Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • «Həvarilər və ağsaqqallar... toplaşdılar»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
    • Sila və Yəhuda Suriya Antakyasında tumarı oxuyub yığıncağı ruhlandırır.

      V BÖLMƏ • HƏVARİLƏRİN İŞLƏRİ 15:1—35

      «Həvarilər və ağsaqqallar... toplaşdılar»

      HƏVARİLƏRİN İŞLƏRİ 15:6

      Yığıncaqlarda sülhü və birliyi təhlükə altına alan mübahisəli bir məsələ meydana çıxır. Bu məsələnin həllində yığıncaqlar rəhbərlik üçün kimə üz tutacaqlar? Bu bölmədə birinci əsrdəki yığıncağın necə təşkil olunduğunu və Allahın müasir xalqının ondan necə nümunə götürdüyünü dərindən araşdıracağıq.

      Rayon nəzarətçisi yığıncaqda nitqlə çıxış edir.
  • «Ciddi fikir ayrılığı yarandı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
    • İUDAİZM TƏRƏFDARLARI

      Birinci əsrdəki rəhbərlik şurası sünnət məsələsini həll etdikdən sonra da özlərini məsihi adlandıran bəzi şəxslər inadla bu məsələni bağlamırdılar ki bağlamırdılar. Həvari Bulus onları «Məsih haqqındakı müjdəni təhrif etmək» istəyən «yalançı qardaşlar» adlandırmışdı (Qal. 1:7; 2:4; Tit. 1:10).

      Görünür iudaizmin tərəfdarları belə etməklə istəyirdilər ki, yəhudiləri sakitləşdirsinlər, bununla da onların məsihiliyə amansız müqavimətlərinin qarşısını alsınlar (Qal. 6:12, 13). İudaizm tərəfdarları iddia edirdilər ki, yemək, sünnət və yəhudi bayramları kimi məsələlərdə Musanın qanununa riayət etməklə saleh sayılmaq mümkündür (Kol. 2:16).

      Aydın məsələdir ki, bu cür fikirlərlə razılaşanlar qeyri-yəhudilərdən olan dindaşlarının yanında özlərini narahat hiss edirdilər. Təəssüf ki, yəhudilərdən olan hətta bir neçə nüfuzlu məsihi də bu tora düşmüşdü. Məsələn, Yerusəlim yığıncağından gələn qardaşlar Antakyadakı yığıncaqlara baş çəkəndə qeyri-yəhudi qardaşlardan uzaq dururdular. Hətta o vaxta kimi qeyri-yəhudilərlə çəkinmədən ünsiyyət edən Butrus da onlardan uzaq durmağa, onlarla yemək belə yeməməyə başladı. Bəli, o, əvvəllər müdafiə etdiyi prinsipləri tapdaladı. Nəticədə, Bulus Butrusa ciddi məsləhət verməli oldu (Qal. 2:11—14).

Azərbaycan nəşrləri (1992-2026)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş