Nəğmə 57
Qəlbimdəki düşüncələr
1. Qəlbdən keçən fikirlərim
Ya Rəbb, Səni məmnun etsin.
Gecə-gündüz, hey düşünüm,
Haqq yolunda qalım mətin.
Qəlbim dərddən sıxılanda
Yuxu getməz heç gözümə.
O an Səni düşünərəm,
Su səpilər ürəyimə.
2. Nəcib, saleh və şərəfli
Olsun bütün fikirlərim.
Doğru, təmiz niyyət ilə
Qoy döyünsün mənim qəlbim.
Ya Rəbb, Sənin fikirlərin
Sərvətdir, heç saya gəlməz.
Sözün ürəyimdə məskun,
Kəlamına sevgim sönməz.
(Həmçinin baxın: Zəb. 49:3; 63:6; 139:17, 23; Filip. 4:7, 8; 1 Tim. 4:15.)