Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w13 15/6 s. 22—23
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2013
  • Oxşar material
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Cinlər varmı?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Ruhani varlıqlar bizə təsir edə bilərmi?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Gözətçi qülləsi 2013
w13 15/6 s. 22—23

Oxucuların sualları

Daşqından əvvəl yaşamış və Yaradılış 6:2, 4 ayələrində xatırlanan «Allah oğulları» kimlərdir?

Burada Allahın ruhani oğullarından bəhs olunduğuna inanmaq üçün əsaslı səbəblərimiz var. Hansı səbəblər?

Yaradılış 6:2 ayəsində oxuyuruq: «Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər».

İbranicə Müqəddəs Yazıların orijinal mətnində Yaradılış 6:2, 4; Əyyub 1:6; 2:1; 38:7 və Məzmur 89:6 ayələrində «Allah oğulları» ifadəsinə rast gəlinir. Azərbaycanca Müqəddəs Kitabda isə bu ifadə yalnız Yaradılış 6:2, 4 ayələrində istifadə olunur. Bu ayələrdən «Allah oğulları» barədə nə öyrənirik?

Əyyub 1:6 ayəsindən aydın görürük ki, «ilahi varlıqlar», yəni orijinal mətnə əsasən, «Allah oğulları» Allahın hüzuruna toplaşmışdılar. Onların arasında dünyanı gəzib-dolaşan Şeytan da vardı (Əyy. 1:7; 2:1, 2). Eynilə, Əyyub 38:4—7 ayələrində oxuyuruq ki, Allah yerin guşədaşını qoyarkən «ilahi varlıqlar», yəni «Allah oğulları» sevincdən haray salırdılar. Həmin vaxt insanlar hələ yaradılmamışdı. Buna görə də belə qənaətə gəlmək olar ki, onlar Allahın səmavi oğulları idilər. Məzmur 89:6 ayəsində xatırlanan «ilahi varlıqlar» da, şübhəsiz, insanlar yox, Allahın hüzurundakı mələklərdir.

Yaradılış 6:2, 4 ayələrində qələmə alınan məlumatda xatırlanan «Allah oğulları» kimlərdir? Bundan əvvəlki Müqəddəs Kitab faktlarına əsasən, bu məlumatda yer üzünə gələn Allahın ruhani oğullarından danışıldığı qənaətinə gəlmək məntiqlidir.

Bəzi insanlar üçün mələklərdə cinsi istəklərin olması fikrini qəbul etmək çətindir. İsanın Matta 22:30 ayəsində qeyd olunan sözləri göstərir ki, göydə nikah və cinsi münasibətlər mövcud deyil. Lakin elə vəziyyətlər olub ki, mələklər görkəmlərini dəyişərək insan cildinə girib, hətta insanlarla oturub yeyib-içiblər (Yar. 18:1—8; 19:1—3). Buna görə də məntiqəuyğundur ki, insan cildinə girən mələklərin qadınlarla cinsi əlaqədə olması mümkündür.

Müqəddəs Kitaba əsasən, bəzi mələklərin məhz belə davrandığını düşünməyə əsaslı səbəblərimiz var. Yəhuda 6, 7 ayələrində bədənin qeyri-təbii istəklərinin dalınca düşən sodomluların günahları «əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk edən» mələklərin günahı ilə müqayisə edilir. Bu mələklərin sodomlularla oxşar cəhəti ondan ibarətdir ki, onlar «acgözlüklə cinsi əxlaqsızlıq edib bədənin qeyri-təbii istəklərinin dalınca» düşmüşdülər. 1 Peter 3:19, 20 ayələrində qeyd olunan oxşar ifadə «Nuhun günlərində»ki itaətsiz mələklərlə əlaqəlidir (2 Pet. 2:4, 5). Nəticə etibarilə, Nuhun günlərindəki mələklərin itaətsizliyi Sodom və Homorranın günahları ilə eyni səviyyədədir.

Beləcə, Yaradılış 6:2, 4 ayələrindəki «Allah oğulları»nın insan cildinə girmiş və qadınlarla əxlaqsızlıq etmiş mələklər olduğunu başa düşəndə bu fikir məntiqli görünür.

Müqəddəs Kitabda deyilir ki, İsa «zindanda olan ruhani varlıqlara təbliğ etdi» (1 Pet. 3:19). Bu nə deməkdir?

Həvari Peter bu ruhani varlıqların «Nuhun günlərində... Allahın səbirlə gözlədiyi vaxt itaətsizlik etmiş» mələklər olduğunu göstərir (1 Pet. 3:20). Aydındır ki, Peter Şeytana qoşulub üsyan qaldıran mələkləri nəzərdə tuturdu. Yəhuda «əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk edən mələkləri» xatırladaraq deyir ki, Allah onları «böyük günün məhkəməsi üçün qatı zülmət içində əbədi buxovlarda saxlayır» (Yəhuda 6).

Nuhun günlərində ruhani varlıqlar Yehovaya qarşı necə itaətsizlik etdilər? Daşqından əvvəl bu pis ruhani varlıqlar Allahın əmri olmadan insan cildinə girdilər (Yar. 6:2, 4). Bundan əlavə, bu mələklər qadınlarla cinsi əlaqəyə girərək Allahın gözündə iyrənc iş gördülər. Allah onları qadınlarla cinsi əlaqəyə girmələri üçün yaratmamışdı (Yar. 5:2). Bu pis, itaətsiz mələklər Allahın təyin etdiyi vaxtda məhv ediləcəklər. Yəhudanın qeyd etdiyi kimi, hal-hazırda onlar «qatı zülmət»də, belə desək, ruhani zindandadırlar.

Bəs İsa «zindanda olan ruhani varlıqlara» necə və nə vaxt təbliğ etmişdi? Peter yazır ki, bu, İsa «ruhani varlıq kimi dirildi»ləndən sonra baş vermişdi (1 Pet. 3:18, 19). Həmçinin diqqət yetirdinizsə, Peter hadisəni keçmiş zamanda nəql edir. Bundan aydın olur ki, bu hadisə o, birinci məktubunu yazmamışdan qabaq baş verib. Görünür, İsa dirildikdən bir müddət sonra tamamilə haqlı olaraq günahlı mələklərə layiq olduqları cəzanı bəyan etdi. İsa onlara ümid xəbərini yox, hökm xəbərini çatdırdı (Yun. 1:1, 2). O, ömrünün axırına kimi iman və sədaqət göstərərək və dirildilərək İblisin onun üzərində heç bir hakimiyyəti olmadığını sübut etdi. Buna görə də onun bu cür hökm xəbərini çatdırmağa tam əsası var idi (Yəh. 14:30; 16:8—11).

Gələcəkdə İsa Şeytanı və həmin mələkləri buxovlayaraq dibsiz ümmana atacaq (Luka 8:30, 31; Vəhy 20:1—3). Həmin vaxta qədər bu itaətsiz mələklər ruhani zülmətdə qalacaq və sonda mütləq məhvə düçar olacaqlar (Vəhy 20:7—10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş