Nəğmə 24
Mükafatda olsun gözün!
1. Kor adam artıq görəcək,
Kar olanlar eşidəcək,
Boş səhra çiçək açacaq,
Yerdən bulaq qaynayacaq,
Şikəst yerdən sıçrayacaq,
Hicran, ölüm olmayacaq,
Zaman gəlir, bax gör özün,
Olsun mükafatda gözün.
2. Lal dil açıb danışacaq,
Qocalar cavanlaşacaq,
Yer məhsulun bol verəcək,
Yaxşılıqlar bitməyəcək,
Nəğmə eli bürüyəcək,
Sevinc sülhə qarışacaq.
Dirilənlə görüşməkçün,
Olsun mükafatda gözün.
3. Qurd quzuyla otlayacaq,
Ayı, inək dost olacaq,
Uşaq onları güdəcək,
Ona xətər dəyməyəcək.
Gözlərdən yaş silinəcək,
Ağrı-acılar bitəcək.
Allahın işini düşün,
Olsun mükafatda gözün.
(Həmçinin baxın: Yeşaya 11:6-9; 35:5-7; Yəh. 11:24.)