Suallar qutusu
◼ Yehovanın Şahidləri, Cəmiyyət tərəfindən istehsal olunmayan audiokaset və kompakt–disklərə necə münasibət göstərirlər?
Cəmiyyət başqa üsullarla yanaşı audiokaset və kompakt–disklər vasitəsilə də çoxlu ruhani qida təqdim edir. Bə’zi dillərdə Müqəddəs Kitabın və Cəmiyyətin bə’zi nəşrlərinin, məsələn, “Gözətçi Qülləsi”, “Oyanın!”, “Mənim Müqəddəs Kitab hekayələri kitabım” və “Böyük Müəllimi dinləyin” kimi nəşrlərin audiokasetləri mövcuddur. Həmçinin Padşahlıq melodiyaları və bir neçə dramların audiokasetləri də hazırlanmışdır. Ancaq əldən–ələ keçən və düşündüyümüzə görə eyni məzmuna malik olan əldə yazdırılmış şəxsi audiokasetlərlə ehtiyatlı olmalıyıq. E’tibarlı qardaşlıq bağlarına malik olduğumuza görə, bə’ziləri dinləmək üçün başqalarından audiokaset aldıqda bu kasetlərin harada yazıldığını aydınlaşdırmaya da bilərlər.
Bə’zən məzmunu fərziyyələrə yaxın olan və ya özünə sensasion mə’lumat daxil edən mə’ruzələr yayılır. Bu səbəbdən Pavelin 2 Timoteyə 3:14 ayəsində yazılan məsləhətinə qulaq asmaq müdriklik olmazmı? Pavel yalançılar haqda xəbərdarlıq edərkən, dinlədiyimiz şəxslərin kim olduğunu bilməyin vacibliyini vurğulamışdır. Əmin olmalıyıq ki, dinlədiyimiz hər hansı mə’lumat, Müqəddəs Kitabda və “sadiq qulun” təqdim etdiyi nəşrlərdə yazılanın həddini aşmasın (1 Kor. 4:6; Mat. 24:45–47).
Bə’zi ərazilərdə uşaqlarla Müqəddəs Kitab öyrənməsi keçirmək üçün audiokasetlər reklam edir və satırlar. İddia etdiklərinə görə bu kasetlər qardaşlar tərəfindən hazırlanmış və artıq bə’zi yığıncaqlarda yayılmaqdadır. Niyyətləri yaxşı olsa da, bu, teokratik əlaqələrdən şəxsi xeyir üçün istifadə etməyə bənzər bir şey deyilmi? Uşaqlarımıza tə’lim vermək üçün Yehovanın təşkilatı Müqəddəs Kitaba əsaslanan kifayət sayda vəsait təqdim edir. Bunun üçün biz bu cür kasetlərin yayılmasını dəstəkləmirik.
Kimsə şəxsən özü üçün yığıncaq və ya konqres proqramlarını kasetə yazdıra bilər. Bu cür kasetlər, yığıncaqda üzürlü səbəblərdən iştirak edə bilməyənlər üçün də faydalı ola bilər. Lakin bu kasetləri qardaşlar arasında yaymaq və ya satış üçün təklif etmək lazım deyil. Gəlin, ruhani inkişafımız və ruh yüksəkliyimiz üçün Yehovanın öz təşkilatı vasitəsilə verdiyi hər bir şeydən tam surətdə istifadə edək.