Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həqiqi dini necə tapmaq olar
    Sən Allahın dostu ola bilərsən!
    • DƏRS 10

      Həqiqi dini necə tapmaq olar?

      Əgər Allahın dostu olmaq istəyirsənsə, Onun bəyəndiyi dinə etiqad etməlisən. İsa demişdi ki, Allaha düzgün ibadət edənlər həqiqətə uyğun ibadət edəcəklər (Yəhya 4:23, 24). Allaha ibadət etmək üçün yalnız bir doğru yol var (Efeslilərə 4:4—6). Həqiqi din əbədi həyata, yalan din isə ölümə aparır (Mətta 7:13, 14).

      Bir neçə kişi qonşuluqda yaşayan Yehovanın Şahidini müşahidə edir

      Həqiqi dini, ona etiqad edənləri müşahidə etməklə tanıya bilərsən. Yehova yaxşı Allah olduğu üçün, Onun əsl xidmətçiləri də yaxşı insan olmalıdırlar. Yaxşı alma ağacı yaxşı alma gətirdiyi kimi, həqiqi dinin də bəhrəsi yaxşı adamlardır (Mətta 7:15—20).

      Yehovanın dostları Müqəddəs Kitaba dərin hörmət göstərirlər. Onlar Müqəddəs Kitabın Allahdan gəldiyini bilirlər. Bu adamlar Müqəddəs Kitabdan Allah haqqında bilik alırlar. Onlar orada deyilənlərin həyatlarına rəhbərlik göstərməsinə, problemlərini həll etməsinə izin verirlər (2 Timutiyə 3:16). Onlar təbliğ etdikləri həqiqətə uyğun yaşamağa çalışırlar.

      Yehovanın dostları bir-birlərini sevirlər. İsa Allah haqqında öyrətməklə və xəstələri sağaltmaqla adamlara məhəbbət göstərirdi. Həqiqi dinə etiqad edənlər də başqalarını sevirlər. İsa kimi onlar da özlərini kasıblardan və ya başqa xalqların nümayəndələrindən üstün tutmurlar. İsa demişdi ki, insanlar onun şagirdlərini aralarındakı məhəbbətə görə tanıyacaqlar (Yəhya 13:35).

      Allahın dostları Onun «Yehova» adına ehtiramla yanaşırlar. Kimsə səni adınla çağırmaq istəməsə, o, sənin yaxın dostun ola bilər? Yox! Əgər bizim dostumuz varsa, onu adı ilə çağırır və başqalarına onun barəsində ancaq yaxşı şeylər danışırıq. Eləcə də Allahın dostu olmaq istəyənlər Onun adını çağırmalı və haqqında başqalarına danışmalıdırlar. Yehova bizdən bunu gözləyir (Mətta 6:9; Romalılara 10:13, 14).

      Allahın dostları da, İsa kimi, insanlara Allahın Padşahlığı barəsində öyrədirlər. Allahın Padşahlığı yer üzünü Cənnətə döndərəcək səmavi hökumətdir. Allahın dostları Padşahlıq haqqındakı bu xoş xəbəri başqaları ilə bölüşürlər (Mətta 24:14).

      Yehovanın Şahidləri Allahla dost olmağa çalışırlar. Onlar Müqəddəs Kitaba hörmət bəsləyir və bir-birlərini sevirlər. Həmçinin onlar Allahın adını çağırır, bu ada böyük hörmətlə yanaşır və başqalarına Allahın Padşahlığı haqqında öyrədirlər. Bu gün yer üzündə həqiqi dinə Yehovanın Şahidləri etiqad edirlər.

  • Yalan dini rədd et!
    Sən Allahın dostu ola bilərsən!
    • DƏRS 11

      Yalan dini rədd et!

      Şeytan və onun cinləri sənin Allaha xidmət etməyini istəmirlər. Onlar hər kəsi Allahdan uzaqlaşdırmaq istəyirlər. Necə? Məsələn, yalan din vasitəsilə (2 Korinflilərə 11:13—15). Yalan din Müqəddəs Kitab həqiqətlərini öyrətmir. Yalan din saxta pul kimidir. Belə pul həqiqi pula bənzəyir, lakin dəyəri yoxdur. O həm də adamın başına bəla gətirə bilər.

      Ər–arvad kilsədə dua edir

      Həqiqət Allahı Yehova dini saxtakarlığı heç vaxt bəyənməyəcək. İsa yer üzündə olanda bir dinin nümayəndələri onu öldürmək istəyirdilər. O insanlar elə düşünürdülər ki, düzgün ibadət edirlər. Onlar belə deyirdilər: «Bizim bir Atamız var, o da Allahdır». İsa onlarla razılaşdı? Yox! O dedi: «Sizin atanız İblisdir» (Yəhya 8:41, 44). Bu gün bir çox adam Allaha ibadət etdiyini düşünür, əslində isə Şeytana və onun cinlərinə xidmət edir (1 Korinflilərə 10:20).

      Çürük ağac pis meyvə gətirdiyi kimi, yalan din də pis işlər görən insan yetişdirir. Adamların törətdiyi pis işlərin ucbatından dünya əzab-əziyyətlə doludur. Hər yanda əxlaqsızlıq, dava-dalaş, oğurluq, zülm, qətl və zorlama halları baş alıb gedir. Bu pis işləri görən adamların bir çoxu hansısa bir dinə etiqad edir, amma bu dinlər adamları yaxşı işlərə sövq etmir. Pis işlərdən əl çəkməsələr, onlar Allahla dostlaşa bilməzlər (Mətta 7:17, 18).

      Yalan din bütlərə dua etməyi öyrədir. Allah bütlərə dua etməyi qadağan edir. Bu ağlabatandır. Kimsə sənin əvəzinə daima şəklinlə söhbət etsə xoşuna gələr? Belə adam sənə əsl dost ola bilər? Yox, ola bilməz. Yehova istəyir ki, insanlar cansız müqəvvalarla və ya şəkillərlə yox, Onunla danışsınlar (Çıxış 20:4, 5).

      Silahlı əsgərlər

      Yalan din öyrədir ki, müharibədə adam öldürmək günah sayılmır. İsa demişdi ki, Allahın dostları arasında məhəbbət olmalıdır. Biz sevdiyimiz adamları öldürmürük (Yəhya 13:35). Pis adamları da öldürmək olmaz. Düşmənləri İsanı həbs etməyə gələndə o qoymadı ki, şagirdləri onu müdafiə etsinlər (Mətta 26:51, 52).

      Yalan din pis adamların cəhənnəmdə əzab çəkəcəyini öyrədir. Müqəddəs Kitab isə öyrədir ki, günah ölümə aparır (Romalılara 6:23). Yehova məhəbbət Allahıdır. Heç sevən Allah adamlara əbədi əzab verər? Qətiyyən yox! Cənnətdə təkcə bir din, Yehovanın bəyəndiyi din olacaq (Vəhy 15:4). Şeytanın uydurmalarına əsaslanmış bütün dinlər yox olacaq.

  • İnsan öləndə nə baş verir?
    Sən Allahın dostu ola bilərsən!
    • DƏRS 12

      İnsan öləndə nə baş verir?

      Ölüm həyatın tam əksidir. O dərin yuxu kimidir (Yəhya 11:11—14). Ölülər bir şey eşitmir, görmür, danışmır və düşünmürlər (Vaiz 9:5, 10). Yalan din öyrədir ki, ölülər başqa dünyaya köçürlər. Müqəddəs Kitab isə bunu öyrətmir.

      İsa peyğəmbər Yairin qızını dirildir

      Ölülərin bizə nə köməyi, nə də zərəri dəyə bilər. Ölüləri razı salmaq xatirinə mərasim qurmaq, ehsan vermək geniş yayılıb. Bu adətlər Şeytanın uydurmalarına əsaslandığı üçün Allaha xoş deyil. Bunların ölülərə də heç bir xeyri yoxdur, çünki onlar artıq cansızdırlar. Biz ölülərdən qorxmamalı və onların «ruhunu şad etməyə» çalışmamalıyıq. Yalnız Allaha ibadət etməliyik (Mətta 4:10).

      Ölülər yenidən yaşayacaqlar. Yehova ölüləri yer üzündə, Cənnətdə yaşamaq üçün oyadacaq. Bu gələcəkdə olacaq (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15). Sən yatmış adamı yuxudan oyada bildiyin kimi, Yehova da ölüləri dirildə bilər (Mark 5:22, 23, 41, 42).

      Öləndən sonra insanın ruhunun guya yaşaması, Şeytan İblisin yaydığı uydurmadır. Şeytan və onun cinləri insanları ölülərin ruhunun yaşadığına və yaxınlarının həyatına təsir göstərdiklərinə inandırırlar. Bəzən Şeytan adamları yuxu və görüntülər vasitəsilə də aldadır. Yehova ölülərlə danışmağa cəhd göstərənləri mühakimə edir (Qanunun təkrarı 18:10—12).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş