-
Mələklər barədə nə bilirik?Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
2. Şeytan və cinlər haqda nə bilirik?
Bəzi mələklər Yehovaya sadiq qalmadı. Allahdan üz döndərən ilk mələk «İblis və Şeytan» adını qazanıb. Müqəddəs Kitabda deyilir ki, o, bütün dünyanı aldadır (Vəhy 12:9). Şeytan istəyirdi ki, başqaları üzərində hökmranlıq etsin. Elə bu məqsədlə o, Adəmlə Həvvanı Allaha qarşı qaldırdı. Hətta sonradan bəzi mələkləri də öz tərəfinə çəkdi. Bu üsyankar mələklər cinlər adlanır. Yehovanın əmri ilə onlar göydən yerə atıldı. Bu şər mələklər tamamilə məhv ediləcəklər. (Vəhy 12:9, 12 ayələrini oxuyun.)
3. Şeytan və cinlər insanları necə aldadır?
Şeytan və cinlər insanları cindarlıqla aldadır. Cindarlıq deyildikdə ruhlarla əlaqə yaratmaq nəzərdə tutulur. Bu, günah işdir. Bəzi insanlar məsləhət üçün falçılara, ekstrasenslərə, cadugərlərə, yuxuyozma kitablarına, ulduz falına üz tutur. Bir başqaları isə cindarlıqla əlaqəsi olan müalicə üsullarından istifadə edir. Cinlər həmçinin insanları inandırır ki, guya insan ölü ilə danışa bilər. Amma Yehova xəbərdarlıq edir: «Cindarlara üz tutub, baxıcı yanına gedib özünüzü murdarlamayın» (Lavililər 19:31). Yehova bizi Şeytan və cinlərdən qorumaq üçün bu xəbərdarlığı verir. Onlar Allahın düşmənləridir və bizə zərər vurmaq istəyirlər.
-
-
Allahın Padşahlığı artıq hakimiyyət sürür!Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
2. Dünyada 1914-cü ildən bəri hansı hadisələr baş verir və insanlar necə olub?
İsanın şagirdləri ona belə sual vermişdilər: «Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» (Mətta 24:3). İsa da onlara Allahın Padşahlığında taxta oturandan sonra baş verəcək hadisələri sadalamışdı. Müharibələrin, qıtlığın, zəlzələlərin və s. hadisələrin olacağını demişdi. (Mətta 24:7 ayəsini oxuyun.) Müqəddəs Kitabda həmçinin qabaqcadan deyilmişdi ki, insanların xasiyyətinə görə axırzamanda həyat son dərəcə çətin olacaq (2 Timutiyə 3:1—5). 1914-cü ildən həm bu hadisələr, həm də bu xasiyyətdə olan insanlar xüsusilə artıb.
3. Nəyə görə Allahın Padşahlığı hakimiyyət sürməyə başlayandan dünyada vəziyyət pisləşib?
İsa Məsih Padşah olandan dərhal sonra göydə Şeytanla və cinlərlə döyüşdü. Şeytan bu döyüşdə məğlub oldu. Müqəddəs Kitabda deyilir ki, o, «yerə atıldı, mələkləri də onunla birlikdə atıldı» (Vəhy 12:9, 10, 12). Şeytan çox qəzəblidir, çünki məhv olacağını bilir. Bu səbəbdən bütün dünyada insanlara ağrı-acı yaşadır. Məhz buna görə dünya belə acınacaqlı vəziyyətdədir. Amma Allahın Padşahlığı bütün bu əzablara son qoyacaq.
-
-
Allahın Padşahlığı artıq hakimiyyət sürür!Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
5. Dünya 1914-cü ildən dəyişib
İsa Məsih demişdi ki, o, Padşah olandan sonra dünyada vəziyyət dəyişəcək. Luka 21:9—11 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayələrdəki hadisələrdən hansını görürsünüz və ya hansı haqqında eşidirsiniz?
Həvari Bulus axırzamanda insanların necə olacağını təsvir etmişdi. 2 Timutiyə 3:1—5 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bu xüsusiyyətlərdən hansını zəmanəmizin insanlarında görürsünüz?
-