Nəğmə 97
Padşahlıq müjdəçiləri, irəli!
1. Gedək irəli, vəz edək biz
Müjdə aləmə çatsın.
Kömək eyləyək məhəbbətlə
Həlim qoy nicat tapsın.
Xidmət Allahdan bir şərəfdir
Onun Sözünü gəl yayaq.
Təbliğ eyləyək mətanətlə,
Rəbbin adını ucaldaq.
(NƏQARƏT)
Vəz et şövqlə cümlə-cahanda
Qoy yayılsın müjdə.
Vəz et, hər vaxt qal sadiq
Yehovanın tərəfində.
2. Sadiq şahidlər can atırlar
Həyat mükafatına.
Məsih onlara bir örnəkdir.
Edirlər vəz şadyana.
Rəbbin padşahlıq müjdəsidir
Bütün dərdlərin çarəsi.
Ona güvənib car çəkirik,
Olsun Allahın rizası.
(NƏQARƏT)
Vəz et şövqlə cümlə-cahanda
Qoy yayılsın müjdə.
Vəz et, hər vaxt qal sadiq
Yehovanın tərəfində.
3. Göylər ümidi olanlarla
Gərək bir addımlayaq.
Qoca, ya cavan fərq etməz heç,
Birgə irəli gedək.
Rəbbə ibadət müqəddəsdir
Xidmət itirməz dəyərin.
Təmiz, layiqli əməllərlə
Qəlbi sevinər Allahın.
(NƏQARƏT)
Vəz et şövqlə cümlə-cahanda
Qoy yayılsın müjdə.
Vəz et, hər vaxt qal sadiq
Yehovanın tərəfində.
(Həmçinin baxın: Zəb. 23:4; Həv. 4:29, 31; 1 But. 2:21.)