Maarifləndirən və ruhlandıran film!
1951-ci ilin aprel ayı idi. Minlərlə Yehovanın Şahidlərini ailəlikcə bir yerə toplamış, yük vaqonlarına mindirib Sibirə sürgün etmişdilər. Qüdrətli Sovet hökuməti onları nəyə görə məhv etməyə çalışırdı? Yehovanın Şahidləri həmin vəziyyətdən necə sağ çıxmış və on illər ərzində davam edən amansız tə’qiblərə baxmayaraq, onlar bu gün nəyə görə inkişaf etməkdədirlər? Bu sualların cavabını, “Sınaqlar zamanı sadiq qalanlar. Yehovanın Şahidləri Sovet İttifaqında” adlı filmdə tapa bilərsiniz. Bu filmə baxın və qoy bu film sizi, müxtəlif sınaqlarla qarşılaşarkən Yehovaya sadiqliyinizi qoruyub saxlamağa təşviq etsin!
Bu suallara cavab verə bilərsinizmi? 1) Yehovanın Şahidləri Rusiyada ilk dəfə nə zaman rəsmi olaraq tanınmışlar? 2) Necə oldu ki, İkinci Dünya müharibəsindən əvvəl və sonra minlərlə Yehovanın Şahidləri Sovet İttifaqı ərazisində yaşamalı oldular? 3) Onların imanları marksizm-leninizm fəlsəfəsinə nədə zidd gedirdi? 4) “Şimal əməliyyatı” nədən ibarət idi və bu əməliyyatın vasitəsilə Stalin nəyə nail olmaq istəyirdi? 5) Sürgün edilmiş Şahidləri nə gözləyirdi və sürgündən qaçınmaq üçün onlara hansı üsulu təklif edirdilər? 6) Sibirə aparan uzun yol boyu bacı-qardaşlarımız bir-birlərini necə ruhlandırırdılar və onları müşayiət edən əsgərlər nəyə təəccüb edirdilər? 7) Onlar Sibirdə hansı əziyyətlərə tab gətirməli oldular? 8) Qardaşlar Yehovadan aldıqları hansı ruhani yardımı yüksək qiymətləndirirdilər və nəyə görə? 9) Nəyə görə qardaşlarımız ədəbiyyatlardan ötrü həyatlarını təhlükəyə atmağa belə hazır idilər və hakim dairələrin qarşıdurmalarına baxmayaraq, ədəbiyyat əldə etməyə necə müvəffəq olurdular? 10) Allahın xalqını Xruşşovun dövründə tə’qib etməyə necə davam edirdilər? 11) Hakim dairələr Yehovanın Şahidlərinin uşaqlarının imanını hansı üsullarla sındırmağa çalışırdılar? 12) Tə’qib olunmalarına dair qardaşların hansı aydın anlayışları vardı? (2002-ci il üçün “Yehovanın Şahidlərinin illik məcmuəsi”, səh. 203, 204, rus.) 13) Allahın təşkilatı üzərinə edilən kütləvi hücumlar, necə tamamilə əks nəticələrə gətirib çıxardı? (2002-ci il üçün “Yehovanın Şahidlərinin illik məcmuəsi”, səh. 220, 221, rus.) 14) Keçmiş Sovet İttifaqında yaşayan Yehovanın Şahidlərinin hansı arzuları həyata keçdi? 15) Sadiq qalmaqda qardaşlarımıza nə kömək etdi və filmin son kadrları Yeremya 1:19 ayəsindəki sözlərin doğruluğunu necə təsdiq edir? 16) Sınaqlar zamanı kimin sədaqətinin səni xüsusilə ruhlandırdığını söylə.