Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr19 may s. 1—3
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
  • Başlıqlar
  • 6—12 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 4—6
  • «Biz ruhdan düşmürük»
  • it-1-E s. 724, 725
  • Dözüm
  • Hikmət xəzinəsindən incilər
  • w12-E 1/2 s. 28, 29
  • «Yehovanı sevindirin»
  • 13—19 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 7—10
  • «Yardım işi»
  • w98-E 1/11 s. 25, abz. 1
  • «Allah gülərüzlə verəni sevir»
  • Hikmət xəzinəsindən incilər
  • g99-E 8/7 s. 20, 21
  • Qürurlu olmaq pisdir?
  • 20—26 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 11—13
  • «Bulusun cisminə batırılan tikan»
  • w08 15/6 s. 3, 4
  • Zəifliyə baxmayaraq, güclü ola bilərik
  • it-2-E s. 587, abz. 3
  • Bulus
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 177
  • Öpüş
  • 27 MAY — 2 İYUN
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 880
  • Qalatiyalılara məktub
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
mwbr19 may s. 1—3

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

6—12 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 4—6

«Biz ruhdan düşmürük»

it-1-E s. 724, 725

Dözüm

Gələcəyə ümidi, günahsız vəziyyətdə əbədi yaşamaq ümidini yaddan çıxarmamaq çox vacibdir. Əleyhdarlar həyatımıza son qoysalar da, bu ümidi əlimizdən ala bilməzlər (Rm 5:4, 5; 1Sk 1:3; Vh 2:10). Həmin möhtəşəm ümid gerçəkləşəndə indi çəkilən əziyyətlər adamın gözünə heç nə kimi görünəcək (Rm 8:18—25). Nə qədər şiddətli olursa-olsun, hər bir əziyyət əbədiyyətlə müqayisədə qısamüddətli və yüngüldür (2Kr 4:16—18). İnsan sınaqların müvəqqəti olduğunu yadında saxlasa və sahib olduğu ümiddən möhkəm yapışsa, məyusluğa qapılmaz və Yehova Allaha sədaqətindən dönməz.

Hikmət xəzinəsindən incilər

w12-E 1/2 s. 28, 29

«Yehovanı sevindirin»

Rəhbərlik Şurasının üzvü olan Devid Spleyn bu mövzunu araşdırdı (2 Korinflilərə 4:7). Xəzinə nədir? Bilikdir, bəlkə, hikmətdir? «Xeyr, — deyə o cavab verdi. — Həvari Bulusun danışdığı xəzinə insanlara həqiqəti açmaqdan ibarət olan xidmətimizdir» (2 Korinflilərə 4:1, 2, 5). Spleyn qardaş şagirdlərə xatırlatdı ki, dərs oxumaqla keçirdikləri beş ay onları alacaqları xüsusi təyinat üçün hazırlayıb. Onlar bu təyinatın qədrini bilməlidirlər.

Natiq izah etdi ki, saxsı qablar bizim cismani bədənimizi bildirir. O, gildən düzəldilmiş qabı qızıl qabla müqayisə etdi. Qızıl qabı, adətən, tez-tez işlətmirlər. Saxsı qabları isə işlətmək üçün düzəldirlər. Biz xəzinəni qızıl qaba qoysaq, qabın içindəki xəzinə qədər qabın özünə də diqqət yetirərik. Spleyn qardaş şagirdlərə müraciət edib dedi: «Siz diqqəti özünüzə cəlb etməməlisiniz. Xüsusi təyinatlı müjdəçi olaraq insanları Yehovaya yönəltməlisiniz. Siz sadə saxsı qablarsınız».

13—19 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 7—10

«Yardım işi»

w98-E 1/11 s. 25, abz. 1

«Allah gülərüzlə verəni sevir»

Bulus korinflilərə makedoniyalılardan danışdı. Onlar yardım işində canla-başla iştirak etmişdilər. Bulus yazırdı: «Onlar əziyyətlərlə dolu ağır sınaqla üzləşərkən, yoxsul olmalarına baxmayaraq, hədsiz sevinc və böyük səxavət nümayiş etdirdilər». Makedoniyalıları buna məcbur etmək lazım gəlməmişdi. Əksinə, Bulus deyirdi ki, onlar «dönə-dönə xahiş etdilər ki, onlar da bəxşişlər verib müqəddəslərə yardım işində iştirak etsinlər» (2 Korinflilərə 8:2—4). Makedoniyalıların gülərüzlə səxavət göstərməsi xüsusilə diqqətəlayiqdir, çünki onlar özləri də yoxsulluq içində idilər (2 Korinflilərə 8:2—4).

Hikmət xəzinəsindən incilər

g99-E 8/7 s. 20, 21

Qürurlu olmaq pisdir?

İncildə qürurlanmaq, lovğalanmaq, sevinmək kimi tərcümə olunan kauxaomay feili həm mənfi, həm də müsbət mənada işlənir. Məsələn, Bulus deyir ki, «Allah bizi şərəfə çatdıracaq. Buna görə də gəlin sevinək». O həmçinin məsləhət görürdü: «Öyünən qoy Yehova ilə öyünsün» (Romalılara 5:2; 2 Korinflilərə 10:17). Bu o deməkdir ki, Yehovanın Allahımız olmasından qürur duymalıyıq. Qürur duyduğumuz üçünsə Allahın müqəddəs adına və nüfuzuna görə sevinirik.

20—26 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 11—13

«Bulusun cisminə batırılan tikan»

w08 15/6 s. 3, 4

Zəifliyə baxmayaraq, güclü ola bilərik

Sədaqətlə xidmət edən həvari Bulus Yehovadan xahiş etmişdi ki, «cismindəki tikanı», yəni ona əziyyət verən problemi aradan qaldırsın. O bu bəladan qurtulmaq üçün üç dəfə Allaha yalvarmışdı. Bu bəlanın nə olduğunu bilmirik, ancaq o bir tikan kimi sancılaraq, Bulusu xidmətin gətirdiyi sevincdən məhrum edə bilərdi. Bulus deyirdi ki, bu tikan ona əzab verirdi. Ancaq Yehova onun xahişinə belə cavab vermişdi: «Lütfüm sənə yetər. Çünki sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir» (2 Korinflilərə 12:7—10). Yehova Bulusun cismindəki tikanı çıxarmadı. Bulus bununla yaşamalı oldu. Amma o dedi: «Mən zəif olanda güclüyəm» (2 Kor. 12:7—10). O nəyi nəzərdə tuturdu?

it-2-E s. 587, abz. 3

Bulus

Bundan bir qədər sonra Butrus Suriyadakı Antakya şəhərinə gəldi və sünnət olunmamış qeyri-yəhudilərlə ünsiyyət etdi. Amma Yerusəlimdən yəhudilər gələndən sonra insan qorxusu ona üstün gəldi və o, qeyri-yəhudilərdən uzaqlaşdı, beləliklə də, ruhun rəhbərliyinə zidd davrandı. Müqəddəs ruh açıq-aydın göstərirdi ki, Allah üçün cismani fərqlərin heç bir mənası yoxdur. Hətta Barnəba da bu təsirə uymuşdu. Bunu görən Bulus cəsarətlə hamının qarşısında Butrusu ifşa etdi, çünki onun davranışı məsihiliyin inkişafına böyük maneə idi (Qt 2:11—14).

Hikmət xəzinəsindən incilər

it-2-E s. 177

Öpüş

«Saf öpüş». İlk məsihilər bir-birini saf öpüşlə (Rom. 16:16; 1 Kor. 16:20; 2 Kor. 13:12; 1 Salon. 5:26), yaxud qardaşlıq məhəbbəti ilə öpürdülər (1 But. 5:14). Ehtimal ki, söhbət eyni cinsli məsihilərdən gedir. Bu cür görüşmək adəti qədim yəhudilərdə də var idi, onlar da bir-birilə öpüşüb görüşürdülər. Müqəddəs Kitabda təfərrüatlar yazılmasa da, «saf öpüş», yaxud «qardaşlıq məhəbbəti ilə öpmək» məsihi yığıncağında hökmranlıq edən saf məhəbbət və birliyi əks etdirirdi (Yəh. 13:34, 35).

27 MAY — 2 İYUN

Hikmət xəzinəsindən incilər

it-1-E s. 880

Qalatiyalılara məktub

Bulus «Ey düşüncəsiz qalatiyalılar!» deyəndə qallardan törəyən və Qalatiyanın şimalında yaşayan etnik qrupu nəzərdə tutmurdu (Qt 3:1). Əksinə, Bulus Qalatiyadakı yığıncaqlardakı bəzi məsihiləri məzəmmət edirdi. Çünki onlar aralarındakı iudaizm tərəfdarlarının təsiri altına düşmüşdülər. Yəhudilər yeni əhdin sayəsində mümkün olan və iman sayəsində saleh sayılmağa çalışmaq əvəzinə, Musanın Qanunu vasitəsilə öz salehlik qaydalarını təsis etməyə çalışırdılar (2:15—3:14; 4:9, 10). Bulusun məktub yazdığı Qalatiya yığıncaqları (1:2) yəhudilərdən və qeyri-yəhudilərdən təşkil olunmuşdu. Qeyri-yəhudilərin içində həm sünnət olunmuş prozelitlər, həm də sünnət olunmamış adamlar var idi. Onlardan bəziləri keltlərin törəmələri idilər (Hv 13:14, 43; 16:1; Qt 5:2). Yaşadıqları ərazi Qalatiya adlandığından Bulus onların hamısına «qalatiyalılar» deyə müraciət etmişdi. Bulus Qalatiyanın şimalında heç vaxt olmamışdı. Məktubdan isə başa düşülür ki, Bulus bu Roma əyalətinin şimalında yaşayan tanımadığı adamlara yox, cənub hissəsində yaşayan, yaxşı tanıdığı kəslərə müraciət edirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş