Nəğmə 58
Həsr olunma duası
1. Qoy könlüm Rəbbi sevsin,
Hey Ondan hikmət alsın.
Qoy heç sapmasın əqlim,
Can-qəlbdən xidmət edim.
2. Qoy bütün canım-qanım
Əmrinə bağlı qalsın.
Nəğməli dilim mənim
Şahıma həmdlər desin.
3. Həsr etdim mən ömrümü,
Şad edim qoy könlünü.
Mən elə addım atım,
Daim pak qalsın andım.
(Həmçinin baxın: Zəb. 40:8; Yəh. 8:29; 2 Kor. 10:5.)