Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr20 oktyabr s. 1—10
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2020
  • Başlıqlar
  • 5—11 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 31, 32
  • «Bütpərəstlikdən qaçın»
  • w09 15/5 s. 11, abz. 11
  • Yetkinliyə doğru tərəqqi et — «Yehovanın möhtəşəm günü yaxındır»
  • w12 15/10 s. 25, abz. 12
  • Allaha itaət et və Onun and içərək verdiyi vədlərindən yararlan
  • w18.07 s. 20, abz. 14
  • Kim Yehovanın tərəfindədir?
  • Hikmət xəzinəsindən incilər
  • w19.12 s. 3, abz. 4
  • İşin və istirahətin «öz vaxtı var»
  • w87-E 1/9 s. 29
  • Oxucuların sualları
  • Müqəddəs Kitab qiraəti
  • 12—18 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 33, 34
  • «Yehovanın gözəl xüsusiyyətləri»
  • it-2-E s. 466—467
  • Ad
  • w09 1/7 s. 16, abz. 3—5
  • Yehovanın Özü haqda Musaya dedikləri
  • w09 1/7 s. 16, abz. 6
  • Yehovanın Özü haqda Musaya dedikləri
  • Hikmət xəzinəsindən incilər
  • w04 1/6 s. 31, abz. 5
  • “Çıxış” kitabından diqqətəlayiq fikirlər
  • w98-E 1/9 s. 20, abz. 5
  • Vacib şeyləri hər şeydən üstün tutun!
  • Müqəddəs Kitab qiraəti
  • 19—25 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 35, 36
  • «Yehova onlara bacarıq verdi»
  • w14 15/12 s. 4, abz. 4
  • Yehova səxavətli bəndəsini bol-bol xeyir-dualandırır
  • w11 15/12 s. 19, abz. 6
  • Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri
  • w11 15/12 s. 19, abz. 7
  • Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/8 s. 6, abz. 14
  • Yehovanın yollarını öyrənirik
  • w00-E 1/11 s. 29, abz. 1
  • Səxavətli olmaq sevinc bəxş edir
  • Müqəddəs Kitab qiraəti
  • 26 OKTYABR — 1 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 37, 38
  • «Müqəddəs çadırdakı qurbangahlar və pak ibadətdə onların rolu»
  • it-1-E s. 82, abz. 3
  • Qurbangah
  • it-1-E s. 1195
  • Buxur
  • it-1-E s. 82, abz. 1
  • Qurbangah
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 36
  • Akasiya
  • w15 1/4 s. 15, abz. 4
  • Bilirsiniz?
  • Müqəddəs Kitab qiraəti
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2020
mwbr20 oktyabr s. 1—10

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

5—11 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 31, 32

«Bütpərəstlikdən qaçın»

(Çıxış 32:1) Camaat görəndə ki, Musa dağdan enmək bilmir, tökülüşüb Harunun yanına gəldilər və dedilər: «Qalx, bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik».

w09 15/5 s. 11, abz. 11

Yetkinliyə doğru tərəqqi et — «Yehovanın möhtəşəm günü yaxındır»

11 Müqəddəs Kitabdan öyrəndiklərimizi tətbiq etmək xüsusilə də dözülməz anlarda çətin ola bilər. Məsələn, Yehova İsrail oğullarını Misir əsarətindən azad edəndən qısa müddət sonra onlar ‘Musa ilə münaqişə etməyə’ və Yehovanı ‘sınamağa’ başladılar, çünki onların içməyə suları yox idi (Çıx. 17:1-4). Allahla əhd bağladıqdan və: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik»,— dedikdən heç iki ay keçməmişdi ki, israillilər Allahın bütpərəstliyə dair əmrini pozdular (Çıx. 24:3, 12-18; 32:1, 2, 7-9). Buna səbəb Musanın göstəriş alanadək uzun müddət Xorev dağından qayıtmadığını görüb qorxuya düşmələri idimi? Ola bilər ki, onlar amaleqlilərin yenidən hücum edəcəyini və əllərini yuxarı qaldırması sayəsində onlara qələbə qazandıran Musa olmasa, köməksiz qalacaqlarını düşünürdülər (Çıx. 17:8-16). Səbəb nə olursa-olsun, israillilər ‘itaət etmək istəmədilər’ (Həv. iş. 7:39-41). Pavel məsihçiləri Vəd edilmiş diyara daxil olmaq üzrə olan israillilərin ‘itaətsizlik nümunəsinə uymamaları’ üçün var qüvvələri ilə ‘çalışmağa’ təşviq edirdi (İbr. 4:3, 11).

(Çıxış 32:4—6) O, qızılları aldı, oymaçı alətilə ona şəkil verib dana düzəltdi. Onda camaat bir ağızdan dedi: «Budur səni Misirdən çıxaran Allahın, ey İsrail!» 5 İşi belə görən Harun dananın qabağında bir qurbangah da düzəltdi və camaatı yığıb dedi: «Sabah Yehovaya həsr olunmuş bayramdır». 6 Beləliklə, səhərisi günü hamı tezdən durub yandırma və ünsiyyət qurbanlarını təqdim etməyə başladı. Qurtarandan sonra yeyib-içdilər və qalxıb şənlənməyə başladılar.

w12 15/10 s. 25, abz. 12

Allaha itaət et və Onun and içərək verdiyi vədlərindən yararlan

12 Allah xalqla əhd kəsəndən dərhal sonra öhdəsinə düşən vəzifəni icra etməyə başladı: günahlı insanlar Ona yaxınlaşa bilsinlər deyə Allah Hüzur çadırında ibadət üçün qaydalar təsis etdi və kahinlər təyin etdi. İsraillilər isə tez bir zamanda Allaha həsr olunduqlarını unutdular, hətta «İsrailin Müqəddəsinin xətrinə dəydilər» (Məz. 78:41). Məsələn, Musaya Sina dağında əlavə göstərişlər verilərkən israillilər səbirsiz davrandılar və Allaha olan imanlarını itirdilər, çünki Musanın onları tərk etdiyini düşünürdülər. Onlar qızıl dana düzəldib xalqa dedilər: «Ey İsrail övladları, budur sizi Misirdən çıxaran allahınız!» (Çıx. 32:1, 4, KM). Sonra onlar «Rəbb naminə bayram» keçirdilər və bütün qarşısında səcdə edib ona qurbanlar gətirirdilər. Bunu görən Yehova Musaya dedi: «Mən onlara əmr etdiyim yoldan yaman tez [döndülər]» (Çıx. 32:5, 6, 8). Əfsuslar olsun ki, bununla iş bitmədi, tarix boyu onlar dəfələrlə verdiyi andı pozmuşdular (Say. 30:2).

(Çıxış 32:9, 10) Yehova sözünə davam edib Musaya dedi: «Görürəm, bu xalq dikbaş xalqdır. 10 Burax, qoy od püskürən qəzəbimlə onları yox edim, əvəzində səndən böyük bir xalq yaradım».

w18.07 s. 20, abz. 14

Kim Yehovanın tərəfindədir?

14 Xalq bilirdi ki, bütpərəstlik Yehovaya qarşı ciddi günahdır (Çıx. 20:3—5). Bunu bilə-bilə onlar qızıl danaya sitayiş etdilər! Açıq-aşkar itaətsizlik etmələrinə rəğmən israillilər hələ də Yehovanın tərəfində olduqlarını düşünürdülər. Hətta Harun da danaya olunan sitayişi «Yehovaya həsr olunmuş bayram» adlandırmışdı! Yehova buna necə yanaşdı? O, bunu xəyanət olaraq qəbul etdi. Yehova Musaya belə dedi: «Bu xalq rəzillik edir. Buyurduğum yoldan yaman tez döndülər». Buna görə də Yehova «od püskürən» qəzəbiylə yeni yaranmış İsrail xalqını yox etmək istəyir (Çıx. 32:5—10).

Hikmət xəzinəsindən incilər

(Çıxış 31:17) Şənbə Mənim israillilərlə bağladığım əhdin dəyişməz nişanıdır. Çünki Yehova altı gün ərzində yeri və göyü yaradıb, yeddinci gün isə əl saxlayıb istirahət edib”».

w19.12 s. 3, abz. 4

İşin və istirahətin «öz vaxtı var»

4 Bəs Yehovanın və İsa Məsihin çox işləməsi o deməkdirmi ki, biz ümumiyyətlə istirahətə vaxt ayırmamalıyıq? Əlbəttə ki, yox. Müqəddəs Kitabda deyilir ki, Yehova göyü və yeri yaradandan sonra «əl saxlayıb istirahət» etmişdi (Çıx. 31:17). Nəzərə alsaq ki, Yehova heç vaxt yorulmur və fiziki istirahətə ehtiyac duymur, deməli, bu, Onun dayanıb yaratdıqlarını seyr edərək zövq aldığını bildirir. İsa Məsihə gəldikdə isə, baxmayaraq ki, o, yer üzündə olanda çox iş görmüşdü, bununla belə, istirahətə və dostları ilə bir süfrə arxasında əyləşməyə vaxt ayırırdı (Mət. 14:13; Luka 7:34).

(Çıxış 32:32, 33) Amma yalvarıram, onları əfv elə. Eləmirsənsə, onda, nə olar, adımı yazdığın kitabdan sil». 33 Ancaq Yehova Musaya dedi: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm.

w87-E 1/9 s. 29

Oxucuların sualları

İnsanın Allahın yadında olması və Allahın razılığını qazanması (yəni adının «həyat kitabı»nda olması) əbədi həyatı alacağına zəmanət deyil. Bu o demək deyil ki, guya əbədi həyat onun taleyinə yazılıb və daha silinməyəcək. Bir dəfə Musa israillilər barədə Yehovaya demişdi: «Yalvarıram, onları əfv elə. Eləmirsənsə, onda, nə olar, adımı yazdığın kitabdan sil». Yehova isə belə cavab vermişdi: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm» (Çıxış 32:32, 33). Deməli, elə ola bilər ki, Allahın razı qalıb, adını «kitabına» yazdığı adam sonradan Allahın itaətindən çıxsın və imandan dönsün. Belə olarsa, Allah onun adını həyat kitabından siləcək (Vəhy 3:5).

Müqəddəs Kitab qiraəti

(Çıxış 32:15—35) Bundan sonra Musa əlində iki Şəhadət lövhəsi dağdan endi. Lövhələrin hər iki üzü — qabaq tərəfi də, arxa tərəfi də yazılı idi. 16 Onları Allah düzəltmiş, yazıları da üstünə O həkk etmişdi. 17 Yuşə xalqın səs-küyünü eşidəndə Musaya dedi: «Düşərgədən döyüş səsi gəlir». 18 Musa isə dedi: «Bu nə zəfər nəğməsidir, Nə də məğlubların fəryad səsi. Qulağıma gələn şərqi başqa şeydən xəbər verir». 19 Musa düşərgəyə yaxınlaşanda dananı və rəqs edənləri gördü. Hirs başına vurdu. Dağın ətəyində əlindəki lövhələri yerə çırpıb parça-parça elədi. 20 Düzəltdikləri dananı isə götürüb yandırdı və əzib toza döndərdi. Sonra tozu suya töküb israillilərə içirtdi. 21 Musa Haruna dedi: «Bu camaat sənə neyləyib ki, onları belə böyük günaha sürüklədin?» 22 Harun dedi: «Ağa, acığın tutmasın. Özün yaxşı bilirsən ki, şər iş görmək bu camaatın qanındadır. 23 Onlar mənə dedilər: “Bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik”. 24 Mən də dedim, kimin nə qızılı var, çıxarıb gətirsin. Sonra qızılı oda atdım, oddan bu dana çıxdı». 25 Musa gördü ki, xalq əməlli-başlı azğınlaşıb. Harun onları o dərəcəyə çatdırıb ki, düşmənlərin önündə xar olublar. 26 Onda o, düşərgənin girəcəyində durub dedi: «Kim Yehovanın tərəfindədir yanıma gəlsin!» Bütün lavililər onun ətrafına toplaşdı. 27 Musa onlara dedi: «İsrailin Allahı Yehova belə deyir: “Qoy hər kəs qılıncını qurşasın, düşərgəni başdan-başa dolanıb qardaşını, qonşusunu, dostunu qətlə yetirsin”». 28 Lavililər Musanın dediyi kimi etdilər. Beləliklə, həmin gün üç minə yaxın adam qətlə yetirildi. 29 Sonra Musa dedi: «Bu gün siz özünüzü Yehovanın qulluğuna verdiniz, hər biriniz öz oğluna, öz qardaşına qarşı çıxdı. Bu gün Allah sizi mübarək qılacaq». 30 Səhərisi gün Musa xalqa dedi: «Siz çox böyük günaha batmısınız. İndi Yehovanın yanına gedirəm. Gedim Ona yalvarım, bəlkə, günahınızdan keçdi». 31 Musa Yehovanın yanına gedib dedi: «Xalqın günahı çox böyükdür. Özləri üçün qızıldan allah düzəldiblər. 32 Amma yalvarıram, onları əfv elə. Eləmirsənsə, onda, nə olar, adımı yazdığın kitabdan sil». 33 Ancaq Yehova Musaya dedi: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm. 34 İndi get, xalqı sənə dediyim yerə apar. Göndərdiyim mələk qarşınızda gedəcək. Vaxtı çatanda onlardan etdikləri günaha görə cavab tələb edib cəzalarını verəcəyəm». 35 Haruna düzəltdirdikləri qızıl danaya görə Yehova xalqın üstünə bəla göndərdi.

12—18 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 33, 34

«Yehovanın gözəl xüsusiyyətləri»

(Çıxış 34:5) Yehova buludun içində endi və Musanın yanında dayanıb Yehova adını bəyan etdi.

it-2-E s. 466—467

Ad

Maddi aləm Allahın varlığına şəhadət etsə də, Onun adını açıqlamır (Zb 19:1; Rm 1:20). Allahın adını bilmək sadəcə Onun adının nə olduğunu bilmək demək deyil (2Sm 6:33). Bu, Allahın Özünü tanımaq — Onun niyyətlərini, işlərini, keyfiyyətlərini bilmək deməkdir. Bunlar isə Onun Kəlamında yazılıb. (Əlaqələndir: 1Pd 8:41—43; 9:3, 7; Nə 9:10) Musanın əhvalatından bunun belə olduğunu aydın şəkildə görmək olar. Yehova Musanı yaxından, hərfən desək, adıyla tanıyırdı (Çx 33:12, haş.). Musaya Yehovanın calalını görmək şərəfi nəsib olmuşdu, Onun Öz adını bəyan etdiyini eşitmişdi (Çx 34:5). Yehovanın Öz adını bəyan etməsi o demək deyildi ki, O, sadəcə olaraq «Yehova» sözünü təkrar-təkrar söyləmişdi. O Öz xüsusiyyətlərini və işlərini bəyan etmişdi. «Yehova, Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah. Minlərcə nəsillərə məhəbbət göstərən, təqsiri, asiliyi və günahları bağışlayan, günahkarısa əsla cəzasız qoymayan, ataların günahlarının cəzasını oğullarına, nəvələrinə, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirən Allah» (Çx 34:6, 7). Musa da oxuduğu nəğmədə «Yehovanın adını bəyan edərəm» deyəndən sonra Allahın israillilərə etdiyi yaxşılıqları sadalamış və Onun fəzilətlərini təsvir etmişdi (Qn 32:3—44).

(Çıxış 34:6) Yehova onun qarşısından keçib dedi: «Yehova, Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah.

w09 1/7 s. 16, abz. 3—5

Yehovanın Özü haqda Musaya dedikləri

Yehova ilk olaraq Özünün «rəhmli və lütfkar» Allah olduğunu açıqladı (6-cı ayə). Bir alimin fikrincə, «rəhmli» kimi tərcümə olunan ibrani sözü ilə «atanın öz övladlarına bəslədiyi dərin şəfqət hissi» nəzərdə tutulurdu. «Lütfkar» kimi tərcümə olunan söz «nəyə isə ehtiyacı olan insana ürəkdən kömək etmək istəyən adamın hissini təsvir edən» fellə bağlıdır. Beləliklə, Yehova bizi əmin etmək istəyir ki, O, məhəbbətlə və qayğıkeşliklə uşaqlarının qeydinə qalan ata-ana kimi, bizim qeydimizə qalır (Məzmur 103:8, 13).

Sonra Yehova «hədsiz səbirli» Allah olduğunu bəyan etdi (6-cı ayə). O, yerdəki xidmətçilərinə qəzəblənməyə tələsmir. Əksinə, diqqəti onların çatışmayan cəhətlərinə cəmləməyərək, səbir edib düzəlmələri üçün vaxt verir (2 Peter 3:9).

Allah sözünə davam edərək ‘bol məhəbbətli və sədaqətli’ olduğunu dedi (6-cı ayə). Məhəbbət Yehovanı Öz xalqına sıx bağlayan qiymətli keyfiyyətdir (Qanunun təkrarı 7:9). Bundan başqa, Yehova həqiqət mənbəyidir. O nə aldadır, nə də aldanır. «Həqiqət Allahı» olduğundan, Onun bütün dediklərinə, eləcə də gələcəyə dair və’dlərinə tam e’tibar edə bilərik (Məzmur 31:5).

(Çıxış 34:7) Minlərcə nəsillərə məhəbbət göstərən, təqsiri, asiliyi və günahları bağışlayan, günahkarısa əsla cəzasız qoymayan, ataların günahlarının cəzasını oğullarına, nəvələrinə, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirən Allah».

w09 1/7 s. 16, abz. 6

Yehovanın Özü haqda Musaya dedikləri

Sonda Yehova bizə Özü haqqında daha bir vacib həqiqəti açıb: O, «cəzanı, qanunsuzluğu və günahı» əfv edir (7-ci ayə). O, günahlarından tövbə edənləri ‘bağışlayır’ (Məzmur 86:5). Eyni zamanda, Yehova heç vaxt qanunsuzluğa göz yummur və cəzasız qoymur (7-ci ayə). Müqəddəs və ədalətli Allah qəsdən günah işlədənləri cəzasız qoymayacaq. Gec-tez onlar öz günahlarının acı nəticələrini dadacaqlar.

Hikmət xəzinəsindən incilər

(Çıxış 33:11) İki nəfər bir-biri ilə necə danışırsa, Yehova da Musa ilə elə danışırdı, üz-üzə. Sonra Musa düşərgəyə qayıdır, onun xidmətində duran köməkçisi Nun oğlu Yuşə isə çadırdan ayrılmırdı.

(Çıxış 33:20) Amma sonra əlavə etdi: «Üzümü isə görə bilməzsən, çünki üzümü görən kəs sağ qala bilməz».

w04 1/6 s. 31, abz. 5

“Çıxış” kitabından diqqətəlayiq fikirlər

33:11, 20 — Allah Musa ilə “üz üzə” necə danışırdı? Bu ifadə ikitərəfli yaxın söhbəti nəzərdə tutur. Musa Allahın təmsilçisi ilə danışırdı və onun vasitəsi ilə Yehovadan şifahi göstərişlər alırdı. Lakin Musa Yehovanı görmürdü, çünki “insan... [Allahı] görüb də yaşaya bilməz”. Əslində Yehova Musa ilə şəxsən danışmırdı. Qalatiyalılara 3:19 ayəsində deyilir ki, “[Qanun] mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edilmişdir”.

(Çıxış 34:23, 24) İldə üç dəfə bütün kişiləriniz Rəbbin, İsrailin Allahı Yehovanın önünə gəlməlidir. Mən bütün xalqları qarşınızdan qovacağam və ərazinizi genişləndirəcəyəm. Odur ki, ildə üç dəfə Allahınız Yehovanın hüzuruna gedəndə sizin torpaqlarınıza göz dikən olmayacaq.

w98-E 1/9 s. 20, abz. 5

Vacib şeyləri hər şeydən üstün tutun!

Ölkədə yaşayan hər israilli kişi və prozelit ildə üç dəfə Yehovanın hüzuruna gəlməli idi. Bir çox ailə başçıları başa düşürdülər ki, bu tədbirlərin bütün ailəyə faydası var, bu səbəbdən arvadlarını və uşaqlarını da özləri ilə aparırdılar. Bəs onlar səfərdə olanda ev-eşiklərini, tarlalarını düşmən hücumlarından kim qoruyurdu? Yehova onlara vəd etmişdi: «İldə üç dəfə Allahınız Yehovanın hüzuruna gedəndə sizin torpaqlarınıza göz dikən olmayacaq» (Çx 34:24). İsraillilər ruhani işləri hər şeydən üstün tutanda maddi cəhətdən itki ilə üzləşməyəcəklərinə arxayın olmaq üçün Yehovaya iman etməli idilər. Yehova da verdiyi vədə heç vaxt xilaf çıxmırdı.

Müqəddəs Kitab qiraəti

(Çıxış 33:1—16) Sonra Yehova Musaya dedi: «Misirdən çıxardığın xalqla birlikdə buradan yola düşüb İbrahimə, İshaqa və Yaquba and içib övladlarına verməyi vəd etdiyim torpağa gedin. 2 Önünüzdə getmək üçün mələk göndərəcəyəm. Kənaniləri, amoriləri, hetləri, fəriziləri, hiviləri və yəbusiləri qarşınızdan qovacağam. 3 Süd-bal axan diyara gedin. Ancaq Mən sizinlə getməyəcəyəm, yoxsa yarı yolda sizi məhv edərəm, çünki dikbaş xalqsınız». 4 Xalq bu bəd xəbəri eşidəndə yasa batdı, heç kim üstünə bər-bəzək taxmadı. 5 Onda Yehova Musaya dedi: «İsraillilərə belə söylə: “Çox dikbaş xalqsınız. Aranızdan keçib bir göz qırpımında kökünüzü kəsərdim. İndi bütün bər-bəzəyinizi çıxardın. Mənsə baxım, görüm sizinlə nə edirəm”». 6 İsraillilər Hurib dağında bər-bəzəklərini çıxarıb daha taxmadılar. 7 Musa çadırını düşərgədən çıxarıb bir qədər aralıda qurdu və adını hüzur çadırı qoydu. Yehova ilə məsləhətləşmək istəyən hər kəs düşərgədən kənarda qurulan bu hüzur çadırına gedərdi. 8 Musa çadıra getmək üçün çıxanda hamı qalxıb öz çadırının ağzında durar, o, çadıra girənə qədər ardınca baxardı. 9 Musa çadıra girən kimi bulud sütunu enib çadırın girişində durardı və Allah Musa ilə danışıb qurtarana kimi oradan ayrılmazdı. 10 Camaat bulud sütununun çadırın girişində durduğunu görəndə qalxıb öz çadırının girişində təzim edərdi. 11 İki nəfər bir-biri ilə necə danışırsa, Yehova da Musa ilə elə danışırdı, üz-üzə. Sonra Musa düşərgəyə qayıdır, onun xidmətində duran köməkçisi Nun oğlu Yuşə isə çadırdan ayrılmırdı. 12 Musa Yehovaya dedi: «Mənə deyirsən: “Bu xalqa rəhbərlik et”, amma mənimlə kimi göndərəcəyini bildirmirsən. Üstəlik, məni yaxından tanıdığını və məndən razı olduğunu deyirsən. 13 Əgər həqiqətən də, məndən razısansa, xahiş edirəm, yollarını mənə aç, qoy Səni yaxşı tanıyım və bundan sonra da Səni razı salım. Axı bu xalq da Sənin xalqındır». 14 Onda Allah cavab verdi: «Mən Özüm səninlə gedəcəyəm, sənə dinclik verəcəyəm». 15 Musa Allaha dedi: «Əgər Özün bizimlə getməyəcəksənsə, bizi buradan çıxarma. 16 Sən bizimlə getməsən, bizi yer üzündəki başqa xalqlardan fərqləndirməsən, nədən biləcəyik ki, mənə, xalqına iltifat göstərirsən?»

19—25 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 35, 36

«Yehova onlara bacarıq verdi»

(Çıxış 35:25, 26) Bacarıqlı qadınların hamısı öz əlləri ilə göy və al-qırmızı iplik, bənövşəyi yun və zərif kətan əyirib gətirdilər. 26 Həmçinin ürəyi sövq edən bütün bacarıqlı qadınlar keçi tükü əyirdilər.

w14 15/12 s. 4, abz. 4

Yehova səxavətli bəndəsini bol-bol xeyir-dualandırır

Yehovanı daha çox məmnun edən gətirilən ianələr yox, təmiz ibadəti dəstəkləyənlərdə gördüyü əhval-ruhiyyədir. Bu insanlar öz vaxtlarını və qüvvələrini də əsirgəmirdilər. Müqəddəs Kitabda deyilir ki, «ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə [əyirirdi]». Bəli, «bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu [əyirirdilər]». Üstəlik, Yehova Besalelə «hikmət, dərrakə, bilik və hər cür [məharət]» vermişdi. Doğrudan da, Allah Besalellə Oholiava tapşırılmış bütün işləri görmələri üçün lazımi qabiliyyət vermişdi (Çıx. 35:25, 26, 30—35).

(Çıxış 35:30—35) Sonra Musa israillilərə dedi: «Yehova Yəhuda qəbiləsindən olan Xur oğlu Urun oğlu Bəsalili seçib. 31 Ona Öz ruhundan bəxş edib hikmət, dərrakə, bilik verib ki, hər cür işi ustalıqla görə bilsin, 32 gözəlliklər yaratsın, qızıl, gümüş və mislə işləməyi, 33 daş-qaş yonub sağanağa salmağı, ağacdan hər cür əşya düzəltməyi bacarsın. 34 Allah ona və Dan qəbiləsindən olan Əxişama oğlu Öhlüyaba öyrətmək qabiliyyəti verib. 35 Onlara bacarıq verib ki, əllərindən hər cür sənətkarlıq, naxış işləmə, göy və al-qırmızı ipliklə, bənövşəyi yun və zərif kətanla toxumaq və digər toxuculuq işləri gəlsin. Bu adamlar hər bir işi görəcək, cürbəcür gözəlliklər yaradacaqlar.

w11 15/12 s. 19, abz. 6

Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri

6 Musanın günlərində yaşayan Besalelin nümunəsindən müqəddəs ruhun fəaliyyəti barədə daha çox öyrənə bilərik. (Çıxış 35:30—35 ayələrini oxu.) Besalel müqəddəs məskənin vacib əşyalarının düzəldilməsinə nəzarət etmək üçün təyin edilmişdi. Bu möhtəşəm layihədən əvvəl onun bu sahələrdə hansısa bacarığı var idimi? Ola bilsin, vardı, ancaq görünür, bundan əvvəl o, misirlilər üçün kərpic kəsirdi (Çıx. 1:13, 14). Bəs Besalel bu çətin tapşırığın öhdəsindən necə gələcəkdi? Yehova onu «Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki,.. bacarıq göstərə bilsin». Əgər onun anadangəlmə hansısa bacarığı var idisə, müqəddəs ruh onu daha da artırdı. Bunu Oholiav barədə də demək olar. Görünür, Besalel və Oholiav onlara tapşırılan işi yaxşı öyrənmişdilər, çünki onlar onu özləri görməklə yanaşı, başqalarına da öyrədirdilər. Bəli, Allah onların ürəyinə öyrətmək qabiliyyəti qoymuşdu.

(Çıxış 36:1, 2) Müqəddəs məkanla bağlı bütün işləri Yehovanın əmr etdiyi kimi yerinə yetirmələri üçün Yehovanın hikmət və dərrakə verdiyi bütün bacarıqlı adamlar Bəsalil və Öhlüyabla birgə işləyəcək». 2 Musa Bəsalili, Öhlüyabı və Yehovanın qabiliyyət verdiyi, bu işi görməyi ürəkdən arzulayan bacarıqlı adamları çağırtdırdı.

w11 15/12 s. 19, abz. 7

Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri

7 Besalel və Oholiavın düzəltdiyi müqəddəs məskənin təxminən 500 il istifadə olunması da onlara Allahın ruhunun rəhbərlik etdiyini sübut edir (2 Saln. 1:2—6). Müasir istehsalçılardan fərqli olaraq, onların müqəddəs məskənin üzərinə öz imzalarını və ya nişanlarını qoymaq fikri yox idi. Bütün izzət Yehovaya məxsus idi (Çıx. 36:1, 2).

Hikmət xəzinəsindən incilər

(Çıxış 35:1—3) Musa bütün İsrail icmasını toplayıb onlara dedi: «Yehova bu göstərişlərə əməl etməyi əmr edir: 2 nə işiniz varsa, altı gün ərzində görün. Yeddinci gün isə müqəddəsdir, Yehovaya həsr olunmuş xüsusi gün, istirahət üçün təyin olunan şənbədir. Şənbə günündə iş görən adam öldürülməlidir. 3 Şənbə günü heç bir evdə ocaq qalanmamalıdır».

w05 1/8 s. 6, abz. 14

Yehovanın yollarını öyrənirik

14 Ruhani işləri birinci yerə qoy. İsraillilər yol verməli deyildilər ki, cismani ehtiyacları haqqındakı qayğılar onların diqqətini ruhani şeylərdən yayındırsın. İsraillilərin həyatı yalnız gündəlik qayğılardan ibarət olmalı deyildi. Yehova onların yalnız ruhani işlərlə məşğul olmaları üçün həftədə bir gün ayırmışdır. Bu müqəddəs gün idi (Çıxış 35:1-3; Saylar 15:32-36). Allah həmçinin hər il xüsusi müqəddəs toplantılar üçün də vaxt ayrılmasını buyurmuşdur (Levililər 23:4-44). Bütün bunların sayəsində israillilər Yehovanın böyük qüdrətli işlərini yada sala, yollarını tanıya və xeyirxahlığına görə minnətdarlıqlarını göstərə bilərdilər. İmanlarını ifadə etməklə onlar Yehovanın qarşısındakı ehtiramlı qorxularını qoruyub saxlaya, Ona olan məhəbbətlərini artıra və yolları ilə yeriməyə davam edə bilərdilər (Qanunun təkrarı 10:12, 13). Bu göstərişlərdəki faydalı prinsiplər Yehovanın xidmətçilərinə bu gün də xeyir-dualar gətirir (İbranilərə 10:24, 25).

(Çıxış 35:21) və ürəyindən keçən hər kəs Hüzur çadırı, oradakı xidmət və müqəddəs geyimlər üçün Yehovaya bəxşişlər gətirdi.

w00-E 1/11 s. 29, abz. 1

Səxavətli olmaq sevinc bəxş edir

Təsəvvür edin, israillilər hansı hissləri keçirirdilər. Onlar uzun illər köləlikdə yaşamışdılar, hər cür məhrumiyyətlərlə üzləşmişdilər. İndi nəhayət ki, azad insan idilər və ürəkləri istəyən hər şeyləri var idi. Görəsən onlar nələrindənsə keçə biləcəkdilər? Yoxsa fikirləşəcəkdilər ki, bunlar çəkdikləri əziyyətin haqqıdır, verməməyə ixtiyarları var? Ancaq bunun əksi oldu. Pak ibadəti dəstəkləmək üçün ianə etmək çağırışı səslənəndə onlar hay verdilər, özü də tərəddüdlə, xəsisliklə yox. Onlar unutmamışdılar ki, bu şeylərə Yehovanın sayəsində sahib olublar. Beləliklə, səxavətlə qızıl-gümüş, mal-heyvan gətirdilər. Onları buna ürəkləri sövq etmişdi. Bəli, israillilər Yehova üçün olan bu təqdimələri könüllü olaraq gətirmişdilər (Çıxış 25:1—9; 35:4—9, 20—29; 36:3—7).

Müqəddəs Kitab qiraəti

(Çıxış 35:1—24) Musa bütün İsrail icmasını toplayıb onlara dedi: «Yehova bu göstərişlərə əməl etməyi əmr edir: 2 nə işiniz varsa, altı gün ərzində görün. Yeddinci gün isə müqəddəsdir, Yehovaya həsr olunmuş xüsusi gün, istirahət üçün təyin olunan şənbədir. Şənbə günündə iş görən adam öldürülməlidir. 3 Şənbə günü heç bir evdə ocaq qalanmamalıdır». 4 Sonra Musa bütün xalqa xitab edib dedi: «Yehova belə əmr edir: 5 Yehovaya bəxşiş gətirin. Ürəyindən Yehovaya bəxşiş vermək keçən adamlar qoy bunları gətirsin: qızıl, gümüş, mis, 6 göy iplik, bənövşəyi yun, al-qırmızı iplik, zərif kətan, keçi tükü, 7 qırmızı boyanmış qoç dərisi, suiti dərisi, akasiya ağacı, 8 çıraq üçün yağ, məsh yağı və ətirli buxur üçün balzam, 9 döşlük və sinəbənd üçün damarlı əqiq daşı və başqa daşlar. 10 Aranızdan bacarıqlı adamlar gəlsin, Yehovanın tapşırdığı hər şeyi: 11 Müqəddəs çadırı və örtüyünü, qarmaqlarını, çərçivələrini, şüvüllərini, sütunlarını, oyuqlu altlıqlarını; 12 Şəhadət sandığını, şüvüllərini, qapağını və pərdəni; 13 masanı, şüvüllərini və bütün ləvazimatını, hüzur çörəyini; 14 çıraqdanı, bütün avadanlığını, çıraqlarını və yağını; 15 buxur qurbangahını və şüvüllərini; məsh yağını və ətirli buxuru; çadırın giriş pərdəsini; 16 yandırma qurbanı üçün qurbangahı və mis şəbəkəni, şüvüllərini və bütün avadanlığını; çəni və altlığını; 17 həyətin parça çəpərini, dirəklərini və oyuqlu altlıqlarını; həyətin giriş pərdəsini; 18 çadırın və həyətin mıxlarını və onların iplərini; 19 müqəddəs məkanda xidmət zamanı geyiləcək zərif toxunuşlu geyimləri, kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik paltarlarını hazırlasınlar». 20 Bundan sonra bütün İsrail icması Musanın yanından getdi 21 və ürəyindən keçən hər kəs Hüzur çadırı, oradakı xidmət və müqəddəs geyimlər üçün Yehovaya bəxşişlər gətirdi. 22 Kişili-qadınlı, ürəyi sövq edən hər kəs sancaqlar, sırğalar, üzüklər və başqa ləl-cəvahirat, eləcə də cürbəcür qızıl əşyalar gətirdi. Hər kəs öz qızıl təqdiməsini Yehovaya təqdim etdi. 23 Kimdə göy və al-qırmızı iplik, bənövşəyi yun, zərif kətan, keçi tükü, qırmızı boyanmış qoç dərisi, suiti dərisi var idisə, gətirib verdi. 24 Yehovaya bəxşiş olaraq gümüş və mis gətirənlər də, özündə olan akasiya ağacından iş üçün gətirib təqdim edənlər də var idi.

26 OKTYABR — 1 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 37, 38

«Müqəddəs çadırdakı qurbangahlar və pak ibadətdə onların rolu»

(Çıxış 37:25) Sonra o, buxur yandırmaq üçün akasiya ağacından qurbangah düzəltdi. Qurbangah dördbucaq şəklində idi, eni və uzunu 1 qulac, hündürlüyü isə 2 qulac idi. Buynuzları qurbangahla bir bütöv idi.

it-1-E s. 82, abz. 3

Qurbangah

Buxur qurbangahı. Buxur yandırmaq üçün olan qurbangah da («qızıl qurbangah» da adlanır [Çx 39:38]) akasiya ağacından düzəldilmişdi. Qurbangahın üstünə və yanlarına qızıl çəkilmişdi. Yuxarı hissəsinə hər tərəfdən haşiyə vurulmuşdu. Qurbangahın eni və uzunu 44,5 santimetr, hündürlüyü 89 santimetr idi. Yuxarısında dörd küncündə buynuzları var idi. Buynuzları qurbangahla bir bütöv idi. Dörd qızıl halqa düzəldib, hər tərəfdə iki-iki olmaqla qızıl haşiyənin altına bərkitmişdilər. Bu halqalardan qurbangahı daşımaq üçün düzəldilən şüvüllər keçirilirdi. Şüvülləri akasiya ağacından düzəldib üstünə qızıl çəkmişdilər (Çx 30:1—5; 37:25—28). Səhər və axşam olmaqla, gündə iki dəfə bu qurbangahda xüsusi buxur yandırılırdı (Çx 30:7—9, 34—38). Buxur üçün buxurdandan da istifadə olunduğu qeyd olunurdu. Görünür, buxurdanı bu qurbangahda buxur yandırarkən işlədirdilər (Lv 16:12, 13; İb 9:4; Vh 8:5; həmçinin əlaqələndir: 2Sm 26:16, 19). Buxur qurbangahı çadırda, Ən müqəddəs yerin pərdəsinin düz qabağında qoyulmuşdu, ona görə də Müqəddəs Kitabda onun Şəhadət sandığının qarşısında olduğu deyilir (Çx 30:1, 6; 40:5, 26, 27).

(Çıxış 37:29) O həmçinin ustalıqla müqəddəs məsh yağı və qarışıqsız ətirli buxur düzəltdi.

it-1-E s. 1195

Buxur

Səhrada çadırda yandırmaq üçün istifadə olunan müqəddəs buxur bahalı məhsullardan hazırlanmışdı. Onları xalq Yehovaya bəxşiş kimi gətirmişdi (Çx 25:1, 2, 6; 35:4, 5, 8, 27—29). Yehova dörd tərkibdən ibarət olan bu buxurun hazırlanma qaydasını izah edərkən Musaya demişdi: «Bərabər ölçüdə balzam, ətirli buxur, ətirli qalban qatranı və xalis kündür götürün. Sonra onlardan buxur düzəldin; ətirli otların qatışığı ustalıqla hazırlanmalı, duzlanmalıdır. Bu qatışıq qarışıqsız və müqəddəs olmalıdır. Ondan bir az götürün, döyüb toz halına salın və bir qədərini Hüzur çadırında Şəhadət sandığının qarşısına, sənə görünəcəyim yerə qoyun. Bu qatışığı son dərəcə müqəddəs tutmalısınız». Sonra bu buxurun yalnız Ona məxsus olduğunu və müqəddəs olduğunu onların zehninə həkk etmək üçün Yehova demişdi: «Kim ətrindən ötrü buna bənzər bir şey düzəltsə, xalqın arasından yox ediləcək» (Çx 30:34—38; 37:29).

(Çıxış 38:1) Sonra o, yandırma qurbanı təqdim etmək üçün akasiya ağacından eni və uzunu 5 qulac, hündürlüyü 3 qulac olan dördbucaq şəklində qurbangah düzəltdi.

it-1-E s. 82, abz. 1

Qurbangah

Çadırdakı qurbangahlar. Çadır qurulanda Allahın dediyi layihə üzrə iki qurbangah düzəltdilər. Yandırma qurbanı üçün olan qurbangah (həmçinin «mis qurbangah» adlanır [Çx 39:39]) akasiya ağacından, altı və üstü olmayan sandıq şəklində düzəldilmişdi. Onun eni və uzunu 2,2 metr, hündürlüyü 1,3 metr idi. Yuxarısında hər küncündə buynuz var idi. Buynuzlar qurbangahla bir bütöv idi. Qurbangahın hər tərəfinə mis çəkilmişdi. Qurbangahın içinə, çərçivədən aşağıda mis şəbəkə yerləşdirilmişdi, şəbəkə qurbangahın yarısına qədər çatırdı. Şəbəkənin hər dörd küncünə bir mis halqa bərkidilmişdi. Qurbangahı daşımaq üçün akasiya ağacından düzəldilib üstünə mis çəkilmiş iki şüvülü, görünür, elə bu halqalardan keçirirdilər. Deməli, ola bilsin, qurbangahın iki tərəfində kəsik var idi. Nazik şəbəkə oradan keçirilmişdi və halqalar şəbəkəyə bərkidilmişdi. Bu məsələ ilə bağlı alimlər arasında çox böyük fikir ayrılığı mövcuddur. Bəzilərinin fikrincə, səkkiz halqa var idi. Halqalardan dördü şəbəkəyə bərkidilmişdi, şüvüllərin keçirildiyi dörd halqa isə birbaşa olaraq qurbangahın bayır tərəfinə bərkidilmişdi. Qurbangahın ləvazimatları külü yığmaq üçün qablar, kürəklər, heyvanların qanını tökmək üçün ləyənlər, heyvanın leşini tutmaq üçün yabalar və xəkəndazlar idi. Bunların hamısı misdən düzəldilmişdi (Çx 27:1—8; 38:1—7, 30; Sy 4:14).

Hikmət xəzinəsindən incilər

(Çıxış 37:1) Bəsalil akasiya ağacından uzunluğu iki qulac yarım, eni və hündürlüyü qulac yarım olan sandıq düzəltdi.

(Çıxış 37:10) Sonra o, akasiya ağacından iki qulac uzunluğunda, yarım qulac enində, qulac yarım hündürlüyündə bir masa düzəltdi.

(Çıxış 37:25) Sonra o, buxur yandırmaq üçün akasiya ağacından qurbangah düzəltdi. Qurbangah dördbucaq şəklində idi, eni və uzunu 1 qulac, hündürlüyü isə 2 qulac idi. Buynuzları qurbangahla bir bütöv idi.

it-1-E s. 36

Akasiya

Akasiya ağacının geniş açılmış budaqlarında çoxlu uzun tikanlar olur. Adətən yaxın bitən akasiya ağaclarının budaqları bir birinə dolaşır. Yəqin elə buna görə Müqəddəs Kitabda, demək olar ki, həmişə bu ağacdən cəm halında, «şittim» deyə danışılır. Akasiya ağacının hündürlüyü 6 metrdən 8 metrədək olur. Amma görünüşü çox vaxt kola bənzəyir. Yarpaqları yumşaq, tükcüklüdür. Xoş ətirli çiçəklərindən əyri, getdikcə nazilən paxlalar əmələ gəlir. Ağacın qabığı sərt, qara, özünün materialı isə çox bərk, lay-lay və ağır olur. Həşəratlara qarşı davamlıdır. Belə xassələrinin olduğuna, o cümlədən səhrada bitdiyinə görə bu ağac çadırın və əşyalarının düzəldiməsi üçün çox əlverişli idi. Əhd sandığını (Çx 25:10; 37:1), hüzur çörəyi üçün masanı (Çx 25:23; 37:10), qurbangahları (Çx 27:1; 37:25; 38:1), bu əşyaları daşımaq üçün şüvülləri (Çx 25:13, 28; 27:6; 30:5; 37:4, 15, 28; 38:6), pərdələr üçün sütunları (Çx 26:32, 37; 36:36), habelə çərçivələri (Çx 26:15; 36:20) və onları birləşdirən şüvülləri (Çx 26:26; 36:31) akasiya ağacından düzəltmişdilər.

(Çıxış 38:8) Sonra misdən bir çən və onun üçün altlıq düzəltdi. Onları Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.

w15 1/4 s. 15, abz. 4

Bilirsiniz?

İndiki zəmanədəki güzgülərdən fərqli olaraq, peyğəmbərlərin dövründəki güzgüləri, adətən, yaxşı cilalanmış metaldan düzəldirdilər. Çox vaxt onları tuncdan, bəzən isə misdən, gümüşdən, qızıldan və ya qızılla gümüşün qarışığından hazırlayırdılar. Müqəddəs Kitabda güzgü sözü birinci dəfə israillilərin ilk ibadət yeri olan müqəddəs çadırın düzəldilməsi ilə bağlı işlənib. Qadınlar öz güzgülərini mis çənin və onun altlığının düzəldilməsi üçün vermişdilər (Çıxış 38:8). Amma ehtimal ki, həmin güzgüləri əridib sonra istifadə edirdilər.

Müqəddəs Kitab qiraəti

(Çıxış 37:1—24) Bəsalil akasiya ağacından uzunluğu iki qulac yarım, eni və hündürlüyü qulac yarım olan sandıq düzəltdi. 2 Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkdi. Kənarlarına qızıldan naxışlı haşiyə düzəltdi. 3 Sonra qızıldan 4 ədəd tökmə halqa düzəldib sandığın dörd ayağının üstünə bərkitdi, ikisini bir tərəfinə, ikisini o biri tərəfinə. 4 Həmçinin akasiya ağacından şüvüllər düzəldib üstünü qızılla örtdü. 5 Sandığı daşımaq üçün olan şüvülləri sandığın yan tərəflərindəki halqalardan keçirtdi. 6 Xalis qızıldan iki qulac yarım uzunluğunda, qulac yarım enində qapaq düzəltdi. 7 Qapağın hər iki qırağı üçün döymə qızıldan bir kərrub düzəltdi. 8 Kərrubları düzəldib hərəsini qapağın bir qırağına qoydu. 9 Kərrubların qanadları yuxarıya tərəf açılıb qapağın üstünü örtürdü. Onlar qarşı-qarşıya qoyulmuşdu, üzləri isə qapağa baxırdı. 10 Sonra o, akasiya ağacından iki qulac uzunluğunda, yarım qulac enində, qulac yarım hündürlüyündə bir masa düzəltdi. 11 Üstünə xalis qızıl çəkdi. Qıraqlarına qızıldan naxışlı haşiyə vurdu. 12 Sonra masaya dörd barmaq enində çərçivə vurdu. Çərçivənin qırağına da naxışlı haşiyə düzəltdi. 13 Masa üçün qızıldan 4 halqa düzəltdi və onları masanın dörd küncünə, ayaqların bərkidildiyi yerə vurdu. 14 Halqalar çərçivəyə yaxın vurulmuşdu. Masanı daşımaq üçün olan şüvüllər onlardan keçiriləcəkdi. 15 O, bu şüvülləri akasiya ağacından düzəldib üstünə qızıl çəkdi. Bu şüvüllər masanı daşımaq üçün idi. 16 Bundan sonra masa üçün xalis qızıldan ləvazimatlar — nimçələr, camlar, kasalar, eləcə də şərab təqdiməsini tökmək üçün dolçalar düzəltdi. 17 Sonra o, xalis döymə qızıldan çıraqdan düzəltdi. Çıraqdan — onun altlığı, gövdəsi, qolları, tumurcuqları, qönçələri və gülləri bir bütöv idi. 18 Çıraqdanın gövdəsindən altı qol ayrılırdı — üçü bir tərəfə, üçü digər tərəfə. 19 Hər iki tərəfdəki qollarda tumurcuq və qönçələrlə növbələşən badam çiçəyinə bənzər üç gül var idi. Çıraqdanın gövdəsindən ayrılan altı qol bu cür düzəldilmişdi. 20 Çıraqdanın gövdəsində də tumurcuq və qönçələrlə növbələşən badam çiçəyinə bənzər dörd gül var idi. 21 Çıraqdanın gövdəsindən ayrılan altı qolun hər cütünün altında bir tumurcuq var idi: birinci cüt qolun altında bir tumurcuq, ikinci cüt qolun altında bir tumurcuq və üçüncü cüt qolun altında bir tumurcuq. 22 Tumurcuqlar, qollar, ümumiyyətlə, çıraqdan xalis, döymə qızıldan düzəldilmişdi və bir bütöv idi. 23 Sonra o, çıraqdan üçün xalis qızıldan yeddi çıraq, maşalar və xəkəndazlar düzəltdi. Çıraqdana və onun bütün avadanlığına bir talant xalis qızıl sərf olundu.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş