Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/1 s. 12—16
  • Sən ‘Allahın lütfünün təsərrüfatçısısanmı’?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən ‘Allahın lütfünün təsərrüfatçısısanmı’?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • ‘Allahın çoxcəhətli lütfü’
  • ‘Bir-birinizə xidmət edin’
  • ‘Ənam ilə bir-birimizə’ necə ‘xidmət etməliyik’?
  • Hansı daha vacibdir?
  • «Bir-birinizi şəfqətlə sevin»
  • Lütfünə görə Allaha minnətdarıq
    Gözətçi qülləsi 2016
  • Allahın lütfü barəsindəki müjdəni təbliğ edin
    Gözətçi qülləsi 2016
  • Lütf sizi azad etdi
    Gözətçi qülləsi 2016
  • Yalnız əməllərlə deyil, Allahın lütfü ilə xilas olduq
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/1 s. 12—16

Sən ‘Allahın lütfünün təsərrüfatçısısanmı’?

«Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın» (ROM. 12:10).

1. Allahın Kəlamı bizi nəyə əmin edir?

ALLAHIN KƏLAMI bizi dönə-dönə əmin edir ki, biz məyusluğa qapılanda və ya qəlbimiz sınanda Yehova dadımıza çatacaq. Məsələn, bu təsəlliverici sözlərə diqqət yetir: «Rəbb yıxılanların hamısına dayaqdır, qəddi əyilənlərin hamısını qaldırır». «O, sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar» (Məz. 145:14; 147:3). Üstəlik, səmavi Atamızın Özü deyir: «Sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm» (Yeşaya 41:13).

2. Yehova xidmətçilərinə neçə kömək edir?

2 Bəs gözəgörünməz aləmdə yaşayan Yehova ‘əlimizdən’ necə ‘tutur’? Qəm-qüssə ‘qəddimizi əyəndə’ O bizi necə «qaldırır»? Yehova Allah bizə müxtəlif cür kömək edir. Məsələn, O Öz xalqına müqəddəs ruhu vasitəsilə «ən üstün qüdrət»i verir (2 Kor. 4:7; Yəh. 14:16, 17). Allahın ilhamlanmış Kəlamı olan Müqəddəs Kitab da Onun xidmətçilərinə güc-qüvvə verir (İbr. 4:12). Yehova bizi daha necəsə möhkəmləndirirmi? Cavabı Peterin yazdığı birinci məktubdan tapmaq olar.

‘Allahın çoxcəhətli lütfü’

3. a) Həvari Peter sınaqlar haqda nə deyib? b) Peterin birinci məktubunun sonunda nə müzakirə edilir?

3 Məsh olunmuş məsihçilərə ünvanladığı məktubunda həvari Peter yazır ki, onların sevinib şadlanmağa tutarlı səbəbləri var, çünki qabaqda onları böyük mükafat gözləyir. Sonra onların ‘müxtəlif imtahanlardan ötrü bir az müddət kədərlənməli’ olduqlarını əlavə edir (1 Pet. 1:1-6). Buradakı «müxtəlif» sözünə diqqət yetirək. Bu söz göstərir ki, sınaqlar müxtəlif olur. Amma Peter həmimanlılarını şiddətli sınaqların öhdəsindən gəlib-gəlməyəcəklərinə dair nigaran qoyub məktubunu burada bitirmir. Əksinə, onları əmin edir ki, Yehova istənilən sınaqların öhdəsindən gəlməkdə məsihçilərə kömək edəcək. Bu haqda Peterin ‘hər şeyin axırının yaxın’ olduğuna dair bəzi fikirlər yürütdüyü məktubunun sonunda oxumaq olar (1 Pet. 4:7).

4. Nəyə görə 1 Peter 4:10 ayəsindəki sözlər bizə təsəlli verir?

4 Peter yazır: «Hər kəs, Allahın çoxcəhətli lütfünün yaxşı təsərrüfatçısı kimi, aldığı ənam ilə bir-birinə xidmət etsin» (1 Pet. 4:10). Orijinal mətnə əsasən, Peter bu ayədə də 1 Peter 1:6 ayəsində işlətdiyi «müxtəlif» sözündən istifadə edir. O, sanki deyir: «Sınaqlar müxtəlif olduğu kimi, Allahın lütfü də çoxcəhətlidir». Nəyə görə bu fikir təsəllivericidir? Çünki bu o deməkdir ki, hansı sınaqlarla qarşılaşacağımızdan asılı olmayaraq, Allahın lütfü həmişə köməyimizə çatacaq. Allahın Öz lütfünü kimlərin vasitəsilə ifadə etdiyinə fikir verdinizmi? Bəli, həmimanlılarımız vasitəsilə.

‘Bir-birinizə xidmət edin’

5. a) Hər məsihçi nə etməlidir? b) Hansı suallar yaranır?

5 Peter məsihçi yığıncağının bütün üzvlərinə müraciət edərək deyir: «Hər şeydən əvvəl bir-birinizə coşğun məhəbbətiniz olsun». Sonra əlavə edir: «Hər kəs... aldığı ənam ilə bir-birinə xidmət etsin» (1 Pet. 4:8, 10). Beləliklə, yığıncağın hər üzvü öz həmimanlılarını möhkəmləndirməlidir. Yehova Özünə məxsus olan çox qiymətli bir şeyi bizə həvalə edib və biz onu başqaları ilə bölüşmək məsuliyyəti daşıyırıq. Bu dəyərli şey nədir? Peter onu «ənam» adlandırır. Bu ənam nədir? ‘Bir-birimizə xidmət edərkən’ ondan necə istifadə edirik?

6. Allahın məsihçilərə bəxş etdiyi ənamlardan bəziləri hansılardır?

6 Allahın Kəlamında ‘hər bir yaxşı bəxşişin və hər kamil hədiyyənin yuxarıdan’ olduğu deyilir (Yaq. 1:17). Həqiqətən də, Yehovanın Öz xalqına verdiyi hər bir bəxşiş və ya ənam Onun lütfünün təzahürüdür. Allahın gözəl ənamlarından biri müqəddəs ruhdur. Müqəddəs ruh bizə Allahın gözündə qiymətli olan məhəbbət, yaxşılıq və həlimlik kimi xüsusiyyətləri inkişaf etdirməyə kömək edir. Bu xüsusiyyətlər isə, öz növbəsində, bizi həmimanlılarımıza məhəbbət göstərməyə və onlara yardım əlimizi uzatmağa təşviq edir. Əsil hikmət və bilik müqəddəs ruhun köməyi ilə aldığımız yaxşı ənamlardan bəziləridir (1 Kor. 2:10-16; Qalat. 5:22, 23). Güc, bacarıq və istedadlarımız da ənamdır və onların köməyilə də biz səmavi Atamıza şərəf və izzət gətirə bilərik. Biz bacarıq və xüsusiyyətlərimizdən elə istifadə etməliyik ki, Allah bizim vasitəmizlə Öz lütfünü bacı-qardaşlarımıza təzahür etdirə bilsin.

‘Ənam ilə bir-birimizə’ necə ‘xidmət etməliyik’?

7. a) 1 Peter 4:10 ayəsi aldığımız «ənam» haqqında nəyi göstərir? b) Özümüzə hansı sualları verməliyik və nəyə görə?

7 Peter aldığımız ənamlar haqda həmçinin deyir: «Hər kəs... aldığı ənam ilə bir-birinə xidmət etsin». 1 Peter 4:10 ayəsindən gördüyümüz kimi, hər birimiz «ənam», yəni keyfiyyətlər və bacarıqlar almışıq. Onlar nəinki biri-birindən fərqlənir, hətta ölçüləri də müxtəlif ola bilər. Bununla belə, Allahın Kəlamı hər birimizi ‘aldığımız ənam ilə bir-birimizə xidmət etməyə’ təşviq edir. ‘Ənam ilə yaxşı təsərrüfatçı kimi xidmət edin’ əmrdir. Buna görə də özümüzdən soruşmalıyıq: «Mənə həvalə olunan ənamlardan bacı-qardaşları möhkəmləndirmək üçün istifadə edirəmmi?» (1 Timoteyə 5:9, 10 ayələri ilə müqayisə et.) «Ola bilərmi ki, mən Yehovanın verdiyi qabiliyyət və bacarığımdan əsas etibarilə öz xeyrim üçün, məsələn, varlanmaq və ya cəmiyyətdə yüksək mövqe tutmaq üçün istifadə edirəm?» (1 Kor. 4:7). Əgər ənamlarımızdan başqalarına ‘xidmət etmək’ üçün istifadə ediriksə, Yehova bizdən razı qalır. (Sül. məs. 19:17; İbranilərə 13:16 ayəsini oxu.)

8, 9. a) Bütün dünyadakı həmimanlılarımız bir-birinə necə xidmət edir? b) Yığıncağınızdakı bacı-qardaşlar bir-birinə necə kömək edir?

8 Allahın Kəlamında birinci əsrin məsihçilərinin bir-birinə müxtəlif üsullarla xidmət etdikləri haqda yazılıb. (Romalılara 15:25, 26; 2 Timoteyə 1:16-18 ayələrini oxu.) Ənamlarını həmimanlılarının mənafeyi üçün istifadə etmək əmrinə müasir həqiqi məsihçilər də sidq-ürəkdən əməl edirlər. Gəlin onların bunu necə etdiklərinə nəzər salaq.

9 Bir çox qardaşlar yığıncaq görüşlərinin bəndlərinə hazırlaşmaq üçün hər ay çoxlu vaxt sərf edirlər. Araşdırma zamanı tapdıqları ruhani mirvariləri görüşlərdə bölüşəndə onların anlayışlı sözləri yığıncağın bütün üzvlərini mətin olmağa təşviq edir (1 Tim. 5:17). Bir çox bacı-qardaşlar həmimanlılarına qarşı mehriban və şəfqətli olmaları ilə tanınırlar (Rom. 12:15). Bəziləri kədərli olanlara müntəzəm baş çəkir və onlarla birgə dua edirlər (1 Salon. 5:14). Başqaları sınaqlarla üzləşən bacı və qardaşlara ürəkaçan, ruhlandırıcı məktublar yazırlar. Digərləri fiziki imkanları məhdud olanlara yığıncaq görüşlərinə gəlməyə kömək edirlər. Minlərlə Şahid fəlakət nəticəsində zərər çəkən həmimanlılarına evlərini yenidən bərpa etməyə kömək edirlər. Bu qardaş-bacılarımızın göstərdiyi zərif məhəbbət və praktiki kömək «Allahın çoxcəhətli lütfünün» təzahürüdür. (1 Peter 4:11 ayəsini oxu.)

Hansı daha vacibdir?

10. a) Pavel diqqətini Allaha xidmətin hansı iki sahəsinə cəmləmişdi? b) Bu gün biz Paveli necə təqlid edirik?

10 Allahın xidmətçilərinə bir-birinin xeyrinə istifadə etmək üçün ənam verilməklə yanaşı, başqaları ilə bölüşmək üçün bir xəbər də həvalə olunub. Həvari Pavel Yehovaya xidmətinin bu iki sahəsini dərk edirdi. O, Efesdəki yığıncağa ünvanladığı məktubunda onların xeyri üçün ona verilmiş «Allahın lütfünün idarə olunması haqqında» yazmışdı (Efes. 3:2, İ–93). O, həmçinin demişdi: ‘Allah bizi Müjdəni yaymaq tapşırığına layiq görüb’ (1 Salon. 2:4). Pavel kimi, biz də başa düşürük ki, bizə Allahın Padşahlığı haqqında təbliğ etmək tapşırığı həvalə olunub. Bu işdə səylə iştirak etməklə Pavelin yorulmaz təbliğçi kimi qoyduğu nümunəni təqlid etmiş oluruq (Həv. iş. 20:20, 21; 1 Kor. 11:1). Biz bilirik ki, Padşahlıq haqqında xəbərin təbliği insanların həyatını xilas edə bilər. Eyni zamanda, Pavelin nümunəsini təqlid edərək həmimanlılarımıza «ruhani bir ənam bəxş etmək» üçün əlimizə düşən hər fürsətdən istifadə etməyə çalışırıq. (Romalılara 1:11, 12; 10:13-15 ayələrini oxu.)

11. Xoş xəbəri təbliğ etmək və qardaşlarımızı möhkəmləndirmək tapşırığına necə baxmalıyıq?

11 Xidmətin bu iki sahəsindən hansı daha vacibdir? Bu sualı vermək quşun iki qanadından hansının daha vacib olduğunu soruşmağa bənzəyir. Cavab aydındır. Uçmaq üçün quşa iki qanad gərəkdir. Buna bənzər tərzdə, məsihçilərdən tələb olunan hər şeyə tam əməl etmək üçün biz Allaha xidmətimizin hər iki sahəsində də iştirak etməliyik. Buna görə də biz, xoş xəbəri təbliğ etmək və həmimanlılarımızı möhkəmləndirmək tapşırığını iki tapşırıq kimi qəbul etmək əvəzinə, onlara həvari Peter və Pavel kimi yanaşırıq, yəni bir-birini tamamlayan bir məsuliyyət kimi baxırıq. Necə?

12. Biz Yehovanın əlində bir alət kimi necə xidmət edirik?

12 Allahın Padşahlığı haqda ruhlandırıcı müjdənin insanların ürəyinə yol tapması üçün xoş xəbərin təbliğçiləri kimi malik olduğumuz müəllimlik məharətimizdən istifadə edirik. Beləliklə biz ümid edirik ki, insanlara Məsihin şagirdi olmağa kömək edəcəyik. Amma eyni zamanda, Allahın lütfünün təzahürü olan ruhlandırıcı sözlərlə və faydalı işlərlə həmimanlılarımızı möhkəmləndirmək üçün bacarıq və başqa ənamlarımızdan istifadə edirik (Sül. məs. 3:27; 12:25). Belə etməklə biz ümid edirik ki, onlara Məsihin şagirdi olaraq qalmağa kömək edəcəyik. Hər iki halda — həm təbliğ edərək, həm də ‘bir-birimizə xidmət edərək’ Yehovanın əlində bir alət olmaq şərəfinə layiq görülürük (Qalat. 6:10).

«Bir-birinizi şəfqətlə sevin»

13. ‘Bir-birimizə xidmət etməsək’, nə baş verəcək?

13 Pavel həmimanlılarını təşviq edirdi: «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın» (Rom. 12:10). Bəli, qardaşları sevmək bütün ürəkdən Allahın lütfünün təsərrüfatçısı kimi xidmət etmək deməkdir. Biz anlayırıq ki, Şeytan bizi ‘bir-birimizə xidmət etməkdən’ yayındırmağa müvəffəq olsa, birliyimizi pozmuş olacaq (Kolos. 3:14). Aramızda birlik olmadıqda isə təbliğ xidmətində səyimiz zəifləyəcək. Şeytan yaxşı bilir ki, bizi «yerə endirmək» üçün «qanadımızın» birini sındırmaq kifayətdir.

14. ‘Bir-birimizə xidmət etməyimiz’ kimlərə fayda gətirir? Nümunə çəkin.

14 ‘Bir-birimizə xidmət etmək’ yalnız Allahın lütfünü alanlara deyil, bu lütfü çatdıranlara da fayda gətirir (Sül. məs. 11:25). Misal üçün, İllinoysda (ABŞ) xidmət edən Rayen və Roni cütlüyünün nümunəsinə nəzər salaq. Onlar «Katrina» qasırğasının yüzlərlə həmimanlılarının evini dağıtdığını eşidəndə qardaşlarına məhəbbət onları işdən çıxmağa və mənzillərini satmağa, işlənmiş bir treyler alıb, yaşamaq üçün yararlı vəziyyətə salaraq Luiziana ştatına qədər 1 400 kilometr getməyə təşviq etdi. Burada yaşadıqları təxminən bir il ərzində onlar vaxtlarını, güclərini və vəsaitlərini qardaşlarına kömək etməyə sərf etdilər. 29 yaşlı Rayen qardaş deyir: «Bu işdə iştirak etmək məni Allaha daha da yaxınlaşdırdı. Yehovanın Öz xalqının qayğısına necə qaldığının şahidi oldum». O əlavə edir: «Yaşca məndən böyük olan qardaşlarla birgə çalışaraq bacı-qardaşların qayğısına qalmaq barədə çox şey öyrəndim. Mən gördüm ki, Yehovanın təşkilatında biz gənclər üçün iş çoxdur». Onun həyat yoldaşı 25 yaşlı Roni isə deyir: «Çox şadam ki, başqalarına kömək etmək imkanım oldu. Heç vaxt özümü belə xoşbəxt hiss etməmişdim. Mən bilirəm ki, bu təcrübənin sonralar da mənə böyük faydası olacaq».

15. Daima Allahın lütfünün təsərrüfatçıları kimi bir-birimizə xidmət etmək üçün hansı tutarlı səbəblərimiz var?

15 Bəli, Allahın xoş xəbəri təbliğ etmək və həmimanlılarımızı möhkəmləndirmək əmrinə tabe olmaq hamıya xeyir-dualar gətirir. Kömək etdiyimiz insanlar ruhən möhkəmlənir, biz isə yalnız verməyin gətirdiyi sevinci dadmış oluruq (Həv. iş. 20:35). Yığıncağın üzvləri bir-birinə səmimi maraq göstərəndə bir-birlərinə bəslədikləri məhəbbət daha möhkəmlənir. Üstəlik, bir-birimizə göstərdiyimiz məhəbbət və qayğı bizim həqiqi məsihçilər olduğumuzu göstərir. İsa demişdi: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəh. 13:35). Ən vacibi isə, Allahın darda olan xidmətçilərini möhkəmləndirmək arzusu yerüzü xidmətçilərində əks olunduğu üçün bütün izzət və hörmət qayğıkeş Atamız Yehovaya çatır. Buna görə, ‘Allahın lütfünün təsərrüfatçıları kimi, aldığımız ənam ilə bir-birimizə xidmət etmək’ üçün tutarlı səbəblərimiz var. Sən bunu daima edəcəksənmi? (İbranilərə 6:10 ayəsini oxu.)

Yadınızdadırmı?

• Yehova Öz xidmətçilərini necə möhkəmləndirir?

• Bizə nə həvalə olunub?

• Biz həmimanlılarımıza necə xidmət edə bilərik?

• ‘Aldığımız ənam ilə bir-birimizə xidmət etməyə’ bizi nə təşviq edir?

[13-cü səhifədəki şəkillər]

Sən öz ‘ənamından’ başqalarına xidmət etmək, yoxsa öz xeyrin üçün istifadə edirsən?

[15-ci səhifədəki şəkillər]

Biz xoş xəbəri təbliğ edir və həmimanlılarımıza dəstək oluruq

[16-cı səhifədəki şəkil]

Bərpa işlərində iştirak edən könüllülər tərifə layiqdirlər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş