Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/8 s. 13—18
  • Ruhun dediyini dinləyin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruhun dediyini dinləyin!
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Tiatiradakı mələyə
  • Sardisdəki mələyə
  • Filadelfiyadakı mələyə
  • Laodikiyadakı mələyə
  • Hər birimiz üçün ibrət dərsi
  • Məsih yığıncaqlara deyir
    Gözətçi qülləsi 2003
  • Sonun yaxınlaşdığı vaxtda itaətkarlığı inkişaf etdir
    Gözətçi qülləsi 2002
Gözətçi qülləsi 2003
w03 1/8 s. 13—18

Ruhun dediyini dinləyin!

“Qulağı olan Ruhun cəmiyyətlərə nə dediyini eşitsin” (VƏHY 3:22).

1, 2. İsa, “Vəhy” kitabında xatırlanan yeddi yığıncağa ünvanladığı məktublarında hansı məsləhəti təkrarlayır?

YEHOVANIN xidmətçiləri, “Vəhy” kitabında İsa Məsihin müqəddəs ruhun rəhbərliyi altında yeddi yığıncağa dediyi sözlərinə diqqət yetirməlidirlər. Məsihin yeddi məktubunun hər birində belə bir məsləhət var: “Qulağı olan, Ruhun cəmiyyətlərə nə dediyini eşitsin” (Vəhy 2:7, 11, 17, 29; 3:6, 13, 22).

2 Biz artıq İsanın Efesdəki, İzmirdəki və Perqamadakı mələklərə, yə’ni nəzarətçilərə olan məktublarını nəzərdən keçirdik. Bəs biz İsanın müqəddəs ruh vasitəsilə qalan dörd yığıncağa dediklərindən nə öyrənə bilərik?

Tiatiradakı mələyə

3. Tiatira harada yerləşirdi və şəhər hansı mal ilə xüsusilə şöhrət qazanmışdı?

3 ‘Allahın Oğlu’ Tiatiradakı yığıncağı həm tə’rifləyir, həm də məzəmmət edir. (Vəhy 2:18-29 ayələrini oxuyun.) Tiatira (indiki Akhisar) Kiçik Asiyanın qərbində Gediz (qədimdə Herm) çayının yaxınlığında yerləşirdi. Şəhər çoxsaylı peşələrlə şöhrət qazanmışdı. Orada boyaqotunun kökündən məşhur al-qırmızı boya hazırlayırdılar. Yadımıza salsaq, Filipidə (Yunanıstan) olarkən məsihçiliyi qəbul edən Lidiya da “Tiatira şəhərindən tünd qırmızı paltar satıcısı” (İ–93) idi (Həvarilərin işləri 16:12-15).

4. Tiatiradakı yığıncaq hansı əməllərinə görə tə’rifə layiq oldu?

4 İsa Tiatiradakı yığıncağı yaxşı əməllərinə, məhəbbətinə, imanına, təhəmmülünə və xidmətdəki əməyinə görə tə’rif etdi. Üstəlik, onların “son işləri” “birincilərdən” çox idi. Lakin biz də yaxşı əməllərimizlə tanınmış olsaq belə, əxlaq normalarına gəldikdə heç vaxt diqqəti əldən verməli deyilik.

5-7. a) “İzebel adlı qadın” kim idi və onun göstərdiyi tə’sirlə bağlı hansı tədbiri görmək lazım idi? b) Məsihin Tiatira yığıncağına olan məktubu Allahdan qorxan qadınları nəyə təşviq edir?

5 Ancaq Tiatiradakı yığıncaqda bütpərəstliyə, yalan tə’limlərə və cinsi əxlaqsızlığa yol verilirdi. Onlar aralarında “İyzevel [İzebel] adlı qadına” — ehtimal ki, özlərini İsrailin on qəbiləli padşahlığının zalım şahzadəsi İzebel kimi aparan bir qrup qadına təhəmmül edirdilər. Müqəddəs Kitab üzrə bə’zi alimlər ehtimal edirlər ki, Tiatiradakı ‘peyğəmbər qadınlar’ məsihçiləri ilahi və ilahələrə ibadət etməyə, həmçinin bütlərə gətirilən qurbanların yeyildiyi bayramlarda iştirak etməyə təhrik edirdilər. Qoy özünü peyğəmbər adlandıran heç bir qadın müasir məsihçi yığıncağında kimi isə ələ alacağını düşünməsin!

6 Məsih ‘[İzebel adlı qadını] əzab dolu bir yatağa yıxmağa, onunla zina edənlərə də, əgər öz əməllərindən tövbə etməsələr, böyük əzab verməyə’ hazır idi. Nəzarətçilər ədəbsiz tə’lim və tə’sirlərə qətiyyən güzəştə getməli deyillər və “şeytanın dərinliklərinin” tamamilə pis olduğuna əmin olmaq üçün, məsihçilərin ruhani və ya fiziki zina etmələri, yaxud bütpərəstliyə qapılmalarına ehtiyac yoxdur. Əgər İsanın xəbərdarlığına diqqət yetirsək, ‘bizdə olana möhkəm bağlı qalacaq’ və günah bizə üstün gəlməyəcəkdir. Məsh edilmişlər pis əməlləri, həvəsləri və meylləri rədd etdikləri üçün səmavi həyata dirildilib “xalqlar üzərində hakimiyyət”alacaq və Məsih xalqları parçalayanda ona qoşulacaqlar. Müasir yığıncaqlarda simvolik ulduzlar var, məsh edilmişlərə isə dirildikdən sonra “parlaq dan ulduzu” olan adaxlı, yə’ni İsa Məsih veriləcəkdir (Vəhy 22:16).

7 Tiatiradakı yığıncağa xəbərdarlıq edilmişdir ki, dönük çıxan qadınların pis tə’sirinə yol verməsinlər. Məsihin yığıncağa göndərdiyi müqəddəs ruhdan ilham almış həmin məktubu, bu gün Allahdan qorxan qadınlara Allahın onlara verdiyi mövqeyi qorumağa kömək edir. Onlar kişilərin üzərində hökmranlıq etməyə can atmır və qardaşları nə ruhani, nə də fiziki zinaya təhrik edirlər (1 Timoteyə 2:12). Bunun əvəzinə, onlar yaxşı əməlləri və Allaha izzət gətirən xidmətləri ilə nümunə göstərirlər (Məzmur 68:11; 1 Peter 3:1-6). Əgər yığıncaq malik olduğu təmiz tə’limi və davranış tərzini, həmçinin Padşahlıq naminə etdiyi qiymətli xidməti qoruyursa, onda Məsih ölüm hökmü ilə deyil, xeyir-dualı mükafatla gələcəkdir.

Sardisdəki mələyə

8. a) Sardis harada yerləşirdi və onun haqqında bizə hansı təfsilatlar mə’lumdur? b) Nəyə görə Sardisdəki yığıncağın köməyə ehtiyacı vardı?

8 Ruhani cəhətdən ölü olduğu üçün, Sardisdəki yığıncağa tə’cili yardım lazım idi. (Vəhy 3:1-6 ayələrini oxuyun.) Tiatiradan təxminən 50 kilometr cənubda yerləşən Sardis çiçəklənən şəhər idi. Şəhər ticarətin, məhsuldar torpağın, yun parça və xalçaların istehsalı sayəsində varlanmışdı; onun əhalisinin sayı vaxtilə 50 minə çatırdı. Tarixçi İosif Flavi yazmışdır ki, eramızdan əvvəl I əsrdə Sardisdə böyük yəhudi icması vardı. Şəhərin xarabalıqları içərisində sinaqoq və Efes ilahəsi Artemidanın mə’bədi tapılmışdı.

9. Əgər Allaha xidməti başdansovma yerinə yetiririksə nə etməliyik?

9 Məsih Sardisdəki yığıncağın mələyinə dedi: “Sənin əməllərindən xəbərdaram. Adın vardır, guya sağsan, amma əslində ölüsən”. Əgər biz ruhani cəhətdən ayıq məsihçilər kimi tanınırıqsa, lakin məsihçi məs’uliyyətlərinə e’tinasızlıq göstərir, xidməti başdansovma yerinə yetirir və ruhani cəhətdən ‘ölümə yaxınıqsa’, onda necə? Belə halda biz Padşahlıq haqqındakı xəbərə aid ‘nə aldığımızı və nə eşitdiyimizi yadda saxlamalı’ və yeni qüvvə ilə müqəddəs xidməti təzədən canlandırmalıyıq. Biz, əlbəttə ki, məsihçi görüşlərində bütün ürəkdən iştirak etməyə başlamalıyıq (İbranilərə 10:24, 25). Məsih Sardisdəki yığıncağa xəbərdarlıq etdi: “Yox əgər oyaq qalmasan, Mən üstünə bir oğru kimi gələcəyəm və hansı saatda sənin üstünə gələcəyimi bilməyəcəksən”. Bəs bizim günlərimiz haqqında nə demək olar? Tezliklə hər birimiz hesabat verməli olacağıq.

10. Sardisdəki vəziyyət indi də baş verərsə, bə’zi məsihçilər haqqında nə demək olar?

10 Sardisdəki vəziyyətə bənzər vəziyyət yaransa belə, yenə də yığıncaqda ‘öz paltarlarını murdar etməyən, layiq olduqları üçün [Məsihlə] ağ paltarda yeriyə biləcək’ kəslər var. Onlar özlərini dünyadan həm əxlaqi, həm də dini cəhətdən təmiz və ləkəsiz saxlamaqla, məsihçi olduqlarını əməllərində göstərirlər (Yaqub 1:27). Buna görə də, İsa ‘onların adını həyat kitabından əsla silməyəcək. Onların adını... öz Atasının... və Onun mələklərinin önündə iqrar edəcəkdir’. Gəlin sinfini təşkil edib Məsihlə bərabər yeriməyə layiq görülən məsh edilmişlər, müqəddəslərin saleh davranışlarını təmsil edən təmiz, parlaq, zərif kətan geyəcəklər (Vəhy 19:8). Göylərdə alacaqları gözəl mükafatları, onları bu dünyaya qalib gəlməyə təşviq edir. Yer üzündə əbədi həyatı gözləyənlər üçün də xeyir-dualar var. Onların da adları həyat kitabına yazılmışdır.

11. Əgər ruhən mürgüləyiriksə, bizə nə etmək lazımdır?

11 Heç birimiz Sardis yığıncağında olduğu kimi, ruhani cəhətdən acınacaqlı vəziyyətə düşmək istəmirik. Bəs əgər ruhən mürgülədiyimizi hiss ediriksə, necə? Öz yaxşılığımız xatirinə dərhal bir tədbir görməliyik. Tutaq ki, biz dünyəvi əməllərə meyl göstərir, yığıncaq görüşlərində və ya xidmətdə get-gedə daha az iştirak edirik. Bu zaman Yehovaya sidqi-ürəkdən dua edib, Ondan kömək diləmək lazımdır (Filipililərə 4:6, 7, 13). Müqəddəs Kitabı gündəlik oxumaq, həmçinin onu “sadiq... nökərbaşı”nın təqdim etdiyi nəşrlərlə bərabər öyrənmək bizim ruhani oyaqlığımıza kömək edəcəkdir (Luka 12:42-44). O zaman biz Sardis yığıncağındakı məsihçilər kimi Məsihin tə’rifinə layiq görüləcək, həmimanlılarımız üçün isə xeyir-dua olacağıq.

Filadelfiyadakı mələyə

12. Qədim Filadelfiyadakı dini vəziyyəti necə təsvir edərdiniz?

12 İsa Filadelfiyadakı yığıncağı tə’riflədi. (Vəhy 3:7-13 ayələrini oxuyun.) Filadelfiya (indiki Alaşehir) çiçəklənən şəhər və Kiçik Asiyanın qərbində yerləşən şərabçılıq rayonunun mərkəzi idi. Şəhərin baş ilahisi şərab allahı Dionis idi. Görünür Filadelfiyada yaşayan yəhudilər müvəffəqiyyətsiz də olsa çalışırdılar ki, yəhudilərdən olan məsihçiləri Musanın tələblərindən bə’zilərinə riayət etməyə və ya onlara yenidən qayıtmağa əmin etsinlər.

13. Məsih “Davudun açarı”ndan necə istifadə etmişdir?

13 Məsih “Davudun açarlarına malik”dir, yə’ni Padşahlığın maraqları ilə bağlı olan hər şey ona e’tibar edilib və o, özünün bütün bu yer malikanəsinə rəhbərlik edir (İşaya 22:22; Luka 1:32). İsa bu açardan istifadə edərək, qədim Filadelfiyada və başqa yerlərdə yaşayan məsihçilər üçün Padşahlıqla bağlı imkanlar açırdı. O, 1919-cu ildə “sadiq... nökərbaşı” üçün “geniş qapı”, onunla bərabər isə Padşahlıq haqqındakı təbliğə imkan açdı və bu qapını düşmənlərdən heç kim bağlaya bilmir (1 Korinflilərə 16:9; Koloslulara 4:2-4). Əlbəttə ki, ‘şeytan yığnağının’ üzvləri üçün “qapı”, onunla bərabər isə Padşahlıq haqqındakı imkanlara yol bağlıdır, çünki onlar ruhani israillilərin sayına daxil deyillər.

14. a) İsa Filadelfiyadakı yığıncağa hansı və’di verdi? b) “İmtahan saatında” olacaq hücumdan necə qaçına bilərik?

14 İsa qədim Filadelfiyadakı məsihçilərə belə bir və’d verdi: “Madam ki, təhəmmül etmək haqqındakı əmrimə riayət etdin, Mən də səni... bütün dünya üstünə gələcək imtahan saatından qoruyacağam”. Təbliğ etmək üçün İsanın təhəmmülü kimi təhəmmül tələb olunur. İsa heç zaman düşmənlərinə təslim olmurdu və həmişə Atasının iradəsini yerinə yetirirdi. Bunun üçün, Məsih göylərdə ölməz həyata dirildildi. Əgər biz Yehovaya xidmət etmək qərarında möhkəm durur və xoş xəbəri təbliğ edərək Onun Padşahlığının tərəfini tuturuqsa, biz indiki sınaq dövründən, yə’ni “imtahan saatından” müdafiə olunacağıq. Səmavi Padşahlığın maraqları üçün çalışaraq, Məsihdən aldığımız şeylərə ‘möhkəm sarılacağıq’. Göstərdikləri sə’ylərə görə məsh edilmişlərə çox qiymətli səmavi tac, onların sədaqətli həmkarlarına isə yer üzündə əbədi həyat veriləcəkdir.

15. ‘Allahın mə’bədində dirək’ olacaq kəslərdən nə tələb olunur?

15 Məsih davam edir: “Qalib gələni Allahımın mə’bədində dirək edəcəyəm... Onun üzərində Allahımın adını, Allahımın şəhərinin, göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Mənim yeni adımı yazacağam”. Məsh edilmiş nəzarətçilər həqiqi ibadətə tam bağlı qalmalıdırlar. Onlar Allahın Padşahlığı haqqındakı təbliğdə iştirak edərək və ruhani təmizliklərini qoruyaraq, “yeni Yerusəlimin” üzvləri olmağa layiq olduqları mövqeyi qorumalıdırlar. Əgər onlar Allahın şərəfli səmavi mə’bədinin dirəkləri olmaq, həmçinin Allahın şəhərinin səmavi vətəndaşları olaraq o şəhərin adını və Məsihin gəlini olaraq onun adını daşımaq istəyirlərsə, bu zəruridir. Və əlbəttə ki, onların ‘ruhun cəmiyyətlərə nə dediyini eşitmək’ üçün qulaqları olmalıdır.

Laodikiyadakı mələyə

16. Laodikiya haqqında nə mə’lumdur?

16 Məsih Laodikiyadakı özündən razı yığıncağı məzəmmət etdi. (Vəhy 3:14-22 ayələrini oxuyun.) Laodikiya çox varlı istehsalat şəhəri və maliyyə mərkəzi idi. Şəhər Lik çayının məhsuldar vadisində Efesdən təxminən 150 km şərqdə, əsas ticarət yollarının kəsişdiyi yerdə yerləşirdi. Şəhər paltar hazırlanan qara yunla şöhrət qazanmışdı. Laodikiyada tanınmış tibb məktəbi yerləşirdi və ehtimal ki, burada göz xəstəliklərinin müalicəsi üçün “frigiya tozu” kimi tanınan dərman hazırlanırdı. Şəfa tanrısı Asklepiya şəhərin əsas ilahilərindən biri idi. Görünür, Laodikiyada çoxlu yəhudilər yaşayırdı və onların bə’ziləri olduqca zəngin idilər.

17. Laodikiyalılar nəyə görə məzəmmət aldılar?

17 İsa Laodikiyadakı yığıncağa “mələk” vasitəsilə müraciət edərək, “sadiq və həqiqi Şahid, Allahın xilqətinin Banisi” kimi hökmlə danışırdı (Koloslulara 1:13-16). Laodikiyalılar ruhani cəhətdən “nə soyuq, nə də isti” idilər, elə buna görə də məzəmmət almışdılar. İlıq olduqları üçün, Məsih onları ağzından qusmağa hazır idi. Burada İsanın nə demək istədiyini anlamaq onlar üçün çətinlik yaratmalı deyildi. Yaxın İyerapolisdə qaynar isti su qaynaqları, Kolosda isə soyuq su qaynaqları vardı. Lakin Laodikiyaya gələn su, boru ilə böyük məsafəni qət etdiyi üçün, ehtimal ki, ilıq olurdu. Sular yolun bir hissəsini su kəmərindən, Laodikiyaya az qalmış isə oyulmuş böyük daşların içindən keçirdi.

18, 19. Laodikiyalılara bənzəyən müasir məsihçilərə necə kömək etmək olar?

18 Bizim günlərdə insanlar laodikiyalılar kimi soyuqda isitməyən, istidə isə sərinlətməyən içkini xatırladırlar. Onlar ilıq su kimi qusulacaqlar! İsa onları “Məsihin [məsh edilmiş] səfirləri”, yə’ni öz nümayəndəsi kimi istifadə etmək istəmir (2 Korinflilərə 5:20). Əgər onlar tövbə etməsələr, Padşahlığın təbliğçiləri olmaq şərəfindən məhrum olunacaqlar. Laodikiyalılar bu dünyanın var-dövlətini toplamağa çalışırdılar və “zavallı, yazıq, yoxsul, kor və çılpaq” olduqlarından xəbərsiz idilər. Bu gün laodikiyalıları xatırladan kəslərə ruhani yoxsulluq, korluq və çılpaqlıqdan azad olmaq üçün, Məsihdən “təmizlənmiş qızıl” kimi sınaqdan çıxmış imanı, “ağ paltar” kimi olan salehliyi və ruhani gözləri yaxşılaşdıran “göz dərmanı” almaq lazımdır. Məsihçi nəzarətçiləri onların “imanda zəngin” olmaları üçün, ruhani tələbatlarını anlamaqda kömək etməyə şaddırlar (Yaqub 2:5; Matta 5:3). Bundan başqa, nəzarətçilər onlara ruhani “göz dərmanı”nı istifadə etməyə, yə’ni İsanın tə’lim və nəsihətini qəbul etməyə, onun nümunəsini və düşüncə tərzini mənimsəməyə, həmçinin ona müvafiq davranmağa kömək etməlidirlər. Bu dərman onlara “cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü”nə qarşı mübarizə aparmağa kömək edəcək (1 Yəhya 2:15-17).

19 İsa əziz sandığı hər kəsi məzəmmət və tərbiyə edir. Ona tabe olan nəzarətçilər də şəfqət göstərərək eynilə davranmalıdırlar (Həvarilərin işləri 20:28, 29). Laodikiyalılar öz düşüncə və davranış tərzlərini düzəldib, ‘sə’yli olmalı və tövbə etməli’ idilər. Əgər bizlərdən kimsə Allaha müqəddəs xidməti ikinci yerə qoyan həyat tərzinə vərdiş edirsə, onda necə? Onda gəlin İsadan “göz dərmanı” alaq ki, əvvəlcə Padşahlığı axtarmağın nə qədər vacib olduğunu görə bilək (Matta 6:33).

20, 21. Bu gün İsanın ‘qapını döyməsinə’ kimlər lazımi dərəcədə hay verir və gələcəkdə onları nələr gözləyir?

20 Məsih deyir: “Budur, Mən qapı qarşısında durub, onu döyürəm: kim səsimi eşidib, qapını açarsa, Mən onun yanına girəcəyəm və Mən onunla, o da Mənimlə axşam yeməyini yeyəcəyik”. İsa yemək vaxtı çox vaxt ruhani tə’limlərlə bölüşərdi (Luka 5:29-39; 7:36-50; 14:1-24). Və budur, İsa, laodikiyalıların yığıncağına bənzəyən yığıncaqların qapısını döyür. Yığıncaqların üzvləri qapını açaraq, ona olan sevgilərini yenidən canlandırıb, onu qəbul edib, onlara tə’lim verməsinə izn verəcəklərmi? Əgər belə edərlərsə, Məsih onlarla axşam yeməyi yeyəcək, onlar isə ruhən zənginləşəcəklər.

21 Bu gün “başqa qoyunlar”, məcazi mə’nada desək, İsanı yanlarına buraxırlar və bu davranışları onlara əbədi həyat gətirəcəkdir (Yəhya 10:16; Matta 25:34-40, 46). Məsih qalib gələn hər məsh edilmişə deyir: “Mən qalib gəlib, Atamla bərabər Onun taxtında necə oturdumsa, qalib gələnə də icazə verəcəyəm ki, Öz taxtımda Mənimlə eləcə otursun”. Bəli, İsa qalib gələn məsh edilmişlərə göydə Atasının sağında onunla birlikdə taxtda oturmağı və’d edir. Qalib gələn başqa qoyunlar isə səmavi Padşahlığın rəhbərliyi altında olacaq gözəl həyatı gözləyirlər.

Hər birimiz üçün ibrət dərsi

22, 23. a) İsanın yeddi yığıncağa dediyi sözlərdən bütün məsihçilər necə yararlana

22 Sözsüz ki, İsanın Kiçik Asiyadakı yeddi yığıncağa dedikləri bütün məsihçilərə böyük fayda gətirə bilər. Məsələn, yeri gələndə Məsihin yığıncağı tə’rif etdiyini görən qayğıkeş məsihçi nəzarətçiləri, ruhani cəhətdən müvəffəqiyyətlər əldə edən həm yığıncağı, həm də ayrı-ayrı qardaş-bacıları tə’rifləməyə təşviq duyurlar. Əgər zəifliklər ortaya çıxırsa, onda ağsaqqallar qardaşlara Müqəddəs Kitab “dərmanlarını” qəbul etməyə kömək edirlər. Hər birimiz İsanın yeddi yığıncağa verdiyi nəsihətlərindən həmişə fayda əldə edə bilərik, ancaq bu şərtlə ki, gərək biz onları dua ilə və vaxt itirmədən qəbul edəka.

23 Yaşadığımız bu son günlərdə Allaha xidməti səthi edə biləcək arxayınçılığın, var-dövlət yığmağın və yaxud başqa bir işi görməyin vaxtı deyil. Qoy bütün yığıncaqlar, İsanın nəzarəti altında olan çıraqdanlar kimi parlasınlar. Biz isə sadiq məsihçilər kimi, Məsih danışanda diqqətli olmağa və ruhun nə dediyinə qulaq asmağa tam qərarlı olaq. O zaman Yehovanın şərəfinə ruhani işıqla şəfəq saçaraq əbədi xoşbəxtlik qazanacağıq.

[Haşiyə]

a Vəhy 2:1–3:22 ayələri, Yehovanın Şahidləri tərəfindən nəşr edilmiş “Vəhy. Möhtəşəm zirvəsi yaxındır!” (türk.) kitabının 7-13 fəsillərində də müzakirə olunur.

Siz necə cavab verərdiniz?

• “İzebel adlı qadın” kim idi və nəyə görə Allahdan qorxan qadınlar onun nümunəsini izləmirlər?

• Sardisdəki yığıncaq hansı vəziyyətdə idi və biz nə etməliyik ki, orada yaşamış bir çox məsihçilərə bənzəməyək?

• İsa Filadelfiyadakı yığıncağa hansı və’di verdi və onlar bu gün necə tətbiq edilə biləndir?

• Laodikiyalılar nəyə görə məzəmmət olundular və sə’y göstərən məsihçiləri nə gözləyir?

bilərlər? b) Biz nədə qətiyyətli olmalıyıq?

[14-cü səhifədəki şəkil]

“İzebel adlı qadının” pis yollarından qaçınmaq gərəkdir.

[16-cı səhifədəki şəkillər]

İsa davamçılarının qarşısında səmavi Padşahlıqla bağlı imkanlara yol verən “geniş qapı” açdı.

[18-ci səhifədəki şəkil]

İsanı qəbul edib, onu dinləyəcəksənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş