

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş