Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • İsa dəfn olunur
    İsa Məsihin həyatı və xidməti
    • Şənbədən sonra, həftənin ilk günü dan yeri söküləndə Məcdəlli Məryəm, kiçik Yaqubun anası Məryəm, Salome, Yohanna və başqa qadınlar ətirli otları götürüb sərdabəyə gəlirlər. Yolda onlar bir-birindən soruşurlar: «Sərdabənin ağzındakı daşı bizim üçün qırağa kim çəkəcək?» Amma ora çatanda görürlər ki, zəlzələ baş verib və Yehovanın mələyi daşı kənara yuvarlayıb. Keşikçilər çıxıb gedib, sərdabə isə bomboşdur. Matta 27:57—28:2; Mark 15:42—16:4; Luka 23:50—24:3, 10; Yəhya 19:14, 19:31—20:1; 12:42; Levililər 23:5—7; Qanunun təkrarı 21:22, 23; Məzmur 34:20; Zəkəriyyə 12:10.

  • İsa sağdır!
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 128

      İsa sağdır!

      QADINLAR sərdabəni boş görəndə Məcdəlli Məryəm Peterlə Yəhyaya xəbər vermək üçün qaçır. Görünür, o biri qadınlar sərdabənin yanında qalırlar. Az sonra bir mələk peyda olur və onları içəri çağırır.

      Burada qadınlar başqa bir mələyi görürlər. Mələklərdən biri onlara deyir: «Qorxmayın! Mən bilirəm ki, siz edam edilmiş İsanı axtarırsınız. İsa burada yoxdur. O, özünün dediyi kimi dirilib. Gəlin, onun qoyulduğu yerə baxın. Sonra isə tez gedin, şagirdlərə onun dirildiyini söyləyin». Bunu eşidən kimi qadınlar qorxu və böyük sevinc içində qaçırlar.

      Bu arada Məcdəlli Məryəm Peterlə Yəhyanı tapıb deyir: «Ağanı sərdabədən götürüblər və bilmirik aparıb hara qoyublar». Bunu eşitcək həvarilərin ikisi də qaçır. Görünür, Yəhya nisbətən cavan olduğundan tez qaçır və sərdabəyə birinci çatır. Qadınlar artıq gediblər, yan-yörədə heç kəs yoxdur. Yəhya içəri boylanır və orada kəfəni görür, amma içəri girmir.

      Peter də gəlib çatır və tərəddüd etmədən dərhal içəri girir. O, yerdəki kəfəni və İsanın başını örtmüş yaylığı görür. Yaylıq bir kənarda bürmələnib qalmışdı. Yəhya da içəri girir və Məryəmin sözlərinin doğruluğuna əmin olur. Amma nə Peter, nə də Yəhya başa düşmür ki, İsa dirilib. Hərçənd İsa diriləcəyini dəfələrlə onlara demişdi. Bu həvarilər çaşbaş halda evə qayıdırlar. Təkrar sərdabəyə gəlmiş Məcdəlli Məryəm isə orada qalır.

      Bu arada o biri qadınlar mələklərin tapşırdığı kimi, İsanın dirildiyini şagirdlərə danışmağa tələsirlər. Yolda İsa qarşılarına çıxıb onları salamlayır. Qadınlar onun ayaqlarına yıxılıb təzim edirlər. İsa onlara deyir: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, Qalileyaya getsinlər. Orada məni görəcəklər».

      Bundan əvvəl zəlzələ başlayanda və mələklər görünəndə sərdabəni qoruyan keşikçilərin qorxudan az qala bağrı çatlamışdı. Onlar özlərinə gələndə şəhərə gedib nə baş verdiyini böyük kahinlərə danışırlar. Böyük kahinlər bunu ört-basdır etmək üçün yəhudi ağsaqqalları ilə məsləhətləşib əsgərlərə rüşvət vermək qərarına gəlirlər. Sonra əsgərlərə tapşırırlar: «Belə deyərsiniz: “Gecə biz yatanda onun şagirdləri gəlib cəsədi oğurladılar”».

      Roma əsgəri növbə başında yatardısa, onu edam edə bilərdilər. Buna görə də kahinlər onlara söz verirlər: «Arxayın olun, əgər bu [sizin yatmağınız], valinin qulağına çatsa, biz onu yola verərik, sizə heç nə olmaz». Rüşvətin məbləği böyük olduğundan əsgərlər hər şeyi onların dediyi kimi edirlər. Bunun nəticəsində yəhudilər arasında şayiə yayılır ki, İsanın cəsədini oğurlayıblar.

      Sərdabənin yanında qalan Məcdəlli Məryəm qəm-qüssə içindədir. Görəsən, İsa harada ola bilər? O, əyilib sərdabənin içinə boylananda görür ki, ağ libaslı iki mələk yenidən peyda olub. Mələklərdən biri İsanın cəsədi qoyulduğu yerin baş tərəfində, o birisi ayaq tərəfində oturub. Onlar soruşurlar: «Niyə ağlayırsan?»

      Məryəm cavab verir: «Ağamı aparıblar və bilmirəm hara qoyublar». O, geriyə çevriləndə bir adam görür. Həmin adam ondan soruşur: «Bacım, niyə ağlayırsan? Kimi axtarırsan?»

      Məryəm elə bilir ki, bu adam bağbandır və ondan soruşur: «Ağa, əgər onu sən aparmısansa, de hara qoymusan, mən gedim onu götürüm».

      «Məryəm!» — deyə bu adam müraciət edir. Məryəm bu səmimi müraciətdən həmin adamın İsa olduğunu başa düşür. «Rabbuni!» — deyə o çığırır («Rabbuni» müəllim deməkdir) və hədsiz sevindiyindən ondan bərk-bərk tutur. Lakin İsa onu saxlayır: «Tutma məni. Mən ki hələ Atamın yanına qalxmıram. Qardaşlarımın yanına get və onlara de: “Mən öz Atamın və sizin Atanızın, öz Allahımın və sizin Allahınızın yanına gedirəm”».

      Məryəm həvarilərlə digər şagirdlərin toplaşdıqları yerə qaçır. O, başına gələnləri danışaraq digər qadınların İsanın dirilməsi ilə bağlı söylədiklərinə əlavə edir. Amma, görünür, bu kişilər əvvəl gəlmiş qadınlara inanmadıqları kimi, Məryəmə də inanmırlar. Matta 28:3—15; Mark 16:5—8; Luka 24:4—12; Yəhya 20:2—18.

      ▪ Məcdəlli Məryəm sərdabəni boş görəndə nə edir? O biri qadınlarla nə baş verir?

      ▪ Sərdabənin boş olduğunu görəndə Peterlə Yəhya nə edir?

      ▪ O biri qadınlar İsanın dirilməsi xəbərini şagirdlərə danışmaq üçün gedəndə kimə rast gəlirlər?

      ▪ Əsgərlərlə nə baş verib və kahinlər bunu eşidəndə nə edirlər?

      ▪ Məcdəlli Məryəm sərdabənin yanında tək qalanda nə baş verir? Şagirdlər qadınların gətirdiyi xəbərlərə necə yanaşırlar?

  • İsa şagirdlərə görünür
    İsa Məsihin həyatı və xidməti
    • ŞAGİRDLƏR hələ də üzüntü içindədirlər. Onlar sərdabənin nəyə görə boş qaldığını başa düşməmiş və qadınların gətirdikləri xəbərə inanmamışdılar. Həftənin ilk günü Kleopa və başqa bir şagird Yerusəlimdən təqribən 11 kilometr uzaqlıqda yerləşən Emmaus kəndinə yola düşürlər.

      Onlar gedə-gedə baş verənlər barədə aralarında söhbət edirlər. Yolda tanımadıqları bir adam onlara qoşulur və soruşur: «Nə barədə danışırsınız?»

      Şagirdlər dayanırlar. Onların bənizi kədərlidir. Kleopa deyir: «Sən, deyəsən, qəribsən və Yerusəlimdə tək-tənha qalırsan. Məgər bu günlərdə şəhərdə baş vermiş hadisələrdən xəbərin yoxdur?» Həmin adam soruşur: «Hansı hadisələrdən?»

      Onlar cavab verirlər: «Nazaretli İsa ilə bağlı hadisələri deyirik... Bizim böyük kahinlər və rəhbərlər isə ona ölüm hökmü kəsib dirəyə mıxladılar. Eh, biz isə ümid edirdik ki, o, İsraili azad edəcək».

      Kleopa və onun yol yoldaşı günün əlamətdar hadisələri — mələklərin peyda olması, sərdabənin boş qalması barədə danışır və bu xəbərlərin onları çaşbaş saldığını etiraf edirlər. Bu adam isə onları məzəmmət edir: «Ey ağılsızlar və peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! Məgər Məsih bu əzablara qatlaşmalı və sonra şöhrətə yetişməli deyildi?» Sonra Müqəddəs Yazılarda Məsihlə bağlı deyilənləri onlara izah edir.

      Nəhayət, onlar kəndə çatırlar. Amma bu qərib özünü elə aparır ki, guya yoluna davam edir. Şagirdlər ondan daha çox şey eşitmək arzusu ilə təkid edirlər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». O, onlarla şam yeməyinə qalır. O dua edir və çörəyi bölüb onlara verir. Şagirdlər bundan başa düşürlər ki, bu adam İsadır. Həmin andaca İsa qeyb olur.

      İndi onlar qərib adamın bu qədər şeyi haradan bildiyini yaxşı anlayırlar. Onlar deyirlər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» Onlar vaxt itirmədən qalxıb Yerusəlimə yola düşürlər. Orada həvariləri və onlarla birlikdə olan başqa adamları görürlər. Kleopa ilə yoldaşı ağızlarını açmamış onlar sevincək deyirlər: «Ağa, doğrudan da, dirilib və Şimona görünüb!» Sonra Kleopagil də İsanın onlara göründüyünü danışırlar. Beləliklə, həmin gün İsa ayrı-ayrılıqda şagirdlərinə dörd dəfə görünür.

      Bu an gözlənilmədən İsa beşinci dəfə peyda olur. Şagirdlər yəhudilərdən qorxduqları üçün qapını içəridən qıfıllamışdılar. Buna baxmayaraq, İsa otağın ortasında durub onlara deyir: «Salaməleyküm». Onlar kabus gördüklərini sanıb dəhşətə düşürlər. Amma İsa onlara deyir: «Niyə qorxursunuz və nə üçün ürəyinizdə şübhə oyanır? Əllərimə və ayaqlarıma baxın, bu mənəm. Mənə toxunun və baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var». Şagirdlər isə hələ də inanmırlar.

      İsa özünü tanıtmaq üçün şagirdlərdən soruşur: «Yeməyə bir şeyiniz var?» Qızardılmış balıqdan bir az yedikdən sonra o deyir: «Hələ sizinlə olanda [ölümümdən əvvəl] sizə məhz bu haqda danışmışdım ki, Musanın qanununda, Peyğəmbərlərin kitablarında və Məzmurlarda mənim haqqımda yazılanlar yerinə yetməlidir».

      İsa onlarla bir növ Müqəddəs Kitabı araşdırır: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gün diriləcək, Yerusəlimdən başlayaraq bütün millətlərə onun adı ilə günahların bağışlanması üçün tövbə xəbəri təbliğ olunacaq. Siz bunların şahidi olacaqsınız».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş