-
Məhəbbətli çobanlara tabe olunGözətçi qülləsi 2007 | 1 aprel
-
-
7. Həvari Pavel ağsaqqallara necə münasibət göstərməyi məsləhət edirdi?
7 Bizim səmavi Çobanlarımız Yehova Allah və İsa Məsih bizdən yığıncaqdakı məs’ul qardaşlara itaət edib, onlara tabe olmağımızı gözləyir (1 Peter 5:5). Həvari Pavel Allahdan ilham alaraq yazmışdı: «Allahın kəlamını sizə nağıl edən rəislərinizi yada salın. Onların yaşayışının nəticəsinə baxaraq, imanlarını təqlid edin. Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz» (İbranilərə 13:7, 17).
8. Pavel bizi nəyə ‘baxmağa’ səsləyir və biz necə ‘itaət etməliyik’?
8 Diqqət yetirin ki, həvari Pavel bizi ağsaqqalların sədaqətli davranışının gətirdiyi nəticəyə ‘baxmağa’, yə’ni diqqətlə müşahidə etməyə və bu iman nümunələrini təqlid etməyə çağırırdı. Bundan başqa o, bizə məsləhət görür ki, ağsaqqalların rəhbərliyinə itaət edib, tabe olaq. Müqəddəs Kitab alimi R. T. Frans izah edir ki, «orijinal yunan əlyazmasında “itaət edin” ifadəsi adi itaətkarlığı bildirmir, o, hərfi mə’nada “əmin olmaq” deməkdir, bu da öz növbəsində onların rəhbərliyini həvəslə qəbul etməyi bildirir». Ağsaqqallara ona görə tabe oluruq ki, Allahın Kəlamı bizi buna səsləyir. Biz həm də əminik ki, onlar Padşahlıq işinin irəliləməsini və bizim yaxşılığımızı istəyirlər. Onların rəhbərliyini həvəslə qəbul etsək, bunun bizə mütləq xeyri dəyəcək.
-
-
Məhəbbətli çobanlara tabe olunGözətçi qülləsi 2007 | 1 aprel
-
-
10, 11. Ağsaqqallar hansı mə’nada Allahın Kəlamını birinci əsrdə və bizim günlərdə nağıl ediblər?
10 Yuxarıda sitat gətirilən İbranilərə 13:7, 17 ayələrində həvari Pavel ağsaqqallara itaət edib tabe olmağın dörd səbəbini gətirir. Birincisi odur ki, onlar bizə ‘Allahın kəlamını nağıl ediblər’. Unutma ki, İsanın yığıncağa bəxş etdiyi «insanlar timsalında hədiyyələr» ‘müqəddəslərin mükəmməlləşməsi’ üçündür (Efeslilərə 4:11, 12). O, birinci əsrdəki məsihçilərin düşüncə tərzini və davranışını sadiq ağsaqqalların vasitəsilə düzəldirdi. Bu ağsaqqallardan bə’ziləri Allahdan ilham alaraq yığıncaqlara məktublar yazmışdılar. O, erkən məsihçilərə rəhbərlik vermək və onları möhkəmləndirmək üçün ruhla tə’yin olunmuş ağsaqqallardan istifadə edirdi (1 Korinflilərə 16:15-18; 2 Timoteyə 2:2; Titusa 1:5).
11 Bu gün İsa sadiq və ağıllı qulun vasitəsilə bizə rəhbərlik edir. Bu qulu isə Rəhbərlik Şurası və ağsaqqallar təmsil edir (Matta 24:45). «Baş Çoban» İsa Məsihə hörmətdən irəli gələrək biz Pavelin məsləhətinə qulaq asırıq: «Aranızda zəhmət çəkənlərə və Rəbb yolunda sizə rəislik edənlərə və sizə nəsihət verənlərə hörmət edin» (1 Peter 5:4; 1 Salonikililərə 5:12; 1 Timoteyə 5:17).
-