-
Allahsız dünyada yaşayaraq, Xənok Allahın yolu ilə gedirdiGözətçi qülləsi 2001 | 1 dekabr
-
-
Allahsız insanlara qarşı peyğəmbərlik
Allahsız insanların əhatəsində yaşayaraq, yüksək normalara riayət etməyin özü az iş deyil. Xənok isə, hətta Allahın pis insanlara qarşı çıxardığı hökmünü də bəyan edirdi. Allahın ruhu vasitəsilə hərəkətə gətirilərək Xənok mərdliklə peyğəmbərlik edirdi: “Budur, Rəbb on minlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və aralarındakı allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarların ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin” (Yəhuda 14, 15).
Bu cür xəbər tövbə etməyən və pislik işlətməkdə davam edən insanlara necə tə’sir göstərə bilərdi? Çox ehtimal ki, Xənokun ifşaedici sözləri ona şöhrət gətirmədi, əksinə, ona ünvanlanan istehza və təhdidlərin yaranmasına səbəb oldu. Hətta bə’ziləri, yəqin ki, onu həmişəlik susdurmaq niyyətində idilər. Ancaq onlar, Xənoku qorxuda bilmədilər. Çünki o, sadiq Habilin başına gələnləri bilirdi. Və qarşılaşdığı çətinliklərə baxmayaraq Yeqovaya, Habil kimi xidmət etməyə qətiyyətli idi.
-
-
Allahsız dünyada yaşayaraq, Xənok Allahın yolu ilə gedirdiGözətçi qülləsi 2001 | 1 dekabr
-
-
[31-ci səhifədəki çərçivə]
Müqəddəs Yazılarda Xənokun kitabından sitat gətirilirmi?
Xənokun kitabı apokrifik, yə’ni qeyri–qanuni kitabdır. Onun müəlliflik hüququnu yalan şəkildə Xənoka aid edirlər. Göründüyü kimi, bu kitab eramızdan əvvəl II və ya I əsrdə yazılmışdır və özlüyündə Təkvin kitabında Xənok haqda oxuduğumuz qısa mə’lumata verilən müxtəlif şərhlər nəticəsində meydana gələrək, tamamilə mə’nasız və yəqin olmayan ibrani rəvayətlərinin məcmuəsini təqdim edir. Allahın Kəlamını sevən insanlar, Xənoka aid edilən kitabı məhz buna görə diqqətə layiq hesab etmirlər.
Xənokun peyğəmbərlik sözləri Müqəddəs Kitabın yalnız bir yerində sitat gətirilir. Məsələn, Yəhudanın məktubunda oxuyuruq: “Budur, Rəbb onminlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və aralarındakı allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarların Ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin” (Yəhuda 14, 15). Alimlərin çoxu elə hesab edir ki, Xənokun allahsızlara — müasirlərinə qarşı söylədiyi peyğəmbərlik onun öz kitabından götürülüb. Məgər Yəhuda e’tibara layiq olmayan apokrifik bir mənbəyə əsaslanardımı?
Müqəddəs Yazılarda Xənokun nə haqda təbliğ etdiyinə dair Yəhudanın haradan mə’lumat topladığı bildirilmir. Ola bilsin ki, onun vaxtında hamıya mə’lum olan mənbəni, misal üçün, uzaq keçmişdə yazılmış e’tibarlı rəvayəti sitat gətirirdi. Yəqin ki, Fir’onun sarayında Musaya “zidd gedən” sehrbazların adlarını çəkərkən həvari Pavel də belə davranmışdı. (Onların adlarının Yanis və Yambris olduğunu biz yalnız həvari Pavelin məktubundan bilirik.) İndi isə gəlin düşünək: əgər Xənokun kitabını yazan şəxs qədimi mənbələrdən istifadə etmişdisə, bəs onda nəyə görə Yəhuda bunu edə bilməzdi?a (Çıxış 7:11, 22; 2 Timoteyə 3:8).
Xənokun allahsızlara bəyan etdiyi xəbərin məzmunu haqda Yəhudanın hansı yol ilə mə’lumat topladığını bilməyimiz bir o qədər də vacib deyil. Yəhuda, Allahın ruhunun tə’siri altında yazırdı, buna görə də onun sözləri tamamilə e’tibara layiqdir (2 Timoteyə 3:16). Allahın müqəddəs ruhu səhv fikirlərin yazılmasına yol verməzdi.
[Haşiyə]
a Stefan adlı şagirdin söylədiyi sözlər də İbranicə Müqəddəs Yazıların başqa heç bir yerində sitat gətirilmir. O, Musanın Misirdə aldığı təhsili, oradan qaçarkən 40 yaşı olduğunu və 40 il Midyan torpağında yaşadığı haqda mə’lumat vermişdir; bundan əlavə o, mələklərin Musaya qanun verilməsində hansı vacib rol oynadıqlarını da qeyd etmişdir (Həvarilərin işləri 7:22, 23, 30, 38).
-