NƏĞMƏ 78
Allahın sözünü öyrədək
Çap versiyası
1. Xoşbəxtdir kim Rəbbin Sözün
Sevinclə öyrədir.
Bu bənzərsiz əmək ona
Böyük fayda verir.
Örnək alırıq Məsihin
Təlim üsulların.
Şagird yaxşı bəhrə verdikcə,
Rəbbə olur yaxın.
2. Rəbbin Sözün biz oxuyub
Tapdıq orda sərvət.
Dəvət edək biz hər kəsi,
Alsın onlar hikmət.
Hər öyrənən insan üçün
Gərək olaq örnək.
Savab işlər görməklə daim
Rəbbin elmin yayaq.
3. Sözü tədris etmək üçün
Allah ruhun verir.
Kömək üçün dua edək,
O, mütləq eşidir.
Heyranıq bu xəzinəyə,
Ordadır həqiqət.
Şagirdləri qəlbdən sevək biz,
Alsın bu iş vüsət.
(Həmçinin baxın: Zəb. 119:97; 2 Tim. 4:2; Tit. 2:7; 1 Yəh. 5:14.)