Nəğmə 149
Fidyəyə görə minnətdarıq
Çap versiyası
Yehova, lütf etdin, gəldik hüzuruna,
Bənzəməz, İlahi, heç nə Sənin sevginə.
Uğrumuzda fidyə verdin Öz Oğlunu,
Heç vaxt əvəz etməz saysız qurbanlar onu.
(NƏQARƏT)
Məsih canın fəda etdi,
Qanı bizə həyat verdi.
Edərik şükr
Sənə sidq-ürəkdən biz əbədi.
O, könüllü qurban verdi həyatını,
Göstərdi bizə kamil, tükənməz sevgini.
Günah, ölüm əsir etmişdi bizləri,
Fəqət fidyə sonsuz həyat ümidi verdi.
(NƏQARƏT)
Məsih canın fəda etdi,
Qanı bizə həyat verdi.
Edərik şükr
Sənə sidq-ürəkdən biz əbədi.
(Həmçinin baxın: İbr. 9:13, 14; 1 But. 1:18, 19.)