Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 17 s. 121—127
  • Nəyə görə məktəbdə imanımı bölüşməyə qorxuram?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə məktəbdə imanımı bölüşməyə qorxuram?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Oxşar material
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Vaxtdan necə səmərəli istifadə edim?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Peterin İsanı inkar etməsi
    Gözətçi qülləsi 2008
  • Allah Musa peyğəmbərə xüsusi iş tapşırır
    Gözətçi qülləsi 2012
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 17 s. 121—127

Fəsil 17

Nəyə görə məktəbdə imanımı bölüşməyə qorxuram?

«Dəfələrlə məktəbdə öz imanım haqqında danışmaq imkanım olub. Ancaq hər dəfə bu fürsəti əldən vermişəm» Kamil

«Bir dəfə müəllimə təkamül barədə nə düşündüyümüzü soruşdu. İmanım haqda danışmaq üçün bu, əla şans idi! Amma mən yerimdəcə donub qaldım. Sonra da özümü çox pis hiss etdim» Yasəmən

OLA BİLSİN, Kamil və Yasəmənin hissləri sənə də tanışdır. Bəlkə, sən də onlar kimi Müqəddəs Kitabdan öyrəndiyin həqiqətləri sevir, hətta başqaları ilə bölüşmək istəyirsən, amma söhbətə başlamağa qorxursan. Bəs necə cəsarətli olmaq olar? Növbəti addımları at:

1. Nədən qorxduğunu müəyyən et. İmanın haqqında danışmaq barədə düşünəndə dərhal ağlına dəhşətli səhnələr gələ bilər. Ancaq bəzən qorxunu sadəcə dilə gətirməklə ondan azad olmaq mümkündür.

Növbəti cümləni tamamla:

● Qorxuram ki, məktəbdə imanım haqqında danışmağa başlasam, birdən ․․․․․

Yəqin, digər gənc məsihçilərin də eyni şeyi yaşadıqlarını bilmək sənə təsəlli verəcək. Məsələn, 14 yaşlı Fərid etiraf edir: «Uşaqların məni ələ salıb anormal hesab etmələrindən qorxuram». Əvvəldə adı çəkilən Kamil isə deyir: «Qorxurdum ki, sual versələr, cavab verə bilmərəm».

2. Çətinlikləri qəbul et. Demək olarmı ki, sənin qorxuların tamamilə əsassızdır? Heç də yox. 20 yaşlı Eşli deyir: «Bəzi uşaqlar özlərini elə göstərirdilər, guya, maraqlanırlar, ancaq sonra sözlərimi özümə qarşı istifadə edərək hamının qarşısında ələ salıb gülürdülər». 17 yaşlı Nikolun isə belə bir vəziyyətlə qarşılaşmışdı: «Bir oğlan mənim Müqəddəs Kitabımda bir ayəyə baxmaq istədi, amma həmin ayə onun kitabında başqa cür idi. O dedi ki, mənim Müqəddəs Kitabım dəyişdirilib. Çaşıb qalmışdım, nə deyəcəyimi bilmirdim»a.

Bu kimi vəziyyətlər asanlıqla gözünü qorxuda bilər. Ancaq çətinliklərdən qaçmaq əvəzinə, onları məsihçi həyatının bir hissəsi olaraq qəbul et (2 Timoteyə 3:12). 13 yaşlı Metyu deyir: «İsa şagirdlərinin təqib olunacaqlarını demişdi, buna görə də hamının bizimlə razılaşacağını gözləmək lazım deyil» (Yəhya 15:20).

3. Vəziyyətə müsbət cəhətdən bax. Məgər xoşagəlməz bir hadisədə müsbət cəhət görmək mümkündür? 21 yaşlı Elmiranın fikrincə, mümkündür. O deyir: «Müqəddəs Kitaba hörmət etməyən insana öz etiqadını izah etmək çətindir. Lakin bunun sayəsində insan nəyə inandığını daha yaxşı dərk edir» (Romalılara 12:2).

Fəslin əvvəlində 1 rəqəmi altında yazdıqlarına yenidən nəzər sal. Həmin vəziyyətdə ən azı iki müsbət cəhət görməyə çalış və onları aşağıda yaz.

1 ․․․․․

2 ․․․․․

İpucu: Öz imanını bölüşməyin həmyaşıdlarının təzyiqini necə azalda bilər? Bu, sənin özünə əminliyinə, Yehova Allaha qarşı hisslərinə, eləcə də Onun sənə olan hisslərinə necə təsir edə bilər? (Süleymanın məsəlləri 23:15).

4. Hazırlaş. «Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər», — deyə Süleymanın məsəlləri 15:28 ayəsində yazılır. Çalış, nə deyəcəyin barədə düşünməklə yanaşı, sənə hansı sualları verə biləcəklərini də təxmin edəsən. Həmin mövzular barədə məlumat axtar tap və asanlıqla ifadə edə biləcəyin cavablar hazırla. (127-ci səhifədəki «Belə cavab verərdim» adlı sxemə bax.)

5. Hərəkətə keç! Hazırlaşdın? Bəs indi söhbətə necə başlaya bilərsən? İmanını başqaları ilə bölüşməyi suda üzməyə bənzətmək olar: bəziləri suya yavaş-yavaş girir, digərləri isə birbaşa kəllə vururlar. Bunun kimi, sənin də iki variantın var. Söhbəti əvvəlcə dinlə bağlı olmayan mövzulardan başlaya bilərsən, sanki, suyun isti olub-olmadığını yoxlayırsan. Ancaq əgər birdən nəyinsə alınmayacağından narahat olursansa, onda ən yaxşısı «birbaşa suya kəllə vurmaqdır» (Luka 12:11, 12). «Əslində, həmyaşıdlarımla imanım barədə söhbət etmək düşündüyümdən asan imiş. Sadəcə söhbətə başlamaq kifayətdir!» — deyə 17 yaşlı Endryu qeyd edirb.

6. Uzaqgörən ol. «Uzaqgörən hər gördüyü işi bilir», — deyə Süleyman yazmışdır (Süleymanın məsəlləri 13:16). Suyun dayaz olduğu yerə kələ vurmadığın kimi, mənasız mübahisələrə girişməyə də ehtiyat etməlisən. Unutma ki, «susmağın öz vaxtı, danışmağın öz vaxtı» var (Vaiz 3:1, 7). Hətta bəzən İsa da suallara cavab verməkdən imtina edirdi (Matta 26:62, 63).

Cavab vermək qərarına gəlmisənsə, onda çalış, qısa və nəzakətli danışasan. Məsələn, sinif yoldaşının: «Niyə siqaret çəkmirsən?» — sualına sadəcə: «Bədənimi zəhərləmək istəmirəm», — deyə cavab verə bilərsən. Həmsöhbətinin cavabından asılı olaraq, söhbəti ya davam etdirmək, ya da bitirmək olar.

Bu fəsildə nəzərdən keçirdiyimiz altı addım imanını «müdafiə etməyə həmişə hazır ol»maqda sənə kömək edəcək (1 Peter 3:15). Əlbəttə, bu o demək deyil ki, sən heç vaxt həyəcan keçirməyəcəksən. Ancaq gör 18 yaşlı Aynurə nə deyir: «Əgər sən qorxmağına baxmayaraq, öz imanın haqda danışmağa başlasan, qorxuya üstün gələcək və qələbə sevinci duyacaqsan. Hər şey yaxşı alınanda isə, özünü daha yaxşı hiss edəcəksən. Özündə cəsarət tapıb söhbətə başladığın üçün sevinəcəksən».

NÖVBƏTİ FƏSİLDƏ

Məktəb səni stressə salır? Öhdəsindən necə gələ biləcəyini öyrən.

[Haşiyələr]

a Müqəddəs Kitabı tərcümə edənlər müxtəlif sözlərdən istifadə etmişlər. Lakin onların bəziləri Müqəddəs Kitabı yazıldığı orijinal dildən tam dəqiqliklə tərcümə etməyə çalışmışlar.

b 124-cü səhifədəki «Söhbətə başlamağın üsulu» adlı çərçivəyə bax.

AÇAR AYƏ

“Məsihi bir Ağa kimi ürəyinizdə müqəddəs tutun, sizdən izahat tələb edən hər kəsin qarşısında ümidinizi müdafiə etməyə həmişə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin” 1 Peter 3:15

MƏSLƏHƏT

Sinif yoldaşlarına onların nəyə inanıb, nəyə inanmamalı olduqlarını demək əvəzinə, öz etiqadın barədə əminliklə danış və onun nəyə görə məntiqli olduğuna inandığını izah et.

BİLİRSƏN... ?

Ola bilsin, sinif yoldaşlarından bəziləri Müqəddəs Kitabın əxlaq normalarına uyğun yaşadığına görə yaxşı mənada sənə qibtə edirlər, ancaq etiqadın barədə suallar verməyə utanırlar.

HƏRƏKƏT PLANI!

İmanımı bölüşə biləcəyim sinif yoldaşlarım: ․․․․․

Onları maraqlandıracaq mövzu: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Sinif yoldaşların nəyə görə sənin imanını ələ salırlar?

● Nəyə görə öz mövqeyini izah edərkən əminliklə danışmaq vacibdir?

[126–cı səhifədəki yazı]

“Bir neçə il bundan əvvəl başqa uşaqlardan fərqlənmək istəmirdim. Ancaq sonra başa düşdüm ki, dinim məni bir çox problemlərdən qoruyur. Beləcə əminliyim artdı və mən Yehovanın Şahidi olmağımla fəxr etməyə başladım” Ceyson

[124–cü səhifədəki çərçicə]

Söhbətə başlamağın üsulu

● «Yayı necə keçirməyi planlaşdırırsan?» [Qulaq asdıqdan sonra, öz ruhani planların haqda, məsələn, konqresə getməyi və ya xidmətini genişləndirməyi planlaşdırdığın haqda danış.]

● Xəbərlərdə deyilən hansısa hadisəni danış və soruş: «Eşitmisən..? Bu haqda nə düşünürsən?»

● «Səncə, dünyada baş verən maddi böhran [yaxud başqa bir problem] düzələcək? [Qulaq as.] Nəyə görə belə düşünürsən?»

● «Sən Allaha inanırsan?»

● «Beş ildən sonrakı həyatını necə təsəvvür edirsən?» [Qulaq asdıqdan sonra, öz ruhani məqsədlərin haqda danış.]

[127–ci səhifədəki çərçivə]

(Çərçivəyə nəşrin özündə baxın)

Çərçivə

Belə cavab verərdim

Surətini çıxart!

Məsləhət. Bu sxemin üzərində valideynlərinlə və məsihçi dostlarınla birgə işlə. Sxemi tamamla. Sonra sinif yoldaşlarının daha hansı sualları verə biləcəkləri və sənin onlara necə cavab verəcəyin barədə düşün.

Bitərəflik

Sual

Nəyə görə himn oxumursan? Vətənini sevmirsən?

Cavab

Mən yaşadığım ölkəni sevirəm, ancaq ona ibadət etmirəm.

Növbəti sual

Sabah müharibə olsa, vətənini qorumağa getməyəcəksən?

Cavab

Yox, eynilə başqa ölkələrdən olan milyonlarla Yehovanın Şahidi də əlinə silah alıb bizim ölkəyə qarşı müharibə etməz.

Qan

Sual

Nəyə görə qanköçürmədən imtina edirsən?

Cavab

Mən təhlükəsiz müalicə istəyirəm, qan vasitəsilə isə QİÇS-ə və ya hepatitə yoluxmaq təhlükəsi var. Həmçinin mən Müqəddəs Kitabın qandan çəkinmək əmrinə əməl edirəm.

Növbəti sual

Bəs əgər həyatın üçün təhlükə yaransa və sən qan vurdursan, Allah səni bağışlamayacaq?

Cavab

․․․․․

Şəxsi qərar

Sual

Sizin o yola gedən bir nəfəri tanıyıram, o, filan-filan şeyi etmişdir. Bəs sənə niyə olmaz?

Cavab

Allah heç kimi Ona itaət etməyə məcbur etmir, O, sadəcə Öz qanunlarını öyrədir. Necə hərəkət edəcəyinə hər kəs özü qərar verir.

Növbəti sual

Onda elə çıxır, sizin dində ayrı-ayrı insanlar üçün ayrı-ayrı normalar var?

Cavab

․․․․․

Yaradılış

Sual

Nəyə görə təkamülə inanmırsan?

Cavab

Bir halda ki, bu sahənin alimləri heç özləri buna əmin deyillər, mən niyə inanmalıyam?

Növbəti sual

․․․․․

Cavab

․․․․․

[125–ci səhifədəki şəkil]

İman haqqında söhbətə başlamaq üzməyə bənzəyir: suya yavaş-yavaş girmək də olar, birbaşa kəllə vurmaq da

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş