Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • O, Allahın razılığını qazandı
    Gözətçi qülləsi (kütləvi) 2017 | № 1
    • «HƏNUQ ONLAR HAQQINDA PEYĞƏMBƏRLİK ETMİŞDİ»

      Hənuq peyğəmbər allahsız insanlar arasında yaşadığı üçün çox güman ki, özünü tənha hiss edirdi. Bəs Yehova Allah Hənuqa qarşı biganə idi? Əlbəttə, yox. Bir gün Yehova öz sadiq peyğəmbəri ilə danışdı. Allah Hənuq peyğəmbərə insanlara çatdırması üçün bir xəbər verdi. Beləcə, O, Hənuqu Öz peyğəmbəri seçdi. Hənuq ilk insan idi ki, dediyi peyğəmbərlik Müqəddəs Kitabda qələmə alınmışdı. Biz bu barədə əsrlər sonra Allahın ruhu ilə Hənuqun peyğəmbərliyini yazan Yəhudadan öyrənirika.

      Hənuq nə haqda peyğəmbərlik etmişdi? O demişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi ki, hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin» (Yəhuda 14, 15). Fikir verdinizsə, Hənuq peyğəmbər hadisələri keçmiş zamanda nəql edir, sanki, Allah bu peyğəmbərlikdə deyilənləri artıq yerinə yetirib. Müqəddəs Kitabda yazılan digər peyğəmbərliklərin çoxu da bu üslubda yazılıb. Peyğəmbərin dediklərinin həyata keçəcəyi o qədər dəqiqdir ki, onlar artıq olmuş bir şey kimi təsvir olunub! (Əşiya 46:10).

      Hənuq peyğəmbər bədxah insanlara Allahın xəbərini çatdırır

      Hənuq peyğəmbər bədxah insanlara Allahın xəbərini çatdırırdı

      Hənuq peyğəmbər üçün bu xəbəri hamıya çatdırmaq asan idimi? Onun çatdırdığı xəbərin nə qədər güclü olduğuna diqqət yetirin. O, bu insanları, onların əməllərini mühakimə etmək üçün «allahsızlar», «Allah qorxusu olmayan günah sahibləri» kimi sözlərdən istifadə edir. Peyğəmbərlik bütün insanlara göstərir ki, Ədən bağından qovulandan sonra qurduqları dünya tamamilə korlanıb. Yehova «on minlərlə müqəddəs mələyi» ilə gəlib o dövrdə yaşayanları məhv edəcək. Hənuq peyğəmbər bu xəbəri cəsarətlə bəyan edir, özü də təkbaşına! Yəqin ki, o vaxt hələ gənc olan Ləmek babasının bu cəsarətini heyran-heyran müşahidə edirdi. Doğrudan da, Hənuqun cəsarəti heyrətləndirici idi!

      Hənuq peyğəmbərin imanı üzərində düşünərək özümüzdən soruşa bilərik: yaşadığımız bu dünyaya Allahın yanaşdığı kimi yanaşırıq? Peyğəmbərin cəsarətlə bəyan etdiyi peyğəmbərlik bizim dövrümüzə də aiddir: orada deyilmiş sözlər Hənuq peyğəmbərin dövründə yerinə yetdiyi kimi, bizim dövrdə də yerinə yetəcək. Onun dediyi kimi, Yehova Allah Nuh peyğəmbərin dövründə allahsızların üzərinə böyük Daşqın gətirdi. Bu müsibət bizim dövrümüzdə olacaq daha böyük müsibətə bir nümunə idi (Mətta 24:38, 39; 2 Butrus 2:4—6). Bu gün də Allah on minlərlə müqəddəs mələyi ilə birgə allahsız insanları ədalətlə mühakimə etmək üçün hazır dayanıb. Hər birimiz Hənuq peyğəmbərin çatdırdığı bu xəbərin vacibliyini dərk etməli və bunu başqalarına deməliyik. Ola bilsin, ailə üzvlərimiz və dostlarımız bizdən yan gəzir. Bəlkə də, bəzən özümüzü tənha hiss edirik. Yehova Allah Hənuq peyğəmbəri heç vaxt tərk etmədi. Bu gün də öz sadiq bəndələrini tərk etməyəcək!

  • O, Allahın razılığını qazandı
    Gözətçi qülləsi (kütləvi) 2017 | № 1
    • a Bəzi Müqəddəs Kitab alimləri hesab edir ki, Yəhuda «Hənuqun Kitabı» adlı apokrifik nəşrdən sitat gətirib. Lakin bu kitab naməlum mənbədən olan uydurulmuş əsərdir və yanlış olaraq Hənuq peyğəmbərə aid edilir. Orada Hənuqun dediyi peyğəmbərlik sözləri dəqiqliklə yazılsa da, ehtimal ki, bizim dövrümüzə çatmayan hər hansı bir yazılı sənəddən götürülüb, ya da şifahi ənənə əsasında yazılıb. Yəhuda da ehtimal ki, həmin qədim mənbələrdən istifadə edib, yaxud Hənuqun həyatını göydən müşahidə edən İsa Məsihdən məlumat alıb.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş