Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Müqəddəs Yazıların kitabı nömrə 25 Mərsiyələr
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
    • göstərilir (Mərs. 1:2 — Yer. 30:14; Mərs. 2:15 — Yer. 18:16; Mərs. 2:17 — Lev. 26:17; Mərs. 2:20 — Qanun. t. 28:53). Bundan əlavə «Mərsiyələr»in məzmunu Qanunun təkrarı 28:63-65 ayələrinin yerinə yetməsinin parlaq sübutudur. Kitabda, həmçinin Müqəddəs Yazıların digər hissələrinə bir sıra istinadlar edilir (Mərs. 2:15 — Məz. 48:2; Mərs. 3:24 — Məz. 119:57). Daniel 9:5-14 ayələri xalqın öz günahları ucbatından fəlakətə uğradığını göstərərək, Mərsiyələr 1:5 və 3:42 ayələrindəki fikri təsdiqlə­yir.

      15 Yerusəlimin faciəsi necə də böyükdür! Bunlara baxmayaraq, «Mərsiyələr» kitabında Yehovanın Öz sevgi dolu xeyirxahlığını və mərhəmətini göstərəcəyinə, Sionu xatırlayacağına və onu qaytaracağına əminlik səslənir (Mərs. 3:31, 32; 4:22). Kitabda Davud və Süleymanın Yerusəlimdə padşahlıq etdikləri zamana, yə’ni ‘əvvəlki günlərə qayıdacaqlarına’ ümid ifadə olunur. Yehovanın Davudla kəsdiyi əbədi padşahlıq əhdi hələ də qüvvədə qalır! «Rəbbin... mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir». Yehova mərhəmətini saleh Padşahlığın rəhbərliyi altında bütün canlıların minnətdarlıqla «Rəbb mənim nəsibimdir» deyə nida edəcəkləri vaxta qədər Onu sevənlərə göstərəcək (5:21; 3:22-24).

  • Müqəddəs Yazıların kitabı nömrə 26 Yezekel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
    • Müqəddəs Yazıların kitabı nömrə 26 Yezekel

      Yazan: Yezekel

      Yazıldığı yer: Babil

      Yazılması başa çatıb: b. e. ə. təx. 591-ci il

      Əhatə etdiyi vaxt: b. e. ə. təx. 613-591-ci illər

      ERAMIZDAN əvvəl 617-ci ildə Yəhuda padşahı Yehoyakin Yerusəlimi Navuxodonosora təslim etdi. Navuxodonosor ölkənin adlı-sanlı adamlarını əsir apardı, mə’bədin və padşahın evinin xəzinələrini talan etdi. Əsir aparılanlar arasında padşahın ailəsi, ə’yanlar, igid döyüşçülər, sənətkarlar, ustalar, o cümlədən, Buzinin oğlu kahin Yezekel də var idi (2 Padşahlar 24:11-17; Yezekel 1:1-3). Əsir aparılan yəhudilər təpələr, bulaqlar, vadilər ölkəsindən ucsuz-bucaqsız düzəngah ölkəsinə olan yorucu səyahətlərini qəm-qüssə içində başa vurdular. Onlar indi Kevar çayı sahilində, qüdrətli imperiyanın düz mərkəzində, onlara yad adət-ən’ənəli bütpərəst xalqların əhatəsində yaşayırdılar. Navuxodonosor israillilərə ev tikməyə, nökər-qaravaş saxlamağa və özləri üçün işləməyə icazə verdi (Yezekel 8:1; Yeremya 29:5-7; Ezra 2:65). Güzəranlarının yaxşı olması özlərinin əməksevərliyindən asılı idi. Görəsən onlar Babil dinlərinin və var-dövlətin tələsindən özlərini qoruya biləcəkdilərmi? Yenə də Yehovaya qarşı üsyan edəcəkdilər, yoxsa sürgünü Onun verdiyi cəza kimi qəbul edəcəkdilər? Sürgündə onları yeni-yeni sınaqlar gözləyirdi.

      2 Yerusəlimin məhvinə gətirib çıxaran bu çətin illər ərzində Yehova peyğəmbərsiz keçinmir, onları xalqının yanına göndərirdi. Yeremya Yerusəlimdə qaldı, Daniel Babil sarayında xidmət edirdi, Yezekel isə Babilistana sürgün olunmuş yəhudilər arasında peyğəmbərlik edirdi. Yezekel həm kahin, həm də peyğəmbər idi. Yeremya, sonralar isə Zəkəriyyə bu şərəfə layiq görülmüşdülər (Yez. 1:3). Kitab boyunca Yezekelə 90 dəfə ‘bəşər oğlu’ deyə müraciət olunur, bu isə onun peyğəmbərliyini tədqiq edənlər üçün vacib məqamdır. Belə ki, Yunanca Müqəddəs Yazılarda İsa da buna bənzər şəkildə təxminən 80 dəfə ‘İnsan Oğlu’ adlanır (Yez. 2:1; Mat. 8:20). Yezekel (ibranicə Yexezqel) ‘Allah möhkəmləndirir’ deməkdir. Yehova Yezekeli Yehoyakinin sürgün edilməsinin beşinci ili, b. e. ə. 613-cü ildə peyğəmbər tə’yin etdi. Kitabda oxuduğumuz kimi 22 il keçəndən sonra, sürgünün 27-ci ilində Yezekel hələ də peyğəmbərlik edirdi (Yez. 1:1, 2; 29:17). O evli idi, ancaq Navuxodonosor sonuncu dəfə Yerusəlimi mühasirəyə alan gün arvadı ölmüşdü (24:2,18). Özünün nə zaman və necə öldüyü haqda isə heç bir mə’lumat yoxdur.

      3 Adını daşıyan kitabı Yezekelin yazdığına və Müqəddəs Yazılarda özünün qanuni yerini tutduğuna heç bir şübhə yoxdur. Kitab, Ezranın günlərində Müqəddəs Yazılara daxil edilmişdir. Məsihçiliyin ilk dövrlərinə aid olan arayış kitablarında, xüsusilə də Origenin tərtib etdiyi kanonda ona rast gəlinir. Həmçinin onun həqiqiliyini orada istifadə edilən obrazlarla, «Yeremya»dakı və «Vəhy»dəki obrazların heyranedici tərzdə oxşar

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş