Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/3 s. 8—13
  • Yehova səbirli Allahdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova səbirli Allahdır
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Allahın səbri Onun əsas keyfiyyətlərinə uyğundur
  • Yehovanın Tufana qədər göstərdiyi səbri
  • İsrailə göstərilən nümunəvi səbir
  • Yehovanın səbri tükənməyib
  • Öz ismi naminə səbir edir
  • Yehovanın səbri xilasa aparır
  • “Səbirliliyi geyin”
    Gözətçi qülləsi 2002
  • Allahın pisliyə yol verməsindən nə öyrənirik
    Vahid həqiqi Allaha ibadət edin
  • Ruha görə hərəkət edəcəksinizmi?
    Gözətçi qülləsi 2007
  • Ruhun rəhbərliyi altında yaşayırsanmı?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/3 s. 8—13

Yehova səbirli Allahdır

“Yehova, çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti... çox olan [Allahdır]” (ÇIXIŞ 34:6).

1, 2. a) Keçmiş zamanlarda Yehovanın səbri kimlərin rifahına xidmət etmişdir? b) Səbir ifadəsi altında nəzərdə tutlan nədir?

NUHUN müasirləri, Musa ilə səhrada gəzib-dolaşan israillilər, İsanın yer üzündə yaşadığı dövrün yəhudiləri - bütün bu insanlar müxtəlif şəraitlərdə yaşamışlar. Amma Yehovanın gözəl keyfiyyəti olan səbir, onların hamısının rifahına xidmət etmişdir. Bu keyfiyyət bir çoxları üçün həyat mə’nasını daşıyırdı. Yehovanın səbri bizim üçün də həyat mə’nasını daşıya bilər.

2 Səbir nədir? Yehova bu keyfiyyəti nə zaman və nəyə görə təzahür etdirir? Səbir sözü altında bir kimsənin, pozulmuş münasibətlərin yaxşı olacağına ümidini itirmədən, haqsız münasibətə və hərəkətə dözümlü olması nəzərdə tutulur. Deməli, bu keyfiyyəti həmişə məqsədyönlü surətdə təzahür etdirirlər. Səbirli adam, xoşagəlməz vəziyyətin səbəbkarı olan şəxsin rifahını düşünür. Bununla yanaşı, səbirli olmaq pisliyə göz yummaq mə’nasını daşımır. Səbir etməkdə olan məqsəd gerçəkləşəndə və ya yaranan vəziyyətdə dözmək artıq mə’nasız olanda səbir tükənir.

3. Yehovanın səbir etməsində məqsəd nədir və səbir öz həddinə nə zaman çatacaq?

3 İnsanların da səbirli ola bilmələrinə baxmayaraq, səbirliliyin ən mükəmməl nümunəsini Yehova verir. Yehova ilə bəşər övladı arasındakı münasibətin pozulmasına səbəb olan ilk günahdan sonra, Yaradanımız artıq uzun illərdir ki, pisliyə səbir edir. Bundan başqa, günahlarından tövbə edən insanların Onunla münasibətlərini bərpa etmələri üçün vasitə də təqdim edib (2 Peter 3:9; 1 Yəhya 4:10). Lakin Allahın səbri öz məqsədinə çatanda, O, bilə-bilə qanunsuzluq edənlərə qarşı çıxacaq və hazırda mövcud olan natəmiz dünyaya son qoyacaq (2 Peter 3:7).

Allahın səbri Onun əsas keyfiyyətlərinə uyğundur

4. a) İbranicə Müqəddəs Yazılarda səbir anlayışı necə ifadə olunur? (Həmçinin haşiyəyə baxın.) b) Nahum peyğəmbər Yehovanı necə təsvir edir və onun təsvirindən Yehovanın səbri haqda nə öyrənirik?

4 İbranicə Müqəddəs Yazılarda səbir anlayışı, qədim ibrani dilində iki sözlə ifadə olunub hərfi mə’nada “uzun burun deşiyi” deməkdir; “Kitabı Mukaddes”də isə “gec qəzəblənən” ifadəsilə verilira. Allahın səbri haqda peyğəmbər Nahum deyirdi: “Rəbb gec qəzəblənir və qüvvətdə böyükdür və suçlunu heç suçsuz çıxarmaz” (Nahum 1:3). Gördüyümüz kimi, Yehovanın səbirli olması zəiflik əlaməti deyil və bu keyfiyyətin həddi var. Əgər Qadir Allah eyni vaxtda həm “gec qəzəblənən”, həm də qüvvətdə böyükdürsə, deməli, səbir edərək hal-hazırda bilərəkdən fəaliyyət göstərmir. O, günahkarları cəzalandırmaq səlahiyyətinə malikdir, amma günah işlədənlərə düzəlmək üçün imkan vermək məqsədilə, bu səlahiyyətindən dərhal istifadə etmir (Hezekiel 18:31, 32). Beləliklə, Yehovanın səbrində məhəbbət təzahür olunur, öz qüdrətindən isə müdrikliklə istifadə edir.

5. Yehovanın səbri, Onun ədaləti ilə necə uyğunlaşır?

5 Yehovanın səbri, Onun ədaləti və salehliyi ilə də uyğunlaşır. O, Musaya özünü “çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan” bir Allah kimi aşkar etdi (Çıxış 34:6). Musa, çox illərdən sonra, Yehovaya həmd edərək oxuyurdu: “Onun... bütün yolları haqdır; sədaqət Allahıdır və haqsızlıq etməz, sadiq və doğru olan odur” (Təsniyə 32:4). Bəli, Yehovanın mərhəməti, səbri, ədaləti və salehliyi bir-biri ilə uyğunlaşır.

Yehovanın Tufana qədər göstərdiyi səbri

6. Yehova, Adəmlə Həvvanın nəsillərinə qarşı diqqətəlayiq səbri necə göstərdi?

6 Adəmlə Həvvanın Edendə qaldırdıqları üsyan, onların, məhəbbətli Yaradanla - Yehova ilə olan dəyərli münasibətlərini həmişəlik pozdu (Təkvin 3:8-13, 23, 24). Bu vəziyyət onların günahı, qeyri-kamilliyi və ölümü miras alan nəsillərinə də tə’sir göstərdi (Romalılara 5:17-19). İlk kişi və qadının bilə-bilə günah işləmələrinə baxmayaraq, Yehova onların övlad sahibi olmalarına yol verdi. O, sonradan Adəmlə Həvvanın nəsillərinin Onunla barışmalarına imkan yaradan vasitəni məhəbbətlə təqdim etdi (Yəhya 3:16, 36). Həvari Pavel izah edir: “Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü. Beləliklə, Onun qanı ilə indi saleh sayıldığımıza görə, Onun vasitəsi ilə Allahın qəzəbindən xilas olacağımız daha çox qətidir. Çünki əgər biz Allahın düşmənləri ikən Onun Oğlunun ölümü vasitəsi ilə Allahla barışdıqsa, barışmış olaraq Onun həyatı ilə xilas olacağımız daha çox qətidir” (Romalılara 5:8-10).

7. Yehova Tufana qədər necə səbir göstərdi və Tufandan əvvəl yaşayan nəslin məhv edilməsi nəyə görə tam ədalətli idi?

7 Yehovanın səbri Nuhun günlərində də izhar olunurdu. Tufandan təxminən bir əsr əvvəl “Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı” (Yaradılış 6:12, MKŞ). Buna baxmayaraq, Yehova müəyyən vaxt ərzində bəşəriyyətə qarşı səbir göstərdi. O dedi: “Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndirlər. Qoy onların ömrü yüz iyirmi il olsun” (Yaradılış 6:3, MKŞ). Həmin 120 il ərzində Nuhun ailə qurmağa, gəmi tikməyə və Allah buyurduğu vaxt, Tufan olacağı barədə müasirlərini xəbərdar etməyə imkanı vardı. Həvari Peter yazırdı: “Allah Nuhun günlərində səbirlə gözlədiyi vaxt, gəmi tikilərkən... o gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı” (1 Peter 3:20). Bəli, Nuhun təbliğ etdiyi xəbər haqqında onun ailə üzvlərindən başqa heç kim “fikirləşmirdi” (Matta 24:38, 39, YD). Lakin Nuha gəmi tikməyi və ehtimal ki, onilliklər ərzində “salehlik təbliğçisi” kimi xidmət etməyi buyuranda, Yehova Nuhun müasirlərinə zorakı işlərindən tövbə etmələrinə və salehlik yoluna qədəm qoymalarına kifayət qədər imkan verdi (2 Peter 2:5; İbranilərə 11:7). Nəticədə həmin pis nəslin məhv edilməsi tam ədalətli oldu.

İsrailə göstərilən nümunəvi səbir

8. Yehova İsrail xalqına qarşı səbrini necə göstərdi?

8 Yehovanın İsrailə göstərdiyi səbri 120 ildən çox davam etdi. Allahın seçilmiş xalqı olduqları 1 500 ildən artıq vaxt ərzində, israillilər Allahın səbrini dönə-dönə sınamışdılar. Misirdən mö’cüzəvi surətdə azad edildikdən cəmi bir neçə həftə sonra, bütpərəstliyə qapılaraq öz Xilaskarlarına qarşı yolverilməz hörmətsizlik etdilər (Çıxış 32:4; Məzmur 106:21). Növbəti onilliklər ərzində israillilər, Yehovanın səhrada onlara mö’cüzə ilə verdiyi qidaya narazılıq etdilər, Musa ilə Haruna deyindilər, Yehovanın əleyhinə söyləndilər, bütpərəst qadınlarla zina etdilər, hətta Baala ibadətdə belə iştirak etdilər (Saylar 11:4-6; 14:2-4; 21:5; 25:1-3; 1 Korinflilərə 10:6-11). Yehovanın öz xalqını məhv etməyə haqqı olsa da, O, yenə də səbir göstərdi (Saylar 14:11-21).

9. Yehova, hakimlərin və padşahların vaxtında səbirli Allah olduğunu necə göstərdi?

9 Məsələ ondadır ki, israillilər hakimlərin dövründə də bütpərəstliyə qapılırdılar. Onlar belə davrananda, Yehova onları tərk edirdi. Lakin İsrail xalqı tövbə edib, Yehovadan kömək diləyəndə, O səbir edir və onları yaranan vəziyyətdən qurtaracaq hakimlər seçirdi (Hakimlər 2:17, 18). Uzunmüddətli padşahlıq dövrü ərzində yalnız bir neçə padşah Yehovaya son dərəcə sadiq olmuşdu. Hətta sadiq padşahların vaxtında belə, xalq həqiqi ibadətlə yalan ibadəti çox vaxt qarışdırırdı. Yehova, israilliləri sədaqətsizlik yolundan çəkindirmək üçün peyğəmbərlər göndərəndə, xalq, adəti üzrə natəmiz kahinləri və yalançı peyğəmbərləri dinləməyi üstün tuturdu (Yeremya 5:31; 25:4-7). İsrail xalqı Yehovanın sadiq peyğəmbərlərini tə’qib edir, hətta onlardan bə’zilərini öldürürdü (2 Tarixlər 24:20, 21; Həvarilərin işləri 7:51, 52). Buna baxmayaraq, Yehova səbirli olmaqda davam edirdi (2 Tarixlər 36:15).

Yehovanın səbri tükənməyib

10. Yehovanın səbri öz həddinə nə zaman çatdı?

10 Lakin tarix göstərir ki, Yehovanın səbrinin həddi var. Eramızdan əvvəl 740-cı ildə, O yol verdi ki, aşşurlular İsrailin on nəsildən ibarət olan padşahlığına qalib gəlsinlər və onun əhalisini əsir aparsınlar (2 Krallar 17:5, 6). Növbəti əsrin sonunda isə yol verdi ki, babillilər Yəhudanın iki nəsildən ibarət padşahlığına soxulub, Yerusəlimi mə’bədlə birgə dağıtsınlar (2 Tarixlər 36:16-19).

11. Hətta hökmünü icra etdiyi zaman belə, Yehova necə səbirlilik göstərirdi?

11 Hətta İsrail və Yəhuda üzərində hökmünü həyata keçirərkən də, Yehova səbirli olmağı unutmurdu. Yehova seçilmiş xalqının bərpa olunacağını peyğəmbəri Yeremyanın vasitəsilə qabaqcadan bildirərək, dedi: “Babil üçün tam yetmiş il dolunca, sizi arayacağam və sizi bu yerə geri gətirməklə yaxşı sözümü sizə icra edəcəyəm. Və özümü sizə tapdıracağam... və sizi sürgünlükdən geri gətirəcəyəm və sizi sürgün etdiyim yerlərin hamısından və bütün millətlərdən toplayacağam” (Yeremya 29:10, 14).

12. Məsihin zühurunu nəzərə alaraq, nəyə görə demək olar ki, yəhudilərin qalığı vətənə Allahın iradəsilə qayıtdı?

12 Əsir aparılan israillilərin qalığı, doğrudan da Yəhudeyaya qayıtdı və yenidən tə’mir olunmuş Yerusəlim mə’bədində Yehovaya ibadəti yenidən bərpa etdi. Yehovanın niyyətinə əsasən, qayıdan israillilər, təravət və çiçəklənmə gətirən “Rəbb tərəfindən şeh kimi” olmalı idilər. Eyni zamanda, onlara “meşə heyvanları arasında aslan kimi” olmaq da lazım gəlirdi (Mika 5:7, 8). Sonuncu ifadə, ehtimal ki, Makkaveylərin dövrünə aiddir. Həmin vaxt yəhudilər, Makkaveylər ailəsinin başçılığı altında düşmənlərini Və’d edilmiş diyardan qovmuş və murdarlanmış mə’bədi yenidən təqdis etmişdilər. Bunun sayəsində ölkə və mə’bəd onun üçün qorunmuşdur ki, Allahın Oğlu Məsih timsalında gəldiyi zaman, yəhudilərin sadiq qalığı onu qarşılayıb qəbul etsin (Daniel 9:25; Luka 1:13-17, 67-79; 3:15, 21, 22).

13. Yəhudilər Oğlunu öldürdükdən sonra belə, Yehova onlara qarşı səbirli olduğunu necə göstərdi?

13 Hətta yəhudilər Yehovanın Oğlunu öldürdükdən sonra belə, O, onlara qarşı daha üç il yarım səbirli olub, İbrahimin ruhani zürriyyətinin bir hissəsi olmaq də’vətinə malik olmaları üçün onlara imkan verdi (Daniel 9:27)b. Eramızın 36-cı ilindən əvvəl və sonra yəhudilərin bə’zisi bu də’vətə hay verdi və bununla da, sonradan Pavelin yazdığı kimi, “Allahın lütfü ilə seçilən bir qalıq” yarandı (Romalılara 11:5).

14. a) İbrahimin ruhani zürriyyətinin bir hissəsi olmaq kimi dəyərli imkan ilk dəfə b. e. 36-cı ilində kimlərə verildi? b) Yehovanın ruhani İsrailin üzvlərini seçməsinə dair Pavel öz hisslərini hansı sözlərlə ifadə etdi?

14 İbrahimin ruhani zürriyyətinin bir hissəsi olmaq kimi dəyərli imkan ilk dəfə b. e. 36-cı ilində, yəhudi və prozelit olmayan insanlara verilmişdi. Hay verənlərin hamısına mərhəmət və səbir göstərilmişdi (Qalatiyalılara 3:26-29; Efeslilərə 2:4-7). Yehovanın, ruhani İsrailin üzvlərinin tam sayının yığılması üçün mərhəmətlə göstərdiyi səbirdəki müdrikliyə və məqsədə dərin minnətdarlığını bildirən Pavel nida etdi: “Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir” (Romalılara 11:25, 26, 33; Qalatiyalılara 6:15, 16).

Öz ismi naminə səbir edir

15. Allahın səbrinin əsas səbəbi nədir və hansı sualın həlli üçün vaxt tələb olunurdu?

15 Yehova nəyə görə səbir edir? İlk növbədə, müqəddəs ismini ucaltmaq və hökmranlığının ədalətli olduğunu sübut etmək üçün (1 Samuel 12:20-22). Yehovanın öz hökmranlığından necə istifadə etməsinə dair Şeytanın qaldırdığı mübahisəli sualı bütün məxluqlar qarşısında birdəfəlik həll etmək lazım idi; bunun üçün isə vaxt tələb olunurdu (Eyub 1:9-11; 42:2, 5, 6). Buna görə də, xalqı Misir diyarında əzablara mə’ruz qalan zaman, Yehova fir’ona dedi: “Bunun üçün, ismim bütün dünyada e’lan olunsun deyə səndə qüdrətimi göstərmək üçün, səni saxladım” (Çıxış 9:16).

16. a) Yehovanın səbirli olması sayəsində, Onun ismi naminə bir xalqın təşkil edilməsi necə mümkün oldu? b) Yehovanın ismi necə təqdis olunacaq və hökmranlığına necə haqq qazandırılacaq?

16 Pavel, Yehovanın müqəddəs isminin izzətlənməsi naminə göstərdiyi səbrin rolunu izah edərkən, Onun fir’ona dediyi sözləri sitat gətirdi. Sonra Pavel yazırdı: “Əgər Allah, qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək, həlak üçün hazırlanmış, qəzəbinə uğrayacaq qablara çox səbirlə təhəmmül etdisə və əvvəlcədən izzət üçün hazırladığı, mərhəmət tapan qablara izzətinin zənginliyini bildirmək üçün belə etdisə, nə olar? Yalnız yəhudilərdən deyil, digər xalqlardan da də’vət etdiyi o qablar bizik. Necə ki, Hoşeyanın kitabında deyilir: “Xalqım olmayanı xalqım... adlandıracağam” (Romalılara 9:17, 22-25). Səbirli olduğu üçün, Yehova bütün millətlərdən “Öz adı naminə bir xalq” təşkil edə bildi (Həvarilərin işləri 15:14). Başları İsa Məsihə tabe olan bu “müqəddəslər”, Padşahlığın varisləridir. Yehova həmin Padşahlığın vasitəsilə böyük ismini təqdis edəcək və öz hökmranlığına haqq qazandıracaq (Daniel 2:44; 7:13, 14, 27; Vəhy 4:9-11; 5:9, 10).

Yehovanın səbri xilasa aparır

17, 18. a) Özümüz də dərk etmədən, səbirli olduğuna görə Yehovanı hansı mə’nada mühakimə edə bilərik? b) Yehovanın səbrinə necə münasibət göstərməyə də’vət olunuruq?

17 İnsanın fəlakətə yol açan ilk günahından bugünə qədər Yehova özünün səbirli Allah olduğunu göstərib. Onun səbri sayəsində, Tufan baş verənədək Nuhun müasirlərinin xəbərdar olunmalarına və xilas yolu olan gəminin tikilməsinə kifayət qədər vaxt oldu. Amma Allahın səbri öz həddinə çatdı və Tufan başladı. Yehova bu gün də böyük səbir göstərir və bu vaxt, bəlkə də, bə’zilərinin gözlədiklərindən uzun sürür. Ancaq bu vəziyyət, ümidsizliyə qapılmaq üçün səbəb deyil. Belə davranış, səbir etdiyinə görə Allahı mühakimə etməyə bərabər olardı. Pavel soruşurdu: “Yaxud Onun xeyirxahlığının səni tövbəyə yönəltiyini anlamadığın halda, Allahın xeyirxahlığının, mülayimliyinin və səbirliliyinin bolluğuna laqeydlikmi göstərirsən?” (Romalılara 2:4).

18 Xilas üçün Allahın lütfünə malik olmaqda Onun səbrinə nə dərəcədə ehtiyac duyduğumuz heç birimizə tam mə’lum deyil. Pavel, “öz xilasınızı başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət edin” - deyə, bizi də’vət edir (Filipililərə 2:12). Həvari Peter həmimanlılarına yazırdı: “Rəbb bə’zilərinin zənn etdiyi kimi Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9).

19. Yehovanın səbirli olmasından necə faydalana bilərik?

19 Gəlin Allahın fəaliyyət tərzinə qarşı səbirsizlik etməyək. Əksinə, gəlin Pavelin sonradan yazdığı nəsihətinə riayət edək və “Rəbbimizin səbrini də qurtuluş” sanaq (2 Peter 3:15). Kimin üçün qurtuluş? Bizim və “Padşahlıq haqqında olan Müjdə”ni eşidəcək çoxsaylı insanlar üçün (2 Peter 3:15; Matta 24:14, İ-93). Bu, Yehovanın səbrinin geniş olduğunu qiymətləndirməkdə bizə kömək edəcək və bizi də başqalarına qarşı səbirli olmağa təşviq edəcəkdir.

[Haşiyələr]

a Qədim ibrani dilində “burun” və ya “burun deşiyi” (af) mə’nasında işlənən söz, qəzəbi qeyd etmək üçün məcaz kimi işlənir, çünki çox vaxt qəzəbli insan ağır və bərkdən nəfəs alır.

b Bu peyğəmbərliyin daha ətraflı izahatını, Yehovanın Şahidləri tərəfindən nəşr olunan “Danielin peyğəmbərliyinə diqqət yetirin!” kitabının 190-194-cü səhifələrində tapmaq olar (rus.).

İzah edə bilərsinizmi?

• Müqəddəs Kitabda “səbir” sözü altında nəzərdə tutulan nədir?

• Tufana qədər, babil əsarətindən sonra və eramızın birinci əsrində Yehova səbrini necə təzahür etdirirdi?

• Yehova hansı vacib səbəblərə görə səbir edir?

• Biz Yehovanın səbrinə necə yanaşmalıyıq?

[9-cu səhifədəki şəkil]

Yehovanın Tufana qədər göstərdiyi səbri, insanlara tövbə etmək üçün kifayət dərəcədə imkan verdi.

[10-cu səhifədəki şəkil]

Babilin süquta uğramasından sonra Yehovanın səbri yəhudilərin xeyrinə xidmət edirdi.

[11-ci səhifədəki şəkil]

Birinci əsrdə Yehovanın səbri həm yəhudilərin, həm də yəhudi olmayanların xeyrinə xidmət edirdi.

[12-ci səhifədəki şəkillər]

Yehovanın səbrindən bu gün məsihçilər də faydalanırlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş