Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/5 s. 21—25
  • Mələklər ‘xidmətçi ruhlardır’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mələklər ‘xidmətçi ruhlardır’
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Mələklər bizə necə kömək edir?
  • İsanı təqlid edin
  • Sadiq mələklərdən nə öyrənə bilərik?
  • Mələklər təbliğ işini fəal surətdə dəstəkləyirlər
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Mələklər bizə necə kömək edir?
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Mələklər insanlara kömək edir
    Böyük Müəllimdən öyrən
  • Bizə nümunə olan sadiq mələklər
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/5 s. 21—25

Mələklər ‘xidmətçi ruhlardır’

«Onların hamısı qurtuluşu miras alacaq olanlara yardım etmək üçün göndərilən xidmətçi ruhlar deyillərmi?» (İBR. 1:14).

1. Matta 18:10 və İbranilərə 1:14 ayələrindən hansı təsəllini ala bilərik?

İSA MƏSİH davamçılarını büdrədə biləcək hər kəsə xəbərdarlıq etmişdi: «Bu kiçiklərdən birinə xor baxmaqdan çəkinin; çünki sizə deyirəm ki, onların göydəki mələkləri daim Səmavi Atamın üzünü görürlər» (Mat. 18:10). Saleh mələklər haqqında danışarkən həvari Pavel yazmışdı: «Onların hamısı qurtuluşu miras alacaq olanlara yardım etmək üçün göndərilən xidmətçi ruhlar deyillərmi?» (İbr. 1:14). Bu təsəlliverici sözlər Allahın insanlara kömək etmək üçün səmavi varlıqlardan istifadə etdiyinə bizi əmin edir. Müqəddəs Kitab mələklər haqqında nə deyir? Onlar bizə necə kömək edir? Onların nümunəsindən nə öyrənə bilərik?

2, 3. Səmavi ruhani varlıqların bəzi vəzifələri nədən ibarətdir?

2 Göylərdə milyonlarla sadiq mələklər var. Onların hamısı Allahın «sözünə baxıb icra edən qüdrətli» varlıqlardır. (Məz. 103:20; Vəhy 5:11 ayəsini oxu.) Allahın ruhani oğullarının hər biri ayrılıqda şəxsiyyət olmaqla yanaşı, ilahi xüsusiyyətlərə və iradə azadlığına malikdirlər. Onlar mükəmməl şəkildə təşkil olunmuşlar və Allahın quruluşunda yüksək mövqeyə malikdirlər. Baş mələk Mikayıldır (İsanın səmavi adı) (Dan. 10:13; Yəhuda 9). O, «bütün xilqətin fövqündə duran, ilk doğulan» «Kəlam»dır, yəni Allahın Nümayəndəsidir və Yehova bütün başqa işləri onun vasitəsilə edib (Kolos. 1:15-17; Yəh. 1:1-3).

3 Baş mələkdən sonra Yehovanın müqəddəsliyini bəyan edən və xalqının ruhani təmizliyini hifz edən seraflar gəlir. Həmçinin Allahın əzəmətini dəstəkləyən keruvlar da var (Yar. 3:24; Yeşaya 6:1-3, 6, 7). Digər mələklər, yəni müjdəçilər Allahın iradəsinin həyata keçirilməsində müxtəlif tapşırıqları yerinə yetirirlər (İbr. 12:22, 23).

4. Yerin təməli qoyulanda mələklər hansı hissləri keçirirdilər və iradə azadlığından düzgün istifadə etmək insanlar üçün nə demək idi?

4 ‘Yerin təməli qoyularkən’ bütün mələklər sevinir və Yer kürəsi bəşər evinə çevriləndə onlara həvalə olunan tapşırıqları yerinə yetirməkdən həzz alırdılar (Əyy. 38:4, 7). Yehova insanı ‘mələklərdən bir az aşağı tutsa’ da, onu ‘Öz surətində’ yaratdı, bununla da Yaradan insanlara Öz möhtəşəm xüsusiyyətlərini əks etdirmək qabiliyyətini verdi (İbr. 2:7; Yar. 1:26). Ulu valideynlərimiz iradə azadlığından düzgün istifadə etsəydilər, gələcək övladları ilə birgə Yehovanın şüurlu varlıqlardan ibarət ailəsinin bir hissəsi kimi yerüzü cənnətdə yaşamaqdan həzz ala bilərdilər.

5, 6. Göydə hansı üsyan qaldırıldı və Allah buna necə cavab verdi?

5 Allahın ailəsində baş qaldıran üsyanı görən sadiq mələklər, sözsüz ki, dəhşət içində idilər. Onlardan biri artıq Yehovaya həmd etməkdən məmnunluq duymurdu və ona ibadət edilməsini istəyirdi. O, Yehovanın hökmranlığının ədalətli olduğunu şübhə altına alaraq və şöhrətpərəstliklə rəqib hakimiyyət qurmağa cəhd göstərərək Şeytan (mənası «düşmən») oldu. Şeytan hiyləgərcəsinə yalana əl ataraq ilk insan cütünü məhəbbətli Yaradanlarına qarşı üsyanda ona qoşulmağa təhrik etdi (Yar. 3:4, 5; Yəh. 8:44).

6 Müqəddəs Kitabda yazılan ilk peyğəmbərliyi söyləməklə Yehova Şeytana qarşı dərhal hökm kəsdi: «Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yar. 3:15). Şeytanla Allahın ‘qadını’ arasında düşmənçilik olacaqdı. Bəli, Yehova sadiq mələklərdən ibarət səmavi təşkilatına Ərinə sıx bağlı olan sevimli ‘qadını’ kimi baxırdı. Bu peyğəmbərlik gələcəyə əsaslı ümid verirdi, baxmayaraq ki, müqəddəs sirrin təfsilatları tədricən açılacaqdı. Allahın niyyəti ondan ibarət idi ki, Onun təşkilatının səmavi hissəsindən olan bir şəxs bütün üsyankarları məhv etsin və onun vasitəsilə ‘həm göylərdə, həm də yerdə olan şeylər’ birləşdirilsin (Efes. 1:8-10).

7. Nuhun günlərində bəzi mələklər nə etdilər və bu, onlar üçün nə ilə nəticələndi?

7 Nuhun günlərində bəzi mələklər «məskənlərini» tərk etdilər və xudbin ehtiraslarını təmin etmək üçün insan cildində yerə endilər (Yəhuda 6; Yar. 6:1-4). Yehova bu üsyankarları zülmət qaranlığa atdı, bununla da onlar Şeytana qoşularaq ‘pis ruhi qüvvələr’ oldular və Allahın xidmətçiləri üçün təhlükəli düşmənə çevrildilər (Efes. 6:11-13; 2 Pet. 2:4).

Mələklər bizə necə kömək edir?

8, 9. Yehova insanlara kömək etmək üçün mələklərdən necə istifadə etmişdir?

8 Mələklərdən kömək alanların sırasında İbrahimin, Yaqubun, Musanın, Yeşuanın, Yeşayanın, Danielin, İsanın, Peterin, Yəhyanın və Pavelin adlarını çəkmək olar. Sadiq mələklər Allahın hökmlərini icra edir, Musanın Qanunu da daxil olmaqla, peyğəmbərlikləri və göstərişləri çatdırırdılar (2 Pad. 19:35; Dan. 10:5, 11, 14; Həv. iş. 7:53; Vəhy 1:1). Bu gün Allahın Kəlamı əlimizdə bütöv şəkildə olduğu üçün mələklərin Allahın xəbərini çatdırmalarına ehtiyac olmaya bilər (2 Tim. 3:16, 17). Lakin mələklər ruhani aləmdə Allahın iradəsini yerinə yetirməklə və Onun xidmətçilərinə kömək etməklə məşğuldurlar.

9 Müqəddəs Kitab bizi əmin edir: «Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər» (Məz. 34:7; 91:11). Nöqsansızlığa dair mübahisəli sual qaldırıldığına görə Yehova Şeytanın bizi müxtəlif yollarla sınamasına izin verir (Luka 21:16-19). Lakin Allah gücümüzdən artıq imtahan olunmağımıza yol verməz, çünki O, nöqsansızlığımızı sübut etmək üçün nə vaxta qədər sınağa tab gətirə biləcəyimizi bilir. (1 Korinflilərə 10:13 ayəsini oxu.) Mələklər Allahın iradəsinə uyğun şəkildə hərəkətə keçməyə həmişə hazırdırlar. Onlar Şadrakı, Meşakı, Aved-Neqonu, Danieli və Peteri xilas etsələr də, Stefanın və Yaqubun düşmənlər tərəfindən öldürülməsinə mane olmadılar (Dan. 3:17, 18, 28; 6:22; Həv. iş. 7:59, 60; 12:1-3, 7, 11). Bu imanlı insanların düşdüyü şərait və vəziyyətlər müxtəlif olmuşdur. Eynilə nasist düşərgələrində bəzi qardaşlar edam olunsa da, Yehova onların əksəriyyətinin sağ qalmasının qayğısına qalmışdı.

10. Mələklərin köməyindən savayı, daha hansı köməyə malikik?

10 Müqəddəs Yazılar hər bir insanın qoruyucu mələyi olduğunu öyrətmir. Biz tam əminik ki, Allahın «iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir» (1 Yəh. 5:14). Əlbəttə, Yehova bizə kömək etmək üçün mələk göndərə bilər, ancaq köməyi müxtəlif yollarla da ala bilərik. Həmimanlılarımız bizə yardım etməyə və təsəlli verməyə təşviq oluna bilərlər. ‘Şeytanın mələyi’ ‘bədənimizi neştərləyərək’ bizi dilxor edəndə tab gətirə bilməyimiz üçün Allah bizə müdriklik və daxili güc verə bilər (2 Kor. 12:7-10; 1 Salon. 5:14).

İsanı təqlid edin

11. İsaya kömək etmək üçün Yehova mələklərdən necə istifadə etmişdi və onun Allaha sadiq qalması sayəsində nə aydın oldu?

11 İsaya kömək etmək üçün Yehovanın mələklərdən necə istifadə etdiyini nəzərdən keçirək. Onlar onun doğulmasını və dirilməsini bəyan etmiş, yer üzündə olarkən ona xidmət etmişlər. Mələklər onun həbs olunmasına və işgəncəli ölümünə əngəl ola bilərdilər. Ancaq bunun əvəzində, onu möhkəmləndirmək üçün bir mələk göndərildi (Mat. 28:5, 6; Luka 2:8-11; 22:43). Yehovanın niyyətinə uyğun olaraq, İsa həyatını qurban verdi və bununla sübut etdi ki, kamil insan ən şiddətli sınaqlar qarşısında belə Allaha sadiqliyini qoruya bilər. Buna görə də Yehova İsanı göylərdə ölməz həyata dirildərək ‘bütün hakimiyyəti’ ona verdi və mələkləri ona tabe etdirdi (Mat. 28:18; Həv. iş. 2:32; 1 Pet. 3:22). Bununla da İsa göstərdi ki, Allahın ‘qadınının’ ‘övladının’ əsas hissəsidir (Yar. 3:15; Qalat. 3:16).

12. Biz İsa kimi necə ‘sağlamdüşüncəli’ ola bilərik?

12 İsa bilirdi ki, mələklərin köməyinə arxalanıb düşüncəsiz davranaraq Yehovanı sınağa çəkmək düzgün deyil. (Matta 4:5-7 ayələrini oxu.) Buna görə də gəlin ‘sağlamdüşüncəli’ (YD) həyat sürməklə, lazımsız risklərdən qaçmaqla, eləcə də sınaqlarla üzləşəndə mətin olmaqla İsanı təqlid edək (Tit. 2:12).

Sadiq mələklərdən nə öyrənə bilərik?

13. 2 Peter 2:9-11 ayələrində xatırlanan sadiq mələklərin nümunəsindən nə öyrənə bilərik?

13 Həvari Peter Yehovanın məsh olunmuşlarına ‘küfr edənləri’ məzəmmət edərək sadiq mələklərin gözəl nümunəsinə istinad edir. Mələklər böyük qüdrətə malik olsalar da, təvazökarlıq göstərərək «Rəbbin hüzurunda» kimisə mühakimə etməkdən çəkinirlər. (2 Peter 2:9-11 ayələrini oxu.) Gəlin biz də yersiz mühakimə etməyək, yığıncaqda rəhbərlik həvalə olunan kəslərə hörmətlə yanaşaq və məsələni Ali Hakim olan Yehovanın öhdəsinə buraxaq (Rom. 12:18, 19; İbr. 13:17).

14. Təvazökarlıq təzahür etdirməkdə mələklərdən nə öyrənə bilərik?

14 Yehovanın mələkləri təvazökarlıqla xidmət etməkdə bizə gözəl nümunədirlər. Bəzi mələklər adlarını insanlara açmaqdan imtina etmişlər (Yar. 32:29; Hak. 13:17, 18). Göydə milyonlarla mələklərin olmasına baxmayaraq, Müqəddəs Kitabda yalnız Mikayıl və Cəbrayılın adı çəkilir. Bu, bizi mələklərə hədsiz ehtiram göstərməkdən qoruya bilər (Luka 1:26; Vəhy 12:7). Həvari Yəhya mələyin qarşısında diz çöküb səcdə edəndə mələk onu çəkindirərək dedi: «Bax, bunu etmə! Mən sənin peyğəmbər qardaşlarının... həmkarıyam» (Vəhy 22:8, 9). Dualarımız da daxil olmaqla, biz yalnız Allaha ibadət etməliyik. (Matta 4:8-10 ayələrini oxu.)

15. Mələklər səbir etməkdə bizə hansı nümunəni verirlər?

15 Mələklər səbirli olmaqda da bizə nümunədirlər. Onlar Allahın müqəddəs sirləri ilə yaxından maraqlansalar da, hər şeyi bilmirlər. Müqəddəs Kitabda deyilir: «Bu həqiqətləri mələklər də tədqiq etmək istəyirlər» (1 Pet. 1:12). Buna baxmayaraq, onlar Allahın ‘çoxcəhətli hikmətini imanlılar cəmiyyəti vasitəsilə’ açmasını səbirlə gözləyirlər (Efes. 3:10, 11).

16. Bizim davranışımız mələklərə necə təsir edə bilər?

16 Sınaqlara məruz qalan məsihçilər ‘mələklər üçün tamaşaya’ çevrilirlər (1 Kor. 4:9). Mələklər böyük məmnuniyyətlə sadiqliyimizi necə qoruduğumuzu seyr edir və hətta tövbə edən bir günahkar üçün sevinirlər (Luka 15:10). Məsihçi qadınların Allaha məqbul davranışı mələklərin nəzərindən qaçmır. Müqəddəs Kitab göstərir ki, «mələklərin xatirinə qadın öz başı üzərində hakimiyyət rəmzinə malik olmalıdır» (1 Kor. 11:3, 10). Bəli, məsihçi qadınların və Allahın yer üzündəki digər xidmətçilərinin teokratik qayda-qanunlara və başçılıq prinsipinə tabe olmaları mələkləri məmnun edir. Bu cür tabeçilik Allahın səmavi oğullarına münasib xatırlatma kimi xidmət edir.

Mələklər təbliğ işini fəal surətdə dəstəkləyirlər

17, 18. Təbliğ işində mələklərin bizi dəstəklədiyini nəyə görə deyə bilərik?

17 Mələklər «Rəbbin günündə» həyata keçən bəzi möhtəşəm işlərdə iştirak edirlər. Bu işlərə 1914-cü ildə Padşahlığın doğulması, Şeytanın və onun cinlərinin «Mikayıl və onun mələkləri» tərəfindən yerə atılması daxildir (Vəhy 1:10; 11:15; 12:5-9). Həvari Yəhya ‘göyün ortasında uçan bir mələyi gördü. Onun əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara təbliğ etsin’. Mələk bəyan edirdi: «Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə edin!» (Vəhy 14:6, 7). Buna görə də Yehovanın xidmətçiləri əmindirlər ki, Şeytanın güclü müqavimətlərinə baxmayaraq, təsis olunmuş Padşahlıq haqqında xoş xəbəri təbliğ etdikləri təqdirdə mələklər onları dəstəkləyir (Vəhy 12:13, 17).

18 Mələk Filiplə danışaraq onu həbəşistanlı xədimə yönəltdiyi kimi, bu gün mələklər səmimi-qəlbli insanlara tərəf yönəltmək üçün bizimlə danışmırlar (Həv. iş. 8:26-29). Lakin bu gün bir çox nümunələr göstərir ki, biz mələkləri görməsək də, onlar Padşahlığın təbliğ işində bizi dəstəkləyir və ‘əbədi həyata meylli olanları’ (YD) tapmağa yönəldirləra (Həv. iş. 13:48). Ataya ‘ruhən və həqiqətən ibadət etmək’ istəyənləri tapa bilmək üçün xidmətdə müntəzəm iştirak etməyimiz necə də vacibdir! (Yəh. 4:23, 24).

19, 20. Mələklər ‘dövrün sonunda’ baş verən hadisələrdə hansı rolu oynayır?

19 İsa bizim günlərə işarə edərək ‘dövrün sonunda’ mələklərin ‘pisləri salehlərin arasından kənar edəcəyini’ demişdi (Mat. 13:37-43, 49). Mələklər məsh olunmuşların yığımının sonunda və son möhürlənmədə iştirak edirlər. (Matta 24:31 ayəsini oxu; Vəhy 7:1-3) Üstəlik, İsa ‘qoyunları keçilərdən ayıranda’ mələklər də onunla olacaqlar (Mat. 25:31-33, 46).

20 ‘İsa qüdrətli mələkləri ilə göydən zühur etdiyi zaman’ ‘Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərin’ hamısı məhv ediləcək (2 Salon. 1:6-10). Yəhya həmin hadisəni görüntüdə görəndə İsanı və mələklər ordusunu ədalətli müharibə aparmaq üçün ağ atların belində getdiklərini təsvir edir (Vəhy 19:11-14).

21. «Əlində dibsiz dərinliklərin açarı və böyük bir zəncir» olan mələk Şeytana və onun cinlərinə qarşı hansı tədbiri görəcək?

21 Yəhya həmçinin ‘göydən enən bir mələyi gördü. Əlində dibsiz dərinliklərin açarı və böyük bir zəncir vardı’. Məhz Baş mələk Mikayıl İblisi və çox ehtimal ki, onun cinlərini zəncirləyib dibsiz dərinliklərə atacaq. Onlar Məsihin Minillik Hökmranlığının sonunda kamil bəşəriyyəti sonuncu sınağa çəkmək üçün qısa müddətə azadlığa buraxılacaqlar. Bundan sonra Şeytan və digər üsyançılar məhv ediləcəklər (Vəhy 20:1-3, 7-10; 1 Yəh. 3:8). Allaha qarşı üsyan qaldıranların hamısı aradan qaldırılacaq.

22. Tezliklə baş verəcək hadisələrdə mələklər necə iştirak edəcəklər və onların rolu haqda sən nə düşünürsən?

22 Tezliklə biz Şeytanın pis sistemindən azad olacağıq. Mələklər Yehovanın ali hökmranlığının bəraət qazanmasında, yerə və bəşəriyyətə dair niyyətlərinin həyata keçməsində vacib rol oynayacaqlar. Sadiq mələklər həqiqətən də ‘qurtuluşu miras alacaq olanlara yardım etmək üçün göndərilən xidmətçi ruhlardırlar’. Buna görə də gəlin iradəsini yerinə yetirməkdə və əbədi həyata nail olmaqda bizə mələklər vasitəsilə kömək etdiyinə görə Yehova Allaha minnətdar olaq.

[Haşiyə]

a «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 549-551-ci səhifələrinə (rus.) baxın.

Necə cavab verərdiniz?

• Göydəki ruhani varlıqlar necə təşkil olunublar?

• Nuhun günlərində bəzi mələklər nə etdilər?

• Mələklər vasitəsilə Allah bizə necə kömək edir?

• Bizim günlərdə sadiq mələklər hansı işlə məşğuldurlar?

[21-ci səhifədəki şəkil]

Mələklər Allahın iradəsinin yerinə yetməsindən sevinc duyurlar

[23-cü səhifədəki şəkil]

Danielin hadisəsində olduğu kimi, mələklər Allahın iradəsinə uyğun şəkildə hərəkət etməyə həmişə hazırdırlar

[24-cü səhifədəki şəkil]

Mətin ol, çünki mələklər Padşahlığın təbliğ işində bizə arxadırlar!

[İcazə ilə]

Globe: NASA photo

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş