Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/10 s. 8—13
  • Gözləməyi bacarırsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gözləməyi bacarırsanmı?
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • ‘Müqəddəs həyat yaşayaraq’ gözləmək
  • “Allaha ixlaskar” olmaqla gözləmək
  • Bizə “ləkəsiz” olmaq gərəkdir
  • Bizə “nöqsansız” olmaq gərəkdir
  • Bizə “sülh içində” yaşamaq gərəkdir
  • ‘Görün siz necə insan olmalısınız’!
    Gözətçi qülləsi 2010
  • Təhəmmülünüzə Allaha ixlas əlavə edin
    Gözətçi qülləsi 2002
  • Yehovanın gününü bərk-bərk yadda saxlayın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Yaqubun və Peterin məktublarından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/10 s. 8—13

Gözləməyi bacarırsanmı?

“Siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək [“yaddaşınızda möhkəm saxlayaraq”, YD] müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız” (2 PETER 3:11).

1, 2. Yehovanın gününü necə gözləməli olduğumuzu hansı nümunə ilə təsvir etmək olar?

NAHAR üçün qonaq gözləyən ailəni təsəvvür et. Müəyyən edilmiş vaxt tez yaxınlaşır. Qadın yeməyi bişirib başa çatdırır. Əri və uşaqları da hazırlıq işlərində ona kömək edirlər. Hamının əhval-ruhiyyəsi yaxşıdır. Bəli, bütün ailə qonaqların gəlişini, o cümlədən ləzzətli yeməkdən yeyərək onlarla xoş ünsiyyəti səbirsizliklə gözləyir.

2 Biz məsihçilər daha mühüm şeyi gözləyirik. Nəyi? Yehovanın gününü! Həmin günün gəlişinə kimi, biz növbəti sözləri deyən Mikanın əhval-ruhiyyəsini təqlid etməliyik: “Mən Rəbbə baxacağam, qurtuluşumun Allahını gözləyəcəyəm” (Mika 7:7). Bu fəaliyyətsiz qalmaq deməkdirmi? Xeyr. Bizim çox işimiz var.

3. 2 Peter 3:11 ayəsinə əsasən məsihçilər hansı əhval-ruhiyyəyə malik olmalıdırlar?

3 Necə gözləməli olduğumuzun üsulunu başa düşməkdə həvari Peter bizə kömək edir. O deyir: “Siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək [“yaddaşınızda möhkəm saxlayaraq”, YD] müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız” (2 Peter 3:11). Peter “siz necə insanlar olmalısınız?” deyərkən, əslində bu suala cavab gözləmirdi. Çünki Allahdan ilham almış iki məktubunda, Peter məsihçilərin necə insanlar olmalarının vacibliyini vurğulamışdır. Onlara həm də “müqəddəs və Allaha ixlaskar bir həyat” tərzi sürməyi tapşırmışdır. İsa Məsihin “dövrün sonu” haqqındakı əlaməti təsvir etdiyi vaxtdan 30 il keçsə də, məsihçilər ayıqlıqlarını itirməli deyildilər (Matta 24:3). Onlar Allahın gününün zühurunu gözləyib, onu yaddaşlarında möhkəm saxlamalı idilər.

4. Yehovanın gününü ‘yadda möhkəm saxlamaq’ nə deməkdir?

4 ‘Yadda möhkəm saxlamaq’ kimi tərcümə olunan Yunan sözü, hərfi mə’nada “sür’ətləndirmək” mə’nasını daşıyır. Sözsüz ki, biz Yehovanın gününü sözün əsl mə’nasında “sür’ətləndirə” bilmərik. Əslinə qalanda, İsa Məsihin Atasının düşmənləri üzərindəki hökmü icra etmək üçün gələcəyi “nə... günü və nə də saatı” bilmirik (Matta 24:36; 25:13). Bir mə’lumat kitabçasında izah olunur ki, “sür’ətləndirmək” ifadəsi “tələsmək” mə’nasını daşıyan fe’ldən əmələ gəlir və “bir işlə məşğul olaraq çalışqan və fəal olmaq mə’nasını daşıyır”. Demək olar ki, Peter həmimanlılarını Yehovanın gününü ‘şiddətlə arzulamağa’ təşviq edirdi. Onlar bunu, həmin günü daima yadda saxlamaqla edə bilərdilər (2 Peter 3:11, KM). Yehovanın “böyük və qorxunc günü” bu qədər yaxın olduğu üçün, biz də bu cür düşüncə tərzinə malik olmalıyıq (Yoel 2:31).

‘Müqəddəs həyat yaşayaraq’ gözləmək

5. Yehovanın gününü görməyi şiddətlə arzuladığımızı necə göstərə bilərik?

5 Əgər biz Yehovanın gününü yaşamağı ‘şiddətlə arzulayırıqsa’, bu bizim “müqəddəs və Allaha ixlaskar bir həyat” yaşamağımızdan görünməlidir. ‘Müqəddəs həyat yaşamaq’ ifadəsi, ehtimal ki, bizə Peterin belə bir nəsihətini xatırladır: “Sözə baxan uşaqlar kimi, cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. Əksinə, sizi çağıran Allah müqəddəs olduğu kimi, özünüz də hər hərəkətinizdə müqəddəs olun, çünki yazılmışdır: “Müqəddəs olun, çünki Mən müqəddəsəm” (1 Peter 1:14-16).

6. Müqəddəs olmaq üçün nə etməliyik?

6 Müqəddəs olmaq üçün biz fiziki, əqli, əxlaqi və ruhani təmizliyi qoruyub saxlamalıyıq. Yehovanın adını daşıyanlara layiq tərzdə müqəddəsliyimizi qoruyaraq Yehovanın gününə hazırlaşırıqmı? Bizim günlərdə müqəddəs olmaq asan deyil, çünki bu dünyanın əxlaq normaları durmadan pisləşir (1 Korinflilərə 7:31; 2 Timoteyə 3:13). Bizim əxlaq normalarımızla bu dünyanın əxlaq normaları arasındakı fərqin getdikcə daha böyük olduğunu görürükmü? Görmürüksə, onda narahat olmağımız üçün səbəb var. Şəxsi normalarımız müqayisə olunacaq tərzdə yüksək ola-ola, aşağı düşmür ki? Əgər elədirsə, onda Allaha məqbul olmaq üçün qəti addımlar atmalıyıq.

7, 8. a) ‘Müqəddəs həyat yaşamağın’ əhəmiyyətini nəzərdən necə qaçıra bilərdik? b) Hansı islahedici tədbirlər tələb oluna bilər?

7 Pornoqrafiyanın İnternetdə peyda olması, həm də ona xəlvətdə baxmağın mümkün olması ucbatından, bir zamanlar əxlaqsız materiallara yol tapmayan insanlar, bir həkimin dediyi kimi, özləri üçün “seksual fantaziyaların tə’min edilməsinin tükənməz mənbəyini” tapmışlar. Əgər biz İnternetdə ləyaqətsiz saytlar axtarmağa başlasaydıq, bu, sözsüz ki, Müqəddəs Kitabın “murdara toxunmayın” tapşırığını inkar etdiyimizi bildirərdi (İşaya 52:11). Belə olan halda Yehovanın gününün zühurunu ‘yaddaşımızda möhkəm saxladığımızı’ qətiyyətlə təsdiq edə bilərdikmi? Yoxsa, əqlimizi ləyaqətsiz şeylərlə ləkələsək də, təmizlənmək üçün vaxtımızın olacağını düşünməklə xəyalımızda həmin günü yubadırıq? Əgər belə bir problemimiz varsa, çox vacibdir ki, yubanmadan Yehovaya yalvaraq: “Boş şeyə baxmaqdan gözlərimi çevir; öz yolunda məni dirilt” (Məzmur 119:37).

8 Yehovanın Şahidlərinin böyük əksəriyyəti — gənclər, eləcə də böyüklər — Allahın yüksək əxlaq normalarına sadiq qalır və bu dünyanın əxlaqsız tələlərindən qaçınırlar. Hansı dövrdə yaşadığımızı bilərək və Peterin “Rəbbin Günü... oğru kimi gələcəkdir” xəbərdarlığına qulaq asaraq, onlar ‘müqəddəs həyat yaşamağa’ davam edirlər (2 Peter 3:10). Onların əməlləri sübut edir ki, Yehovanın gününün zühurunu gözləyib, onu yaddaşlarında möhkəm saxlayırlara.

“Allaha ixlaskar” olmaqla gözləmək

9. Allaha ixlaskarlıq bizi nəyə təşviq etməlidir?

9 Allaha ixlaskar olmaq, Onun gününü yadda saxlamaq üçün də vacibdir. Bu cür ixlaskarlıq bizi Allahın gözündə doğru olanı etməyə təşviq edən Ona ehtiram hissini nəzərdə tutur. Yehovaya ixlaskarlıq, Ona olan fədakar məhəbbətdən doğur. Allah istəyir ki, “bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər” (1 Timoteyə 2:4). O “istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Belə isə, Allaha ixlaskarlıq bizi, insanlara Yehova haqqında öyrənməyə kömək edərək və Onu təqlid etməyə çalışaraq daha çox sə’y göstərməyə təşviq etməli deyilmi? (Efeslilərə 5:1).

10. ‘Zənginliyin aldadıcılığından’ nəyə görə qorunmalıyıq?

10 Əgər əvvəlcə Allahın Padşahlığını axtararıqsa, Ona ixlaskar olduğumuzu göstərərik (Matta 6:33). Bunun üçün maddi şeylərə tarazlaşmış yanaşmaq lazımdır. İsa xəbərdar etmişdir: “Diqqətli olun, hər növ tamahkarlıqdan özünüzü saxlayın, çünki insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir” (Luka 12:15). Pula olan məhəbbətin nə zamansa bizi kor edə biləcəyini təsəvvür etmək çətin olsa da, diqqət yetirməyə dəyər ki, ‘dünyanın qayğısı və zənginliyin aldadıcılığı [Allahın] kəlamını boğmağa’ qadirdir (Matta 13:22). Çörək pulu qazanmaq həmişə asan olmur. Bu səbəbdən bə’zi ölkələrdəki insanlar fikirləşirlər ki, bəlkə də ailələrini bir neçə illik tərk edərək qazanc dalınca daha varlı ölkələrə getməsələr həyatlarını yaxşılaşdırmaq onlara müyəssər olmayacaq. Allahın xidmətçilərinin bə’ziləri də bu cür düşünməyə başlamışlar. Başqa ölkədə işləyərək, onlar ailələrini müasir imkanlarla tə’min edə bilərlər. Bəs vətənlərində qalan ailə üzvlərinin ruhani vəziyyətləri ilə nə baş verə bilər? Onlar ailədə müvafiq başçılıq olmadan Yehovanın gününü yaşamaq üçün zəruri olan ruhani vəziyyəti qoruyub saxlaya biləcəklərmi?

11. Bir nəfər Allaha ixlaskar olmağın onun üçün var dövlətdən vacib olduğunu necə göstərdi?

11 Pul qazanmaq üçün Yaponiyaya gələn Filippinli bir nəfər Yehovanın Şahidlərinin köməyilə Müqəddəs Kitab həqiqəti ilə tanış oldu. Müqəddəs Yazıların ailə başçılarının üzərinə qoyduğu məs’uliyyət barədə bildikdə dərk etdi ki, Yehovanın xidmətçiləri olmaqda ailəsinə kömək etməlidir (1 Korinflilərə 11:3). Onun Filippində qalan həyat yoldaşı ərinin yeni imanına güclü müqavimət göstərir və istəyirdi ki, əri ona pul göndərməyə davam etsin, evə qayıdıb ailəsinə Müqəddəs Kitab həqiqətlərini öyrətməsin. Lakin həmin adam vaxtın gözləmədiyini dərk edib və yaxınları üçün narahat olub evə qayıtdı. Onun səbri və ailəsinin üzvləri ilə davranışındakı məhəbbəti mükafatlandırıldı. Vaxt ötdükcə, Yehovaya ailəsi ilə birlikdə xidmət etməyə başladı, arvadı isə hətta tammüddətli xidmətə başladı.

12. Ruhani maraqları nəyə görə birinci yerə qoymalıyıq?

12 Bizim vəziyyətimizi yanan evdəki adamların vəziyyətinə bənzətmək olar. Dağılmaq üzrə olan evdə ora-bura qaçaraq əşyaları xilas etmək cəhdi müdriklikmi olardı? Məgər insanları — özümüzü, ailəmizi və başqa sakinləri xilas etmək daha vacib deyilmi? İndiki pis sistem öz sonuna çox sür’ətlə yaxınlaşır — o, çox tezliklə “dağılacaq” və insanların həyatı təhlükə altındadır. Bunu başa düşərək, biz ruhani maraqları birinci yerə qoymalı və diqqətimizi bütünlüklə Padşahlıq haqqındakı xilasedici təbliğ işinə yönəltməliyik (1 Timoteyə 4:16).

Bizə “ləkəsiz” olmaq gərəkdir

13. Yehovanın günü gələndə biz necə insanlar olmaq istəyirik?

13 Peter diqqətimizi gözləməyin vacibliyinə yönəldərək deyir: “Ey sevimlilər, bu işləri gözləyərək, çalışın ki, Onun hüzurunda nöqsansız, ləkəsiz və sülh içində tapılasınız” (2 Peter 3:14). Peter yalnız müqəddəs və Allaha ixlaskar olmağı vəsiyyət etmir, həm də Yehovanın insanı Məsihin qanı ilə təmizlənmiş hesab etməsinin vacibliyini vurğulayır (Vəhy 7:9, 14). Bunun üçün insan İsanın qurbanlığına iman gətirməli və Yehovanın həsr olunmuş və vəftiz edilmiş xidmətçisi olmalıdır.

14. “Ləkəsiz” olmaq nə deməkdir?

14 Peter Yehovanın bizi “ləkəsiz” tapması üçün əlimizdən gələni etməyə təşviq edir. Dünyanın davranışımızı və düşüncəmizi murdarlamasına yol verməyərək, simvolik məsihçi libasımızı ləkəsiz saxlayırıqmı? Əgər paltarımızda ləkə görsək ondan dərhal azad olmağa çalışarıq. Söhbət ən sevdiyimiz paltardan gedirsə, onu təmizləməyincə sakitləşmərik. Xasiyyətimizdəki və ya davranışımızdakı hansısa qüsurlar, təşbehlərlə desək, simvolik məsihçi geyimimizi ləkələyirsə buna bənzər hisslər keçiririkmi?

15. a) İsraillilər nəyə görə geyimlərinin ətəklərində saçaqlar düzəltməli idilər? b) Yehovanın müasir xidmətçiləri bu dünyadan nə ilə fərqlənirlər?

15 İsraillilərə “geyimlərinin ətəklərində saçaq” düzəltmək və “ətəyin saçağı üzərinə tünd göy qaytan” qoymaq tapşırılmışdı. Nəyə görə? Yehovanın əmrlərini yadda saxlasınlar, onları yerinə yetirsinlər və Allahları qarşısında ‘müqəddəs olsunlar’ deyə (Saylar 15:38-40). Biz, Yehovanın müasir xidmətçiləri, bu dünyadan fərqlənirik, çünki Allahın qanunlarına və prinsiplərinə riayət edirik. Məsələn, biz əxlaqi təmizliyi qoruyub saxlayır, qanın müqəddəsliyini e’tiraf edir və bütpərəstliyin hər bir növündən qaçınırıq (Həvarilərin işləri 15:28, 29). Özümüzü ləkəsiz saxlamaq qətiyyətimizə görə çoxları bizə hörmət edir (Yaqub 1:27).

Bizə “nöqsansız” olmaq gərəkdir

16. “Nöqsansız” olmaq üçün nə etmək lazımdır?

16 Peter həm də deyir ki, bizə “nöqsansız” olmaq gərəkdir. Buna necə nail olmaq olar? Ləkəni adətən yumaq və ya təmizləmək olur. Lakin paltar korlanarsa, daha doğrusu özündə qüsuru olarsa, onu bərpa etmək o qədər də asan deyil. Həvari Pavel Filipi şəhərində olan həmimanlılarına öyüd verirdi: “Hər şeyi şikayətsiz və e’tirazsız icra edin ki, siz, əyri və pozğun nəsil arasında nöqsansız və saf, Allahın qüsursuz övladları olasınız. Siz o nəsil içində həyat kəlamını möhkəm tutaraq, kainatda ulduzlar kimi parlayırsınız” (Filipililərə 2:14, 15). Əgər biz bu öyüdə riayət ediriksə, onda şikayət və e’tiraz etməkdən qaçınacaq, həm də Allaha təmiz niyyətlərlə xidmət edəcəyik. ‘Padşahlıq haqqında olan Müjdəni’ (İ–93) təbliğ etməyə bizi Yehovaya və yaxınlarımıza olan məhəbbət təşviq edəcəkdir (Matta 22:35-40; 24:14). Bundan əlavə, başqalarına Allah və Onun kəlamı olan Müqəddəs Kitab haqqında öyrənməyə kömək edərək, könüllü surətdə vaxtımızı və qüvvəmizi həsr etməyimizin səbəbini insanların çoxu, ehtimal ki, dərk etməsələr də, biz xoş xəbəri bəyan etməyə davam edəcəyik.

17. Məsihçi yığıncağında məs’ul vəzifəyə can atırıqsa hansı niyyətlərə malik olmalıyıq?

17 “Nöqsansız” olmaq istədiyimiz üçün, biz həyatımızın hər bir sahəsində niyyətlərimizi yoxlamalıyıq. Artıq biz bu dünyanın, çox vaxt nəyi isə şəxsi mənafeləri üçün, məsələn, var-dövlət və ya hakimiyyət üçün edən insanları kimi davranmırıq. Əgər biz məsihçi yığıncağında məs’ul vəzifəyə can atırıqsa, qoy bizim niyyətlərimiz təmiz qalsın və bizi həmişə Yehovaya və insanlara məhəbbət hərəkətə gətirsin. Ruhani əhval-ruhiyyəli kişilərin Yehovaya, həmçinin həmimanlılarına sevinclə və həlimliklə xidmət etmək arzusu təzahür etdirərək, ‘nəzarətçi olmağa həvəs göstərməsi’ necə də təravətləndirir (1 Timoteyə 3:1; 2 Korinflilərə 1:24). Bəli, ağsaqqal kimi xidmət etməyə yararlı olanlar ‘Allahın sürüsünə məcburi deyil, könüllü şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə nəzarət edirlər. Onlara tapşırılanlara qarşı zülmkar yox, sürüyə nümunə olurlar’ (1 Peter 5:1-4).

Bizə “sülh içində” yaşamaq gərəkdir

18. Yehovanın Şahidləri hansı keyfiyyətləri ilə tanınırlar?

18 Nəhayət, Peter bizi “sülh içində” yaşamağa təşviq edir. Bu tələbə cavab vermək üçün Yehova ilə və yaxınlarımızla sülhdə olmağımız zəruridir. Peter ‘bir-birimizə coşğun məhəbbətimizin olmasının’ və həmimanlılarımızla sülhdə olmağın nə qədər vacib olduğunu vurğulayır (1 Peter 2:17; 3:10, 11; 4:8; 2 Peter 1:5-7). Sülhümüzü qoruyub saxlamaq üçün aramızda məhəbbət olmalıdır (Yəhya 13:34, 35; Efeslilərə 4:1, 2). Bizim məhəbbətimiz və sülhümüz beynəlxalq konqreslər keçiriləndə xüsusilə nəzərə çarpır. 1999-cu ildə Kosta-Rikada keçirilən konqres zamanı, hava limanında qonaqları qarşılayan yerli Şahidlər bilmədən bir ticarətçinin piştaxtasının qarşısını bağlamış, o da bundan qəzəblənmişdi. Lakin ikinci gün o diqqət yetirdi ki, yerli Şahidlər qonaqlarını şəxsən tanımasalar da, onları məhəbbət və sülh şəraitində qarşılayırlar. Konqresin sonuncu günü ticarətçi də qonaqları salamlamağa başladı və xahiş etdi ki, onunla Müqəddəs Kitabı öyrənməyə başlasınlar.

19. Həmimanlılarımızla sülhə can atmaq nəyə görə olduqca vacibdir?

19 Ruhani bacı-qardaşlarımızla sülhdə olmağa nə qədər can atmağımız, Yehovanın gününün və Onun və’d etdiyi yeni dünyanın gəlməsini nə qədər ürəkdən arzuladığımızı göstərir (Məzmur 37:11; 2 Peter 3:13). Fərz edək ki, hansısa həmimanlımızla sülhü qoruyub saxlamaq bizim üçün çətindir. Cənnətdə özümüzü onunla sülh içində yaşayan təsəvvür edirikmi? Əgər qardaşımızın bizə qarşı şikayəti varsa, biz yubanmadan onunla barışmalıyıq (Matta 5:23, 24). Yehova ilə sülhdə olmaq istəyiriksə, bu, olduqca vacibdir (Məzmur 35:27; 1 Yəhya 4:20).

20. Gözləməyi bacardığımızı necə göstəririk?

20 Bizim haqqımızda demək olarmı ki, biz ‘Allahın Gününün zühurunu gözləyib, onu yaddaşımızda möhkəm saxlayırıq’? Pisliyin sonunu görmək kimi coşğun arzumuz, bu əxlaqsız dünyada müqəddəs olaraq qalmağımızdan görünür. Bundan əlavə, Yehovanın gününün gəlişini çox istədiyimiz və Padşahlığın rəhbərliyi altında yaşamağa çalışdığımız üçün Allaha ixlaskarlığımızı qoruyub saxlayırıq. Və bizim sülh içindəki yeni dünyada yaşamaq arzumuz, artıq indidən həmimanlılarımızla sülhə can atmağımızdan görünür. Beləliklə göstəririk ki, gözləməyi bacarırıq və ‘Allahın Gününün zühurunu yaddaşımızda möhkəm saxlayırıq’.

[Haşiyə]

a Nümunələri “Gözətçi Qülləsi”nin 2000-ci il 1 yanvar sayının (rus.) 16-cı səhifəsində və 1997-ci il üçün “Yehovanın Şahidlərinin illik məcmuəsi”nin (rus.) 51-ci səhifəsindən tapmaq olar.

Xatırlayırsınızmı?

• ‘Allahın Gününün zühurunu yadda möhkəm saxlamaq’ nə deməkdir?

• Gözləmək bacarığı davranışımızda necə əks olunur?

• Allaha ixlaskarlıq nəyə görə olduqca vacibdir?

• Yehovanın bizi “nöqsansız, ləkəsiz və sülh içində” tapması üçün nə etmək lazımdır?

[9-cu səhifədəki şəkil]

Gözləmək bacarığı, müqəddəs həyat yaşamağımızdan görünür.

[10-cu səhifədəki şəkillər]

Padşahlıq haqqındakı təbliğ işi insanların həyatını xilas edir.

[12-ci səhifədəki şəkil]

Gəlin Yehovanın gününü gözləyərək sülhə can ataq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş